* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 Söz el arasında həm də yalınçaq, yalınsaq kimi işlədilir. Doğru variantı “yal-ın-sa-q” dır, yalınlığa meyil etməyi bildirir. (Dik-si-n-mək sözündəki -si şəkilçisi də meyil bildirir). Ayaqqabını corabsız geyməklə bağlı işlədilir. Yalın “lüt” deməkdir. Güman edirəm ki, sözün əsli yalınqat (bəlkə də, yalıntay) kimi olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / yalıntaq