Əndi sözü azərbaycan dilində

Əndi

Yazılış

  • Əndi • 88.8889%
  • əndi • 11.1111%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Əndican
Əndican (özb. Andijon, Андижон) — Özbəkistanda şəhər, Əndican vilayətinin mərkəzi. == Tarixi == Əndican — Fərqanə vadisinin qədim şəhərlərindən biridir. Əsasının qoyulduğu tarix məlum deyil. IX əsrdə Əndukan, XV əsrdə — Əndiqan adları ilə tanınırdı XV yüzillikdə — feodal dövlətin paytaxtı idi. == Coğrafiyası == Əndican şəhəri Fərqanə vadisində yerləşir. == Əhalisi == Ölkenin şərqində yerləşən şəhərin 2005-ci il rəsmi məlumatlarına görə əhalisinin sayı 338.366 nəfərdir. == Məşhur sakinləri == Əbdülhəmid Çolpan (yazıçı), (1893–1938)—Özbəkistan yazıçısı, şairi.
Əndican hadisələri
Əndican hadisələri — 12–14 may 2005, Özbəkistanın Əndican şəhərində baş vermiş 187(rəsmi)— 600(xarici müşahidəçilər)—1500(keçmiş MTX cəsusunun etirafı) nəfərin ölümüylə nəticələnən kütləvi qırğındır. 360 min nəfərin yaşadığı Əndican Fərqanə vadisində — Qırğızıstanla sərhədin cəmi 30 kilometrliyində yerləşir.Xalq bölgədə 90-cı illərdən bəri davam edən yoxsulluq, korrupsiya, repressiyalar və bərbad iqtisadi vəziyyətdən bezmiş vəziyyətdədir.Hadisələrin qığılcımı isə bir qrup biznesmenin şübhəli həbsi olur. == Hadisələr == Beləliklə, 10 may tarixindən nümayişlər başlayır.(~5000nəfər) 12may gecəsi silahlı şəxslər, bir müddət əvvəl şübhəli şəkildə həbs edilən 23 biznesmenin tutulduğu həbsxanaya hücum edib, 100-lərlə məhbusu azad edirlər. Daha sonra bölgədəki bir çox hökumət binalarını zəbt edib, İslam Kərimovun istefasını tələb edirlər.(Həmin vaxt Qırğızıstanda baş vermiş rəngli inqilabdan ilhamlanaraq). Amma mayın 12-nə qədər etiraz aksiyası ümumiyyətlə dinc idi, orada silahlı adamlar iştirak etmirdilər. Hələ də aydın deyil ki, həmin gecə basqında iştirak edən silahlı adamlar kimlər idi. Mitinqçilərin terrorist və islami ekstrimistlər olduğunu deyərək, prezident İslam Kərimovun əmrilə (dəqiq deyil), Milli Təhlükəsizlik Xidmətinin (SNB) qüvvələri, tanklar və helikopterlərdən də istifadə edərək, uşaq-qadın fərq qoymadan xalqa atəş açır.Politoloqların fikrincə hadisələrin səbəblərindən biri də Daşkənd-Fərqanə klanı ilə Səmərqənd klanı arasında hökumət daxili mübarizə olub. == Qeydlər == 1) Qırğından sonra kütləvi məzarlıqlar tapılsa da hökumət inkar edib. 2) 15 biznesmen sonradan yenə həbsə düşsə də, qalanları hazırda qərb ölkələrinin vətəndaşlarıdır.
Əndican vilayəti
Əndican vilayəti (özb. Andijon viloyati) — Özbəkistanda vilayət. 6 mart 1941–ci ildə təşkil edilib. Ərazisi 4.2 min km², 2000–ci ilə olan məlumata əsasən əhalisi 2.196 milyon nəfərdir. Əhalinin 657.7 min nəfəri şəhər, 1539.2 min nəfəri isə kənd yerlərində yaşayır. Ümumi əhalinin 88.80%–ini özbəklər, 3.80%–ini qırğızlar, 3.10%–ini tatarlar, 2.00%–ini ruslar, 2.30%–ini isə digər millətlər təşkil edir.
Əndican üsyanı
Əndican üsyanı — özbək xalqının çarizmin müstəmləkə zülmünə qarşı milli azadlıq hərəkatı. Üsyan 1898-ci il mayın 17-də Əndican qəzasının Mintəpə kəndində başlandı. Üsyanın başçısı Mədali işan Osmanlı sultanı ilə əlaqə yaratmışdı. Üsyan başçıları üsyanı bütün Orta Asiyaya yaymaq, əvvəlki qaydalarını bərpa etmək istəyirdilər. Əsasən, soyuq silahla silahlanmış 2 min nəfərə yaxın üsyançının mayın 18-də Əndican şəhərindəki qarnizona hücumu uğursuzluqla nəticələndi. Hərəkat tezliklə və amansızlıqla yatırıldı. 383 nəfər mühakimə olundu. Onlardan 18 nəfəri o cümlədən Mədali işan edam olundu, qalanları katorqaya və sürgünə göndərildi. Üsyanın məğlubiyyətinin başlıca səbəbləri kifayət qədər hazırlığın olmaması idi. Lakin üsyan Türküstan xalqlarının milli azadlıq hərəkatının daha da güclənməsinə kömək etdi.
Əndika şəhristanı
Əndika şəhristanı— İranın Xuzistan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Qala Xoca şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 49,430 nəfər və 8,708 ailədən ibarət idi.
Əndimeşk
Əndimeşk — İranın Xuzistan ostanının şəhərlərindən və Əndimeşk şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 119,422 nəfər və 26,140 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti lurlardan ibarətdir, lur dilində danışırlar və şiə müsəlmandırlar.
Əndimeşk şəhristanı
Əndimeşk şəhristanı— İranın Xuzistan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Əndimeşk şəhər idir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 154,081 nəfər və 33,159 ailədən ibarət idi.
Əndirqan (Vərziqan)
Əndirqan (fars. اندرگان‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 911 nəfər yaşayır (228 ailə).
Əndis (Heris)
Əndis (fars. انديس‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 401 nəfər yaşayır (85 ailə).
Əndizə (Piranşəhr)
Əndizə (fars. انديزه‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 876 nəfər yaşayır (139 ailə).
Əndişə
Əndişə(fars. انديشه‎) — İranın Tehran ostanının Şəhriyar şəhristanının Mərkəzi bəxşində yeni şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 75,596 nəfər və 19,945 ailədən ibarət idi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.06 dəfə / 1 mln.
2006 ••••••••••••••• 0.45
2007 •••••••••••••••••••• 0.63
2014 •••••• 0.17
2017 •••••• 0.16

"əndi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#əndi nədir? #əndi sözünün mənası #əndi nə deməkdir? #əndi sözünün izahı #əndi sözünün yazılışı #əndi necə yazılır? #əndi sözünün düzgün yazılışı #əndi leksik mənası #əndi sözünün sinonimi #əndi sözünün yaxın mənalı sözlər #əndi sözünün əks mənası #əndi sözünün etimologiyası #əndi sözünün orfoqrafiyası #əndi rusca #əndi inglisça #əndi fransızca #əndi sözünün istifadəsi #sözlük