Şmidt sözü azərbaycan dilində

Şmidt

Yazılış

  • Şmidt • 98.9975%
  • ŞMİDT • 0.5013%
  • şmidt • 0.5013%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Şmidt
Şmidt — Almaniya soyadı. Alfred Şmidt (1898–1972) — Estoniyalı ağır atlet Brayan Şmidt (1967) — ABŞ-nin astronomiya və astrofizika sahəsində tədqiqatları ilə tanınan alim.
Alfred Şmidt
Alfred Şmidt (1 may 1898 – 5 noyabr 1972, Tallin) — Estoniyalı ağır atlet. Alfred Şmidt 1920-ci ildə Antverpen şəhərində baş tutan V Yay Olimpiya Oyunlarının gümüş medalçısıdır. == Həyatı == Alfred Şmidt 1 may 1898-ci ildə Estoniyanın Hageri şəhərində anadan olmuşdur. == Karyerası == Alfred Şmidt 1920-ci ildə Belçikanın Antverpen şəhərində baş tutan V Yay Olimpiya Oyunlarının ağır atletika yarışlarında iştirak etdi. Alfred Şmidt 1-ci cəhd də 55 kq., 2-ci cəhd də 65 kq. və sonuncu üçüncü cəhd də 90 kq. ram etdi və V Yay Olimpiya Oyunlarının gümüş medalını qazandı. Alfred Şmidt 5 noyabr 1972-ci ildə 74 yaşında Tallin şəhərində dünyasına dəyişdi.
Brayan Şmidt
Brayan Şmidt — Stromlo Rəsədxanası və Tədqiqat Məktəbində professor və Astronomiya və Astrofizika üzrə tədqiqatları ilə tanınan alim. 2011-ci ildə Nobel mükafatına layiq görülmüşdür. == Həyat yolu == 24 Fevral 1967-ci ildə balıqçılıqla məşğul olan bir ailənin yeganə uşağı olaraq dünyaya gəldi. 13 yaşındaykən ailəsi Alyaskaya köçdü. Beş yaşından bəri meteoroloq olmağı dilə gətirmiş, 1993-cü ildə doktorluq dissertasiyasını bitirmiş, sonra isə Robert Kirşnerin Harvard Universitetində idarə etdiyi və II. Tip Supernova'dan 1992-ci ildə istifadə etmişdir. == Töhvələri == Şmidt 1995-ci ildə Stromlo rəsədxanasını keçmədən öncə Astrofizika Harvard Smitsonian mərkəzində 1993-1994-cü illərdə təhsil almağa davam etdi. Kainatın genişlənmə sürəti artıq I.Tip Supernova izləmə yolu ilə elmi araşdırmalar ortaya atdı. 1998-ci ildə Adam Riess ilə işləməyə başladı. Onlar birlikdə kainatın genişlənmə sürətinin getdikcə artdığını kəşf etdilər.
Daniel Şmidt
Daniel Schmidt (3 fevral 1992, Sprinqfild) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 5 oyun keçirib.
Erik Şmidt
Erik Emerson Şmidt (ing. Eric Emerson Schmidt; 27 aprel 1955, Vaşinqton[…]) — ABŞ-nin proqram mühəndisi, "Google" şirkətinin baş icraçı direktoru == Həyatı == Erik Emerson Şmidt 27 aprel 1955-ci ildə Falls Church, Virginiada (Amerika Birləşmiş Ştatları) anadan olmuşdur. == Fəaliyyəti == "Google" şirkətinin baş icraçı direktoru və direktorlar şurasının sədri Erik Emerson Şmidt Şmidt ABŞ prezidenti yanında Elm və Texnologiya üzrə şuranın, Milli Mühəndis İnstitutunun, ABŞ-nin Sənət və Elm Akademiyasının üzvüdür. "New America Foundation" qeyri-kommersiya fonduna rəhbərlik edən Şmidtin sərvəti "Forbes" jurnalının qiymətləndirməsinə əsasən 2010-cu ildə 6,3 milyard ABŞ dolları təşkil edirdi və o, dünyanın ən varlı şəxslərinin siyahısında 117-ci yeri tuturdu. == İstinadlar == == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Helmut Şmidt
Helmut Şmidt (alm. Helmut Schmidt‎; 23 dekabr 1918[…], Hamburq – 10 noyabr 2015[…], Hamburq) - alman dövlət xadimi. 1974-1982-ci illərdə Almaniya Federativ Respublikasının federal kansleri olmuşdur.
Jan Şmidt
Jan Şmidt (ing: Jeannette Marie Hoffman Schmidt, 29 noyabr, 1951) — ABŞ Konqresinin üzvü. ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, Ohayo ştatından seçilmiş Jan Şmidt uydurma "erməni soyqırımı"nı tanımadığı üçün ermənilərin qəzəbinə tuş gəlmişdir. J. Smidt bildirib ki, 1915-ci il hadisələrini soyqırım kimi qiymətləndirmək doğru deyil: "Konqresin üzvü kimi heç vaxt "erməni soyqırımı" haqqında layihələrə səs verməmişəm. Hər zaman hesab etmişəm ki, bu məsələ Konqresin problemi deyil. Bu problemin birdəfəlik həlli üçün mütəxəssislərdən ibarət müstəqil beynəlxalq komissiyanın yaradılması fikrini dəstəkləyirəm". J. Şmidt xatırladıb ki, ABŞ-nin bir sıra nüfuzlu alimləri də 1915-ci ildə baş vermiş faciəvi hadisələr üçün "soyqırım" ifadəsinin istifadəsinin doğru olmadığını bəyan ediblər. Bu alimlər arasında Prinston Universitetindən məşhur tarixçi Bernard Levis və Norman İtzkovits, Kaliforniya Universitetindən Stenford Şav, Lusvill Universitetindən Justin Makkarti, Massaçusets Universitetindən Günter Levi və Brayan Vilyams, Boston Universitetindən David Fromkin, Brandis Universitetindən Aviqdor Levi, Tennessi Texniki Universitetindən Maykl Günter, Corc Vaşinqton Universitetindən Roderik Davidson, "Hunter" Kollecindən Pyer Oberlinq, Xarici Siyasət Araşdırmaları İnstitutundan Maykl Radu və hərbi tarixçi Edvard Erikson kimi nüfuzlu elm adamları vardır. J. Şmidtin bu mövqeyinə görə D. Qriqoryan adlı bir erməni millətçisi onun seçki kampaniyasına dəstək vermiş şəxslərin Türkiyə hökuməti ilə əlaqəsi olduğu iddiasını irəli sürüb. J. Şmidt D. Qriqoryanı məhkəməyə verərək bunun belə olmadığını göstərən sənədləri də şikayətinə əlavə edərək ona böhtan atanın seçki qanunlarını qəsdən pozduğunu bildirib və cəzalandırılmasını istəyib.
Kristian Şmidt
Kristian Şmidt (alm. Hans Christian Friedrich Schmidt‎; 26 avqust 1957, Oberntsenn[d], Bavariya) — Xristian Sosial Birliyindən olan alman siyasətçi, 1 avqust 2021-ci ildə etibarən Bosniya və Herseqovina üzrə yüksək nümayəndə. Şmidt 2014-cü ildən 2018-ci ilədək Qida və Kənd Təsərrüfatı Naziri vəzifəsində çalışdı. 2005–2013-cü illərdə Almaniya Federal Müdafiə Nazirliyində Parlament katibi, 2013-cü ilin dekabrından 2014-cü ilin fevral ayına qədər Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyində Parlamentin dövlət katibi olub. Eyni zamanda Fürtdən millət vəkili kimi də çalışıb. == Həyatı == Şmidt Bad-Vindshaymda Georq Vilhelm Steller Gimnaziyasına yazıldı və 1976-cı ildə abiturunu tamamladı. Daha sonra Qərbi Almaniya Ordusunun dağ diviziyasında məcburi hərbi xidmətə başladı. 1977-ci ildə Erlangen və Lozannada hüquq təhsilinə başladı. Şmidt 1982 və 1985-ci illərdə dövlət imtahanlarını müvəffəqiyyətlə tamamlayaraq hüquq təhsilini bitirdi. 1985-ci ildə vəkilliyə qəbul edildi və 2005-ci ilin noyabrında Parlamentin dövlət katibi vəzifəsini alanadək hüquq sahəsində çalışdı.
Otto Şmidt
Otto Şmidt (rus. Отто Юльевич Шмидт; 18 (30) sentyabr 1891, Mogilyov – 7 sentyabr 1956[…], Moskva) — sovet riyaziyyatçısı, coğrafiyaçısı, geofiziki, astronomu, kitab nəşrinin və təhsil islahatlarının təşkilatçısı. Pamir kəşfiyyatçısı (1928), Şimal kəşfiyyatçısı. Professor (1924) SSRİ Elmlər Akademiyasının akademiki (01.06.1935, 02.01.1933-cü ildən müxbir üzvü), Ukrayna SSR Elmlər Akademiyasının (27.05.1934), Sovet İttifaqı Qəhrəmanı (1937). == Həyatı == Otto Yulieviç Şmidt 1891-ci ilin payızında Rusiya İmperiyasında anadan olub. 1964-cü ildə alim haqqında çəkilən bioqrafik filmdə elmə böyük töhfələr verən Mogilyov şəhərinin doğmasının Latviya kəndlilərindən gəldiyi iddia edilirdi. Şmidtin ata tərəfdən əcdadları almanlardır. 1897-ci ildə Mogilyov qəzetində 6 yaşlı Otto Şmidt haqqında məqalə çıxdı - uşaq doğma şəhərinin çayı üzərində üzdü. 8 yaşında oğlan su təchizatı problemini həll etmək üçün Sahara səhrasının "direktoru" olmaq arzusunda idi. Kiyev gimnaziyasında oxuyarkən Otto bir dəfə evdə verilən teoremin isbatını öyrənməmiş və dərsə cavab verərkən tələb olunan postulatı öz metodu ilə sübut etmişdir.
Pyotr Şmidt
Pyotr Pyotroviç Şmidt (latış. Pēteris Šmits‎; 1869 - 5 iyun 1938) — şərqşünas, etnoqraf. == Həyatı == Pyotr Şmidt 1869-cu ildə anadan olmuşdur. 1891-1892-ci illərdə Moskvada rus dilini öyrənmiş, 1892-1896-cı illərdə Sankt-Peterburqda Şərqi Asiya dilləri üzərində çalışmışdır. 1895-ci ildə A. Belçenko ilə birlikdə «Sud'ba Minskoj dinastii na juge Kitaja» adb əsər yazmışdır. 1896-cı ildə bilgilərini artırmaq məqsədilə Pekinə göndərilmişdir. 1899-cu ildə Vladivostokda yenı qurulan Şərq İnstitutunda sinoloq olaraq çalışmağa başlayan Şmidt, 1902-ci ildə «Opyt mandarinsko; grammatiki» adlı əsərini nəşr etdirmişdir. Kitab ikinci dəfə 1915-ci ildə nəşr olunmuşdur. 1919 - 1920-ci illərdə Vladivostokda Uzaq Şərq Dövlət Universitetində dekan vəzifəsində çalışdıqdan sonra, 1920-ci ildə Riqa Latviya Universitetində professor vəzifəsinə təyin edilmişdir. 1923-1924 və 1924-1925-ci illərdə Latviya Universitetinin fəlsəfə-filologiya fakültəsində dekan vəzifəsində çalışmışdır.
Rəhim Şmidt
Rəhim Şmidt (alm. Rahim Schmidt‎; 1 fevral 1959, Miyana şəhristanı, Şərqi Azərbaycan ostanı) ౼ Azərbaycan əsilli həkim və alim, alman siyasətçi (Almaniya Xristian Demokratik İttifaqı partiyası). 2016-cı ilin mayına qədər Reynland-Pfaltsın dövlət parlamentində deputat. == Təhsil və elm == Şmidt orta təhsilini 1978-ci il tarixində başa vurduqdan sonra ali təhsil almaq üçün Almaniya Federativ Respublikasına (AFR) getmişdir. Marbuq və Frankfurt dil kollecində təhsil aldıqdan sonra Qissen-in Justus-Libiq-Universitetində aqrar elmlər üzrə təhsil almışdır. O, molekulyar biologiya ixtisası üzrə təhsilini 1986-cı ildə hüceyrə və toxuma kulturları mövzusunda yazdığı işlə uğurla başa vurmuşdur. İranda mövcud siyasi vəziyyətlə (1979-cu il inqilabı) əlaqədar olaraq ailəsindən dəstək ala bilmədiyi üçün o, təhsil aldığı müddətdə müvəqqəti əlavə işlərlə məşğul olmuşdur. "İLAR-viruslarının tədqiqatı (Prunus Nekrotik Ringsport virusu) mövzusundakı 1991-ci il tarixli doktorluq işinə və onların mayaotu tərkibləri üzərində artırılması" işinə görə aqrar elmləri doktoru dərəcəsini almışdır. Bu doktorluq işi Qissendə təşkil olunmuş virusologiya üzrə beynəlxalq konqresdə dərc olunmuşdur. Tibb üzrə ikinci təhsilini 1994-cü ildən etibarən Rostok Universitetində və Frankfurt am Mayn-ın Yohann Volfqanq Höte Universitetində almış və bu təhsili 2003-cü ildə uğurla başa vurmuşdur.
Vilhelm Şmidt
Vilhеlm Şmidt (Tam adı: alm. Wilhelm Schmidt‎; 16 fevral 1868[…] – 10 fevral 1954[…], Frayburq im Breisqau, Baden-Vürtemberq) — Alman etnoqrafı. == Həyatı == Аvstrаliyаdа diffuziоnizmin kаtоlik kilsəsinin аtаsı (pаtеri) Vilhеlm Şmidtin (1868-1954) bаşçılıq еtdiyi "Mədənitаriхi məktəb" və yа "Vyаnа məktəbi" cərəyаnı mövcud idi. Şmidtin nəzəriyyəsinin üç bаşlıcа mənbəyi vаr idi: Qrеbnеrin "mədəni dаirələr sхеmi"; Kоllmаnın "piqmеy" nəzəriyyəsi; Еndriyu lеnqin аllаh-аtаyа əzəli еtiqаd kоnsеpsiyаsı.Şmidtin məqsədi еtnоlоgiyа еlmini kilsə еhkаmlаrınа yönəltməkdən ibаrət idi. О, Еndriyu Lеnqin "Dinin yаrаdılmаsı hаqdа" əsərini din hаqdа еlmdə çеvriliş hеsаb еtmiş, bu kitаblаrdаn istifаdə еdərək, еlmi fаktlаrın köməyi ilə "ilаhi kəşflər" bаrədə kilsə еhkаmlаrının və "İncil" ənənələrinin dоğruluğunu sübut еtməyə çаlışmış, bütün əməyini və biliyini "ibtidаi mоnоtеizm" nəzəriyyəsinin yаrаdılmаsınа sərf еtmişdir. Şmidt əsаs idеyаlаrını 12 cilddən ibаrət "Аllаh idеyаsının təşəkkülü", "Piqmеylər hаqqındа" (1910) və "Bəşəriyyətin ilk pilləsində mülkiyyət" əsərlərində insаnlаrın yаrаndığı dövrdən bаşlаyаrаq хüsusi mülkiyyətə sаhib оlmаlаrını əsаslаndırır.О, Vyаnа məkstəbi nümаyəndələrinin İtаliyа və Аvstrаliyа kаtоlik dаirələrinin bахışlаrını əks еtdirirdi. V.Şmidt və оnun dаvаmçılаrı V.Kоppеrs, M.Quzе- indе, P.Şеbеstiаn ibtidаi icmа dövründə хüsusi mülkiyyətin, pаtriаrхаl аilənin, mоnоtеizmin оlduğunu iddiа еdirdilər. Оnlаr dövrü mədəniyyəti 7 əsаs mədəni dаirənin "qаrışmаsı" məhsulu kimi səciyyələndirir, bu sаhədə Аfrikа piqmеylərinə mürаciət еdirdilər. V.Şmidt Pаpа ХII Piy pаtеr tərəfindən Vаtikаndаkı Lаtеrаn еtnоqrаfiyа muzеyinə dirеktоr təyin еdilmişdi. Duffiziоnizm АBŞ-dа о qədər də əhəmiyyətli istiqаmət dеyildi.
Yulian Şmidt
Yulian Şmidt (10 dekabr 1994) — Almaniyalı peşəkar kişi BMX velosipedçisi. Yulian Şmidt Almaniyanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Yulian Şmidt 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 33.461 saniyəlik nəticəsi ilə 64-cü yeri tutdu.
Şmidt adası
Şmidt adası — ada Şimal Torpağının qərtbində, Kara dənizi akvatoriyasında yerləşir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır rayonu ərazisinə daxildir. == Yerləşməsi == Ada arxipelaqın şimal-qərbində, Komsomoles adasınan 31 km aralıda yerləşir. Arxipelaqın materikdən ən uzaqda yerləşən adasıdır. Yaxınlığında kiçik adalar belə yoxdur. == Təsviri == Ada ovalvari formmaya malikdir. Bircə şimal hissəsində Zemlyannıy burnu yerləşir. Qərbdən şərqə 28,7 km, çimaldan cənubda isə 17,7 km məsafədə uzanır. Sahəsi 420 km²dir.demək olar kmi, ərazisinin böyük hissəsini eyni adlı buzlaq örtür. adanın maksimal hündürlüyü 325 metrdir.
Şmidt araliyası
Ürəkvari araliya (lat. Aralia cordata) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin araliya cinsinə aid bitki növü.
Şmidt burnu
Şmidt burnu (Yapon dənizi)
Erik Emerson Şmidt
Erik Emerson Şmidt (ing. Eric Emerson Schmidt; 27 aprel 1955, Vaşinqton[…]) — ABŞ-nin proqram mühəndisi, "Google" şirkətinin baş icraçı direktoru == Həyatı == Erik Emerson Şmidt 27 aprel 1955-ci ildə Falls Church, Virginiada (Amerika Birləşmiş Ştatları) anadan olmuşdur. == Fəaliyyəti == "Google" şirkətinin baş icraçı direktoru və direktorlar şurasının sədri Erik Emerson Şmidt Şmidt ABŞ prezidenti yanında Elm və Texnologiya üzrə şuranın, Milli Mühəndis İnstitutunun, ABŞ-nin Sənət və Elm Akademiyasının üzvüdür. "New America Foundation" qeyri-kommersiya fonduna rəhbərlik edən Şmidtin sərvəti "Forbes" jurnalının qiymətləndirməsinə əsasən 2010-cu ildə 6,3 milyard ABŞ dolları təşkil edirdi və o, dünyanın ən varlı şəxslərinin siyahısında 117-ci yeri tuturdu. == İstinadlar == == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Georq Fridrix Şmidt
Georq Fridrix Şmidt (alm. Georg Friedrich Schmidt‎; 24 yanvar 1712[…], Vandlis[d], Brandenburq – 25 yanvar 1775[…], Berlin) — alman qravürçü və dizayner. == Həyatı və yaradıcılığı == O, Buşun başçılığı ilə Berlində və Nikolas Larmessinin başçılığı altında Parisdə incəsənət dərsləri alıb. 1744-cü ildə Berlində II Frederikə qravürçü təyin edildi və 1757-ci ildə İmperator Elizabet tərəfindən oyma məktəbi təşkil etmək və onun portretini hazırlamaq üçün Sankt-Peterburqa çağırıldı. Onun Rembrandt tərzində oymaları və naxışları 18-ci əsrdə Almaniyada ən yaxşı hesab edilirdi. O, təxminən 200 oyma nümunəsi hazırladı. Aralarında ən yaxşıları “Rusiyanın İmperatoru Elizabet”, “Qraf Nikolas Esterazi, “Pierre Miqnard”, “Müqəddəs Conla Uşaq və Bakirə”, “Jairusun Qızının Yüksəlməsi” və “Rembrandtın Anası” idi.
Otto Şmidt burnu
Otto Şmidt burnu— Çukot dənizi akvatoriyasında Lonq boğazında yerləşın burun. Burunda Şmidt Burnu qəsəbəsi və Rırkaypiy kəndi mövcuddur. 2014-ci ildə hərbi şəhərcik salınmışdır. == Tarixi == Burun ilk dəfə 1778-ci ildə Ceyms Kuk tərəfindən aşkarlanmışdır və Nordkap («Şimal burnu») olaraq adlandırılmışdır. Yerli əhali burnu İr-Kappeya adlandırırlar. 1934-ci ildə burun məşhur sovet qütb araşdırmaçısı Otto Şmidtin şərəfinə adlandırılır. Şmidt burnunda Neolit dövrünə aid qədim ovçuların alətləri aşkarlanmışdır. Burada hətta Çukçalara məxsus olan qalaça olmuşdur. == Təbiətin qorunması == 2010-ci ildə burunda yerli əhəmiyyətli qoruq ərazi təşkil edilir. Layihənin məqsədi dünyanın ən böyük Morj yerləşim yerlərinin və ağ ayıların qorunması olmuşdur.
Qustav Fridrix Şmidt
Qustav Fridrix Şmidt (1877 - 1945)—Qafqaz dilləri üzrə mütəxəssis. == Həyatı == Qustav Fridrix Şmidt 1877-ci ildə anadan olmuşdu. Helsinki Universitetində oxumuşdur. Qafqaz dillərinə maraq göstərmişdir. Bu mövzuda «Zur Frage der ossetisch-ungarischen Lehnwörter», «Zur forschung der ossetisch-ungarischen Lehnbeziehungen», «Abchasische Lehn- ırtstudien» və s. əsərlərin müəllifidir. Schmidt öz elmi əsərlərində Qafqaz dilləri ilə Guzey Qafqazın türk dilləri arasındakı qarşılıqları da araşdırmışdır. Qustav Fridrix Şmidt 1945-ci ildə 68 yaşında dünyasını dəyişmişdir.
Şmidt burnu (Kara dənizi)
Şmidt burnu — burun Kara dənizinə daxil olan Taymır körfəzi sahilində qərarlaşır. İnzibati cəhətdən Rusiyanın Krasnoyarsk diyarı ərazisinə daxildir. Burun 1901-ci ildə qütb ekspedisiyası zamanı aşkarlanmışdır. Burun geoloq, paleontoloq və botanik Fyodor Boqdanoviç Şmitdin şərəfinə adlandırılmışdır. O, bu ekspedisiyanın təşkilat komisiyasının üzvlərindən biri olmuşdur.
Şmidt dağlaləsi
Şmidt dağlaləsi (lat. Tulipa schmidtii) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin dağlaləsi cinsinə aid bitki növü. == Arealı == Cənubi Qafqazın cənub-şərqindən İranın şimal-qərbinə qədər yayılmışdır. == Botaniki xarakteristikası == Çoxillik ot bitkisidir. Soğanağı iri, yumurtavari, 2,5–5 sm diametrində, nazik dərivari, qonur və ya qəhvəyi-qonur qınla örtülmüşdür. Gövdə 25–50 sm hündürlükdədir. Yarpaqlar 6–10 ədəd göyümtül, aşağıdakılar enli, uzunsov, yuxarıdakılar neştərvari və ya dar- neştərvari, uzundur. Çiçəkləri iri, 7 sm-ə qədər uzunluğunda; yarpaqcıqları qırmızı, əsasında daxildən qara, sarı-haşiyələnmiş, rombvari ləkəlidir; xarici hissədəkilər enli, uzunsov və ya deltavari bir qədər daxildəkindən uzundur. Erkəkcik çiçəkyanlığından qısadır; tozcuğu sarı, qutucuq 4 sm -ə qədər uzunluqda, 2–2,5 sm enindədir. == Çoxalması == Toxumla və vegetativ yolla çoxalır.
Şmidt tülpanı
Şmidt yarımadası
Şmidt yarımadası — Saxalin adasının şimalında, Rusiyanın Saxalin vilayəti ərazisində yerləşən yarımada. Yarımadanın uzunluğu 50 km-dir. Maksimal hündürlüyü 623 metrdir ( Tri Brata dağı). Enli və iynə yarpaqlı ağaclardan ibarət olan meşələrə sahibdir. Ərazisi bataqlıqlaşmışdır. Nivxilər yarımadanı Mif-tyonqr adlandırırlar («Torpağın başı»). İngilis və yapon mənbələrində Müqəddəs Elizabet yarımadası kimi göstərilir. 1908-ci ildə geoloq N. Tixonoviç burada olmuş ilk Fyodr Şmidtin şərəfinə adlandırmışdır. Şərq silsiləsi şimalda Udot (552 m) və Baklani (539 m) dağı yerləşir. Şərq silsiləsinin sonucunu Yelizaveta burnu (54°25′31″ şm.
Şmidt küçəsi (Taqanroq)
Şmitd küçəsi (rus. Улица Шмидта) — Taqanroq şəhərinin mərkəzində yerləşən küçə. Küçənin uzunluğu 430 m təşkil edir. Şəhərin tarixi hissəsində qərrlaşır. == Coğrafiyası == Şmidt küçəsi Dobrolyubovski xiyabanı ilə Komsomolski enişi arasında qərarlaşır. Binaların nömrələnməsi Komsomolski enişindən başlayır. Küçənin uzunluğu 430 metr təşkil edir. == Tarixi == Küçənin əvvəlki adları: Malo-Qreçeskaya, Malo-Birjevaya, Voronsovskaya. 1929-cu ildə Pyotr Petroviç Şmidtin şərəfinə adlandırılmışdır. O, Ocakov kreyserində təşkil etdiyi üsyana görə bu şərəfə layiq görülmüşdür.
Leytenant Şmidt Adına Zavodda Əməyin Təhlükəsizliyi (1961)
== Məzmun == Kinolent Leytenant Şmidt Adına Bakı Maşınqayırma Zavodunda əməyin təhlükəsizliyi üçün görülən tədbirlərdən danışır. == Film haqqında == Film Leytenant Şmidt Adına Bakı Maşınqayırma Zavodunun sifarişi ilə çəkilmişdir.
Leytenant Şmidt adına zavodda əməyin təhlükəsizliyi (film, 1961)
== Məzmun == Kinolent Leytenant Şmidt Adına Bakı Maşınqayırma Zavodunda əməyin təhlükəsizliyi üçün görülən tədbirlərdən danışır. == Film haqqında == Film Leytenant Şmidt Adına Bakı Maşınqayırma Zavodunun sifarişi ilə çəkilmişdir.
Mıs Şmidta
Mıs Şmidta (rus. Мыс Шмидта) — Rusiya Federasiyası Çukot Muxtar Dairəsi, İultinski rayonunda yerləşəşən şəhər tipli qəsəbə. Qəsəbə Arktika araşdırmaşısı Otto Yuleviç Şmitdın şərəfinə adlandırılmışdır. == Yerləşməsi == Mıs Şmitda qəsəbəsi Otto Şmidt burnunda, Çukot dənizi sahilində yerləşir. Anadır şəhərindən 650 km şimalda qərarlaşır. Qəsəbəyə ən yaxın yaşayış məntəqəsi Rırkaypiy kəndidir. Şimal dəniz yolu üzərində yerləşməsi onun əhəmiyyətini artırır. Qəsəbənin salnmasına da səbəb bu olmuşdur. == Tarixi == Otto Şmitd burnu Çukot dənizi sahillərində,Lonq boğazında yerləşir. Burun ilk dəfə 1778-ci ildə ingilis dəniz səyyahı Ceyms Kuk tərəfindən kəşf edilmişdir.
Şmidt burnu (Yapon dənizi)
Şmidt burnu — Rusiya, Primorsk diyarı, Yapon dənizi sahilində yerləşən burun. Burun Ruski adasının cənub-şərqində yerləşir. Bu hündür, qayalı və sıldırımlı burun bitki örtüyündən məhrumdur. Şmidt burnundan 2 km cənub-şərqdə Tobizin burnu yerləşir. Burun 1880-ci illərdə sakitokean eskadrosunun komandanı Vladimir Şmidtin şərəfinə adlandırılmışdır. == Mənbə == Şmidt burnu.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.41 dəfə / 1 mln.
2003 •••••••••••••••• 3.54
2004 •••••••••••••••••••• 4.72
2005 •••••• 1.35
2006 •••• 0.90
2007 ••• 0.63
2008 ••••••••• 1.95
2009 •••••••••••• 2.72
2010 •••••• 1.27
2011 ••••• 0.94
2012 ••••••••••• 2.50
2013 •••• 0.88
2014 ••••••••••• 2.57
2015 •••••••••• 2.21
2016 ••• 0.52
2017 •• 0.33
2018 ••• 0.60
2019 •• 0.42
2020 •• 0.27

Oxşar sözlər

#şmidt nədir? #şmidt sözünün mənası #şmidt nə deməkdir? #şmidt sözünün izahı #şmidt sözünün yazılışı #şmidt necə yazılır? #şmidt sözünün düzgün yazılışı #şmidt leksik mənası #şmidt sözünün sinonimi #şmidt sözünün yaxın mənalı sözlər #şmidt sözünün əks mənası #şmidt sözünün etimologiyası #şmidt sözünün orfoqrafiyası #şmidt rusca #şmidt inglisça #şmidt fransızca #şmidt sözünün istifadəsi #sözlük