SN sözü azərbaycan dilində

SN

Yazılış

  • SN • 91.5332%
  • Sn • 5.2632%
  • sn • 2.7460%
  • sN • 0.4577%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
.sn
.sn — Seneqalın internet kodu.
Hieracium snowdoniense
Hieracium snowdoniense (lat. Hieracium snowdoniense) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin qırğıotu cinsinə aid bitki növü. == Arealı == Şimali Uelsin Snoudoniya bölgəsi üçün endemik bitkidir. == Botaniki xarakteristikası == Parlaq sarı çiçəkləri olan çoxillik bitkidir. Onun 1950-ci illərin əvvəllərində həddindən artıq otlaq nəticəsində məhv olduğu güman edilirdi. 2002-ci ildə Bethesda üzərindəki Cwm Idwal Milli Təbiət Qoruğunun dik yamaclarında bu növ yenidən kəşf edildi. Adından da göründüyü kimi, Snoudoniya şahin otu Uelsdə, Böyük Britaniyada, Snoudoniya vadisində tapılır. Bu nadir bitki sarı ləçəkləri olan məxməri kənarları olan olduqca sadə çiçəklərə malikdir. Bir neçə il əvvələ qədər bu bitkilər çiçək verməyi dayandırdı, bu da botanikləri onun nəsli kəsilməkdə olduğunu düşünməyə vadar etdi. 2002-ci ildə çiçəklər botaniklərin yanlış təsəvvürünü qıraraq yenidən çiçək açmağa başladı.
Kaledu Snelis
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz) — Santa-Klausa bənzər Slavyan mifologiyası personajı.
Let It Snow! Let It Snow! Let It Snow!
Let It Snow! Let It Snow! Let It Snow! və ya daha çox bilinən adıyla Let It Snow! 1945-ci ildə sözləri Semmi Kan, musiqisi Jüli Stayn tərəfindən yazılmış məşhur mahnı. Mahnı 1945-ci ilin iyun ayında Hollivudda yazlıb və Kaliforniyanın isti günlərindən birində lentə alınıb. Mahnı ilk dəfə Voqn Monronun ifasında, 31 oktyabr 1945-ci ildə lentə alınıb. Bundan sonra mahnının dünya turnesi başlayıb və mahnı dünyanın ən məşhur, dahi ifaçılarının repertuarına daxil olub. Hələ Voqn Monronun ifasında mahnı elə yazıldığı ildəcə Billboard hit paradının birinciliyinə yüksəlib və uzun müddət bu yerini qoruyub. Mahnının tarixçəsində sözsüz ki, ən sevilən və mükəmməl ifalardan biri Vudi Herman və Bob Krosbinin jazz qrupu tərəfindən 1945-ci ilin sonu, 1946-cı ilin əvvəllərində lentə alınan ifa olub.
My Teen Romantic Comedy SNAFU
My Youth Romantic Comedy Is Wrong, As I Expected, Yaponiyada tanınan adı ilə Yahari Ore no Seishun Love Comedy wa Machigatteiru. (やはり俺の青春ラブコメはまちがっている。, azərb. Mənim gənclik romantik komediyam gözlədiyim kimi səhvdir‎) və ya digər adları ilə My Teen Romantic Comedy SNAFU, Hamachi (はまち), OreGairu (俺ガイル) — Ponkan8-in rəssamlığı ilə Vataru Vatari tərəfindən yazılan ranobe seriyası. Ranobe seriyası əsasında üç manqa adaptasiyası və dörd antologiya cildi istehsal olunmuşdur. Brain's Base studiyası tərəfindən istehsal olunmuş anime serialı 4 apreldən 27 iyun 2013-cü ilə kimi yayımlanmışdır. Animenin ikinci mövsümü isə Feel studiyası tərəfindən çəkilmiş və 2 apreldən 25 iyun 2015-ci ilə kimi nümayiş etdirilmişdir. 5pb. şirkəti tərəfindən istehsal olunmuş "Yahari Game demo Ore no Seishun Rabu Kome wa Machigatteiru." adlı videooyun 19 sentyabr 2013-cü ildə buraxılmışdır. Eyni şirkət tərəfindən istehsal olunmuş ikinci videooyun isə 27 oktyabr 2016-cı ildə buraxılmışdır.
Mübariz (snayper tüfəngi)
Mübariz (Snayper tüfəngi) — Azərbaycan Müdafiə Sənayesi Nazirliyi tərəfindən istehsal olunan snayper tüfəngi. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şərəfinə adlandırılmışdır. == Tarixi == Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi tərəfindən istehsal olunan Mübariz snayperi ilk dəfə 2012-ci il noyabrın 7-dən 10-dək İndoneziyanın paytaxtı Cakarta şəhərində "İndoDefence −2012" müdafiə sərgisində nümayiş olunub. Bu tüfəng eyni zamanda Azərbaycanın lisenziyası ilə Türkiyənin MKEK (Mechanical and Chemical Industry Corporation) şirkəti tərəfindən də istehsal edilir. Azərbaycan, İordaniya, Türkiyə və Pakistan Silahlı Qüvvələrində silahlanmaya qəbul edilib. == Adlandırılması == Mübariz snayperi 2013-cü ilin əvvəllərində orduda silahlanmaya qəbul edilib. Sınaqlar zamanı milli silahımız üzərində xeyli təkmilləşdirmələr aparılıb. "İstiqlal" snayper tüfəngi ailəsindən olan yeni tüfəng, silahlanmaya Azərbaycanın Milli qəhrəmanı Mübariz İbrahimovun şərəfinə "Mübariz" adı ilə qəbul edilib. == Texniki xüsusiyyətləri == İST −12,7 "Mübariz" — 12,7 mm-lik iri çaplı yarımovtamat snayper tüfəngidir. "Mübariz" uzaq məsafələrə dəqiq atəş aparmaq üçün nəzərdə tutlmuş atıcı silahdır.
Məmmədəli Abbasov (snayper)
Məmmədəli İsmət oğlu Abbasov (rus. Абасов Мамедали Исматович; 1920, Bərdə – ən geci 1990) — Böyük Vətən müharibəsi iştirakçısı, "Qızıl Ordu"nun serjantı, snayper. İkinci Dünya müharibəsi zamanı düşmənin bəzi mənbələrə görə 187, hərbi sənədlərə görə isə 199 əsgər və zabitini məhv edib. O, Böyük Vətən müharibəsinin ən məhsuldar sovet snayperləri yüzlüyünə daxil olub. == Həyatı == Məmmədəli Abbasov 1920-ci ildə Bərdədə kəndli ailəsində anadan olub. Milliyətcə azərbaycanlıdır. Müharibədən əvvəl Bərdə rayonunun Lənbəran kəndində müəllim işləyib. 1940-cı ildə Qızıl Ordunun sıralarına qoşulub. Burada o, snayper ixtisası üzrə hazırlıq keçib. Onun snayper olmasında boyunun balaca olması da müəyyən rol oynayıb.
Natalya Sneqovaya
Sneqovaya Natalya Yuryevna — AMEA Zoologiya İnstitutu, biologiya elmləri doktoru. == Həyatı == Sneqovaya Natalya Yuryevna 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. Atası, Sneqovoy Yuriy Qriqoryeviç, anası Sneqovaya Valentina İvanovna. Sneqovaya Natalya 1979-cu ildə Bakı şəhəri 4 saylı orta məktəbinə, 1989-cu ildə Bakı Dövlət Universitetinin Biologiya fakültəsinə daxil olmuş və 1994-cü ildə oranı bitirmişdir. 1994-cü ildə AMEA Zoologiya İnstitutunun Araxnologiya laboratoriyasının laborant olmuş, 2001-ci ildə "Abşeron su hövzələrinin çanaqlı amöb (Protozoa, Testacea) faunası" (Bakı) mövzusunda namizədlik, 2014-cü ildə "Qafqazın otbiçənləri (Arachnida, Opiliones) (faunası və ekologiyası)" mövzusunda doktorluq dissertasiyasını (Bakı) müdafiə etmişdir. == Elmi fəaliyyəti == N.Y.Sneqovaya 1994-cü ildə Zoologiya "Araxnologiya" laboratoriyasına laborant vəzifəsinə qəbul edilmişdir. 1999-cu ildə müsabiqə yolu ilə kiçik elmi işçi vəzifəsinə keçirilmişdir. "Abşeron su hövzələrinin çanaqlı amöb (Protozoa, Testacea) faunası" mövzusunda namizədlik dissertasiyasını 2001-cı ildə AMEA Zoologiya institutunda müvəffəqiyyətlə müdafiə etmişdir. 2003-cü ildən Azərbaycan MEA Zoologiya İnstitutunun Araxnologiya laboratoriyasında böyük elmi işçi vəzifəsində çalışır. N.Y.Sneqovaya işlədiyi dövrdə 8 tematik işin əsas icraçılarından biri olmuşdur.
Qeri Snayder
Qeri Snayder (8 may 1930[…], San-Fransisko, Kaliforniya) — Amerika şairi. Postmodernist yazar. == Həyatı == Qeri Snayder 1930-cu ildə San-Fransiskoda (Kaliforniya ştatı) anadan olub. Kollecdə təhsil aldığı dövrdə ədəbiyyata və etnoqrafiyaya həvəs göstərirdi. İndiana Universitetində linqvistikanı, Berkli Universitetində isə şərq dillərini öyrənib. Meşəqıran, meşəbəyi və dəniçi kimi ağır işlərdə çalışıb. Qeri Snayder 1955-ci ildən sonra şair kimi şöhrət qazandı. 1956-cı ildə Yaponiyaya köçərək on il orada yaşayıb; Snayder yapon dilini və yapon poeziyasını öyrənir, yapon dilində şeirlər yazır, buddist monastrına gedir, ibadət mərasimlərində iştirak edir, Zen buddizmi öyrənir, buddist mətnlərini tərcümə edirdi. Snayder "Tısbağalar adası", "Sonsuz dağlar və meşələr", "Riprap və soyuq dağların şeirləri", "Sapsız Balta" və s. (ümumiyyətlə, onun iyirmi kitabı çap olunb) kitabların müəllifidir.
SNOBOL
SNOBOL — 1962-67-ci illərində AT&T Bell Laboratories (ABŞ) tədqiqat şirkətində Ralf Qrisuold tərəfindən işlənib hazırlanmış, əsasən, sətir və mətnlərin emalı üçün nəzərdə tutulmuş proqramlaşdırma dili. SNOBOL güclü, yığcam dil olsa da, geniş tətbiq olunmadı, çünki strukturlu proqramlaşdırmada istifadə olunan şərtsiz keçidi etibarlı təmin etmir. SNOBOL-un kompilyasiya olunan versiyaları yaradılsa da, başlanğıcdan o, interpretasiya olunan dildir. == Proqramın nümünəsi == == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 790 s.
SNOBOL (StriNg-Oriented symBOlic Language)
SNOBOL — 1962-67-ci illərində AT&T Bell Laboratories (ABŞ) tədqiqat şirkətində Ralf Qrisuold tərəfindən işlənib hazırlanmış, əsasən, sətir və mətnlərin emalı üçün nəzərdə tutulmuş proqramlaşdırma dili. SNOBOL güclü, yığcam dil olsa da, geniş tətbiq olunmadı, çünki strukturlu proqramlaşdırmada istifadə olunan şərtsiz keçidi etibarlı təmin etmir. SNOBOL-un kompilyasiya olunan versiyaları yaradılsa da, başlanğıcdan o, interpretasiya olunan dildir. == Proqramın nümünəsi == == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 790 s.
SNP körpüsü (Bratislava)
SNP körpüsü (slovak. Most SNP) — Dunay çayı üzərində, Bratislavada bir körpü. SNP körpüsü tək asma dirəkli yol körpüsü olaraq dizayn edilmişdir. Bu Bratislavanın Dunay çayında heç bir dəstəyi olmayan və şəhərdəki ən böyük körpüsüdür. 2001-ci ildə Slovakiyada "körpü binası" kateqoriyasında əsrin tikinti elan edilmişdir. Körpü Ümumdünya Uzun Qüllələr Federasiyasına aiddir və bu federasiyanın ən aşağı az hündürlüyü olan binasıdır. Bu siyahıda 28-ci yerdədir. Hündürlüyü 100 metrdən az olan yeganə binasıdır. Körpü gülləsi onun yeganə dayağıdır. == Tarixi == Körpü 1967-1972-ci illərdə memarlar Cosef Lasko, Ladislav Kuşnir, İvan Slamen, Arpad Tesar və Cosef Zvarın layihəsinə əsasən «Dopstav Bratislava» və «Gutne montaj Ostrava» təşkilatları tərəfindən inşa edilmişdir.
Senecio snowdenii
Senecio snowdenii (lat. Senecio snowdenii) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Severus Sneyp
Severus Sneyp (9 yanvar 1960 – 2 may 1998) — Harri Potter romanlar seriyasının qəhrəmanı. == Romanlarda == === Harri Potter və Fəlsəfə Daşı === Severus Sneyp ilk dəfə "Harri Potter və Fəlsəfə Daşı" romanında Harrinin Hoqvartsa gəlməsindən sonra görünür. O, məktəbdə İksir elmini tədris etsə də, əslində Qara qüvvələrdən müdafiə dərsini tədris etmək istəyir. Sneyp özü də "Simurq Ordeni" romanında bunu təsdiqləyir. Sneyp qəddar və tərs müəllimdir, o, öz fakultəsini önə çəkmək üçün hər imkanda Harrini və dostlarını cəzalandırır. Əsərin sonuna kimi oxucu Sneypin əsas antoqonist obraz olduğunu düşünür. Çünki Harri və dostları əvvəlcə Sneypin Fəlsəfə Daşını oğurlamaq istədiyini düşünürlər. Daha sonra isə Harri Sneypin Lord Voldemorta işlədiyini düşünür. Həmçinin uşaqlar Qviddiç oyunu zamanı Sneypin Harrini öldürməyə cəhd etdiyini fikirləşirlər. Lakin sonda məlum olur ki, Harrinin atası Ceyms Sneypin həyatını xilas etdiyinə görə, Sneyp də onun oğlunu qorumağa çalışırmış.
Snail Mail
Snail Mail (16 iyun 1999, Ellikot-Siti[d], Merilend) — amerikalı müğənni-bəstəkar Lindsi Cordanın indi-rok solo layihəsi. Cordan ilk dəfə Snail Mail kimi 15 yaşında olarkən canlı çıxış edib və 2016-cı ildə buraxdığı ilk mini albomu Habit ilə diqqətləri üzərinə çəkib. Matador Records ilə bağladığı müqavilədən sonra o, 2018-ci ildə debüt studiya albomu Lush ilə tənqidi bəyənmələr qazandı. Snail Mail-in ikinci studiya albomu Valentine 2021-ci ildə işıq üzü gördü. == Həyatı == Lindsi Erin Cordan, ABŞ-nin Merilend ştatının Ellikott Siti şəhərində, Baltimor dairəsində böyüyüb. Onun anası alt paltarı mağazasının sahibi, atası isə dərslik nəşriyyatında işləyir. Cordan Roma-Katolik tərbiyəsi almışdır. O, gitara çalmağa 5 yaşında başlayıb və yeniyetmə ikən pank səhnəsi onu valeh edib. Cordan 8 yaşında Paramore-u Riot! turunda canlı izlədi.
Snayfedlsnes
Bulandsnes (isl. Snæfellsnes) — İslandiya ərazisində yerləşən yarımada. == Coğrafiya == Snayfedlsnes yarımadası İslandiyanın qərbində yerləşir. Öz adını Snayfedlsyyokyudl vulkanından götürmüşdür. == Geologiya == Yarımada 7 milyon il öncə meydana gəlmişdir. Burada aktiv şəkildə vulkanin proseslərin nəticəsində meydaba gəmişdir. Burada sonuncu püskürmə XII əsrə təsadüf edir. Nəticədə 80 nəfər həlak olmuşdur. Bu hadisənin xatirəsinə burada monastır inşa edilmişdir. Monastr öz mövcudluğunu XIII əsrə qədər sürsqrmüşdür.
Snayper
Snayper (ing. Sniper) - orduda xidmət keçən əsgərə verilən ad. Bu əsgərlərə Snayper tüfəngi ilə xüsusi təlim keçirilir. Snayperlər uzaq məsafədə yerləşən hədəfi vurmaq və ya kiçik ölçülü hədəfləri vurmaq üçün xüsusi ləvazimatlardan istifadə edirlər. Düşmən tərəfindən görünməmək məqsədilə snayperlər kamuflyajdan istifadə edirlər. Snayperlər 1 km məsafəyədək dəqiq atəş aça bilir. Dünyanın bir çox ölkələrində xüsusi təyinatlı birləşmələrin tərkibində snayper birlikləri mövcuddur. Ovçuluqla məşğul olan şəxslərin snayperlər tərəfindən istifadə olunan vasitələrdən istifadə etməsi geniş yayılmışdır. Snayper sözüdə ilk dəfə ovçular tərəfindən işlədilmişdir. Ovçuların nadir hallarda ovlaya bildiyi snayp quşunu ovlayan ovçular snayper adlandırılmışdır.
Snayper 2 (film, 2002)
Snayper 2 (ing. Sniper 2) — 2002-ci ildə istehsal olunmuş ABŞ filmidir. == Məzmun == Serjant Tom Bekket əlindən ağır zədə aldıqdan sonra vəzifəsindən çıxır. Lakin ona yenidən bir əməliyyat təklif olunur. Onun yeni əməkdaşı Koul olur. Onlar Serb generalı Balastoriyanı aradan qaldırmalıdırlar.
Snayper qülləsi
FNSS Snayper qülləsi — bir şəxs tərəfindən istifadə edilə bilən, bir çox fərqli nəqliyyat vasitəsi üzərinə quraşdırıla bilən, lakin əslində Zirehli Döyüş Maşınları üçün istehsal edilmiş bir qüllə sistemi. Qüllənin üstündə qoşa ağızlı 25 mm-lik M242 Bushmaster avtomat topu və 7,62 mm-lik pulemyotu mövcuddur. Qüllə bir mil üstündə saniyədə 60 dərəcə hərəkət edə biləcək formadadır. Qüllədə dörd ədəd M27 birləşdirilmiş gündüz/gecə uyğunlaşdırılmalı periskoplar mövcuddur. Bundan əlavə, qüllədə səkkiz ədəd duman buraxıcısı mövcuddur. Mərminin başlanğıc sürəti 1,100 m/s (3,610 ft/s), dəqiqədə atılan mərmi sayı 200 mərmi, effektiv mənzili 2,000 m (1.2 mil), maksimum mənzili 6,800 m (4.23 mil), nişangah sistemi əsas: Gündüz/Gecə (Görüntünü yaxınlaşdıran və ya termal) Asılı Görüntü Sistemi: 4 ədəd pereskopdur.
Snayper tüfəngi
Silah saytlarının və ekspertlərinin qiymətləndirmələrinə görə, bu gün çoxlu sayda şirkət tərəfindən müxtəlif modeldə iriçaplı güllələrdən atəş açan snayper tüfəngləri yaradılıb və müxtəlif ölkələrin ordularında silahlanmaya qəbul edilib. Amma keyfiyyət və tətbiqatı baxımından "ən yaxşı" iriçaplı snayper tüfəngləri barmaqla sayılası qədərdir. Maraqlısı odur ki, bu silahlar arasında Azərbaycanın 2009-cu ilin əvvəlində dünya bazarına çıxardığı İST 14,5 Antimaterial Rifle "İstiqlal" tüfəngi də var. İriçaplı snayperlər arasında "ən yaxşı" tüfəng seçilənlər isə aşağıdakılardır: Mechem NTW-20 (Denel NTW-20) CAR-ın "Denel" firması tərəfindən istehsal olunan bu snayper əsasən yüngül zirehli texnikalara, bu texnikalarda daşınan şəxsi heyətə, təyyarə və helikopterlərə qarşı tətbiq olunur. Darağı 3 güllə tutan NTW-20-nin doldurulması əllə həyata keçirilir. Seriya ilə istehsalına 1998-ci ildən başlanmış bu tüfəngin NTW-20 və NTW-14,5 modifikasiyaları mövcuddur. Dünyanın ən böyük çaplı snayper tüfəngləri sayılan bu silahlardan NTW- 20-nin kütləsi 26 kq, uzunluğu 1795 mm-dir. Bu tüfəng 20×83,5 və 20×110 mm çaplı güllələrdən atəş açır. NTW-14,5-in isə kütləsi 29 kq, uzunluğu 2015 mm-dir. Bu modifikasiya isə 14,5×114 mm çaplı güllələrdən atəş açır.
Snayper tüfəngləri
Silah saytlarının və ekspertlərinin qiymətləndirmələrinə görə, bu gün çoxlu sayda şirkət tərəfindən müxtəlif modeldə iriçaplı güllələrdən atəş açan snayper tüfəngləri yaradılıb və müxtəlif ölkələrin ordularında silahlanmaya qəbul edilib. Amma keyfiyyət və tətbiqatı baxımından "ən yaxşı" iriçaplı snayper tüfəngləri barmaqla sayılası qədərdir. Maraqlısı odur ki, bu silahlar arasında Azərbaycanın 2009-cu ilin əvvəlində dünya bazarına çıxardığı İST 14,5 Antimaterial Rifle "İstiqlal" tüfəngi də var. İriçaplı snayperlər arasında "ən yaxşı" tüfəng seçilənlər isə aşağıdakılardır: Mechem NTW-20 (Denel NTW-20) CAR-ın "Denel" firması tərəfindən istehsal olunan bu snayper əsasən yüngül zirehli texnikalara, bu texnikalarda daşınan şəxsi heyətə, təyyarə və helikopterlərə qarşı tətbiq olunur. Darağı 3 güllə tutan NTW-20-nin doldurulması əllə həyata keçirilir. Seriya ilə istehsalına 1998-ci ildən başlanmış bu tüfəngin NTW-20 və NTW-14,5 modifikasiyaları mövcuddur. Dünyanın ən böyük çaplı snayper tüfəngləri sayılan bu silahlardan NTW- 20-nin kütləsi 26 kq, uzunluğu 1795 mm-dir. Bu tüfəng 20×83,5 və 20×110 mm çaplı güllələrdən atəş açır. NTW-14,5-in isə kütləsi 29 kq, uzunluğu 2015 mm-dir. Bu modifikasiya isə 14,5×114 mm çaplı güllələrdən atəş açır.
Sneferu
Sneferu (ing. Sneferu; e. ə. XXVII əsr, Misir – e.ə. 2609, Misir) — Soris (yun. Koine: Σῶρις Manetho) Köhnə Krallıq dövründə Misirin Dördüncü Sülaləsinin qurucu fironu idi. Onun hakimiyyətinə dair qiymətləndirmələr müxtəlifdir: məsələn, Qədim Misirin Oksford tarixi eramızdan əvvəl 2613-cü ildən 2589-cu ilə qədər hökmranlığı təklif edir. [5] 24 illik hökmranlıq, Rolf Krauss isə 30 illik hökmranlıq [6] və Rainer Stadelmann. 48 illik hakimiyyət [7] O, bu günə qədər gəlib çatmış ən azı üç piramida tikmiş və piramidaların dizaynında və tikintisində mühüm yeniliklər etmişdir. == Lövhənin uzunluğu == [[Fayl:Snefru hed-seb festival.jpg|thumb|left|200px|Daxşur dəfn məbədindən və hazırda Misir Muzeyi]ndə nümayiş etdirilən Sneferu Sed bayramının ağ paltarında təsvir edən barelyefin fraqmenti.
Sneha Ullal
Sneha Ullal (d. 18 dekabr 1987) — hind aktrisası. == Həyatı == 18 dekabr 1987-ci ildə Omanın paytaxtı Maskat şəhərində anadan olmuşdur. Əsas tamil, hind, teluqu, kannada dillində filmə çəkilir. Təhsilini Maskatda yerləşən hind məkəbində alıb. Mumbaya köçdükdən sonra Varkat kollecinə daxil olur. 2005-ci ildə Salman Xanla bir yerdə "Laki, sevgi üçün zaman yoxdur" filminə çəkilib. Subaydır.
Snejka dağı
Snejka dağı (pol. Śnieżka; alm. Schneekoppe‎) — Polşa ilə Çexiya sərhədində yerləşən dağ. Snejka dağı Sileziya silsiləsinin bir hissəsi olan Krokonoşe dağlarının ən gözəçarpan dağıdır. Hündürlüyü 1603 metr olub Çexiyanın, Krokonoşe dağlarının və bütün Sudeti silsiləsinin ən hündür zirvəsidir. == Tarix == Dağa ilk dırmanış qiymətli daşlar axtarışında olan naməlum venesiyalı tacir tərəfindən 1456-cı ildə baş tutmuşdur. Tezliklə dağda ilk yaşayış məntəqələri salınmışdır. Bu yaşayış məntəqələri əsasən mədənçiliklə məşğul olaraq dəmir, qurğuşun və arsen çıxarmışdır. 1,5 kilometr uzunluğunda olan mədən sütunları hazırda da dayanmaqdadır. 1546-cı ildə Georq Aqrikola dağın adını alman dilində Riseberq kimi vermişdir (almanca "böyük dağ" deməkdir; Riesengebirge "Böyük dağlar" deməkdir).
Snejnik (plato)
Snejnik (sloven. Snežnik) — Sloveniya ərazisində, Dinar öndağlığı ərazisində yerləşən, təxminən 85 km² ərazini əhatə edən geniş karst yaylası. == Coğrafi təsviri == Snejnik əsasən təbaşir və yura dövründən qalma əhəng daşlarından və yuxarı hissədə az miqdarda dolomitdən ibarətdir. Son buz dövrü zamanı səthi kəskin dəyişmişdir. Relyefi bir qayda olaraq düzdür, lakin çoxsaylı quru dərələrə, 300-ə yaxın mağaraya sahibdir. Səthi əsasən qayalıqdır. Yayla Adriatik dənizindən cəmi 28 km məsafədə olduğundan burada yağıntının miqdarı ildə 3000 millimetrə qədərdir. Qışda qarla örtülüdür. Yaylasın karst təbiətinə görə üzərində səthi su axını yoxdur. Yaylada bir keçid ilə ayrılmış iki zirvə vardsır.
Snejnoqorsk
Snejnoqorsk — Rusiya Federasiyasında yerləşən şəhər. Murmansk vilayətinə daxildir.

"sn" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sn nədir? #sn sözünün mənası #sn nə deməkdir? #sn sözünün izahı #sn sözünün yazılışı #sn necə yazılır? #sn sözünün düzgün yazılışı #sn leksik mənası #sn sözünün sinonimi #sn sözünün yaxın mənalı sözlər #sn sözünün əks mənası #sn sözünün etimologiyası #sn sözünün orfoqrafiyası #sn rusca #sn inglisça #sn fransızca #sn sözünün istifadəsi #sözlük