* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | •••••••••••••••••••• | 1, 367.03 |
2003 | •••••••••• | 627.14 |
2004 | •••••••• | 504.98 |
2005 | ••••••••••• | 690.98 |
2006 | •••••••• | 518.05 |
2007 | ••••••• | 455.84 |
2008 | •••••••• | 496.50 |
2009 | •••••••• | 534.67 |
2010 | •••••••• | 543.73 |
2011 | •••••••• | 525.21 |
2012 | ••••••• | 468.62 |
2013 | ••••••••• | 602.89 |
2014 | ••••••••• | 559.11 |
2015 | ••••••••• | 561.05 |
2016 | •••••••• | 515.24 |
2017 | •••••••• | 521.25 |
2018 | •••••••• | 518.99 |
2019 | ••••••• | 474.85 |
2020 | •••••• | 398.09 |
1 sif. 1. Müsbət xüsusiyyətlərə və ya keyfiyyətlərə malik olan; öz keyfiyyəti ilə verilən tələbləri təmin edən, lazımi qaydada olan; bəyənilən (yaman ziddi). Yaxşı yeməklər. Yaxşı mal. Yaxşı at. Yaxşı mənzil. Yaxşı xətt. Yaxşı tərcümə. Yaxşı şərait. // Gözəl, xoş. Yaxşı kitab. Yaxşı musiqiyə qulaq asdıq. Yaxşı təsir bağışladı. Yaxşı şeirlər yazır. – [Gülçöhrə:] Özü yaxşı, sözü yaxşı… Ü.Hacıbəyov. // Sevimli, mehriban, əziz, istəkli (“mənim” sözü ilə nəvaziş bildirir). Mənim yaxşı oğlum! Mənim yaxşı balam! // Əlverişli, faydalı, dəyərli, müsbət. Yaxşı məsləhət. Yaxşı nəticə. Yaxşı fikir söylədi. // Xoş, səfalı. Yaxşı hava. Yaxşı yerlərdə dincəlirik. Yay yaxşı (z.) keçdi. // Təcrübəli, məharətli. Yaxşı usta. Yaxşı dərzi. Yaxşı mütəxəssis. Yaxşı rəssam. // Müsbət mənəvi keyfiyyətlərə malik olan; nəcib. Yaxşı adam. Yaxşı qadın. Yaxşı insan. – [Sultan bəy:] Yaxşı adam? Mən! Gəl də!… Gəl qohum olaq, mən də dulam. Ü.Hacıbəyov. // Dəyanətli, sədaqətli. Yaxşı yoldaş. Yaxşı dost. Yaxşı arvad. 2. Zərf mənasında. Kifayət qədər, lazımınca, əməlli-başlı. Yaxşı oxumaq. Yaxşı tanış olmaq. Yaxşı yazmaq. – [Əsəd bəy:] Hərçənd yoldaş tacirliyin fəndini çox yaxşı bilir. M.S.Ordubadi. [Usta Məhərrəm:] Özünüz deyin, harda yaxşı qan aldırmaq olar? Ü.Hacıbəyov. [Əlləzoğlu] şişlərdən döşəməyə yağ damlaları səpələyə-səpələyə, yaxşı bələd olduğu evdə ora-bura vurnuxdu, bufetin qapılarını taqqıldatdı. İ.Hüseynov. // Tələbələrin biliyinə verilən “orta” qiymətlə “əla” qiymət arasında qiymət – “4”. Fizikadan “yaxşı” almaq. Bütün dərslərindən “yaxşı” alıb. 3. Kifayət qədər, kafi miqdarda (böyüklükdə); çoxlu. Yaxşı qazanc. Yaxşı artım. Yaxşı maaş. Yaxşı pul verirlər. // məc. Güclü, qüvvətli, bərk, əməlli-başlı. Yaxşı bir yumruq ilişdirdi. 4. Zərf mənasında. Salamat, itkisiz, zərərsiz. Bəladan yaxşı qurtardın. 5. “Yaxşı”, “razıyam”, “sən deyən olsun” mənasında razılıq bildirir. Yaxşı, mən də gedərəm. Yaxşı, sən də gəl. Yaxşı, əzizim, sən deyən olsun. // Sual cümlələrində. [Əsgər:] Yaxşı, bəy, fərz edək ki, mən xalamı verdim sənə, bəs əvəzində sən mənə nə verərsən? Ü.Hacıbəyov. 6. “Yadda saxla”, “çox əcəb”, “baxıb görərsən” və s. mənasında hədə bildirir (bəzən təkrarla işlənir). Yaxşı, görüşərik! Yaxşı, yaxşı, gör atana nə deyərəm. 7. İs. mənasında. Yaxşıların yaxşısısan; Gözəllərin xası, gəlin! Aşıq Ələsgər. 8. Yaxşılıqla şəklində zərf – qalmaqalsız, rahatca, dalaşmadan, mübahisəsiz, əngəlsiz, xoşluqla. Yaxşılıqla çıxıb getdi. Yaxşılıqla məsələ həll olundu. ◊ Yaxşı gün – xoşbəxtlik, xoşbəxt həyat, yaxşı güzəran. Yaxşı olmaq – 1) sağalmaq. Xəstə yaxşı oldu. Yara yaxşı oldu. – …Cəmil ağanın başının ağrısı lap yaxşı oldu. İ.Musabəyov; 2) kinayə tərzində məmnunluq ifadə edir; əcəb oldu. Sənə lap yaxşı oldu. Yaxşı yol – yola düşən adama xeyir-dua. Usta Zeynal Mirzə Səfərin oğluna xeyir-dua verib, yaxşı yol ilə müvəffəqiyyət diləyib bir qızıl saat da verdi. Ə.Haqverdiyev. Qız: “Zəfərlə dönəsən, sənə yaxşı yol!” – dedi. M.Rahim. Yaxşını pisdən ayırd etmək – işin məğzinə vararaq anlamaq, seçmək; məsələni hərtərəfli yoxlayıb düzgün nəticə çıxarmaq. Rüstəm kişi Salmanı, cavan olsa da, gözüaçıq, işbacaran, yaxşını pisdən ayırd edən bir adam sayırdı. M.İbrahimov. Yaxşısı budur ki… – ən münasib, ən məsləhət görülən şey haqqında. [Zeynal:] Yaxşısı budur ki, bir-birimizdən həmişəlik ayrılaq… S.Hüseyn. Nə yaxşı, nə yaxşı ki – məmnunluq bildirir. Nə yaxşı, tez gəldin. Nə yaxşı ki, burada olmamısan. – [Mərcan bəy:] Nə yaxşı, razı oldu! Ü.Hacıbəyov.
Azərbaycan dilinin izahlı lüğəti / yaxşı1 Qədim kökü yaq feilidir, mənbələrdə “подходить” mənasında açıqlanıb. Yaxşı “подходящий” demək olub və feildən düzəlmiş sifətdir. -şı şəkilçisi həm də feillərdən adlar düzəltməyə xidmət edib. Mənbələrdə yakış (подходит), yakışık (красота) sözləri var. Görünür, yaxşı kəlməsi onların dəyişilmiş formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / yaxşı7 1. YAXŞI Mənim rəfiqim hər cəhətdən yaxşı bir insandır, lakin atalarımız: “Eyibsiz gözəl olmaz” demişdir (S.S.Axundov); EYİ (köhn.) Atalıq borcu eyi tərbiyənin qeyri deyil; Yoxsa bir işdədir insanlar ilə heyvanlar (M.Ə.Sabir); XOŞ (dan.) [Güləbətin:] ...Heç olmasa bunlar xoş bir gün görsünlər (M.İbrahimov); XUB (kl.əd.) Xub çəkilib qəddi-dallar; Ağ üzündə qara xallar (Aşıq Ələsgər); PAKİZƏ, YAMAN (dan.) Lakin cavanlığımı çox yaman keçirmişəm (N.Nərimanov); SALEH (köhn.) Ağa Səttar: Bəli, elə kişidən şəksiz saleh övlad qalacaqdır (M.F.Axundzadə); YÖNLÜ (dial.) Sən heç yönlü şey yersən ki, əməl eləsən (ADDL). 2. yaxşı bax gözəl 1, 2
Azərbaycan dilinin sinonimlər lüğəti / yaxşı1 YAXŞI – PİS Qumru bunları toplayıb gətirər, pisini evdə yandırar, yaxşılarını qom-qom bağlayıb qonşulara satar, təndir çörəyinə dəyişərdi (Mir Cəlal). YAXŞI – YAMAN Yaxşı da, yaman da olsa, hökmdar, öz mətbəxinizdir (A.Şaiq).
Azərbaycan dilinin antonimlər lüğəti / yaxşı2 I прил. хороший: 1. обладающий положительными качествами. Yaxşı adam хороший человек, yaxşı xasiyyət хороший характер, yaxşı ad хорошая репутация 2. опытный, искусный в своём деле. Yaxşı mütəhəssis хороший специалист, yaxşı musiqiçi хороший музыкант, yaxşı rəhbər хороший руководитель, yaxşı təşkilatçı хороший организатор 3. вполне удовлетворяющий своим качеством предъявляемым требованиям. Yaxşı material хороший материал, yaxşı maşın хорошая машина, yaxşı mənzil хорошая квартира, yaxşı elmi iş хорошая научная работа, yaxşı kitab хорошая книга, yaxşı tərcümə хороший перевод 4. примерный, образцовый. Yaxşı ata хороший отец, yaxşı oğul (övlad) хороший сын, yaxşı davranış хорошее поведение, yaxşı nümunə хороший пример 5. вполне достойный, добропорядочный, приличный. Yaxşı ailə хорошая семья 6. связанный дружескими отношениями, близкий. Yaxşı dost хороший друг, yaxşı rəfiqə хорошая подруга 7. обладающий положительными моральными качествами. Yaxşı qadın хорошая женщина 8. вкусный, аппетитный. Yaxşı nahar yeməyi хороший обед 9. доставляющий удовольствие, эстетическое наслаждение. Yaxşı musiqi хорошая музыка, yaxşı səs хороший голос 10. сильный, крепкий. Yaxşı səhhət хорошее здоровье, yaxşı yuxu хороший сон, yaxşı görmə qabiliyyati хорошее зрение 11. разг. достаточно большой, значительный по количеству, по величине. Yaxşı məhsul хороший урожай, yaxşı maaş хорошая зарплата, yaxşı pul хорошие деньги, yaxşı artım хороший прирост 12. удачный, подходящий. Yaxşı qiymət хорошая цена 13. благополучный, благоприметный, удачный. Yaxşı hava хорошая погода, yaxşı şərait хорошие условия, yaxşı mühit хорошая среда, yaxşı vaxt хорошее время, yaxşı istirahət хороший отдых 14. заслуживающий одобрения, благородный. Yaxşı iş хорошее дело. Yaşlılara (böyüklərə) hörmət etmək yaxşı işdir уважать старших – хорошее дело; yaxşı hərəkət хороший поступок 15. положительный, благоприятный, выгодный. Yaxşı mənada в хорошем смысле, yaxşı təəssürat bağışlamaq произвести хорошее впечатление, yaxşı sözlər eşitmək слышать хорошие слова 16. удовлетворённый, радостный. Yaxşı əhvali-ruhiyyədə olmaq быть в хорошем духе (настроении) 17. отражающий душевное благородство, доброту, сердечность. Yaxşı nəzər (baxış) хороший взгляд 18. настоящий, полезный. Yaxşı həyat məktəbi keçmək пройти хорошую школу жизни, yaxşı məsləhət хороший совет; daha yaxşı ещё лучше, kimdən yaxşı лучше кого, лучше, чем кто; ən yaxşı наилучший, самый лучший II нареч. хорошо. Yaxşı təşkil olunmuş əmək хорошо организованный труд, xarici dildə yaxşı danışmaq хорошо говорить на иностранном языке, yaxşı geyinmək хорошо одеваться, yaxşı dincəlmək хорошо отдохнуть, özünü yaxşı hiss etmək хорошо себя чувствовать, özünü yaxşı aparmaq вести себя хорошо, yaxşı cavab vermək хорошо отвечать III предик. хорошо. Bura çox yaxşıdır здесь очень хорошо, yaxşı olardı ki, … было бы хорошо, если … IV част. хорошо, ладно. Sən bizimlə qal. – Yaxşı! Ты оставайся с нами. – Хорошо!; yaxşı, mən bir də fikirləşərəm хорошо, я ещё раз подумаю; yaxşı, hər şey sən deyən kimi olacaq хорошо, всё будет по-твоему V сущ. хорошо (отметка). İmtahandan “yaxşı” almaq получить на экзамене “хорошо”; yaxşı eləmək: 1. nəyi хорошо (правильно, верно) сделать; 2. разг. kimi вылечить, излечить кого; yaxşı təsir etmək: 1. kimə, nəyə хорошо подействовать; 2. оказать хорошее воздействие (о лекарстве); yaxşı olmaq: 1. выздоравливать, выздороветь, поправляться, поправиться; 2. заживать, зажить. Onun yaraları yaxşı oldu его раны зажили; 3. kimə, nəyə qarşı быть хорошим, добрым в отношении кого, чего, проявлять заботу о ком, о чём ◊ axşamın xeyrindən sabahın şəri yaxşıdır утро вечера мудренее; yaxşı at köhnə çulun altında da bilinər доброго коня и под ветхой попоной видать; yaxşı at özünə qamçı vurdurmaz доброму коню лишь плеть покажи; yaxşı dost qardaşdan irəlidir хороший друг лучше родного брата; yaxşıdan yapış, yamandan qaç доброго держись, а от худого удались; yaxşı ki var, yavan çörəyə dözər, yamanları yağlı xörək də üzər доброму и сухарь на здоровье, а злому и мясное не впрок; yaxşı kolxozun arıq atı olmaz у хорошей артели все лошади в теле; yaxşıya yaxşı, pisə pis demək называть вещи своими именами; az olsun, yaxşı olsun лучше меньше, да лучше; yaxşı ad доброе имя, yaxşı ad qoyub getmək оставлять, оставить добрую память о себе; yaxşı vəziyyətdə: 1. в выигрышном положении; 2. в хорошем состоянии; yaxşı qalmaq: 1. сохранить свежесть; 2. хорошо сохраниться (о человеке); yaşına görə yaxşı qalmaq выглядеть моложе своих лет, хорошо сохраниться; yaxşı qələmi olmaq владеть пером; yaxşı qurtarmaq дёшево (легко) отделаться; yaxşı qurtarmamaq плохо кончить; yaxşı danışır (avazı yaxşı gəlir) сладкий язык, медовые уста у кого; yaxşı düşmür нехорошо получается, нехорошо, неудобно; yaxşı əllərə tapşırmaq kimi, nəyi передавать, передать в хорошие руки кого, что; yaxşı yerdə axşamladıq влипли в хорошенькое дело; yaxşı yol!: 1. счастливого пути! 2. ирон. скатертью дорога!; yaxşı yol diləmək kimə пожелать доброго пути к ому; işlər yaxşı gedir дела идут хорошо; yaxşı gözlə baxmaq kimə, nəyə благосклонно относиться к кому, к чему; yaxşı görünmək иметь цветущий вид, хорошо выглядеть; yaxşılar sırasında, yaxşılar cərgəsində в числе хороших, на хорошем счету; yaxşı cəhətdən tanımaq kimi знать с хорошей стороны кого; mümkün qədər yaxşı как можно лучше; yaxşısı budur ki лучше всего …; yaxşı eləmişəm! хорошо сделал!; yaxşı dedin хорошо сказал; soruşmasan yaxşıdır лучше не спрашивай
Azərbaycanca-rusca lüğət / yaxşı1 I. i. good* ~nı yamandan ayırmaq to distinguish good from evil II. s. good* fine; ~ adam a good man*; ~ hava good / fine weather; ~ məsləhət good advice; ~ həyat a good life; ~ qiymət a good mark; ~ müəllim a good teacher; ~ xəbər good news III. z. well* ~ danışmaq to speak* well; ~ oxumaq 1) to do* well in one’s studies; to read* well; 1. (mahnı) to sing* well; bir kəs haqqında ~ fikirləşmək to think* well of a person; ~ yazmaq to write* well; ~ yumaq to wash well; ~ yatmaq to sleep* well; 2. (bir fikri təsdiq məqamında) All right! Agreed! OK! Okay!
Azərbaycanca-ingiliscə lüğət / yaxşı1 sif. bon, -ne ; daha ~ mieux ; ən ~ meilleur, -e ; ~sı budur ki il vaut mieux que
Azərbaycanca-fransızca lüğət / yaxşı1 прил. 1. хъсан; yaxşı at хъсан балкӀан; // иер, хуш, гуьзел, вижевай; yaxşı kitab хъсан улуб; bugünkü yumurta sabahkı toyuqdan yaxşıdır. Ata. sözü пака недай вечрелай къе недай кака хъсан я; // файдалу, хийирлу, къиметлу; yaxşı məsləhət хъсан меслят; // алакьун авай, тежрибалу; yaxşı yazıçı хъсан кхьираг; // вафалу; yaxşı arvad хъсан паб; yaxşı dost yaman gündə bilinər. Ata. sözü хъсан дуст пис юкъуз чир жеда; // верцӀи, дадлу, лезетлу; yaxşı xörək хъсан къафун; // ширин, рикӀиз хуш, иер (мес. ван); 2. нареч. хъсан, хъсанз, хъсандиз, хъсандаказ; вижеваз; иердиз; yaxşı oxumaq хъсан кӀелун; yaxşı yazmaq хъсан кхьин; 3. кьуд (ученикдин билигдиз гудай къимет, “4”); botanikadan “yaxşı” almaq ботаникадай кьуд къачун; 4. пер. хъсан, кӀевиз, вижевай, гужлу; 5. нареч. хъсан, зарар тахьана, саламат; 6. “(a)хьуй”, “зун рази я”, “вуна лагьайвал хьуй” манада; 7. сущ. хъсанди; pis olmasa, yaxşının qədri bilinməz. Ata. sözü писди такунамаз хъсандан къадир чир жедач; 8. yaxşılıqla нареч. хъсанвилелди, хушвилелди, кукӀун (къал, гьуьжет) тавуна; ** yaxşı gün хъсан югъ, экуь югъ, хушбахтвал, хъсан дуланажагъ; yaxşı olmaq хъсан хьун: а) сагъ хьун; б) ажеб хьун, ажеб хьана; yaxşı yol хъсан рехъ, рекье гьатзавай касдиз хийир-дуьа; yaxşını pisdən ayırd etmək пис-хъсан (хъсандини писди) ччир хьун (сад-садакай ччара ийиз хьун); nə yaxşı, nə yaxşı ki вуч хъсан, хъсан хьана хьи.
Azərbaycanca-ləzgicə lüğəti / yaxşı\ – geniş mənada işə yarayan, özünə uyğun, doğru görülmüş, təbiətinə uyğun, istənməyə dəyərli olan. Əxlaqın və əxlaq fəlsəfəsinin əsas termini. Din fəlsəfəsində Tanrıya aid edilən Mütləq Yaxşı məfhumu da mövcuddur.
Fəlsəfə terminlərinin izahlı lüğətimüsbət keyfiyyətləri üstün olan; sevincli, mehriban.
Azərbaycan qadın adlarının izahlı lüğəti.