Yassı
Yassı (rum. Iași) — Rumıniyada şəhər, Yassı judetsinin inzibati mərkəzi, Moldaviya knyazlığının keçmiş paytaxtı, Qərbi Moldaviyanın mərkəzi.
2002-ci il siyahıyaalınmasına görə, Yassı əhalisi təxminən 320 min nəfər idi (ölkədə Buxarest və Konstansadan sonra 3-cü ən böyük şəhər), lakin sonra əhalisi bir qədər azalmış və 2011-ci il siyahıyaalmasına görə 290,422 nəfər (4-cü ən böyük şəhər) olmuşdur. 2023-cü ilə qədər şəhərin əhalisi yenidən 308,892 nəfərə yüksəlmişdir.
2002-ci ildə əhalinin 98,5%-i rumınlar, 0,59%-i romanilər və 0,13%-i yəhudilər, yunanlar və lipovanlardan ibarət idi. Macarlar 0,08%, almanlar 0,05%, digər etnik qruplar isə 0,39% təşkil edirdi.
"Сайт города" (ingilis). 2006-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-05.