üyüşmək sözü azərbaycan dilində

üyüşmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • üyüşmək • 92.3077%
  • Üyüşmək • 7.6923%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

üyüşmək sözünün leksik mənası və izahı

  • 1 bax uyuşmaq 1-ci mənada. [Xan] tonqal başında uzun müddət qımıldanmadan oturmaqdan üyütmüş (f.sif.) ayaqlarında bir gizilti, bədəninin hər yerində sızıltı duydu. M.Rzaquluzadə.

    Azərbaycan dilinin izahlı lüğəti / üyüşmək
  • 2 Toplaşmaq, yığışmaq. (“Koroğlu” dastanının lüğəti) Onlar aşıq Cünunu gördülər, başına üyüşdülər... (“Koroğlunun Türkmən səfəri”) (Hümmət Əlizadə)

    Azərbaycan dastanlarının leksikası / üyüşmək

üyüşmək sözünün etimologiyası

  • 1 Uy-uş-maq kimi olub, mənası “qatılaşmaq” deməkdir. Bişmiş südə çalası (maya) qatırlar, bir müddət sonra süd üyüşür, qatıq olur. Başıma üyüşüblər cüm­ləsi də mövcuddur. Deməli, üyüşmək (uyumaq) toplaşmaq, əlaqələndirmək mə­nasını da verir. Tatar dilindəki üyüş sözü ruscaya слитный və собираться kimi tərcümə olunub. Deməli, üyüş (uyuş) sözü “bir yerə toplanmaq” mənasını verir. Ayaq da üyüşür (uyuşur): qan bir yerə yığılır və hərəkətini dayandırır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / üyüşmək

üyüşmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

üyüşmək sözünün rus dilinə tərcüməsi

  • 1 глаг. 1. неметь, онеметь, занеметь (утратить чувствительность). Çox oturmaqdan ayaqlarım üyüşdü от долгого сидения у меня ноги онемели 2. заквашиваться, закваситься. Qatıq üyüşüb простокваша заквасилась (катык заквасился)

    Azərbaycanca-rusca lüğət / üyüşmək

üyüşmək sözünün inglis dilinə tərcüməsi

üyüşmək sözünün fransız dilinə tərcüməsi

üyüşmək sözünün ləzgi dilinə tərcüməsi

Oxşar sözlər

#üyüşmək nədir? #üyüşmək sözünün mənası #üyüşmək nə deməkdir? #üyüşmək sözünün izahı #üyüşmək sözünün yazılışı #üyüşmək necə yazılır? #üyüşmək sözünün düzgün yazılışı #üyüşmək leksik mənası #üyüşmək sözünün sinonimi #üyüşmək sözünün yaxın mənalı sözlər #üyüşmək sözünün əks mənası #üyüşmək sözünün etimologiyası #üyüşmək sözünün orfoqrafiyası #üyüşmək rusca #üyüşmək inglisça #üyüşmək fransızca #üyüşmək sözünün istifadəsi #sözlük