Çarlz sözü azərbaycan dilində

Çarlz

Yazılış

  • Çarlz • 99.4569%
  • ÇARLZ • 0.2716%
  • çarlz • 0.2716%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
III Çarlz
III Çarlz, III Karl və ya tam adı ilə Çarlz Filip Artur Mauntbatten-Vindzor (əsil adı: ing. Charles Philip Arthur George Mountbatten-Windsor; 14 noyabr 1948[…], Vestminster borosu, Böyük London) — Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kralı (8 sentyabr 2022-ci ildən). Kraliça II Elizabetin oğlu. Kral taxtını ən uzun müddət gözləmiş varis. Çarlz 8 sentyabr 2022-ci ildə anasının ölümündən sonra kral oldu. 73 yaşında o, Britaniya tarixində ən uzun ömür sürən varis və Uels şahzadəsi olduqdan sonra Britaniya taxtına çıxan ən yaşlı şəxs oldu. 6 may 2023-cü ildə Vestminster abbatlığında tacqoyma mərasimi oldu. == Həyatı == Karl 14 noyabr 1948-ci ildə Bukingem sarayında anadan olmuşdur. O, Edinburq hersoginyası Şahzadə Elizabet və Edinburq hersoqu Şahzadə Filipin ilk övladı və Kraliça Elizabetlə VI Corcun ilk nəvəsidir. Şahzadənin xaç valideynləri Kral (doğma babası), Norveç kralı VII Haakon, Mariya Tek (doğma böyük nənəsi), Şahzadə Marqaret (doğma xalası), Yunanıstan və Danimarka şahzadəsi Corc, Şahzadə Viktoriya, Xanım Brebon və Devid Bouz-Layon olmuşdur.
Rey Çarlz
Rey Çarlz Robinson (ing. Ray Charles Robinson) - Məşhur amerikalı musiqiçi.
VIII Çarlz
VIII Karl (fr. Charles VIII) və ya Gülərüz Karl (fr. Charles l'Affable; 30 iyun 1470, Ambuaz[d] – 7 aprel 1498, Ambuaz[d]) — Fransa kralı. Atası XI Lüdovikin ölümünün ardından 1483-cü ildə hələ 13 yaşında ikən taxta çıxdı. Azyaşlı olduğu üçün böyük bacısı Anna və əri Burbon hersoqu Pyotr kral naibi olaraq 8 il boyunca ölkəni idarə etdi. Onların naibliyi dövründə ölkənin güclü zadəganları mərkəzi hakimiyyətə qarşı ayaqlandı və Dəlisov müharibə olaraq adlanan çatışmada monarxiya birlikləri qalib gəldi. == Həyatı == Karl 1491-ci ildə Avropanı alt-üst edən bir addım atdı və Bretanlı Annayla gizlicə evləndi. Skandala səbəb isə Annanın Müqəddəs Roma imperatoru I Maksimilyanla 1490-cı ildə vəkalətən nikahlanmış olması idi. Ancaq o əsnada gəlinin 13 yaşı olduğu üçün imperatorun yanına göndərilməmişdi. Bu səbəblə ilk nikahı tamamlanmamış hesab olundu.
VII Çarlz
VII Karl (fr. Charles VII) və ya Müzəffər Karl (fr. Charles le Victorieux) (22 fevral 1403, Paris – 22 iyul 1461) — Fransa kralı. Karl Yüzillik müharibənin ortasında Fransa üçün olduqca çətin bir dönəmdə taxta çıxdı. İngiltərə kralı və Burqundiya hersoqunun müttəfiq birlikləri paytaxt Paris və Fransa krallarının ənənəvi tacqoyma mərasimlərini keçirdiyi Reyms şəhəri də daxil olmaqla, bütün şimali Fransanı işğal etmişdi. Bundan başqa atası VI Karl 1420-ci ildə onu varislikdən çıxarmış, onun yerinə İngiltərə kralı V Henri və onun şəcərəsini Fransa taxtının varisi elan etmişdi. Digər tərəfdən ölkənin daxilində də yerli zadəganlar arasında siyasi mübarizə və silahlı çatışmalar davam edirdi. Paytaxt ələ keçirildiyi üçün kral sarayı Luara çayı sahilindəki Burj şəhərinə köçürüldü və bu səbəblə onu Burj kralı adlandırdılar. Çünki Fransa kralının əlində Burj və onun ətrafındakı bəzi kiçik əyalətlər qalmışdı. Fransada Janna d'Arkın rəhbərlik etdiyi və ölkədəki yadellilərə qarşı tərtib olunan ayaqlanmayla Karlın iqtidar gücü daha da artdı.
VI Çarlz
VI Karl (fr. Charles VI) və ya Dəli Karl (fr. Charles le Fol) (3 dekabr 1368, Paris – 21 oktyabr 1422, Paris) — Fransa kralı. Öz əqli zəifliyi və bəzi psixiatrik tutmaları ilə iqtidar gücü zəifləməyə başladı. Azenkur döyüşündəki ağır məğlubiyyətinin ardından İngiltərə kralı və kürəkəni olan V Henrini öz varisi elan etməyə məcbur oldu. Üstəlik onu kral naibi edərək krallığı bilavasitə ingilislərə təslim etdi. Buna baxmayaraq V Henri ondan bir neçə ay öncə vəfat etmiş, bu səbəblə ölkədəki Valualılar ingilislərə qarşı siyasi mübarizəni davam etdirdilər. == Mənbə == Potter, Philip J., Kings of the Seine: The French Rulers from Pippin III to Jacques Chirac, 2006, PublishAmerica, Baltimore, ISBN 978-1-4137-8857-0 William W. Kibler; Grover A. Zinn (1995). Medieval France: An Encyclopedia. Psychology Press.
V Çarlz
V Şarl (fr. Charles V Fransızca tələffüz: [ʃaʁl sɛ̃k]) və ya Müdrik Şarl (fr. Charles le Sage Fransızca tələffüz: [ʃaʁl lə saʒ]) (d. 21 yanvar 1338 — ö. 16 sentyabr 1380) — Fransa kralı. Onun səltənəti Yüzillik müharibənin əvvəllərində uğurlu bir fransız qələbəsi ilə fərqlənir. Onun hərbi əməliyyatları nəticəsində ingilislər tərəfindən ələ keçirilən bir çox bölgə geri alındı və sələflərinin bəzi hərbi itkilərini uğurla bərpa etdi. Atası II Conun 1356-cı ildə Puatye döyüşündə əsir düşməsinin ardından Şarl Fransa kral naibi təyin edildi. Krallığın düşdüyü siyasi və iqtisadi çətin vəziyyətdə Şarl ilk öncə vergiləri artırdı. Nəticədə Navarra kralı Qəddar Şarlın rəhbərlik etdiyi zadəgan qrupu, fransız burjuaziyası və kəndli üsyanlarıyla qarşılaşdı.
Çarlz Ayvz
Çarlz Edvard Ayvz (ing. Charles Edward Ives; 20 oktyabr 1874[…], Danberi[d] – 19 may 1954[…], Nyu-York, Nyu-York ştatı) — ABŞ bəstəkarı. O, müasir ABŞ bəstəkarlıq məktəbinin yaradıcılarından biridir. Ayvz 1898–1915-ci illərdə 5 simfoniya, ardınca kamera-instrumental əsərlər, mahnılar bəstələmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Ивашкин А. Чарльз Айвз и музыка XX века. Москва: Советский композитор, 1991. Шнеерсон Г. M. Айвс Чарлз Эдуард // Музыкальная энциклопедия в 6 томах. М.: БСЭ, 1973—1982, Т. 1, с. 74-75. Акопян Л. О. Музыка XX века: энциклопедический словарь (2500 nüs.).
Çarlz Barni
Charles Allen Burney (1930-cu ildə anadan olub) İngilis arxeoloq.Türkiyə və İranda çox sayda arxeoloji qazıntılara rəhbərlik etmişdir. Xüsusilə Anadoluda Urartu Krallığı ilə bağlı aparmış olduğu tədqiqatlarla tanınınır. == Erkən həyatı == Barni 1930-cu ildə anadan olub, İton kollecində və London Kral Kollecində təhsil alıb. Kembric Universiteti məzunudur. == Karyera == Barni 1954–1956-cı illərdə Türkiyədə və sonra İranda arxeoloji tədqiqatlar apararkən eyni zamanda Ankarada İngilis Arxeologiya İnstitutunun əməkdaşı idi.. Barni xüsusilə Urartularla bağlı təqdiqatları ilə tanınan bir arxeoloqdur. 1950-ci illərin ortalarından Van bölgəsinə gedən və 1960-cı ildən 1962-ci illərə qədər Yaniq Təpə, Təbriz, İran ərazisində aparılan qazıntılar zamanı çoxsaylı Urartu ərazilərinin müəyyənləşdiricisi və tədqiqatçısı kimi tanınır.Yaniq Təpə Urmiya gölünün şimal-qərb hissəsində, bölgənin ən böyük yaşayış məntəqələri daxil olmaqla, doqquz mərhələyə malikdir.Onun şərəfinə bir çalışma olan A View from the Highlands &c., Peeters tərəfindən 2004cü ildə nəşr edilmişdir.Barni Anadolu Araşdırmaları və İran: İngilis Fars Araşdırmaları Jurnalı (ing. İran: Journal of the British Institute of Persian Studies)nda məqalələr yazmışdır. Mançestr Universitetinin baş müəllimidir. == Seçilmiş əsərləri == The peoples of the hills: Ancient Ararat and Caucasus.
Çarlz Baxman
Çarlz Baxman (ing. Charles William Bachman; 11 dekabr 1924, Manhattan[d], Kanzas – 13 iyul 2017, Leksinqton[d], Massaçusets) — kompüter elmləri sahəsində, xüsusən də məlumat bazasının inkişafı sahəsində amerikalı alim. Türinq mükafatı laureatı. ER məlumat modelindəki notasiya onun adını daşıyır. == Bioqrafiyası == Müsahibələrinin birində Baxman demişdir: "Heç vaxt başqa bir işlə maraqlanmamışam. Mən həmişə mühəndis olmaq istəyirdim. " 1950-ci ildən Baxman , böyük kimyəvi şirkət Dow Chemical-da işləyir, lakin 1960-cı ildə General Electric şirkətinə keçdi və 1963-cü ilə qədər naviqasiya məlumat modelinə əsaslanaraq dünyada ilk DBMS-lərdən biri olan İnteqrasiya Məlumat Mağazasını inkişaf etdirdi. Daha sonra, kiçik bir şirkət Cullinet-də işləyərkən, IBM-in əsas çərçivələrini dəstəkləyən IDMS adlı yeni bir DBMS versiyasını hazırlayır. 1983-cü ildə Baxman , Kompüter dəstəkli proqram mühəndisliyi və tərs mühəndislik adlanan texnologiyada ixtisaslaşmış Bachman Information Systems açdı. Baxman, şəbəkə verilənlər bazası modelinin qurucularından biri kimi, əlaqəli verilənlər bazası nəzəriyyəsində ingilis alimi Edqar Kodd ilə qızğın mübahisələrin ilə məşhurdur.
Çarlz Bebbic
Çarlz Bebbic (ing. Charles Babbage, 26 dekabr 1791[…] – 18 oktyabr 1871[…], Marlibon[d], Böyük London) — ingilis riyaziyyatçısı, filosofu və maşınqayırma mühəndisi. İlk hesablayıcı maşının ixtiraçısı. İngiltərə Kral Cəmiyyətinin üzvü olmuşdur. == Həyatı == Çarlz Bebbic 26 dekabr 1791-ci il İngiltərənin cənub-qərbində yerləşən Totnes şəhərində, varlı bank işçisinin ailəsində dünyaya göz açmışdır. O hələ 1820–1860-cı illərdə ilk dəfə olaraq proqram idarəetməsinə malik olan hesablama maşının yaradılması ilə məşğul olmuşdur. Bebbicin "Mexaniki Kompüter"i üçün proqramları dahi ingilis şairi Corc Bayronun yeganə qızı, dərin riyazi biliklərə malik olan Ada Avqusta Lavleys hazırlayırdı. == İlk analitik maşının kəşfi == Çarlz Bebbic müasir kompüterin prototipi olan universal rəqəm hesablama maşınının layihəsini hazırlamışdır. Hesablama maşınları sahəsinin mütəxəssisi olan Bebbic hərtərəfli insan idi. Dahi alimin ixtiralarının siyahısına spidometr, oftalmoskop, seysmoqraf da daxildir.
Çarlz Bebic
Çarlz Bebbic (ing. Charles Babbage, 26 dekabr 1791[…] – 18 oktyabr 1871[…], Marlibon[d], Böyük London) — ingilis riyaziyyatçısı, filosofu və maşınqayırma mühəndisi. İlk hesablayıcı maşının ixtiraçısı. İngiltərə Kral Cəmiyyətinin üzvü olmuşdur. == Həyatı == Çarlz Bebbic 26 dekabr 1791-ci il İngiltərənin cənub-qərbində yerləşən Totnes şəhərində, varlı bank işçisinin ailəsində dünyaya göz açmışdır. O hələ 1820–1860-cı illərdə ilk dəfə olaraq proqram idarəetməsinə malik olan hesablama maşının yaradılması ilə məşğul olmuşdur. Bebbicin "Mexaniki Kompüter"i üçün proqramları dahi ingilis şairi Corc Bayronun yeganə qızı, dərin riyazi biliklərə malik olan Ada Avqusta Lavleys hazırlayırdı. == İlk analitik maşının kəşfi == Çarlz Bebbic müasir kompüterin prototipi olan universal rəqəm hesablama maşınının layihəsini hazırlamışdır. Hesablama maşınları sahəsinin mütəxəssisi olan Bebbic hərtərəfli insan idi. Dahi alimin ixtiralarının siyahısına spidometr, oftalmoskop, seysmoqraf da daxildir.
Çarlz Brokav
== Həyatı ==
Çarlz
Çarlz — ad. Çarlz Bebbic — ingilis riyaziyyatçısı Çarlz Darvin — ingilis naturalisti və səyyahı Çarlz Körtis — ABŞ-lı siyasətçi. Çarlz Ferbenks — ABŞ-lı siyasətçi.
Çarlz Bronson
Çarlz Bronson və ya Çarlz Dennis Buçinski (d. 3 noyabr 1921 – 30 avqust 2003) — Litva tatarı kökənli amerikalı aktyor. O, tez-tez intiqam motivlərinə əsaslanan senarilərə malik filmlərdə polis məmuru, silahlı döyüşçü rollarında oynamışdır. Uzun müddət film direktorları olan Maykl Vinner və Li Tomsonla birlikdə çalışmış və ikinci həyat yoldaşı Jill İrlandla birlikdə 15 filmə çəkilmişdir. Öz şöhrətinin zirvəsinə 1970-ci illərin əvvəllərində çatmışdır. Bu dövrdə o, bir filmə çəkilmək üçün qonarar kimi 1 milyon dollar qazanmışdır. == Həyatı == 15 auşaqlı ailədə 11-ci uşaq olaraq Pensilvaniyada dünyaya gəlmişdir. Həm ana, həm də ata tərəfdən Litva kökənlidir. Hətta evlərində ancaq Litva dili və rusca danışıldığı üçün ingilis dilini yalnız gənclik illərində öyrənə bilmişdir. Kasıb ailənin övladı olan Branson atasını gənc yaşlarında itirdikdən sonra çox fərqli işlərdə çalışmağa məcbur olmuşdur.
Çarlz Bukovski
Çarlz Bukovski (əsl adı: alm. Heinrich Karl Bukowski‎; 16 avqust 1920[…], Andernax[d] – 9 mart 1994[…], San Pedro[d], Kaliforniya) — alman mənşəli ABŞ yazıçı və şairi. Əsərlərində bəzən Henry Chinaski adını da istifadə etmişdir. Həyatının çoxunu ABŞ-nin Los-Anceles şəhərində keçirmişdir. Əsərlərində ümumiyyətlə cəmiyyət xarici insanları və depressiyasini mövzu götürməsi və alkoqolizmə yaxın bir həyat tərzini izah etməsiylə məşhurdur. Bunun səbəbi olaraq özünün bu həyatı yaşaması göstərilə bilər. Bukovskinin yazılarında öz həyatını yazıb yazmadığı müzakirə mövzusu olmuşdur. Pərəstişkarlarının bir qismi bunları hazırladığını, əksəriyyəti isə yaşamadan bu tip fantastikaları etməsinin mümkün olmayacağını və o xarakterdə bir insanın bu həyatı yaşamağının onsuz da təbii olduğu fikrini müdafiə etməkdədir. == Həyatı == Birinci dünya müharibəsinin sonlarında Almaniyaya hərbi xidmət səbəbiylə gələn polyak əsilli Amerikan bir atanın və dərziliklə məşğul olan alman mənşəli bir ananın uşağı olan Çarlz Bukovski 1920-ci ildə Almaniyaın Andernax şəhərində anadan olmuşdur. Bukovski 2 yaşındaykən ailəsi Los-Ancelesə köçdülər.
Çarlz Buçan
Çarlz Mürrey Byuken (ing. Charles Murray Buchan, 22 sentyabr 1891, Plamsted, Londonun Qrinviç inzibati dairəsi, İngiltərə — 15 iyun 1960, Monte-Karlo, Monako), daha çox Çarli Byuken (ing. Charlie Buchan adı ilə məşhurdur) — ingilis futbolçu, mərkəz hücumçusu, "Sanderlend", "Arsenal" klublarının və İngiltərə milli futbol komandasının kapitanı, tanınmış idman jurnalisti və şərhçisi. "Sanderlend"in heyətində 1912/13 mövsümündə İngiltərə çempionu, Futbol liqası birinci divizionunun 1922/23 mövsümünün isə ən yaxşı bombardiri olub. Bu klubun tarixində ikinci ən yaxşı bombardir sayılır (221 qol). "Charles Buchan’s Football Monthly" jurnalının yaradıcısıdır. "Sanderlend" klubu ondan ötrü 1000 funt verəndə bu futbolçunun cəmi 18 yaşı vardı. "Sanderlend"də oynadığı üç ilin ərzində Buçan 65 qol vurmuşdur.
Çarlz Darvin
Çarlz Robert Darvin (ing. Charles Robert Darwin; 12 fevral 1809[…] – 19 aprel 1882[…]) — ingilis naturalisti və səyyahı, çağdaş təkamül nəzəriyyəsinin təməlini qoymuş ingilis təbiətşünası. 1859-cu ildə özünün məşhur Növlərin mənşəyi kitabını yazmışdır. == Həyatı == Çarlz Darvin 1809-cu il fevral ayının 12-də Şrusberi şəhərində həkim ailəsində anadan olmuşdur. Darvin anasını erkən yaşında itirmişdir. Edinburq Universitetində Tibb üzrə təhsil almışdır, lakin öz istəyi olmadığı üçün yarımçıq qoymuşdur. Daha sonra 1827-ci ildə Kembric Universitetinin İlahiyyat fakültəsinə daxil olmuşdur. Universiteti qurtaran kimi 1831-ci il dekabrın 27-də "Biql" gəmisində təbiətşünas kimi səyahətə çıxmışdır. Səyahət zamanı Qalapaqos adalarında, Tenerife adasında, Kokos adalarında, Braziliya sahillərində, Argentinada, Uruqvayda, Odlu Torpaqda, Tasmaniyada olmuşdur. Darvinin son xarici səyahəti (ondan sonra Darvin heç zaman İngiltərəni tərk etməmişdir) 1836-cı ilin oktyabrında sona yetdi.
Çarlz Daues
Çarlz Daues (27 avqust 1865[…] – 23 aprel 1951[…]) — ABŞ-lı siyasətçi. Amerika Birləşmiş Ştatlarının 30-cu vitse-prezidenti. == Həyatı == Nobel sülh mükafatı laureatı (1925, C. O. Çemberlenlə birlikdə). Varlı ailədən çıxmışdır. 1886-cı ildə Sinsinnati Universitetinin hüquq məktəbini bitirdikdən sonra özünün vəkil kontorunu açmışdır. Dəmiryol şirkətlərinin zorakılığına məruz qalan fermerlərin müdafiəçisi kimi tanınmışdır. 1896–97 illərdə prezident seçkilərində Respublikaçılar partiyasından namizəd U. Mak-Kinlinin İllinoys ştatında seçki kam paniyasına rəhbərlik etmişdir. Onun seçilməsindən sonra Daues pul dövriyyəsi üzrə müfəttiş olmuşdur. == Fəaliyyəti == 1901-ci ildə Senata seçkilərdə məğlub olmuş, sonradan ABŞ-nin Orta Qərbində ən iri banka çevrilmiş "Central Trust Company of Illinois"un əsasını qoymuşdur. Birinci dünya müharibəsi illərində könüllü orduya getmiş, ərzaqla təchizat və bölüşdürmə işinə baxmışdır.
Çarlz Demut
Çarlz Demut - ABŞ rəssamı. Karyerasının çoxununda sulu boya ilə işləyən Demut ömrünün sonlarında yağlı boya ilə də çəkməyə başlamışdır. Qətiçilik cərəyanına sadiq olmuşdur. Həyatını Pensilvaniya ştatının Lançester şəhərində keçirmişdir. Anası ilə birlikdə yaşadığı ev indi Demut muzeyi kimi fəaliyyət göstərir. Çarlz Demut Franklin və Marşal Kollecindən məzun olduqdan sonra Dreksel Universitetində və Pensilvaniya Gözəl İncəsənət Akademiyasında təhsil almışdır.
Çarlz Dikkens
Çarlz Dikkens (ing. Charles Dickens; 7 fevral 1812[…], Lendport[d], Hempşir qraflığı[d] – 9 iyun 1870[…], Qedshil[d], Kent qraflığı[…]) — Viktoriya dövrü ingilis ədəbiyyatının ən məşhur yazıçı və roman müəlliflərindən biri. Onun romanları və kiçik hekayələri dünya ədəbiyyatının ən məşhur nümunələrindən hesab edilir. Dünya ədəbiyyatının görkəmli nümayəndəsi kimi tanınan Çarlz Dikkens ingilis ədəbiyyatında tənqidi realizmin banisi olmaqla yanaşı, həm də tanınmış yumor və satira ustasıdır. Onun yaradıcılığının ilkin dövrünə aid olan "Pikkviks klubunun qeydləri" adlı əsərində patriarxal İngiltərə təsvir olunur. "Oliver Tvistin macəraları" adlı romanında yoxsulların həyatını təsvir edərək şəxsi səadət naminə öz qəhrəmanını maneələrin dəf olunmasına çağırır. Əsərlərinin əksəriyyəti o dövrün ənənəsinə uyğun olaraq dövrü mətbuatda çap olunmuşdur. O əsərlərini hissə-hissə yazmışdır. Dikkensin əsərləri nəsrinin mükəmməlliyi və xarakterlərin bənzərsizliyi ilə bir çox görkəmli yazıçıların diqqətini cəlb etmişdir. == Həyatı == Çarlz Dikkensin uşaqlığı sakit bir dövrdə keçmişdir.
Çarlz Entoni
Çarlz Entoni Riçard Hoar (Charles Antony Richard Hoare; 11 yanvar 1934, Kolombo) — informatika və hesablama texnikası sahəsində ixtisaslaşmış britaniyalı alim. == Həyatı == Çarlz Entoni 11 yanvar 1934-cü ildə anadan olmuşdur. "Sürətli çeşidləmə" (Quicksort) alqoritminin müəllifi olan Hoar proqramlaşdırma dillərinin yaradılması və təsviri sahəsində əldə etdiyi nailiyyətlərə görə 1980-ci ildə Türinq mükafatına layiq görülmüşdür. == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Çarlz Evison
Çarlz Evison (d. 16.2.1709, Nyukasl apon Tayn, Britaniya İmperiyası - ö. 10.5.1770, Nyukasl apon Tayn, Britaniya İmperiyası) — Barokko və Klassik dövrlərində yaşayıb yaratmış ingilis bəstəkarıdır. O, həmçinin kilsə orqançısı idi.
Çarlz Ferbenks
Çarlz Ferbenks — ABŞ-lı siyasətçi. Amerika Birləşmiş Ştatlarının 26-cı vitse-prezidenti.
Çarlz Fleyşer
Çarlz Fleyşer (ing. Charles Fleischer, 27 avqust, 1950, ABŞ) — ABŞ aktyorudur. "Kim Dovşan Roceri aldadıb?" filmində "Dovşan Rocer" rolunun səsləndirməsi ilə məşhurlaşmışdır.
Çarlz Hermans
Çarlz Hermans (17 avqust 1839, Brüssel – 8 dekabr 1924 və ya 7 dekabr 1924, Mentona) — janr səhnələrinin, portretlərin, mənzərələrin və bəzi natürmortların müəllifi, belçikalı rəssam. Bir sıra monumental janrlı rəsmləri ilə o, Belçika incəsənətində realizmin tanınmasında mühüm rol oynamışdır. == Həyat == Hermans Brüsseldə imkanlı burjua ailəsində anadan olub. O, kiçik yaşlarından sənətə maraq göstərib. Hermans rəssam Lui Qalaitdən bir neçə sənət rəhbərliyi almışdı. Hermans 7 dekabr 1924-cü ildə Mentonada vəfat etdi. == Yaradacılığı == Hermans karyerası boyunca bir çox janrda təcrübə keçirmiş məhsuldar bir rəssam idi: tarix rəssamlığı, janr sənəti, portretlər və mənzərə rəsmləri. O, əvvəlcə rahiblərin janr səhnələrini çəkirdi. Daha sonra o, bibliya mövzularına janr sənəti kimi baxaraq janr rəssamlığını yüksəltməyə çalışdı. Onun janr sənətinin ən böyük nailiyyəti 1875-ci il Sübh çağı işi idi.
III Çarlz (Savoyya hersoqu)
III Çarlz (it. Carlo III di Savoia) və ya Yaxşı Çarlz (it. Carlo il Buono) (10 oktyabr 1486, Şaze-syur-En – 17 avqust 1553, Verçelli[d], Pyemont) — Savoyya hersoqu. Atası Savoyya hersoqu II Filipp, anası isə Klaudin Brosdur. 1536-cı ildə bacısı oğlu olan Fransa kralı I Fransisk tərəfindən hersoqluq işğal olundu və III Çarlz ölkədən qaçmağa məcbur oldu. Qalan ömrünü sürgündə keçirmişdir. == Mənbə == John Roger Paas, The German Political Broadsheet, 1600–1700: 1600–1615, (Otto Harrassowitz, 1985), 67. Michael Mallett and Christine Shaw, The Italian Wars, 1494–1559, (Pearson Educational Limited, 2012), 230–231.
III Çarlz Emanuel (Savoyya hersoqu)
III Çarlz Emanuel (it. Carlo Emanuele III di Savoia) (27 aprel 1701[…], Turin – 20 fevral 1773[…], Turin, Sardiniya krallığı) — Savoyya hersoqu və Sardiniya kralı. Atası Savoyya hersoqu Viktor Amadeus, anası isə Fransa kralı XIII Lüdovikin nəvəsi Orleanlı Anna Mariyadır. Saray ənənələrinə uyğun olmayan evliliyi səbəbilə skandala səbəb olan atasının taxtdan çəkilməsiylə, gözlənilmədən Savoyya hersoqu və Sardiniya kralı oldu. Ancaq Şamberidəki qəsrində iqamət etməyə başlayan atası çox keçmədən dövlət işlərinə müdaxilə etməyə başladı və oğlunu bacarıqsızlıqla ittiham etdi. Ətrafına topladığı dəstəkçiləriylə yenidən taxtı ələ keçirmək cəhdinin ardından, atasını Rivoli qalasına həbs etdirdi. Çox keçmədən atası burada vəfat etdi. == Mənbə == Huberty, Michel; Giraud, Alain; Magdelaine, F. and B. (1985). L'Allemagne Dynastique, Tome IV – Wittelsbach. France: Laballery.
II Çarlz (Savoyya hersoqu)
II Çarlz (it. Carlo II di Savoia) (23 iyun 1489, Turin – 16 aprel 1496 və ya 1496, Monkalyeri, Pyemont) — Savoyya hersoqu, Kilikiyanın, Yerusəlimin və Kiprin de-yure kralı. Atası Savoyya hersoqu I Çarlz, anası isə Milan hersoqu I Françesko Sforzanın nəvələrindən Blanşdır. Atasının ani vəfatının ardından, hələ 1 yaşında ikən Savoyya hersoqu, anası isə taxt naibəsi elan olundu. Ancaq hələ 6 yaşında ikən yatağından düşərək öldüyü qeyd edilir. Hersoqun uşaq yaşda vəfat etməsinin ardından Savoyya sülaləsinin taxta ən yaxın kişi üzvü olan II Filipp (I Lüdovik və Kiprli Annanın üçüncü oğlu) səltənəti ələ aldı. Ancaq olduqca yaşlı olan II Filipp taxt iddiasını gücləndirmək məqsədilə sələfinin bacısı Yolandanı böyük oğlu Filibertlə evləndirdi. Onun 6 illik qısa səltənətində Fransa kralı VIII Çarlz İtaliyanı və Neapolu işğal etdi. Bu səfər üçün fransız ordusunun hersoqluğun ərazisindən keçməsinə icazə verildi. == Mənbə == Sabaudian Studies: Political Culture, Dynasty, and Territory (1400–1700), ed.
II Çarlz Emanuel (Savoyya hersoqu)
II Çarlz Emanuel (it. Carlo Emanuele II di Savoia) (20 iyun 1634[…], Turin – 12 iyun 1675[…], Turin) — Savoyya hersoqu. Atası Savoyya hersoqu Viktor Amadeus, anası isə Fransa kralı IV Henrinin qızı Kristinadır. Atasının ani vəfatı və azyaşlı qardaşı Fransiskin cəmi 1 illik qısa səltənətinin ardından, hələ 4 yaşında ikən Savoyya hersoqu oldu. Eynilə qardaşı kimi, azyaşlı olması səbəbilə 1648-ci ilədək səltənət anası Kristina tərəfindən idarə edildi. Hətta bu tarixdən sonra da anası 1663-cü ildəki ölümünədək səltənətdə söz sahibi olmuş, Çarlz Emanuel eyş-işrət dolu həyat yaşamışdır. == Mənbə == Storrs, Christopher (1999). War, Diplomacy and the Rise of Savoy 1690–1720. Cambridge University Press. ISBN 0521551463 Oresko, Robert (2004).
IV Çarlz (Fransa kralı)
IV Şarl (fr. Charles IV) və ya Gözəl Şarl (fr. Charles le Bel) (18 may 1294 – 1 fevral 1328, Vensen) — Fransa və Navarra kralı. Oğul varisi olmadan vəfat edən qardaşı V Filippin ölümünün ardından 1322-ci ildə Fransa taxtına çıxan IV Şarl ilk öncə Flandriyada çıxan kəndli üsyanlarıyla məşğul oldu. Ardından 1324-cü ildə Müqəddəs Roma imperatoru olmağa cəhd etdi ancaq bu cəhdi uğursuz nəticələndi. Digər yandan bacısı İzabellanın əri olan İngiltərə kralı II Eduardla münasibətləri pisləşdi. Çünki Akvitaniya hakimi olaraq Fransa kralının vassalı hesab edilən II Eduard bu təbəəliyi qəbul etməkdən imtina edirdi. Nəticədə 1324-cü ildə Akvitaniya bölgəsi 1324-cü ildə fransızlar tərəfindən işğal edildi. Aparılan sülh danışıqları nəticəsində İngiltərə kralı döyüş təzminatı ödəməyi və Fransa kralının təbəəliyini qəbul etdi. Qarşılığında isə Akvitaniya bölgəsinin kiçik bir hissəsi ingilislərə təslim olundu.
IV Çarlz Emanuel (Savoyya hersoqu)
IV Çarlz Emanuel (it. Carlo Emanuele IV di Savoia) (24 may 1751[…], Turin, Sardiniya krallığı – 6 oktyabr 1819[…], Roma) — Savoyya hersoqu və Sardiniya kralı. Atası Savoyya hersoqu Viktor Amadeus, anası isə İspaniya kralı V Filippin qızı Mariya Antuanetta Ferdinandadır. Çox sevdiyi xanımının vəfatının ardından dövlət işlərindən uzaqlaşdı və taxtı qardaşı Viktor Emanuelə buraxaraq Romada dindar həyat tərzi yaşamağa başladı. == Mənbə == Bertolotti. Davide:Istoria della R. Casa di Savoia, Antonio Fontana, 1830, p 289 Morselli.
I Çarlz (Savoyya hersoqu)
I Çarlz (it. Carlo I di Savoia) və ya Cəngavər Çarlz (it. Carlo il Guerriero) (29 mart 1468 – 13 mart 1490) — Savoyya hersoqu, Kilikiyanın, Yerusəlimin və Kiprin de-yure kralı. Atası Savoyya hersoqu IX Amadeus, anası isə Fransa kralı VII Çarlzın qızı Valualı Yolandadır. Böyük qardaşı I Filibertin qanuni varis buraxmadan ani vəfatı səbəbilə, 1482-ci ildə 14 yaşında ikən Savoyya hersoqu oldu. 1485-ci ildə keçmiş Kipr kraliçası Şarlotta tərəfindən rəsmi varis elan olundu. Kiprli Şarlotta onun əmisi Lüdovikin həm dayısı qızı, həm də ikinci xanımı idi və 1464-cü ildə ögey qardaşı II Ceymsə məğlub olaraq ölkədən qaçmışdı. Ancaq hələ də taxt iddiasını davam etdirirdi. Krallıq Venesiya Respublikası tərəfindən işğal edilsə də, Savoyya sülaləsi de-yure olaraq öz taxt iddialarını davam etdirdilər. Ancaq I Çarlz da qardaşı kimi gənc yaşında vərəm xəstəliyi səbəbilə vəfat etdi.
I Çarlz Emanuel (Savoyya hersoqu)
I Çarlz Emanuel (it. Carlo Emanuele I di Savoia) və ya Böyük (it. il Grande) (12 yanvar 1562 – 26 iyul 1630[…]) — Savoyya hersoqu. Atası Savoyya hersoqu Emanuel Filibert, anası isə Fransa kralı I Fransiskin qızı Marqaritadır. == Mənbə == Storrs, Christopher (1999). War, Diplomacy and the Rise of Savoy 1690–1720. Cambridge University Press. ISBN 0521551463 Vester, Matthew, ed. (2013). Sabaudian Studies: Political Culture, Dynasty, & Territory, 1400–1700.
Rupert Çarlz Barnebi
Rupert Çarlz Barnebi (ing. Rupert Charles Barneby, 6 oktyabr 1911 – 5 dekabr 2000, Bronks, Nyu-York ştatı) — Böyük Britaniya əsilli Amerika botaniki. Nyu-York Botanika Bağının görkəmli alimlərindən biridir.. == Elmi əsərləri == Atlas of North American Astragalus. Daleae Imagines. Intermountain Flora, Volume 3, Part B. Silk Tree, Guanacaste, Monkey's Earring: A Generic System for the Synandrous Mimosaceae of the Americas (3 Volumes). == Şərəfinə adlandırılmış taksonlar == Barnebya bitki cinsi Barnebinin şərəfinə adlandırılmışdır.. Onun şərəfinə həmçinin Barnebyella, Barnebydendron və 25 bitki növü adlandırılmışdır.. == İstinadlar == == Xarici keçidlər == DNB, Katalog der Deutschen Nationalbibliothek: Rupert C. Barneby (alm.) Botanical Elctronic News: Dr.
Sent-Çarlz burnu
Sent-Çarlz burnu - Kanadanın şərqində Labrador yarımadasında yerləşir. İnzibati cəhətdən Nyufoundlend və Labrador əyaləti ərazisində yerləşir. Şimali Amerikanın ucqar şərq nöqtəsini təşkil edir. Sahillərini Atlantik okeanın suları yuyur.
Uels şahzadəsi Çarlz
III Çarlz, III Karl və ya tam adı ilə Çarlz Filip Artur Mauntbatten-Vindzor (əsil adı: ing. Charles Philip Arthur George Mountbatten-Windsor; 14 noyabr 1948[…], Vestminster borosu, Böyük London) — Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kralı (8 sentyabr 2022-ci ildən). Kraliça II Elizabetin oğlu. Kral taxtını ən uzun müddət gözləmiş varis. Çarlz 8 sentyabr 2022-ci ildə anasının ölümündən sonra kral oldu. 73 yaşında o, Britaniya tarixində ən uzun ömür sürən varis və Uels şahzadəsi olduqdan sonra Britaniya taxtına çıxan ən yaşlı şəxs oldu. 6 may 2023-cü ildə Vestminster abbatlığında tacqoyma mərasimi oldu. == Həyatı == Karl 14 noyabr 1948-ci ildə Bukingem sarayında anadan olmuşdur. O, Edinburq hersoginyası Şahzadə Elizabet və Edinburq hersoqu Şahzadə Filipin ilk övladı və Kraliça Elizabetlə VI Corcun ilk nəvəsidir. Şahzadənin xaç valideynləri Kral (doğma babası), Norveç kralı VII Haakon, Mariya Tek (doğma böyük nənəsi), Şahzadə Marqaret (doğma xalası), Yunanıstan və Danimarka şahzadəsi Corc, Şahzadə Viktoriya, Xanım Brebon və Devid Bouz-Layon olmuşdur.
Çarlz Albert (Savoyya hersoqu)
Çarlz Albert (it. Carlo Alberto di Savoia) (2 oktyabr 1798[…], Turin, Sardiniya krallığı – 28 iyul 1849[…], Portu) — Savoyya hersoqu və Sardiniya kralı. Atası Karinano şahzadəsi Çarlz Emanuel, anası isə Polşa kralı III Avqustun nəvəsi Saksoniyalı Mariya Kristinadır. == Mənbə == Robertson, Priscilla. Revolutions of 1848: a social history (1952). pp 309–401. Smith, Denis Mack, Modern Italy: A Political History (University of Michigan Press: Ann Arbor, 1997).
Çarlz Barbiyer de Meynard
Çarlz Barbiyer de Meynard (6 fevral 1826[…], İstanbul – 31 mart 1908[…], VII arondisman)—görkəmli fransız türkoloqu. == Həyatı == Çarlz Barbiyer de Meynard 1826-cı ildə anadan olmuşdur. 1867-ci ildə Parisdə türk dili professoru adını almışdır. Bir çox yazıların müəllifidir. Türkologiyada "Supplement aux dictionnaires publies ı'ä ce jour renfermant les mots d'origine turque et les mots arabes et persans oyes en osmanli avec leur signifıcation particuliere…" başlıqlı lüğətin müəllifi kimi tanınmışdır. Onun ikicildli "Fransızca-türkcə lüğəti"nin əlyazması Paris Milli kitabxanasında saxlanılır. Çarlz Barbiyer de Meynard 1908-ci ildə Parisdə 81 yaşında vəfat etmişdir. == Ədəbiyyat == E. Amelineau, "Barbier de Meynard", Gr. E, V, 378; TA, V, 248–249; Ch. Pellat, "Barbier de Meynard", EIr., III, 760–761.

Oxşar sözlər

#çarlz nədir? #çarlz sözünün mənası #çarlz nə deməkdir? #çarlz sözünün izahı #çarlz sözünün yazılışı #çarlz necə yazılır? #çarlz sözünün düzgün yazılışı #çarlz leksik mənası #çarlz sözünün sinonimi #çarlz sözünün yaxın mənalı sözlər #çarlz sözünün əks mənası #çarlz sözünün etimologiyası #çarlz sözünün orfoqrafiyası #çarlz rusca #çarlz inglisça #çarlz fransızca #çarlz sözünün istifadəsi #sözlük