Uayt sözü azərbaycan dilində

Uayt

Yazılış

  • Uayt • 99.0050%
  • UAYT • 0.9950%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Barri Uayt
Barri Vayt (ing. Barry White, 12 sentyabr 1944, Texas, ABŞ — 4 iyul 2003, Kaliforniya, ABŞ) — ritm-ənd-blyuz stilində məşhur olan amerikalı müğənni. 1974-cü ildə onun "Can’t Get Enough of Your Love, Babe", "Never, Never Gonna Give You Up" və "You’re The First, The Last, My Everything" adlı mahnıları Billboard Hot 100 jurnalının siyahısında yüksək yerləri tutduqdan sonra məşhurluq qazandı. Sonuncu mahnı həm də Britaniya çartlarına başçılıq edirdi. == Həyatı == Barri Vayt Texas ştatının Qalveston şəhərində anadan olmuş və Kaliforniyada Los-Ancelesin kriminal rayonunda böyümüşdür. 17 yaşında o, 30000 ABŞ dolları dəyərində avtomobil təkəri oğurluğuna görə 4 ay həbs cəzası alır. Həbsdə ikən radioda Elvis Preslinin ifasında "It's Now or Never" mahnısını eşidir və oxumağa qərar verərək həyatını dəyişmək istəyir.Musiqi karyerasına 60-cı illərdə prodüser və musiqi tərtibatçısı kimi başlamış, 70-ci illərdə isə müğənni kimi disko stilindəki mahnıları ilə uğur qazanmışdır. Uzun illər hipertoniyadan əziyyət çəkən Barri Vayt 2003-cü ilin mayında böyrəklərinin öz funksiyasını itirməsi nəticəsində xəstəxanaya düşür və 4 iyul tarixində vəfat edir. Onun nəşi kremasiya edilərək külü ailəsi tərəfindən Kaliforniya sahillərinə səpilmişdir.
Elvin Uayt
Elvin Vayt (11 iyul 1899 - 1 oktyabr 1985) — ABŞ yazıçısı. Onun 1952-ci ildə yazdığı "Şarlottanın sevgi toru" romanının 45 milyon nüsxəsi satılmışdı.
Lesli Uayt
Lesli Vayt (ing. Leslie Alvin White; 19 yanvar 1900 - 31 mart 1975) — ABŞ antropoloqu, etnoloqu və kulturoloqu. == Həyatı == Lesli Vayt 19 yanvar 1900-cü ildə ABŞ-nin Kolorado ştatında anadan olmuşdu. Lesli Vayt 31 mart 1975-ci ildə Kaliforniya ştatında vəfat etmişdir. == Vayt və kulturologiya == Məlumdur ki, kulturologiya mədəniyyəti, sivilizasiyanı, onun tarixini, insanla mədəniyyətin qarşılıqlı əlaqəsini və qarşılıqlı təsirini öyrənir, insanın həyatda öz yerini tapmasında səmərəli rol oynayır. Kulturologiya bir tərəfdən mədəniyyəti, mədəniyyət tarixini, insanla mədəniyyətin qarşılıqlı əlaqəsini, digər tərəfdən isə insanın ona təsirini və əks-təsirini öyrənir. Kulturologiya bir elm kimi XX əsrin əvvəllərində meydana gəlmişdir. Onun yaranmasında ABŞ alimi Lesli Vayt (1900-1975) xüsusi rol oynamışdır. Lesli Vayt öz nəzəriyyəsini "Kulturologiya" adlandırmışdır. Lesli Vaytın bu elmi tədqiqatı "insan və mədəniyyət" anlayışlarını əhatə etdiyindən kulturologiya dünya elmi ictimaiyyətinin diqqət mərkəzinə çevrilmişdir.
Patrik Uayt
Patrik Viktor Martindeyl Uayt (ing. Patrick Victor Martindale White; 28 may 1912[…], London – 30 sentyabr 1990[…] və ya 29 sentyabr 1990, Sidney) — Avstraliya yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1973), İlin avstraliyalısı (1973). == Həyatı == Patrik Viktor Martindeyl Uayt yaşıl qitənin — Avstraliyanın Nobel mükafatı alan ilk yazıçısıdır. O, ailələrinin Avropaya səyahəti zamanı İngiltərədə doğulmuşdur. Geniş maddi imkanlara malik valideynləri on üç ildən sonra Patriki təhsil almaq üçün yenidən Londona göndərmişdilər. Lakin daha sərbəst mühitdə böyüyən avstraliyalı yeniyetmə mühafizəkar İngiltərədə duruş gətirə bilməmişdi. Atasının razılığı ilə vətənə qayıdaraq bir müddət öz fermalarında çalışmışdı. Artıq müəyyən həyat təcrübəsi topladıqdan sonra yenidən Britaniyaya dönən Patrik Uayt Kembricdə ingilis, alman və fransız ədəbiyyatlarını öyrənmiş, dil bilgilərini təkmilləşdirmək üçün Fransa və Almaniyaya uzunmüddətli səyahətlərə çıxmışdı. İlk şeirlər kitabını 1935-ci ildə çap etdirmişdi. Bunun ardınca bir neçə pyes yazsa da, onların nəşrinə, yaxud tamaşasına təşəbbüs göstərməmişdi.
Rayan Uayt
Rayan Ueyn Vayt (ing. Ryan Wayne White d. 6 dekabr 1971; Kokomo, İndiana – 8 aprel 1990; İndiana, İndianapolis) — İİV/QİÇS virusuna yoluxduğu üçün oxuduğu məktəbdən çıxarılmasına qarşı apardığı mübarizə ilə Amerika Birləşmiş Ştatlarında milli simvol halına gələn amerikalı gənc. Rayan hemofiliya xəstəsi olduğu üçün qanköçürmə müalicəsi zamanı İİV-ə yoluxmuş olduğu iddia edildi. Ona 1984-cü ilin dekabr ayında diaqnoz qoyuldu və yalnız altı ay yaşamaq ehtimalının olduğu təxmin edilirdi. Həkimlər Vaytın digər şagirdlər üçün təhlükəli olmadığını və məktəbə qayıda biləcəyini söyləsələr də, Kokomoda yaşayan valideyn və müəllimlər onun məktəbə qayıtmasına etiraz etdilər. QİÇS-in tədqiqatlarında və tanınmasında əhəmiyyətli töhfələri olan Rayan məktəb sisteminə qarşı hüquqi mübarizə apardı. Elton Con, Maykl Cekson və Fil Donahyu kimi bir çox məşhurlarla birlikdə medianın qarşısına çıxdı, həkimlərin nəzərdə tutduğunun əksinə beş ildən çox yaşadı və 1990-cı ilin aprelində, məktəb məzuniyyətinə bir ay qalmış vəfat etdi. İlk QİÇS simptonlarına homoseksuallarda rast gəlindiyi üçün Rayandan əvvəl, bu xəstəliyin həmin cəmiyyət ilə birbaşa əlaqəli olduğu fikri olduqca populyar idi. Lakin Vayt ilə birgə bu düşüncə dəyişdi, İİV-ə yoluxmuş Mecik Conson, Rey qardaşları və Kimberli Berqalis kimi məşhurları da QİÇS-lə bağlı tədqiqatların aparılması və cəmiyyətin məlumatlandırılması üçün çalışmağa sövq etdi.
Robert Uayt
Robert Vayt (ing. Robert Wight, 6 iyul 1796 – 26 may 1872, Ridinq) — Şotlandiya botaniki, həkim, cərrah. == Əsas elmi işləri == Icones plantarum Indiæ orientalis (seis volumes, 1840-1856). Illustrations of Indian Botany (dois volumes, 1841-1850). Spicilegium Nilghiriense (dois volumes, 1846-1851). == Şərəfinə adlandırılmış taksonlar == === Bitki cinsləri === Wightia Wall. Wightia Spreng. ex DC. === Bitki növləri === Acrostichum wightianum Wall. Acrotrema wightianum Wight & Arn. Aerva wightii Hook.f.
Uayt Volker
Vayt Volker (ing. White Walker) — amerikan yazıçısı Corc R. R. Martinin "Buz və odun nəğməsi" romanı və romandan adaptasiya olunmuş "Taxtların oyunu" serialında insanabənzər varlıq. Vayt Volkerlər "Buz və odun nəğməsi"nin "Taxtların oyunu" adlı ilk kitabında (1996) Vesteros (ing. Westeros) krallığının Şimal ərazisində yerləşən Divarın şimalında yaşayırlar. Romanda onlar the Others, yəni Başqaları olaraq adlandırılır. Roman oxuyucuları "Buz və odun nəğməsi"nin altıncı və yeddinci kitabında Vayt Volkerlər haqqında daha çox öyrənmək istəyirlər.
Çarli Uayt
Çarli Vayt (ing. Charlie White; 24 oktyabr 1987, Royal-Ou[d], Miçiqan) — Birləşmiş Ştatları təmsil edən fiqurçu. Çarli Vayt, Meril Devis ilə birgə 2002-ci ildən 2014-cü ilə qədər beynəlxalq yarışlarda mübarizə aparıb. Meril Devis və Çarli Vayt cütlüyü, 2010-cu ildə Kanadada baş tutan XXI Qış Olimpiya Oyunlarında gümüş medala, 2014-cü ildə Rusiya Federasiyasının Soçi şəhərinin ev sahibliyində baş tutan XXII Qış Olimpiya Oyunlarında isə qızıl və bürünc medalın sahib olub. Meril Devis və Çarli Vayt cütlüyü, həmdə 2010 və 2012-ci illərdə baş tutan Dünya Çempionatlarının gümüş medalına, 2011 və 2013-cü illərdə baş tutan çempionatların isə qızıl medalına sahib olub, beş dəfə (2009–2010, 2010–2011, 2011–2012, 2012–2013 və 2013–2014) ISU Qran-Pri Finalında qızıl medala, 2006-cı ildə gənclər arasında Dünya Çempionatında bürünc medala, habelə altı dəfə (2009, 2010, 2011, 2012, 2013 və 2014-cü illərdə) isə ABŞ Çempionatının qızıl medalına sahib olub. Meril Devis və Çarli Vayt cütlüyü, ISU Çin və Fransa Qran-Priləri istisna olmaqla, digər dörd Qran-Pri mərhələsinin hamısında qalib olmağı bacaran azsaylı idmançılardandır. Devis və Vayt cütlüyü 4 dəfə ABŞ Qran-Prisinin (2010, 2011, 2012 və 2013-cü illərdə), 4 dəfə Yaponiya Qran-Prisinin (2009, 2010, 2012 və 2013-cü illərdə), 2 dəfə Rusiya Qran-Prisinin (2009 və 2011-ci illərdə) və 1 dəfə Kanada Qran-Prisinin (2008-ci il) qalibi olub. Karyerası ərzində 61 yarışa qatılan Meril Devis və Çarli Vayt cütlüyü, onların 31-də qızıl medal, 9-da gümüş medal, 8-də isə bürünc medal qazanıb. == Həyatı == Çarli Vayt 1987-ci il sentyabrın 24-də Birləşmiş Ştatların Miçiqan ştatının Royal-Ou şəhərində anadan olub. Çarli Vayt beş yaşından idmanla məşğul olmağa başladı.
Edvard Higgins Uayt
Edward Higgins "Ed" White II (14 noyabr 1930, San Antonio, Texas – 27 yanvar 1967, Kanaveral hərbi hava qüvvələri bazası, Florida) Amerikalı aviasiya mühəndisi, ABŞ Hərbi Hava Qüvvələrinin zabiti, test pilotu və NASA astronavtı. 1952-ci ildə West Pointi bakalavr dərəcəsi ilə bitirdikdən sonra Vayt uçuş təliminə göndərildi və Qərbi Almaniyanın Bitburg Hava Bazasındakı 22-ci Qırıcı Eskadronuna təyin edildi. Orada F-86 Sabre və F-100 Super Sabre donanmalarında uçdu. 1958-ci ildə aviasiya mühəndisliyi ixtisası üzrə Michigan Universitetinə yazıldı. White daha sonra Ohayo ştatının Wright-Patterson Hərbi Hava Qüvvələri Bazasında Aviasiya Sistemləri Bölməsində test pilotu vəzifəsinə təyin edilməzdən əvvəl Kaliforniyadakı Edwards Hərbi Hava Qüvvələri Bazasında test pilotu təhsili almışdır. White ikinci astronavt qrupundan biri olaraq seçildi. Komanda pilotu James McDivittin yanında Gemini 4 pilotu olaraq təyin edilmişdir. White 3 iyun 1965-ci ildə kosmosda gəzən ilk amerikalı oldu. Daha sonra ilk ekipajlı Apollon missiyası olan Apollon 1-in baş pilotu vəzifəsinə təyin edildi. White, 27 yanvar 1967-ci ildə Floridada Cape Canaveralda Apollon 1 üçün kosmosa uçuşdan əvvəlki test əsnasında Virgin "Gus" Grissom və Roger B. Chaffee ilə birlikdə yanğında öldü.
Marqaret Burk Uayt
Marqaret Burk Vayt - amerikalı fotoqraf, fotojurnalist. == Həyatı == Marqaret Burk-Vayt 1904-cü ildə Nyu-Yorkun məşhur Bronks rayonunda dünyaya gəlmişdi. Atası mühəndis, anası ev xanımı idi. 1922-ci ildə Marqaret Kolumbiya Universitetinə daxil oldu və herpetelogiya elmini öyrənməyə başladı. Foto sənətinə marağı da elə bu vaxtlar yarandı. 1925-ci ildə o, Everet Çapmenə ərə getdi. Evlilik həyatına başlayandan sonra bir yerdə qərar tuta bilməyən Marqaret bir neçə universitet dəyişdi və axırda - 1927-ci ildə Kornel Universitetini bitirdi. Bir il sonra o, Klivlendə köçdü və sənaye fotoqrafı kimi "Otis Stil" şirkətinə işə düzəldi. 1929-cu ildə Burk-Vayt "Fortuna" jurnalının baş redaktoru oldu. 1930-cu ildə o, Sovet İttifaqına qədəm basan ilk əcnəbi fotoqraf kimi yadda qaldı.
Maykl Cey Uayt
Maykl Cey Vayt (ing. Michael Jai White) — Amerikalı aktyor və döyüş sənətləri filmlərinin ustası. == Həyatı == Maykl Cey Vayt 1967-ci il noyabrın 10-də Bruklinin kasıb rayonunda anadan olub. Uşaqlıqdan idmanla məşğul olmağa başlayıb, 14 yaşında da məşq yolu ilə 86 kq əzələ kütləsi toplaya bilib. Kolleci bitirdikdən sonra 3 il Maykl Cey Vayt emosional pozuntuları olan uşaqlara xüsusi məktəbdə müəllim dərs keçməyə başladı. Daha sonra həmin dövrdə Maykl Cey Vayt kino sahəsində işlər barədə ilk təkliflər almağa başladı.
Uayt Hart Leyn
White Hart Lane - Tottenhem Hotspur futbol komandasının stadionudur. Şimali Londonun Tottenhem bölgəsində yerləşməkdədir və 36,310 nəfərlik bir tamaşaçı tutumu vardır. Azarkeşlər arasında The Lane olaraq da adlandırılır. Totenhem Hotspur 1899-cu ildən bəri matçlarını Vayt Hart Leyn'də oynamaqdadır. Stadionda oynadıqları ilk matçı, 5,000 tərəfdar izləmiş və Notts County komandasını 4-1 məğlub etmişdilər. 1908-ci ildən 1972-ci ildə qədər, İngiltərədə Vayt Hart Leyn reklam panoramalarının olmadığı bir neçə stadiondan biri olmuşdur. 1923-cü ildə stadionun tutumu 50,000 nəfərə çıxarılmışdır. Mart 1938-ci ildən keçirilən, FA Cup oyununda Vayt Hart Leyn 75,038 tamaşaçıyla rekordu qırmışdır.
Uayt Star Layn
Vayt Star Layn (ing. White Star Line) - 1874-cü ildə yaradılmış gəmiçilik şirkəti. Həmçinin məşhur Titanik gəmisi bu şirkətə məxsus olmuşdur.
Ayl-of-Uayt (dairə)
Ayl-of-Vayt dairəsi (ing. Isle of Wight County) — ABŞ-nin Virciniya ştatında yerləşən dairə. 1634-cü ildə qurulmuşdur, İngilislərin adası olan Vayt adası adının şərəfinə qoyulmuşdur. 2010-cu ildə əhalinin sayı 35,270 nəfər nəfər təşkil edirdi. == Coğrafiyası == Birləşmiş Ştatların siyahıyaalma bürosuna görə, dairənin ümumi sahəsi 940 km², bunlardan 818 km² quru, 13 km² və ya 13.0% su obyektləridir. === Qonşu dairələr === müstəqil şəhər Nyuport-Nyus (Virciniya) — şimal-şərq müstəqil şəhər Saffolk — cənub-şərq Sautqempton — qərb müstəqil şəhər Franklin — cənub-qərb Sarri)|Sarri (Virciniya) — şimal-qərb == Demoqrafiyası == 2000-ci il siyahıyaalmasına əsasən , rayonun 11.319 ev və 8.670 ailədən ibarət 35.270 sakini var. Əhalinin sıxlığı km-ə 36 nəfərdir. Dairədə 12,066 yaşayış binası var, bina sıxlığı hər km² üçün 15 bina. Əhalinin irqi tərkibi: ağlar - 71,8%, afroamerikalılar - 24,7%, yerli amerikalılar (hindular) - 0,4%, asiyalılar - 0,8%, havaylılar - 0,0%, digər irqlərin nümayəndələri - 0,5 %, iki və ya daha çox yarışın nümayəndələri - 1.8%. İspan əhalisi 1.9% təşkil etdi.
Billi Uaytlou
Billi Uaytlou (ing. Billie Honor Whitelaw; 6 iyun 1932[…], Koventri, Uest-Midlends[d] – 21 dekabr 2014[…], Nortvud[d], Hillinqdon[d]) — britaniyalı aktrisa. == Həyatı və yaradıcılığı == Billi Uaytlou 6 iyun 1932-ci ildə İngiltərənin Koventri şəhərində anadan olmuşdur. Aktrisalıq fəaliyyətinə teatrda başlayan Billi Uaytlou məşhur irland dramaturqu Samuel Bekketin yazdığı pyeslərdəki obrazları canlandırmışdır."The Omen" (azərb. "İşarə"‎, 1976) və "Krey brother" (azərb. "Krey qardaşları"‎, 1990) filmləri ilə şöhrət tapmışdır.Aktrisa 21 dekabr 2014-cü ildə 82 yaşında vəfat etmişdir. == Mükafatları == Yüksək aktrisalıq bacarığına görə 1991-ci ildə "Britaniya İmperatoru" nişanına layiq görülmüşdür.
Con Uaythed
Con Uaythed (ing. John Whitehead; d. İngiltərə – ö. məlum deyil) — ingilis futbolçu; onun müntəzəm mövqeyi qapıçı idi. "Butl", "Everton" və "Liverpul" komandalarında çıxış edib. == Həyatı == Con Uaythed İngiltərədə anadan olmuşdur. == Karyerası == 1892-ci ildə "Butl" komandasında 7 oyunda, 1893-cü ildə "Everton" komandasında 2 oyunda və 1895-ci ildə "Liverpul" komandasında 3 oyunda meydana çıxmışdır.
Corc Uaytmor
Corc Uaytmor (8 fevral 1931, ABŞ – 1 yanvar 2021, Fresno, Kaliforniya) — ABŞ alpinisti. == Həyatı == Alpinist Corc Uaytmor 8 fevral 1931-ci ildə ABŞ-də anadan olmuşdur. O, tarixin ən təhlükəli dağlarından biri olan El Kapitan dağına dırmaşa bilən ilk alpinistlərdən biridir. 1958-ci ildə baş verən alpinistlik tarixinə qızıl hərflərlə yazılan bu uğurlu hadisə təxminən 16 ay 47 gün davam etmişdi. El Kapitan çox çətin şəraitli dağ idi və ilk dəfə həmin vaxt Uaytmor və alpinist dostları El Kapitana dırmaşa bilmişdilər. Corc həm də, dağa dırmaşanlardan ən gec vəfat edəni idi. "El Kapitan" kitabının müəllifi Daniel Dueyn deyir ki, onlar dağa dırmaşmağın yeni növlərini icad edirdilər, buna təhlükə kimi yox, idman kimi baxırdılar. İllər ərzində verdiyi müsahibələrdə Uaytmor təvazökarlıqla yüksəlişindən danışdı. Lakin, təhlükəsizlik işini ən böyük müvəffəqiyyəti hesab etdiyini tez-tez söylədi. Artıq El Kapitanın bəzi marşrutları üç saatdan az bir müddətə ölçülən onlarla marşrutu var.
Leonard Uaytinq
Leonard Con Uaytinq (ing. Leonard John Whiting) — Böyük Britaniya aktyoru. == Həyatı == Leonard Uaytinq 30 iyun 1950-ci ildə Londonun İslinqton rayonunda anadan olmuşdur. O, Artur Leonard Uaytinq və Marqaret (Peqqi) Coys Uaytinqin (Sallivan) ailəsində doğulmuşdu. Beləcə Leonardın əsli həm ingilis, həm irland və müəyyən qədər də qaraçı sayılırdı . Londonun Kamden rayonunda yerləşən "St.Richard of Chichester" kollecində təhsil almış və "Romeo və Cülyetta" filminə dəvəti ilə bağlı həmin kolleci iki həftəyə bitirmişdir. Leonard öz karyerasını hələ 11 yaşında müğənni kimi başlamışdı. Leonardın xüsusi səs imkanları onu Londonun şimalında yerləşən katolik kilsəsinin xoruna gətirib çıxarır. O, həmin xorda uşaqlar arasında ilk soprano səsə malik şəxs idi. 13 yaşında isə ona teatrda gedən "Oliver!" müziklində rol almaq nəsib olur .
Uaythed Alfred Nort
Vaythed Alfred Nort (15 fevral 1861[…], Ramsheyt[d], Kent qraflığı – 30 dekabr 1947[…], Kembric, Massaçusets) — ingilis-amerikan riyaziyyatçısı, məntiqçisi və filosofu O, ekologiya, ilahiyyat, təhsil, fizika, biologiya, iqtisadiyyat və psixologiya kimi müxtəlif sahələrdə öz tətbiqini tapan proses fəlsəfəsi olaraq bilinən fəlsəfi məktəbin müəyyənedici siması kimi tanınır. == Həyat və yaradıcılığı == Keşiş ailəsində doğulan Vaythed 1880-cı ildə Kembric universitetinin Triniti kollecini bitirmiş, 1884-cü ildən bu kollecin riyaziyyat müəllimi, 1911-ci ildən 1923-cü illərədək isə Universitet kollecində və elm və texnologiya İmperial kollecində (London) tətbiqi riyaziyyat professoru vəzifəsində fəaliyyət göstərmişdir. 1924-cü ildə Vaythed Harvard Universitetinə fəlsəfə professoru vəzifəsinə dəvət almış, bu vəzifəni 1937-ci ilə qədər tutmuşdu. Vaythedin keçdiyi fəlsəfi yolu iki dövrə – ingilis və amerikan dövrlərinə ayırmaq olar. İngiltərədə Vaythed əsasən riyaziyyat, məntiq, fizika ilə məşğul olmuşdu. Öz şagirdi Bertran Rassel ilə birlikdə o, riyaziyyatın fundamental anlayış və prinsiplərinin formal məntiqdən çıxarılmasından bəhs edən “Principia Mathematica” adlı əsəri hazırlamışdır. Bu əsər XX əsrdə riyazi məntiqin inkişafına güclü təkan vermişdir. I dünya müharibəsinin sonuna yaxın Vaythed özü üçün yeni olan bir sahəyə – təbiət fəlsəfəsinə və dünyanın fiziki mənzərəsinin işlənib-hazırlanması məsələlərinə üz tutdu. “Təbiətin dərki prinsipləri” və “Təbiət anlayışı” əsərlərində o, sadiq qalaraq heç bir metafizik mühakimələri qəbul etmədən təbiəti hissi təcrübədə müşahidə olunan hadisələr kimi şərh edirdi. Onun tənqid obyekti “təbiətin ikiqat artırılması”, yəni bilavasitə təcrübədə (rəngdə, səslərdə və s.) verilən təbiətlə kauzal, yəni elmin mücərrəd anlayışlarla (atomlar, hərəkətdə olan hissəciklər və s.) təsvir olunan təbiətin bir-birindən fərqləndirilməsi idi.
Uaythol
Vaythol (Whitehall) — mərkəzi Londonda, Vestminstrdə Trafalqar meydanından Celsiyə qədər A 3212 yolunun birinci hissəsini təşkil edən yol. Trafalqar meydanının cənun qurtaracağından Parlament meydanına əvvəllər Carinq-Kross olan yerə gedən əsas yoldur. Əlahəzrət kraliçanın hökumətinin mərkəzi kimi qəbul olunmuş küçə dövlət idarələri və nazirliklərlə əhatə olunub. Bu səbəbdən Vaythol adı ümumilikdə Böyük Britaniya hökumətini bildirən metonomiya və ətraf ərazinin ümumi çoğrafi adı kimi istifadə olunur. Vaythol küçəsi adını ərazidə böyük sahəni tutan Uatholl sarayından almışdır. Vaytholl əvvəllər sarayın ön hissəsinə gətirən geniş yola verilən ad idi. Trafalqar meydanı yolun şimal hissəsində 19-cu əsrin əvvəlində salınmışdır. Parlament meydanı ilə Dauninq-strit arasındaki cənub ərazisi Parlament küçəsi adlanır. Parlament küçəsi və Vaythol birlikdə 0.6 mil (1 km) ərazini əhatə edir. Vaythol həmçinin bır sıra xatirə heykəlləri və abidələri ilə də məşhurdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.79 dəfə / 1 mln.
2003 ••• 0.39
2004 ••••• 0.67
2005 •••••• 0.67
2006 •••• 0.45
2007 •••••••• 1.06
2008 •• 0.24
2009 •• 0.16
2010 •••• 0.45
2011 ••• 0.34
2012 ••••• 0.60
2013 ••••••••• 1.17
2014 •••••• 0.69
2015 •••• 0.51
2017 •• 0.16
2018 •••••••••••••••••••• 2.70
2019 •••••••••••••••• 2.09
2020 ••••••••••• 1.46

Oxşar sözlər

#uayt nədir? #uayt sözünün mənası #uayt nə deməkdir? #uayt sözünün izahı #uayt sözünün yazılışı #uayt necə yazılır? #uayt sözünün düzgün yazılışı #uayt leksik mənası #uayt sözünün sinonimi #uayt sözünün yaxın mənalı sözlər #uayt sözünün əks mənası #uayt sözünün etimologiyası #uayt sözünün orfoqrafiyası #uayt rusca #uayt inglisça #uayt fransızca #uayt sözünün istifadəsi #sözlük