* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 işıqlandıran, yandıran; çox gözəl; odlu, işıqlı.
Azərbaycan qadın adlarının izahlı lüğəti. / əfruz2 f. 1) şölələndirən, parladan; 2) yandıran.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / əfruz1 Farsca əfruxtən (yandırmaq) məsdəri ilə qohumdur, “işıq saçan” (günəş), “yandıran” deməkdir. Fəraxtən və ya əfraxtən məsdəri ilə qohum olan əfraz sözü də var, mənası “yüksəldən” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / əfruz(Salyan) hiyləgər. – Əfruz adama qoşulson, başın bəla çəkər
Azərbaycan dilinin dialektoloji lüğəti.