* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. və zərf məh. Bir dəfədə üç (üç bala doğan heyvan – əsasən qoyun haqqında). Həmişə əlləri cibində olan cavan çoban təklif edirdi ki, …üçəm qoyunlar yaxın yerlərdə otlarsa, hər yüz qoyundan orta hesabla iki yüz quzu almaq olar. Ə.Vəliyev. [Musa Firəngizə:] Elə seçmə qoyunlar ki çoxusu əkiz, bəzisi də həmişə üçəm doğur. B.Bayramov. Üçəm-üçəm bax üç-üç.
Azərbaycan dilinin izahlı lüğəti / üçəm1 прил., нареч. нугъ. гьар хадамаз пуд бала (пуд-пуд) хадай (мес. хеб).
Azərbaycanca-ləzgicə lüğəti / üçəmI (Culfa) aşıqla oynanılan qumar. – Üçəm oynallardı qabaxlar II (Kəlbəcər) qumrov. – Üçəm qoyunun boğazında olar III (Ağdam, Əli Bayramlı, Gədəbəy, Kürdəmir, Qazax, Naxçıvan, Ordubad) 1. bir dəfəyə üç bala doğmuş qoyun, keçi (Ağdam, Əli Bayramlı, Kürdəmir, Ordubad). – Bizim qalxozun qoyunnarının çoxu üçəm qoyunnardı (Ordubad) 2. üçqat (Gədəbəy, Kürdəmir, Qazax) – İpi üçəm əyir (Qazax) 3. üç cərgə (Naxçıvan) – Qatırı üçəm yüklə
Azərbaycan dilinin dialektoloji lüğəti.