* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. Başqa yerə (cəhətə, şeyə və s.) cəlb olunmaq, başqa şeylə məşğul olmaq, kənara çıxmaq (adətən “fikri, nəzəri, diqqəti” və s. sözləri ilə). Fikri yayınmaq. // Qaçmaq. Fikrindən yayınmaq. – [Gülsənəmin] narazılığını büruzə verən bu hərəkəti Tahirin də, Cəmilin də nəzərindən yayınmadı. M.Hüseyn. 2. Cürbəcür bəhanələrlə boyun qaçırmaq, can yandırmamaq. Tapşırılan işdən yayınmaq … nə qədər çətindir. S.Rəhimov. 3. dan. Xəlvəti getmək, qaçmaq, gözdən itmək, yox olmaq, aradan çıxmaq; əkilmək, gizlənmək. // Uzaqlaşmaq, getmək. Al-yaşıl geyinib durma qarşıda; Yayın bədnəzərdən, göz dəyər sənə. Qurbani. [Tarıverdi:] Barı qaçım, … vaqt ikən bir tərəfə yayınım. M.F.Axundzadə. [Nağı:] Söylədi: – Qardaşlar, gəlin yayınaq; Çoxdandır Samuxa olmuşuq qonaq. H.K.Sanılı. Axşam istirahətindən sonra qızlar əl-ələ verib parka çıxanda mən yayınırdım. Mir Cəlal. 4. Yandan keçmək, hədəfə dəyməmək; sapmaq. Gündən-günə [Kərimin] atdığı güllə daha heç yayınmırdı. S.Rəhimov. // Canını qurtarmaq, qaçmaq, qaçıb qurtara bilmək. Güllədən ilan yayınası deyil. – Sonadı, ovçusundan; Yayındı yana, yeridi… Aşıq Ələsgər.
Azərbaycan dilinin izahlı lüğəti / yayınmaq5 YAYINMAQ (xəlvəti getmək, qaçmaq) [Tarverdi:] Vaxt ikən bir tərəfə yayınım (M.F.Axundzadə); ARADAN ÇIXMAQ O ..Sultan tərsindən tutulmaq istənildiyi zaman qaçaraq aradan çıxmışdı (S.Rəhimov); ƏKİLMƏK (məc.) Vahid kağızları verib əkilmək istərkən bəstəkar dilləndi.. (B.Bayramov); QAÇMAQ (bax), SOVUŞMAQ.
Azərbaycan dilinin sinonimlər lüğəti / yayınmaq2 глаг. 1. отвлекаться, отвлечься. Diqqəti yayınır его внимание отвлекается 2. уклоняться, уклониться. Cavabdan yayınmaq уклоняться от ответа, mətləbdən (məqsəddən) yayınmaq уклоняться от цели, məsuliyyətdən yayınmaq уклоняться от ответственности; vergidən yayınmaq уклоняться от уплаты налогов 3. улизнуть, удирать, удрать, ускользать, ускользнуть, уходить, уйти от кого-л., чего-л. Xəlvətcə gözdən yayınmaq незаметно улизнуть, nəzərindən yayınmaq kimin ускользать от чьего взгляда 4. укрываться, укрыться, скрываться, скрыться. Gözündən yayınmaq kimin скрыться от глаз чьих, təqibdən yayınmaq уходить, уйти, скрываться, скрыться от преследований, bir bəhanə ilə yayınmaq уйти под каким-л. предлогом ◊ gözündən tük də yayınmır от его глаза ничего не скроется
Azərbaycanca-rusca lüğət / yayınmaq1 f. to avoid; to evade, to wander away (from); dodge (from); (mövzudan və s.) to digress (from); hərbi xidmətdən ~ to evade service; bir kəslə qarşılaşmaqdan ~ to avoid meeting smb.; mövzudan ~ to digress from a subject; zərbədən ~ to dodge a blow; məsuliyyətdən ~ to avoid / to evade / to dodge the responsibility
Azərbaycanca-ingiliscə lüğət / yayınmaq1 f. dévier de, écarter (s’) de, soustraire (se) à, éviter ; abstenir (s’) de (+infin) ; mövzudan ~ éloigner (s’) du sujet
Azərbaycanca-fransızca lüğət / yayınmaq1 гл. 1. масанихъ алатун, маса куьнал машгъул хьун, къерехдихъ экъечӀун, масанихъ желб хьун (фикир, дикъет, назар); 2. катун; хев къакъудун, кьил къакъудун (мес. кӀвалахдикай); катиз хьун, жув хуьн (мес. гуьлледикай); 3. рах. чинеба фин, катун, вилерикай квахьун, арадай акъатун; чуьнуьх хьун; яргъаз хьун, фин; 4. лишанда акьун тавун, патавай алатна фин; лишандихъ галукь тавун, масанихъ фин (мес. гуьлле).
Azərbaycanca-ləzgicə lüğəti / yayınmaq