Tuti sözü azərbaycan dilində

Tuti

Yazılış

  • Tuti • 84.7458%
  • tuti • 15.2542%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Tuti (jurnal)
"Tuti" jurnalı (az.-əski. طوطی‎) — həftəlik satirik, şəkilli jurnal. == Haqqında == "Tuti" jurnalı "Molla Nəsrəddin" jurnalının təsiri altında həftədə bir Bakıda Azərbaycan türkcəsində nəşr olunmuşdur. Siyasi, ədəbi, ictimai türk məzhəkə məcmuəsi idi. "Tuti" jurnalının redaktoru "Səda" qəzetinin mühərriri Cəfər Bünyadzadə, naşiri və sahibi Tağı Nağıyev idi. Jurnalın ilk nömrəsi 1914-cü il 27 dekabrda, sonuncu nömrəsi 1917-ci il 29 iyunda (cəmi 112 nömrə) buraxılmışdır. Birinci il bir nömrə, ikinci il 44 nömrə, üçüncü il 1916 - cı il iyulun 30 - na kimi 28 nömrə çıxmışdır. Dördüncü il "Tuti" inqilaba qədər çıxmışdır. Həmin il müdirliyi Dadaş Bünyadzadə dəröhdə edib. Məcmuə 15 gündə bir nəşr olunmağa başlamışdır.
Tuti Bikə
Tuti Bikə (1751, Dərbənd – 1786, Dərbənd) — Quba xanı Fətəli xanın həyat yoldaşı, Qara-qaytaq hakimi Əmir Həmzənin bacısı, dövlət xadimi. == Həyatı == 1776-cı ildə Dərbənd şəhərini idarə etmək Tuti Bikəyə tapşırılmışdı. O, ərinin döyüşdə öldürüldüyü haqqındakı şayiələrə inanmayaraq şəhəri axıra qədər müdafiə etmiş, 9 ay düşməni Dərbəndə yaxın buraxmamışdır. 1786-cı ildə vəfat etmiş, Dərbəndin Qırxlar qəbiristanlığında, səkkizguşəli məqbərədə dəfn olunmuşdur.
Tuti bikə
Tuti Bikə (1751, Dərbənd – 1786, Dərbənd) — Quba xanı Fətəli xanın həyat yoldaşı, Qara-qaytaq hakimi Əmir Həmzənin bacısı, dövlət xadimi. == Həyatı == 1776-cı ildə Dərbənd şəhərini idarə etmək Tuti Bikəyə tapşırılmışdı. O, ərinin döyüşdə öldürüldüyü haqqındakı şayiələrə inanmayaraq şəhəri axıra qədər müdafiə etmiş, 9 ay düşməni Dərbəndə yaxın buraxmamışdır. 1786-cı ildə vəfat etmiş, Dərbəndin Qırxlar qəbiristanlığında, səkkizguşəli məqbərədə dəfn olunmuşdur.
Əbülfət xan Tuti
Əbülfət xan Cavanşir (az.-əski. ابوالفتح خان جاوانشیر‎, fars. ابوالفتح بیگ جوانشیر‎; v. 1839) — Azərbaycan sərkərdəsi, Cənubi Qafqazda Qarabağ xanlığının hakimi İbrahimxəlil xanın oğlu, 1804–1813-cü illərdə Rusiya–İran müharibəsinin iştirakçısı. O, türkəsilli Cavanşir tayfasından idi. Bir cariyənin oğlu olduğu üçün onun atasının qanuni varisi olmaq imkanı az olmuşdur. Zaman-zaman loyallığını Qacar dövləti ilə Rusiya imperiyası arasında dəyişdirən ailəsindən fərqli olaraq, o, ardıcıl olaraq Qacarları dəstəkləmişdi. O, müharibə başlayan zaman Qacar sülaləsinin vəliəhdi Abbas Mirzənin sərkərdəsi və məsləhətçisi olmuşdur. O, tezliklə Qafan və Meğri üzərində də nəzarəti ələ keçirmişdi. 1810-cu ildə Abbas Mirzə Əbülfət xanı Araz çayının cənub sahilində yerləşən Dizmar qalasına vali təyin etmişdi.
Tutinamə
"Tutinamə" — Ziyaəddin Nəxşəbinin 1330-cu ildə qələmə aldığı əsər. "Tutinamə" Şərq abidəsi hesab olunur. Əsər 52 dastan-rəvayət ilk dəfə qədim hind dilində yaranmış yazılı və şifahi mənbələr əsasında XIV əsrdə fars dilinə tərcümə edilmiş və sonradan müxtəlif variantlarda işlənərək dünya xalqlarının çoxunun dilinə çevrilmişdir. Əsər qədim Şərqin adət və ənənələri etik qayda-qanunları haqqında maraqlı məlumat verməklə yanaşı, oxucunu həm əyləndirir, həm də düşündürür. == Məzmun == "Tutinamə" (fars dilində "Tuti Namə", yəni "Tutuquşu kitabı") qədim dövrlərin məşhur ədəbiyyat nümunələrindən biridir və əsasən, öyüd-nəsihət xarakterli hekayələr toplusu kimi tanınır. Əsər XIV əsrdə fars ədəbiyyatında yaranmış, daha sonra müxtəlif dillərə, o cümlədən türk dilinə tərcümə edilmişdir. "Tutinamə"nin məzmunu əsasən bir tutuquşunun (tuti) danışdığı maraqlı hekayələrdən ibarətdir. Əsərdə əsas hekayə bir gənc ticarətçinin səfərə getməsi və bu müddətdə onun arvadının evdə qalması ilə başlayır. Ticarətçi arvadını bir tutuquşu ilə baş-başa buraxır. Qadın ərinə xəyanət etmək istəyəndə, tutuquşu hər gecə ona bir hekayə danışaraq, səhərə qədər onu fikrindən yayındırır.
Tutiya
Tutiya — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 14 km cənub-şərqdə yerləşir. 1728-ci il tarixli «İrəvan əyalətinin icmal dətəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim, bizcə, oğuzların üç-ox qolunun başında duran Dad bəy adlı İshaq oğlu Tuti (Dudu) şəxs adına iyyə şəkilçisinin artırılması ilə əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca düzəltmə toponimdir. Erm. SSR AS RH-nin 21. VI. 1948-ci il fərmanı ilə adı dəyişdirilib Saranist qoyulmuşdur. == Əhalisi == Kənddə 1831-ci ildə 36 nəfər, 1873 - cü ildə 280 nəfər, 1886-cı ildə 449 nəfər, 1897-ci ildə 568 nəfər, 1904 - cü ildə 493 nəfər, 1914 - cü ildə 554 nəfər, 1916-cı ildə 424 nəfər azərbaycanlı yaşamışdır.

tuti sözünün leksik mənası və izahı

"tuti" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#tuti nədir? #tuti sözünün mənası #tuti nə deməkdir? #tuti sözünün izahı #tuti sözünün yazılışı #tuti necə yazılır? #tuti sözünün düzgün yazılışı #tuti leksik mənası #tuti sözünün sinonimi #tuti sözünün yaxın mənalı sözlər #tuti sözünün əks mənası #tuti sözünün etimologiyası #tuti sözünün orfoqrafiyası #tuti rusca #tuti inglisça #tuti fransızca #tuti sözünün istifadəsi #sözlük