xurd-xəşil sözü azərbaycan dilində

xurd-xəşil

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • xurd-xəşil • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Xəşil
== Xəşil Haqqında == xəşil — is. Suda bişirilib yağ və doşabla yeyilən xəmir xörəyi. Qarğa özünü quş bilir, xəşil özünü aş. (Ata. sözü). == Tərkibi: == (2 nəfərlik) 1 stəkan un3 stəkan qaynadılmış soyuq su1/3 çay qaşığı duz === Üstü üçün: === Bəkməz (doşab)əridilmiş kərə yağıŞəkər tozu === Hazırlanması: === Suyu bir qazana töküb üstünə duz töküb qarışdırırıq. ələnmiş unu əlavə edib yaxşı çalırıq. Elə çalmaq lazımdır ki düyür qalmasın. Sonra qazın üstündə vam odda dayanmadan qarışdıra-qarışdıra bişiririk. Yemək getdikcə qatılaşacaq.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2014 •••••••••••••••••••• 0.17

xurd-xəşil sözünün leksik mənası və izahı

  • 1 zərf Əzik-əzik, xıncımxıncım, sağ-salamat yer qalmamış, sınıqsınıq. Amma birdən işdi mən çölə-zada çıxmalı olsam, sən gərək xurd-xəşil olasan. “Koroğlu”. Elə o günü məntəqəyə bütün bilək sümüyü xurd-xəşil olmuş bir yaralı gətirdilər. Ə.Əbülhəsən. [Qarakişi Hümmətə:] Sən öləsən, [Yusif] səni boz atdan elə salacaq ki, qabırğaların xurd-xəşil olacaq. B.Bayramov. □ Xurd-xəşil etmək – bərk əzişdirmək, əzik-əzik etmək, bədənində sağ-salamat yer qoymamaq. Mollabacı biçarə mütəəlliməni xurd-xəşil edəndən sonra həyətə çıxdı və üzünü qonşuya tutub, ağzına gələni dedi… Çəmənzəminli. [Sərnişinlərdən biri:] Dünən Qara şəhərdə qoca bir arvadı tramvay aldı altına, xurd-xəşil elədi. Qantəmir.

    Azərbaycan dilinin izahlı lüğəti / xurd-xəşil

xurd-xəşil sözünün etimologiyası

  • 1 Sözün birinci hissəsi farsca xord (xırda) kəlməsinin dəyişmiş forma­sı­dır. Xəşil isə “əzilmiş, qarışmış” deməkdir. Xurd-xəşil “xırdalanıb bir-birinə qarışan” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / xurd-xəşil

xurd-xəşil sözünün rus dilinə tərcüməsi

  • 1 размозженный, размятый; разбитый на мелкие кусочки, вдребезги

    Azərbaycanca-rusca lüğət / xurd-xəşil
  • 2 в сочет. xurd-xəşil olmaq быть размозженным, размозжиться (раздробиться от удара или давления); xurd-xəşil etmək (eləmək) размозжить, размять, раздробить на мелкие куски

    Azərbaycanca-rusca lüğət / xurd-xəşil

xurd-xəşil sözünün ləzgi dilinə tərcüməsi

  • 1 нареч. хурт-хешил, шупӀ-шупӀ, пӀиш-пӀиш; // xurd-xəşil etmək хурт-хешил авун, хурт жедалди гатун, бедендик сагъ чка тун тавун.

    Azərbaycanca-ləzgicə lüğəti / xurd-xəşil

xurd-xəşil sözünün türk dilinə tərcüməsi

Oxşar sözlər

#xurd-xəşil nədir? #xurd-xəşil sözünün mənası #xurd-xəşil nə deməkdir? #xurd-xəşil sözünün izahı #xurd-xəşil sözünün yazılışı #xurd-xəşil necə yazılır? #xurd-xəşil sözünün düzgün yazılışı #xurd-xəşil leksik mənası #xurd-xəşil sözünün sinonimi #xurd-xəşil sözünün yaxın mənalı sözlər #xurd-xəşil sözünün əks mənası #xurd-xəşil sözünün etimologiyası #xurd-xəşil sözünün orfoqrafiyası #xurd-xəşil rusca #xurd-xəşil inglisça #xurd-xəşil fransızca #xurd-xəşil sözünün istifadəsi #sözlük