silkmək sözü azərbaycan dilində

silkmək

Yazılış

  • silkmək • 88.8889%
  • Silkmək • 11.1111%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

silkmək sözünün leksik mənası və izahı

  • 1 f. 1. Bir şeyi, üstündəki tozu, xırda şeyləri düşürmək üçün əsdirmək, çırpmaq. Palazı silkmək. Üst-başını silkmək. – Qurban … durdu ayağa və ətəklərinin gəcini silkib başmaqlarını geydi və yavaş-yavaş üz qoydu getməyə. C.Məmmədquluzadə. [Alo] iki əl səpdikdən sonra çuxasının ətəyini silkərək gəlib, cütün dəstəyindən yapışdı. S.Rəhimov. 2. Silkələmək. Cənnət xanım… başını silkib elə qışqırdı ki, üzündən pudra ələndi. Mir Cəlal. Bu zaman Natiq çiyinlərini silkib abanı minbərin üstünə saldı. P.Makulu.

    Azərbaycan dilinin izahlı lüğəti / silkmək

silkmək sözünün etimologiyası

  • 1 Sil sözü “təmizlə” deməkdir, onun zəminində silik (indi bu sifət işlədilmir) sifəti yaranıb (təmiz deməkdir). Silkmək feili də sil feili ilə qohumdur, amma müasir baxımdan aralarında məna fərqi var: silk sözü “yırğalama” anlamına uyğun gəlir. Silkələ(səpələ qəlibi üzrə) forması da mövcuddur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / silkmək

silkmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

silkmək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. агъурун, юзурун (мес. рух, ценер, къуьнер); 2. галтадун, юзурун, инихъ-анихъ юзурун (мес. кьил).

    Azərbaycanca-ləzgicə lüğəti / silkmək

Oxşar sözlər

#silkmək nədir? #silkmək sözünün mənası #silkmək nə deməkdir? #silkmək sözünün izahı #silkmək sözünün yazılışı #silkmək necə yazılır? #silkmək sözünün düzgün yazılışı #silkmək leksik mənası #silkmək sözünün sinonimi #silkmək sözünün yaxın mənalı sözlər #silkmək sözünün əks mənası #silkmək sözünün etimologiyası #silkmək sözünün orfoqrafiyası #silkmək rusca #silkmək inglisça #silkmək fransızca #silkmək sözünün istifadəsi #sözlük