tatarı sözü azərbaycan dilində

tatarı

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • tatarı • 90.7895%
  • Tatarı • 7.8947%
  • TATARI • 1.3158%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Alekseyevsk rayonu (Tatarıstan)
Alekseyevsk rayonu (tatar. Alekseyevsk rayonı, Алексеевск районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Respublikanın mərkəzi hissəsində, Kama çayının sağ sahili boyunca uzanır. İnzibati mərkəz şəhər tipli Alekseevskoye qəsəbəsidir. == Coğrafiyası == Rayonun ərazisi 2074.41 km² -dir. Çistopol, Aksubay, Nurlat, Əlki, Spas rayonları, Kuybışev su anbarının qarşı tərəfində isə Layış və Balık Bisməse rayonları ilə həmsərhəddir. == Tarixi == 1920-ci ilə qədər Layış, Spas və Çistopol mahallarına, 1920-1922-ci illərdə isə Layış, Spas və Chistopol kantonlarına, 1922-1930-cu illərdə Çistopol və Spas kantonlarına daxil olur. Rayon 10 avqust 1930-cu ildə təsis edilmişdir. 1 fevral 1963-cü ildə ərazinin Çistopol rayonuna verilməsi ilə ləğv edilir. 4 mart 1964-cü ildə rayon ərazisi yenidən bərpa edilir.
Azərbaycan–Tatarıstan münasibətləri
Azərbaycan–Tatarıstan münasibətləri — Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Tatarıstan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. Bu əlaqələr həm də Azərbaycan–Rusiya münasibətlərinin tərkib hissəsidir. == Tarixi == Hər iki respublikanın ərazisi bir müddət Rusiya imperiyasının tərkibində idi. Daha sonra isə Azərbaycan müttəfiq respublika kimi, Tatarıstan isə Rusiyanın subyekti kimi SSRİ-nin tərkibində olmuşlar. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır. Hazırda Azərbaycan müstəqil dövlət kimi Rusiyanın subyekti olan Tatarıstanla bir sıra mədəni, təhsil və s. əlaqələrə malikdir. Azərbaycan Respublikasının Prezidentinin 25 avqust 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası ilə Tatarıstan Respublikası arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi təsdiq edilmişdir. == Diplomatik əlaqələr == Azərbaycanla Tatarıstan arasında ən yüksək səviyyələrdə məktub mübadiləsi həyata keçirilir.
Başqırdıstan–Tatarıstan münasibətləri
Başqırdıstan–Tatarıstan münasibətləri — Rusiya Federasiyasının Başqırdıstan Respublikası ilə Tatarıstan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Tarixi == Etnik quruluş etibarilə başqırdlar tatarlara yaxındırlar. Tarixi mənbələrə görə, başqırd-tatar əlaqələri hələ təxminən on min il əvvəl başlamışdır. 1552-ci ildə Kazan xanlığının süqutundan sonra hər iki türk boyu – tatar və başqırdlar ruslara qarşı birlikdə qiyam qaldırmış, lakin XVIII əsrin sonlarında rus hakimiyyətinə daxil olmaq məcburiyyətində qalmışlar. Bundan sonra hər iki respublikanın ərazisi Rusiya imperiyasının tərkibində olmuşdur. Dörd əsrlik bir dövrdə bir yerdə yaşayan başqırdlar və tatarlar bir-biriləriylə tamamilə qaynaşmışlar. Kazan şəhərindəki mədrəsələrlə Başqırdıstan şəhərləri olan Ufa, Orenburq, Kargah, Troyskiy, İsterlibaş və digər şəhər və qəsəbələrdəki mədrəsələr arasında təhsil və tədris üsulları baxımından demək olar ki, heç bir fərq yox idi. Təhsil işçiləri arasında tatarlar olduğu kimi, çoxlu başqırdlar da var idi. Onlar heç bir zaman ayrılıq və həsrət yaşamamışlar. Son dövrlərin tanınmış yazıçı, tarixçi və şairlərindən Həbibünnəccar, Zəki Vəlidi Toğan, Şeyxadə Babiç və digərləri əsərlərini başqırd dilində deyil, məhz tatar dilində qələmə almışlar.
Bolşoe gölü (Tatarıstan)
Bolşoe gölü —Tatarıstanın Kaybiski rayonu ərazisində yerləşən göl. == Coğrafiya == Bolşoe gölü karst məşhəllidir. Tatarıstanın Kaybiski rayonunda, Karqala kəndindən şimalda yerləşir. Su tutarı dairəvi formaya malikdir. Uzunluğu 170 metr, maksimal eni isə 150 metrdir. Su səthinin sahəsi 1,8 ha-dır. Orta dərinliyi 4 metr, maksimal dərinlik isə 7 metr təşkil edir. == Hidrologiya == Su tutarının həcmi 60 min m³dir. Yeraltı sularla qıdalanır. Səviyyəsi dəyişməzdir.
Lesnoe gölü (Tatarıstan)
Lesnoe gölü —Tatarıstanın Kamsk-Ustinski rayonu ərazisində yerləşən göl. Tatarıstan SSR Nazirlər Sovetinin 10 yanvar 1978-ci il № 25 və TatarıstanRespublikası Nazirlər Kabinetinin 29 dekabr 2005-ci № 644 saylı qərarı ilə yerli əhəmiyyətli təbiət abidəsi elan edilmişdir. == Coğrafiya == Bolşoe gölü karst məşhəllidir. Tatarıstanın Kamsk-Ustinski rayonunda, Bolşie Klari kəndindən 1,5 km cənub-şərqdə yerləşir. Su tutarı dairəvi formaya malikdir. Uzunluğu 80 metr, maksimal eni isə 60 metrdir. Su səthinin sahəsi 0,67 ha-dır. Orta dərinliyi 1 metr təşkil edir. == Hidrologiya == Su tutarının həcmi 12000 m³dir. Yeraltı sularla qıdalanır.
Proval gölü (Tatarıstan)
Proval gölü —Tatarıstanın Alikseevski rayonu ərazisində yerləşən göl. Tatarıstan SSR Nazirlər Sovetinin 10 yanvar 1978-ci il № 25 və TatarıstanRespublikası Nazirlər Kabinetinin 29 dekabr 2005-ci № 644 saylı qərarı ilə yerli əhəmiyyətli təbiət abidəsi elan edilmişdir. == Coğrafiya == Proval gölü karst mənşəllidir. Tatarıstanın Alikseevski rayonunda, Zoteevka kəndində yerləşir. Su tutarı dairəvi formaya malikdir. Uzunluğu 75 metr, maksimal eni isə 60 metrdir. Su səthinin sahəsi 0,30 ha-dır. Orta dərinliyi 3 metr təşkil edir. Göl 1895-ci ildə dərinliyi 7 metr, diametri 70 sm olaraq meydana gəlmiişdir. == Hidrologiya == Su tutarının həcmi 10 m³-dir.
Qaragöl (Tatarıstan)
Qara Göl — Tatarıstanın Baltasin rayonu ərazisində yerləşən göl. Rəvayətə görə göl əvvəllər sıx meşənin içində olmuşdur. Səbəbdən qara olaraq görünmüş və bu cür adlandırılmışdır. Tatarıstan SSR Nazirlər Sovetinin 10 yanvar 1978-ci il № 25 və Tatarıstan Respublikası Nazirlər Kabinetinin 29 dekabr 2005-ci № 644 saylı qərarı ilə yerli əhəmiyyətli təbiət abidəsi elan edilmişdir == Coğrafiya == Qara Göl gölü karst məşhəllidir. Sahilləri hamardır. Tatarıstanın Baltasin rayonunda, Bolşıe Lızi kəndindən 1,2 km çimal-şərqdə yerləşir. Su tutarı uzunsov formaya malikdir. Uzunluğu 200 metr, maksimal eni isə 130 metrdir. Su səthinin sahəsi 1,6 ha-dır. Orta dərinliyi 8 m, maksimal dərinliyi isə 28 m təşkil edir.
Tatarıstan
Tatarıstan (tatar. Татарстан; rus. Tatarstan) və ya rəsmi adı ilə Tatarıstan Republikası (rus. Респу́блика Татарста́н, tatar. Татарстан Республикасы) — Rusiya Federasiyasında muxtar respublika. Ərazisi 68,000 km² əhali sayı isə 3,800,000 nəfərdir ki onların əksəriyəti tatarlardan təşkil olunur. Tatarıstanın paytaxtı Qazan şəhəridir. Qeyri-rəsmi Tatarıstan ideyası: Bez Buldırabız! (Biz Bacarırıq!) adlanır. == Tarixi == 80-ci illərin sonunda Volqaboyu və Sibirin türk xalqları milli muxtar qurumlarının siyasi statuslarının artırılması uğrunda mübarizə aparırdılarsa, SSRİ dağıldıqdan sonra Tatarıstanda müstəqillik meylləri güclənməyə başladı.
Tatarıstan Dövlət Kukla Teatrı
Tatarıstan Respublikasının Dövlət Kukla Teatrı və ya "Ekiyat" teatrı (tatar. Татар дәүләт «Әкият» курчак театры) — Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində fəaliyyət göstərən mədəniyyət müəssisəsi. == Tarixi == Teatr 1934-cü ildən fəaliyyət göstərir. Teatrın ilk adı Birinci Dövlət Beynəlxalq Kukla Teatrı olmuşdur. Repertuarı olduqca zəngin olan teatr 1974-cü ildən Beynəlxalq Kukla Teatrları Təşkilatının üzvüdür. == Kollektivi == Teatrın kollektivi mütəmadi olaraq beynəlxalq festivalların iştirakçısıdır. Teatrın direktoru Roza Yapparova, baş rejissoru isə İldus Zinnurovdur.
Tatarıstan Kitab Nəşriyyatı
Tatarıstan Kitab Nəşriyyatı — Tatarıstanın ən böyük nəşriyyatlarından biri olan Sovet və Rusiya dövlət nəşriyyatı. Bədii və uşaq ədəbiyyatı, dərsliklər, akademik nəşrlər çap edir. Ədəbiyyatın çox hissəsi tatar dilində nəşr olunur. == Tarixi == Tatar kitab nəşriyyatı, müasir Tatarıstan ərazisində Sovet hakimiyyəti qurulduqdan sonra Kazandakı bir sıra özəl nəşriyyatların milliləşdirilməsi nəticəsində yaradıldı. Əvvəlcə nəşriyyat Qalımjan İbrahimovun rəhbərliyi ilə Mərkəzi Tatar-Başqırd Komissarlığının və RSFSR Dövlət Nəşriyyatının Kazan şöbəsinin mətbəə şöbəsi kimi fəaliyyət göstərirdi. 1920-ci ildə Tatar ASSR-nin yaranması ilə şöbə Tatnarkompros-un tabeliyində olan müstəqil bir nəşriyyata (Tatgosizdat) çevrildi. İlk illərdə Tatqosizdat Mari Muxtar və Perm bölgələrinin nəşr evləri olan Çuvaşpechata rəhbərlik edirdi. 1927-ci ildə nəşriyyat Tatar nəşriyyatı (Tatizdat) olaraq yenidən təşkil edildi. 1933-cü ildə Kamil Yakuba adına kitab fabriki , birləşmiş təşkilata Tatar Dövlət Nəşriyyatı (Tatgosizdat), daha sonra (1954-1958-ci illərdə) — Tatknigoizdat adını verdi. 1958-ci ildə nəşriyyat indiki adını aldı və Tatar ASSR-in əsas nəşriyyatına çevrildi.2017-2019-cu il tarixindən etibarən Rusiya xalqlarının milli dillərində ədəbiyyat nəşr edən ən böyük rus nəşriyyatı hesab edildi.
Tatarıstan MSSR
Tatarıstan Muxtar Sovet Sosialist Respublikası (Tatarıstan, Tatar MSSR, TASSR, Muxtar Sovet Sosialist Tatarıstan Respublikası; (tatar. Татарстан Автономияле Совет Социалистик Республикасы (ТАССР, Татарстан)) — RSFSR tərkibində muxtar respublika. 1920-ci il, mayın 27-də təşkil olunmuşdur. Şərqi Avropa düzənliyinin şərqində, Volqa çayının orta axını boyunda yerləşir. Sahəsi 68 min km², əhalisi 3 637 809 nəfərdir (1989). 37 rayonu, 18 şəhəri, 22 şəhərtipli qəsəbəsi olan Muxtar Respublikanın paytaxtı Kazan şəhəri olmuşdur. == Dövlət quruluşu == Tatarıstan MSSR fəhlə, kəndli və ziyalıların sosialist ümumxalq dövləti, muxtar sovet sosialist respublikasıdır. Qüvvədə olan konstitusiyası 1978-ci il mayın 31-də qəbul edilmişdir. Ali dövlət hakimiyyəti orqanı 5 il müddətinə seçilən birpalatalı Tatarıstan MSSR Ali Sovetidir (sessiyalararası dövrdə onun Rəyasət Heyəti). Ali Sovet respublika hökumətini — Nazirlər Sovetini təşkil edir.
Tatarıstan Muxtar Sovet Sosialist Respublikası
Tatarıstan Muxtar Sovet Sosialist Respublikası (Tatarıstan, Tatar MSSR, TASSR, Muxtar Sovet Sosialist Tatarıstan Respublikası; (tatar. Татарстан Автономияле Совет Социалистик Республикасы (ТАССР, Татарстан)) — RSFSR tərkibində muxtar respublika. 1920-ci il, mayın 27-də təşkil olunmuşdur. Şərqi Avropa düzənliyinin şərqində, Volqa çayının orta axını boyunda yerləşir. Sahəsi 68 min km², əhalisi 3 637 809 nəfərdir (1989). 37 rayonu, 18 şəhəri, 22 şəhərtipli qəsəbəsi olan Muxtar Respublikanın paytaxtı Kazan şəhəri olmuşdur. == Dövlət quruluşu == Tatarıstan MSSR fəhlə, kəndli və ziyalıların sosialist ümumxalq dövləti, muxtar sovet sosialist respublikasıdır. Qüvvədə olan konstitusiyası 1978-ci il mayın 31-də qəbul edilmişdir. Ali dövlət hakimiyyəti orqanı 5 il müddətinə seçilən birpalatalı Tatarıstan MSSR Ali Sovetidir (sessiyalararası dövrdə onun Rəyasət Heyəti). Ali Sovet respublika hökumətini — Nazirlər Sovetini təşkil edir.
Tatarıstan Prezidenti
Tatarıstan Respublikasının Prezidenti (tatar. Татарстан Республикасы Президенты; rus. Президент Республики Татарстан) — Respublikanın (dövlət və Federasiya subyektinin) başçısı. == Vəzifənin adlandırması == 2010-cu ildə Rusiya Federasiyasında Prezident adlandırılan subyektlərin başçısılarının adlarının dəyişdirməsi başlayıb. Rəsmən, bunu Çeçenistan başçısı Ramzan Kadırov başlayıb. O, Prezident adını daşımaqdan imtina edən ilk bölgə başçısı idi və başqa Prezident adı daşıyan bölgə başçılarını da eyni şey eləməyə çağırıb. O vaxt Kadırov elan edib ki, Rusiyada ancaq bir dövlət xadimin Prezident adlandırmağa haqqı var və bölgə prezidentlərinin rejəsini dayandırmaq lazım. 2010-cu ilin axırında Rusiya Prezidenti, Dmitri Medvedev Dövlət Duması və Federasiya Şurasının tərəfindən qəbul olunan, bölgə başçılarını Prezident adlandırmağa yasaq eləyən qanusunun təsdiqini imzalayıb. Eyni zamanda regionlara başçılarının adlarını 2015-ci ilin yanvarın 1-nə dək tarihi ənənələrinə uyğun olan adları ilə əvəzləməyə haqqı verilib. 2013-cü ilin axırında ancaq Tatarıstan və Başqırdıstan başçıları yeni adı qəbul etməyiblər.
Tatarıstan Republikasının prezidenti
Tatarıstan Respublikasının Prezidenti (tatar. Татарстан Республикасы Президенты; rus. Президент Республики Татарстан) — Respublikanın (dövlət və Federasiya subyektinin) başçısı. == Vəzifənin adlandırması == 2010-cu ildə Rusiya Federasiyasında Prezident adlandırılan subyektlərin başçısılarının adlarının dəyişdirməsi başlayıb. Rəsmən, bunu Çeçenistan başçısı Ramzan Kadırov başlayıb. O, Prezident adını daşımaqdan imtina edən ilk bölgə başçısı idi və başqa Prezident adı daşıyan bölgə başçılarını da eyni şey eləməyə çağırıb. O vaxt Kadırov elan edib ki, Rusiyada ancaq bir dövlət xadimin Prezident adlandırmağa haqqı var və bölgə prezidentlərinin rejəsini dayandırmaq lazım. 2010-cu ilin axırında Rusiya Prezidenti, Dmitri Medvedev Dövlət Duması və Federasiya Şurasının tərəfindən qəbul olunan, bölgə başçılarını Prezident adlandırmağa yasaq eləyən qanusunun təsdiqini imzalayıb. Eyni zamanda regionlara başçılarının adlarını 2015-ci ilin yanvarın 1-nə dək tarihi ənənələrinə uyğun olan adları ilə əvəzləməyə haqqı verilib. 2013-cü ilin axırında ancaq Tatarıstan və Başqırdıstan başçıları yeni adı qəbul etməyiblər.
Tatarıstan Respublikası
Tatarıstan (tatar. Татарстан; rus. Tatarstan) və ya rəsmi adı ilə Tatarıstan Republikası (rus. Респу́блика Татарста́н, tatar. Татарстан Республикасы) — Rusiya Federasiyasında muxtar respublika. Ərazisi 68,000 km² əhali sayı isə 3,800,000 nəfərdir ki onların əksəriyəti tatarlardan təşkil olunur. Tatarıstanın paytaxtı Qazan şəhəridir. Qeyri-rəsmi Tatarıstan ideyası: Bez Buldırabız! (Biz Bacarırıq!) adlanır. == Tarixi == 80-ci illərin sonunda Volqaboyu və Sibirin türk xalqları milli muxtar qurumlarının siyasi statuslarının artırılması uğrunda mübarizə aparırdılarsa, SSRİ dağıldıqdan sonra Tatarıstanda müstəqillik meylləri güclənməyə başladı.
Tatarıstan Respublikası Konstitusiyası
Tatarstan Respublikasının konstitusiyası — Tatarstan Respublikasının əsas qanunu.
Tatarıstan Respublikası Milli Muzeyi
Tatarıstan Respublikası Milli Muzeyi (rus. Национальный музей Республики Татарстан, tatar. Татарстан Республикасы Милли музее) — Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində elmi-tədqiqat, mədəni və maarifpərvər müəssisə, Tatarıstanın öncül muzeylərindən biri, Volqaboyundakı ən böyük mədəni və tarixi muzeylərdən biri. == Tarixi == Kazan şəhərində bir dövlət muzeyi təsis etmək fikri ilk öncə Kazan Universitetinin pedaqoqlarının ağlına gəlmişdi. 1870-ci illərin axırlarında professor Nikolay Pavloviç Zaqoskin şəhərdə bir muzey təsis etmək fikrini Kazan İmperiya Universitetinin Arxeologiya, Tarix və Etnoqrafiya Cəmiyyətinin (ATEC) keçirdiyi görüşlərdən birində irəli sürmüşdür. Buna baxmayaraq, cəmiyyətin təsis etdiyi muzey dövlət müəssisəsi olmamışdı. Rusiya Texniki Cəmiyyətinin Kazan qolunun üzvləri 1886-cı ildə Kazan Əl İşləri və Kənd Təsərrüfatı Sərgisini keçirərkən Kazan Realnı Məktəbinin direktoru Aleksandr Petroviç Orlovun muzey layihəsini müzakirə etmişdilər. Şəhər Pedaqoji Muzeyi layihəsi Şəhər Duması tərəfindən Quberniya Zemstvo yığıncağının və şəhər dumasının qlasnısı, ATEC-in üzvü, Kazan Universitetinin professoru Nikolay Alekseyeviç Osokinin iştirakı sayəsində təsdiqlənmişdir.1890-cı ilin may ayının 27-dən sentyabr ayının 16-na qədər keçirilən Ümumrusiya Elmi və Sənaye Sərgisi çox uğurlu olmuşdu. Kazan şəhərinin meri Sergey Viktoroviç Dyaçenko sərginin bağlanış mərasimindəki nitqində şəhər muzeyinin təşkil edilməsində yardım istəmişdi. Bunu eşidən şəhər əhalisi muzeyə tarixi və mədəni əşyalar verməyə başladılar.
Tatarıstan Respublikası Yazıçılar Birliyi
Tatarıstan Respublikası Yazıçılar Birliyi — Tatarıstan Respublikasının ərazisində yaşayan və ədəbi yaradıcılıq sahələrindən birində fəal şəkildə çalışan, Tatar dilində və ya başqa bir dildə yazan vətəndaşları birləşdirən bir ictimai təşkilat (yaradıcılıq birliyi), habelə respublikadan kənarda yaşayan insanlar tatar ədəbiyyatına əhəmiyyətli töhfə. Birliyin əsas məqsədləri bunlardır: mənəvi irsin və ədəbiyyatın təbliği yazıçıların peşəkar bacarıqlarının artırılması gənc istedadların hazırlanması yazıçıların yaradıcılıq və yaşayış şəraitinin yaxşılaşdırılması, maraqları üçün geniş qayğı millətlərarası dostluğun möhkəmləndirilməsi Rusiya Yazıçılar Birliyi və digər yazıçılar təşkilatları ilə yaradıcı əməkdaşlığın gücləndirilməsi == Tarixi == 25–29 iyul 1934-cü illərdə Kazanda Sovet Yazıçılar Birinci Ümumtataristan Konqresi keçirildi. Gumer Gali, Galimjan Nigmati, Riza Ishmurat, Kərim Tinchurin, Fatih Kərim Sovet Tatar ədəbiyyatı və janrları haqqında məruzələr etdilər. Konqresin keçirildiyi günlərdə Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyəti və Tatar ASSR Xalq Komissarları Soveti Sovet yazıçılarının yaradıcılıq, mədəni və yaşayış şərtlərini yaxşılaşdırmaq üçün xüsusi bir qərar qəbul etdi. Qurultayda Tatarıstan Sovet Yazıçılar Birliyinin idarə heyəti seçildi: Kərim Tinçurin, Qumer Qali, Gumer Tulumbay, Həsən Tufan, Lyabib Qilmi və başqaları. Birlik İdarə Heyətinin 29 iyul 1934-cü il tarixli iclasında idarə heyətinin sədri seçildi — Kavi Najmi. 1934–1937-ci illərdə Birliyə Kavi Nəcmi, 1937-ci ildə Mirsai Əmir, 1937–1938-ci illərdə Lyabib Gilmi, 1938–1939-cu illərdə İ. Vaxitov, 1939–1942-ci illərdə Musa Cəlil, 1942–1944-cü illərdə rəhbərlik etdilər — Tazi Gizzat. Böyük Vətən müharibəsində Tatarıstanın 104 yazıçısı iştirak etdi, bunlardan 31 nəfər öldü, bunlardan: Musa Cəlil, Abdullah Əliş, Fatih Kərim, Adel Kutui, Nur Bayan, Xayretdin Müzai, Rəhman İlyas, Məhəmməd Abliyev, M. Vadut, Aitzyak Aitov, Xabra Rəhman, Kaşfi Basırov, Masqut Mustafin, Şamil Gərəy, Demyan Fatxi, Mansur Gayaz, Agzam Kamal, İsmail Şəfiyev, Hamit Mavit, Maksammetha Gərəy, Muhhammat Axaliyev , Axtyam Aminov, Süleyman Mulyukov, L. Vali, Rəhim Səttar. Sovet İttifaqı Qəhrəmanı Musa Cəlilin və düşmənə qarşı vuruşan yazıçılar məşhurdur. 1945–1950-ci illərdə Birliyə Əhməd Yerikay, 1950–1953-cü illərdə Qarif Qubay, 1953–1958-ci illərdə Qoumer Bəşirov, 1958–1961-ci illərdə Əfzal Şamov, 1961–1968-ci illərdə Mirsay Amir, 1968–1971-ci illərdə rəhbərlik edirdi.
Tatarıstan Respublikasının Ali Məhkəməsi
Tatarıstan Respublikasının Ali Məhkəməsi (rus. Tatarstan Respublikasının Ali Məhkəməsi), Tatarıstan Respublikası ərazisindəki Rusiya Federasiyasının ən yüksək məhkəmə orqanıdır. 30 aprel 2011-ci ildən Ali Məhkəmənin sədri — Ilgiz Gilyazov. == Tarix == Rusiya İmparatorluğu Senatının 27 oktyabr 1870-ci il tarixli fərmanı ilə Kazan Rayon Məhkəməsi, Kazan Məhkəmə Palatasından sonra mülki və cinayət prosesi üzrə ikinci məhkəmə instansiyası olaraq quruldu. Rəsmi olaraq 8 noyabr 1870-ci ildə açıldı. Kazan vilayətində iki şöbənin — mülki və cinayət idarələrinin tərkibində fəaliyyət göstərir. Kazan Rayon Məhkəməsi 38 hakimdən ibarətdir. İlçe məhkəməsinin həmsədri cinayət (8 məhkəmə) və mülki (6 məhkəmə) şöbəsinə rəhbərlik edir. Vilayətin 14 mahalında 18 mahal məhkəmə üzvü var. Kazan, Chistopol, Laishevo, Spassky, Tetyushi və Sviyazhsk bölgələrinin üzvü idi.
Tatarıstan Respublikasının Arbitraj Məhkəməsi
Tatarıstan Respublikasının Arbitraj Məhkəməsi (tatar. Татарстан Республикасы Арбитраж суды) — Tatarıstan Respublikası ərazisində məhkəmə hakimiyyətini həyata keçirən Rusiya Federasiyası arbitraj məhkəmələri sisteminin orqanı. 3 aprel 2018-ci ildən bəri TR AM sədri — Maksim Borovkov. == Tarixi == 23 sentyabr 1922-ci ildə RSFSR Xalq Komissarları Sovetinin 21 sentyabr 1922-ci il tarixli qərarı əsasında TASSR-in İqtisadi Konfransında Ali Arbitraj Komissiyası (1926-cı ildən - Şurada) quruldu. TASSR Xalq Komissarlarının). 3 may 1931-ci ildə Mərkəzi İcraiyyə Komitəsinin və SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə komissiya TASSR Xalq Komissarları Sovetinin yanında Dövlət Arbitraj adlandırıldı (1946-cı ildən - Nazirlər Sovetinin nəzdində) TASSR). O illərdə, arbitraj əsasən yerli müəssisə, təşkilat və qurumları dövlət intizamına və müqavilə öhdəliklərinə riayət etməyə məcbur etməyə yönəldilmiş idarəetmə fəaliyyəti ilə məşğul idi. Baş Dövlət Hakimlərindən, müavinlərindən və Hökumət tərəfindən təyin olunmuş Dövlət Hakimlərindən ibarətdir. Dövlət orqanlarının islahatı çərçivəsində, 11-17 aprel 1990-cı il tarixli sessiyada qəbul edilmiş Tatar SSR Ali Şurasının qərarları ilə Tatar SSR Dövlət Arbitrajı quruldu. 22 May 1992-ci ildə Tatarıstan Respublikası Ali Şurasının qərarı ilə Tatarıstan Respublikası Ali Arbitraj Məhkəməsinə çevrildi.
Tatarıstan Respublikasının Dövlət Şurası
Tatarıstan Respublikası Dövlət Şurası (Tat. Татарстан Республикасының Дәүләт Советы) Tatarıstan Respublikasının parlamenti, Tatarıstan Respublikasının daimi olaraq fəaliyyət göstərən ali nümayəndəsi, dövlət hakimiyyətinin qanunverici orqanıdır. Tatarıstan Respublikasının Dövlət Şurası beş il müddətinə seçilir. Tatarıstan Respublikasının Dövlət Şurası 100 millət vəkilindən ibarətdir. 21 yaşına çatmış Rusiya Federasiyası vətəndaşı Tatarıstan Respublikası Dövlət Şurasının deputatı seçilə bilər. Tatarıstan Respublikası Dövlət Şurasına sədr rəhbərlik edir. Tatarıstan Respublikası Dövlət Şurasının IV çağırışı (2009–2014) birmandatlı dairələr (50 nəfər) və partiya siyahıları (50 nəfər) tərəfindən seçildi. Federal seçki qanunvericiliyindəki oxşar dəyişikliklərdən sonra 2009 seçkiləri üçün partiya siyahısı baryeri 7%-ə qaldırıldı. == Funksiyalar == Parlamentin yurisdiksiyasına Tatarıstan Respublikası Konstitusiyasına düzəlişlərin qəbulu və tətbiqi, Tatarıstan Respublikasının yurisdiksiyası subyektləri və Rusiya Federasiyasının və onun subyektlərinin səlahiyyətləri daxilində subyektlərinə dair qanunvericilik tənzimlənməsi daxildir. Parlament Konstitusiya Məhkəməsini seçir, Tatarıstan Respublikası Baş nazirinin, Tatarıstan Respublikası Konstitusiya Məhkəməsi sədrinin və sədr müavininin namizədliyini təsdiqləyir.
Tatarıstan Respublikasının Milli Himni
Tatarıstan Respublikasının Milli Himni (tatarca: Татарстан Җөмһүрияте Дәүләт гимны / Tatarstan Cömhüriyəte dəwlət gimnı) - məşhur tatar bəstəkarı Rüstəm Yəxinin əsəridir. Respublikada 1993-cü il iyulun 14-ündə qəbul edilib.Himnin qeyri-rəsmi sözlərinin müəllifi - şair Ramazan Baytimerov. == Mətn == 21 fevral 2013-cü il Tatarstan Parlamenti Tatarstan Respublikasının Himninin mətnini bir səslə təsdiq etdi. Himnin son mətni Ramazan Baytimerovun Doğma elim Tatarca: Tuğan yağım şeirinə əsaslandırılmışdır, məlum olduğu kimi 1970-ci illərdə şeirlərin tamamlanmasında naməlum müəlliflər iştirak edirdilər. Baytimerov şeirləri vaxtında mahnının inşasına bəstəkar Rüstəm Yəxin ilham verdi, hansının ki, melodiyası 1993-cü ildə Tatarstanın dövlət himni oldu. Himnin yeni mətni rus dilində 8 misindən 8 sətirdən ibarətdir. Rus dilinə mətn rus şairi Filipp Pirayev (mənşəcə asuriyalı) tərcümə etdi. === Hazırkı rəsmi versiya === === 2013-cü ilədək qəbul olunmuş qeyri-rəsmi versiya === Bu versiya Tatarıstanın xalq şairi Ramazan Baytimerovun "Tuğan yağım" ("Doğan yaxam", yəni "Doğma elim") şeirinin əsasında qurulmuşdu. == Tatarstan Respublikasının himninin birinci ifaçısı == Tatarıstan Respublikasının himni ilk dəfə 21-i fevral 2013-cü ildə, Tatarstan Respublikasının prezidenti Rüstəm Minnexanov, Tatarstan Respublikasının dövlət müşaviri (və Tatarıstanın ilk prezidenti) Mintimer Şəymiyev, Dövlət Şurasının sədri Fərid Məhəmmədşin və Tatarıstan Dövlət Şurasının deputatları, mədəniyyət və elm xadimlərinin iştirakında ifa edilib və dinlənilib.
Tatarıstan Respublikasının Prezidenti
Tatarıstan Respublikasının Prezidenti (tatar. Татарстан Республикасы Президенты; rus. Президент Республики Татарстан) — Respublikanın (dövlət və Federasiya subyektinin) başçısı. == Vəzifənin adlandırması == 2010-cu ildə Rusiya Federasiyasında Prezident adlandırılan subyektlərin başçısılarının adlarının dəyişdirməsi başlayıb. Rəsmən, bunu Çeçenistan başçısı Ramzan Kadırov başlayıb. O, Prezident adını daşımaqdan imtina edən ilk bölgə başçısı idi və başqa Prezident adı daşıyan bölgə başçılarını da eyni şey eləməyə çağırıb. O vaxt Kadırov elan edib ki, Rusiyada ancaq bir dövlət xadimin Prezident adlandırmağa haqqı var və bölgə prezidentlərinin rejəsini dayandırmaq lazım. 2010-cu ilin axırında Rusiya Prezidenti, Dmitri Medvedev Dövlət Duması və Federasiya Şurasının tərəfindən qəbul olunan, bölgə başçılarını Prezident adlandırmağa yasaq eləyən qanusunun təsdiqini imzalayıb. Eyni zamanda regionlara başçılarının adlarını 2015-ci ilin yanvarın 1-nə dək tarihi ənənələrinə uyğun olan adları ilə əvəzləməyə haqqı verilib. 2013-cü ilin axırında ancaq Tatarıstan və Başqırdıstan başçıları yeni adı qəbul etməyiblər.
Tatarıstan Respublikasının Qabdulla Tukay adına Dövlət Mükafatı
Tatarstan Respublikasının Qabdulla Tukay adına Dövlət Mükafatı — Tatarıstan Respublikası Prezidentinin illik mükafatı. Mükafat ictimaiyyət tərəfindən tanınan və milli mədəniyyətin inkişafına böyük töhfə verən ədəbiyyat və sənət əsərlərinə, habelə sənət tarixi və ədəbi tənqid sahəsindəki əhəmiyyətli elmi araşdırmalara görə verilir. Tatarstan Respublikasının Qabdulla Tukay adına üç Dövlət Mükafatı hər il verilir. == Tarixi == Mükafat 8 aprel 1958-ci ildə TASSR Mədəniyyət Nazirliyi tərəfindən təsis edilmişdir və o vaxtdan bəri hər il (1961-1965 və 1975-ci illərdə fasilə ilə) verilir. 1991-ci ilə qədər Gabdulla Tukai mükafatına layiq görülmə qərarı Tatarıstan Muxtar Sovet Sosialist Respublikasının Nazirlər Şurası tərəfindən verildi; 1991-ci ildən bu funksiya Tatarıstan Prezidenti tərəfindən icra edildi. Birinci mükafat 1958-ci ildə "Şurale" baletinə görə bəstəkar Fərid Yarullinə, "Cəlil" operasına görə Nazib Jiqanov və "Tukai" romanına və Qəbdulla Tukai yaradıcılığının populyarlaşdırılmasına görə Faizi Əhməd verildi. Üçüncü mükafat "Yelkənsiz" tamaşasını qurduğu üçün Galiaskar Kamal Teatrının truppasına verildi. Tatar Opera və Balet Teatrında "Altınçuç" və "Yevgeniya Onegin" əsərlərini səhnələşdirdiyinə görə rejissor Niyaz Dautovun qurduğu "Tatar xalq nağılları" kolleksiyasında illüstrasiyalara görə rəssamlar Lotfulla Fəttəhov və Haris Yakupova mükafatlar verildi. Hal-hazırda Tatarıstan Respublikası Prezidentinin Fərmanı ilə hər il üç bərabər mükafat verilir. Qabdulla Tukay Mükafatı laureatı diplom, sertifikat və Laureatın Fəxri Nişanı və pul mükafatı alır.
Tatarıstan Respublikasının Təhlükəsizlik Şurası
Tatarıstan Respublikasının Təhlükəsizlik Şurası (rus. Tatarstan Respublikasının Təhlükəsizlik Şurası) Tatarıstan Respublikası Prezidenti yanında məsləhətçi orqandır. == Tarix == 1999-cu ildə Tatarıstan Respublikası Prezidentinin Fərmanı ilə qurulmuşdur [1]. İclaslar Təhlükəsizlik Şurası sədrinin təsdiq etdiyi planlara əsasən müntəzəm olaraq aparılır. Zəruri hallarda növbədənkənar iclaslar keçirilə bilər. == Daimi sektorlararası komissiyalar == informasiya təhlükəsizliyi haqqında. nəqliyyat təhlükəsizliyi barədə. == Elmi Şura == Vəzifə və funksiyalarının səmərəli həyata keçirilməsini, dövlət orqanlarına təklif və tövsiyələrin hazırlanmasında elmi ekspertizanın təmin edilməsini təmin etmək üçün Tatarıstan Respublikası Təhlükəsizlik Şurası qarşısında elmi şura yaradıldı. == Məqsəd == Tatarıstan Respublikası Prezidentinə insan və vətəndaş hüquq və azadlıqlarının qorunması, Tatarıstan Respublikası Konstitusiyası və qanunlarının həyata keçirilməsində səlahiyyətlərinin həyata keçirilməsini təmin etmək. == Məsləhət orqanı == Tatarıstan Respublikasının Prezidenti, Tatarıstan Respublikası Dövlət Şurası, şəxsiyyətin ən vacib mənafelərinin qorunmasını təmin edən məsələlərə dair Tatarıstan Respublikası Nazirlər Kabinetinin qərarlarının hazırlanmasına dair Məsləhət orqanı, cəmiyyət və dövlət və təhlükəsizlik sahəsində vahid dövlət siyasəti təkliflərinin həyata keçirilməsi üçün təkliflərin hazırlanmasını həyata keçirən bir məsləhət orqanıdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.23 dəfə / 1 mln.
2004 ••••••• 0.67
2006 ••• 0.23
2007 •• 0.21
2008 ••• 0.24
2009 ••• 0.32
2010 0.09
2012 •• 0.17
2014 •••••••••••••••••••• 2.23
2016 •• 0.17
2020 ••• 0.27

tatarı sözünün leksik mənası və izahı

tatarı sözünün sinonimləri (yaxın mənalı sözlər)

tatarı sözünün rus dilinə tərcüməsi

tatarı sözünün ləzgi dilinə tərcüməsi

tatarı sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Ağdam, Əli Bayramlı, Qazax, Mingəçevir) qamçının bir növü

Azərbaycan dilinin dialektoloji lüğəti.

"tatarı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#tatarı nədir? #tatarı sözünün mənası #tatarı nə deməkdir? #tatarı sözünün izahı #tatarı sözünün yazılışı #tatarı necə yazılır? #tatarı sözünün düzgün yazılışı #tatarı leksik mənası #tatarı sözünün sinonimi #tatarı sözünün yaxın mənalı sözlər #tatarı sözünün əks mənası #tatarı sözünün etimologiyası #tatarı sözünün orfoqrafiyası #tatarı rusca #tatarı inglisça #tatarı fransızca #tatarı sözünün istifadəsi #sözlük