* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 Üzüm salxımları ağacdan sallanır və deyirlər: salxımlar əmbiz-əmbiz sallanır. Konus şəklində yığılmış taxıl, meyvə və s. də əmbiz adlanır. Sözün məğzi onun konusa oxşamasıdır. Güman ki, əmbiz kəlməsi məmə (əmmək) sözü ilə bağlıdır. Əmbiz formaca məhz məməyə oxşayır (bir tərəfi böyük, uc tərəfi getdikcə nazilən olur). Biz komponenti isə “şiş” deməkdir (ucu biz kimi şiş olan). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / əmbiz(Cəlilabad, İsmayıllı, Kürdəmir, Salyan, Yardımlı, Qazax, Qusar, Mingəçevir, Şuşa) taxıl topası. – Bu gecə kimsə əmbizdən oğurlayıb (Kürdəmir); – Atdarı əmbizə bıraxeyəm, əmbizdən yeylər (Cəlilabad); – Döyülüf bö:üx topa şəkilində yığılmış taxıla əmbiz də de:illər, tığ da (Şuşa)
Azərbaycan dilinin dialektoloji lüğəti.