tantal sözü azərbaycan dilində

tantal

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • tantal • 92.8571%
  • Tantal • 7.1429%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Tantal
Tantal - "Ta" -(Tantalum) – Mendeleyevin elementlərin dövri sistemində 73-cü element. V qrupun əlavə yarımqrupunun 3-cü elementidir. Sərbəst halda ilk dəfə 1802-ci ildə İsveç alimi Andres Eksberq və ingilis alimi Çarlz Xatçet (1765-1847) tərəfindən Skandinaviyada tapılan minerallardan birində kəşf olunmuşdur. Onlar kəşf etdikləri tantal və kolumbiumu kimyəvi xassələri çox yaxın olduğundan bir element kimi qəbul etdilər və onu tantal adlandırdılar. 1844-cü ildə alman kimyaçısı Henrix Roze (1795-1864) Bavariyada tapılan mineralları araşdırarkən sübut etdi ki, çox oxşar xassəli iki müxtəlif element mövcuddur. O bu elementlərin "qohumluğunu" nəzərə çapdırmaq" üçün ikinci elementi mifik yunan qəhrəmanı Tantalın qızı Niobanın şərəfinə Niobium adlandırdı. Maraqlıdır ki, Amerikada hələ uzun müddət niobiumu, köhnə adı ilə Kolumbium (CB) adlandırırdılar. Bu elementə tantal adı elementin sərbəst halda çətin ayrılmasına və onun kimyası ilə məşğul olan tədqiqatçılara əzab verməsinə görə qədim yunan mifologiyasından götürülmüş "Tantal əzabı" məfhumuna əsasən verilmişdir. Mifik ad daşıyan 3 elementdən (vanadium, tantal, niobium) biridir. Tantal metalı ilk dəfə xloridli birləşməsinin hidrogenlə reduksiyasından alınmışdır.
Tantal (mifologiya)
Tantal (yun. Τάντᾰλος) yunan mifologiyasında Zevs və okeanida Plutonun oğlu, Friqiyada yerləşən Sipilin çarı. Zevslə Friqiya çariçası Plutonun oğlu, Lidiyalı Ksanfa görə isə Himeneyin oğludur), onun arvadı Diona və ya Steropa və ya Evrianassadır. Pelop, Nioba və Broteyin atasıdır. İlahların sevimlisi kimi Tantal onların şuralarına və yemək məclislərinə çağrılırdı. Belə yüksək vəziyyət onun qürurlanmasına səbəb oldu və ilahları təhqir etdiksən sonra onu cəza olaraq Aidə, cəhənnəmə atdılar. Əfsanənin bir versiyasına görə, o Zevsin gizli qərarlarını açıqlamış və ya insanlara ilahların sirrlərini açmışdı, digər versiyaya görə, o dostlarını qonaq etmək üçün ilahların stolundan nektar və ambroziya oğurlamışdı. Üçüncü versiyaya görə, Tantal onun üçün Zevsin məbədindən oğurlanmış qızıl itə sahib olmaq məqsədilə yalandan and içərək söyləmişdi ki, o Pandareydən Zevsin qızıl itini götürməmişdir və buna görə də, Zevs onu ildırımla vurmuş və Sipil dağını Tantalın başına uçurmuşdu. Nəhayət, başqa bir mifə görə, Tantal ilahların hər şeyi görüb görmədiklərini sınamaq üçün öz oğlu Pelopu öldürmüş, onun ətindən yemək hazırlamış və ilahları bu yeməyə qonaq etmişdi. Lakin onlar hər şeyi başa düşmüş və Pelopu diriltmişdilər.
Kolumbit-tantalit
Kolumbit-tantalit — minerallar, kolumbit (Fe, Mn)Nb2O6 - tantalit (Fe, Mn)Ta2O6 izomorf sırası. Rombik. Habitus prizmatik və ya lövhəvari. Ayrılması {010} üzrə orta, {100} üzrə qeyri-mü­kəm­məl. Rəngi dəmiri-qaradan qonuru-qara­yadək, manqanlı növləri daha açıq rənglidir. Sərtliyi 6-6,5. Xüsusi çəkisi 5,2-7,9 (tantalitə doğru artır). Peqmatitlərdə. Ta və Nb filizi. Sinonim: Niobit-tantalitlər.

tantal sözünün leksik mənası və izahı

tantal sözünün rus dilinə tərcüməsi

  • 1 1 сущ. тантал (герой древнегреческой мифологии, осуждённый богами на вечные мучения) 2 I сущ. хим. тантал (редкий, очень твёрдый и тугоплавкий металл серо-стального цвета) II прил. танталовый. эл.-тех. Tantal lampası танталовая лампа, tantal filizi танталовая руда, tantal ərintisi танталовый сплав

    Azərbaycanca-rusca lüğət / tantal

tantal sözünün ləzgi dilinə tərcüməsi

"tantal" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#tantal nədir? #tantal sözünün mənası #tantal nə deməkdir? #tantal sözünün izahı #tantal sözünün yazılışı #tantal necə yazılır? #tantal sözünün düzgün yazılışı #tantal leksik mənası #tantal sözünün sinonimi #tantal sözünün yaxın mənalı sözlər #tantal sözünün əks mənası #tantal sözünün etimologiyası #tantal sözünün orfoqrafiyası #tantal rusca #tantal inglisça #tantal fransızca #tantal sözünün istifadəsi #sözlük