* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Bacının əri. Onunçun da, doğrusu, yeznəmə yazığım gəldi və bu səbəbdən qoltuq cibimdən dəftərçəni çıxartdım və uzatdım yeznəmə tərəf. C.Məmmədquluzadə. 2. Kürəkən. Ay yeznə, ürək yeznə; Enlicə kürək yeznə: Oğlu, qızı içində; Evində gərək yeznə. (Bayatı).
Azərbaycan dilinin izahlı lüğəti / yeznə1 YEZNƏ (bacının əri) Əmisi oğlanları saysız, yeznələri, tanış və dostları hesabsız idilər (Ə.Vəliyev); DAMAD (kl.əd.) Oxudaq gözləri açılmamış əhfalımızı; Görmüşəm elm oxumuş heyvərə damadımızı (M.Ə.Sabir); GİYƏV (dial.) Güləndamın anası toyuğu götürüb acıqla giyəvinə: – Məni ağbirçək vaxtımda ələ salıb oynadırsan (Ə.Haqverdiyev); KÜRƏKƏN İbrahim bəyin göstərişi ilə çox çəkmədi Vəhş, oğlu Qaraş, arvadı Qarabirçək, kürəkəni Qorxmaz, darğa həyətində cəm oldular (Ə.Vəliyev).
Azərbaycan dilinin sinonimlər lüğəti / yeznə1 сущ. езне (1. вахан гъуьл; 2. диде-бубадин патай чпин рушан гъуьл).
Azərbaycanca-ləzgicə lüğəti / yeznə