* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [fars.] İslam dini və hüquqi normalarının məcmusu, islam qanunları. Mərifət şərbətin içə bilmirəm; Şəriət dəryadı, keçə bilmirəm… Aşıq Ələsgər. Əsmər yenə şəriətin hökmüncə [Məmmədbağırın] halal arvadı olub qalırdı. S.Hüseyn.
Azərbaycan dilinin izahlı lüğəti / şəriət2 ə. 1) müsəlman həyatında doğru yol; 2) Allahın göstərişlərinə əsasən yazılmış qanun(lar), islam qanunları. Şəriəti-islam islam şəriəti.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / şəriət3 \ – müsəlman qanunlarının sistemləşdirilmiş toplusu. Şəriətdə bütün qeyri-dini və dini problemlər islam baxımından işıqlandırılır; təsərrüfat həyatı, əxlaqi və etik normalar, adət, ənənə və bayramlar, qadağan olunmuş, bəyənilmiş, yaxud təqdirəlayiq hərəkətlər, hətta dindarın həyatının ən intim sahələrini də əhatə edən qayda və qanunlar islam dini baxımından vahid sistem şəklində birləşdirilmişdir.
Fəlsəfə terminlərinin izahlı lüğəti / şəriət2 сущ. собир. шариат (совокупность религиозных и юридических норм у мусульман). Şəriət qanunlarına görə по законам шариата
Azərbaycanca-rusca lüğət / şəriət