uçuq sözü azərbaycan dilində

uçuq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • uçuq • 89.0411%
  • Uçuq • 8.9041%
  • UÇUQ • 2.0548%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

uçuq sözünün leksik mənası və izahı

  • 1 1. sif. Uçulmuş halda olan, yıxıq. Uçuq dam. Uçuq pəncərə. – Hamamın alçaq və uçuq divarları böyük günbəzlərə söykənərək yüz illərdən bəri bu hal ilə dayanırdı. Çəmənzəminli. Yolçu … qarşısına çıxan ilk uçuq daxmalardan birisinə girdi. Ə.Məmmədxanlı. 2. is. Uçulmuş binanın və s.-nin qalıqları, uçulmuş yer; xarabalıq. Adamlar dəstə-dəstə olub əllərində kürək, bel, külüng uçuqları [zəlzələdən uçmuş evləri] qazmağa başladılar. S.S.Axundov. Bu arada olan ev nişangahları və bu uçuqlar içindən qalxan palıd ağacları çox uzaqları xatırladırdı. S.Rəhimov.

    Azərbaycan dilinin izahlı lüğəti / uçuq
  • 2 is. Qızdırmadan və ya başqa səbəbdən dodaqda çıxan qabarcıq(lar). Dodağına uçuq çıxmaq.

    Azərbaycan dilinin izahlı lüğəti / uçuq

uçuq sözünün sinonimləri (yaxın mənalı sözlər)

uçuq sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 UÇUQ – ABAD Xülasə hər iki oğru yaxınlıqdakı uçuq hasardan aşdılar (M.Talıbov); Buranı abad edə bilməzdilərmi? (S.Qədirzadə). UÇUQ – TİKİLİ İndi mənə qalan ancaq bu uçuq daxmadır (S.S.Axundov); Neçə tikili evlər yarımçıq qalıb.

    Azərbaycan dilinin antonimlər lüğəti / uçuq

uçuq sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 UÇUQ I sif. Xarab olmuş, dağılmış. Bu uçuq binanın həyət-bacası Lenaya çoxdan, lap balaca vaxtlarından tanış idi (S.Qədirzadə). UÇUQ II sif. Soyuqdəymədən, qorxudan üzdə və dodaqda əmələ gələn səpgi.

    Azərbaycan dilinin omonimlər lüğəti / uçuq

uçuq sözünün rus dilinə tərcüməsi

  • 1 1. развалина; 2. волдыри или сыпь на губах (от простуды), огневица

    Azərbaycanca-rusca lüğət / uçuq
  • 2 1 I прил. 1. развалившийся (превратившийся в развалины) 2. разрушенный, разрушившийся. Uçuq ev разрушенный дом II сущ. развалины (остатки разрушенного или разрушившегося строения, поселения). Qədim şəhərin uçuqları (xarabalıqları) развалины старого города 2 сущ. сыпь (мелкие пузырьки, прыщики, появляющиеся на губах и слизистых оболочках при некоторых заболеваниях или под влиянием холода, перегревания и т.п.); разг. лихорадка; мед. герпес (герпетическая инфекция; пузырьковые высыпания)

    Azərbaycanca-rusca lüğət / uçuq

uçuq sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. ruins pl.; wreck II. s. tumble-down; ~ ev a tumble-down house III. i. (qabar, suluq; qaşıma, yanma nəticəsində) blister; (xəstəlik nəticəsində) eruption

    Azərbaycanca-ingiliscə lüğət / uçuq

uçuq sözünün fransız dilinə tərcüməsi

uçuq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. пӀузарал акъатдай пих (ифиндикай, гьайифар хьуникай ва мс.); dodağına uçuq çıxmaq пӀузарар акъатун, пӀузарал пих хьун.

    Azərbaycanca-ləzgicə lüğəti / uçuq
  • 2 1. прил. уьцӀей, чкӀай, уьцӀена аватай (мес. къав); 2. сущ. уьцӀей (чкӀай) дараматрин ва мс. амукьаяр, чкӀай (уьцӀей) чка; цӀвеяр, харапӀаяр.

    Azərbaycanca-ləzgicə lüğəti / uçuq

"uçuq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#uçuq nədir? #uçuq sözünün mənası #uçuq nə deməkdir? #uçuq sözünün izahı #uçuq sözünün yazılışı #uçuq necə yazılır? #uçuq sözünün düzgün yazılışı #uçuq leksik mənası #uçuq sözünün sinonimi #uçuq sözünün yaxın mənalı sözlər #uçuq sözünün əks mənası #uçuq sözünün etimologiyası #uçuq sözünün orfoqrafiyası #uçuq rusca #uçuq inglisça #uçuq fransızca #uçuq sözünün istifadəsi #sözlük