Əskər sözü azərbaycan dilində

Əskər

Yazılış

  • Əskər • 76.9492%
  • əskər • 22.3729%
  • ƏSKƏR • 0.6780%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ramiz Əskər
Ramiz Əskər (10 yanvar 1954, Qaraçanta, Amasiya rayonu – 22 may 2024, Bakı) — azərbaycanlı şair, tərcüməçi, publisist, ədəbiyyatşünas, filologiya elmləri doktoru, 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin, 1980-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Ramiz Əskər 10 yanvar 1954-cü ildə Amasiya rayonunun Qaraçanta kəndində müəllim ailəsində anadan olmuşdur. 1978-ci ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir. 1978–1983-cü illərdə Azərbaycan Radiosunda redaktor, 1983–1984-cü illərdə "Azərbaycan bu gün" jurnalının baş redaktoru, 1984–1991-ci illərdə "Odlar yurdu" qəzetinin baş redaktoru, 1991–1993-cü illərdə "Hürriyet" qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri, 1993–1994-cü illərdə Xarici Turizm Şurasının idarə rəisi, 1994–1996-cı illərdə "XXI əsr" qəzetinin baş redaktoru, 1993–1997-ci illərdə "Yeni Forum" jurnalının Bakı təmsilçisi olmuşdur. 1997-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin baş katibi, 2003-cü ildən Bakı Dövlət Universitetinin müəllimi, bədii tərcümə elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi-müdiri, 2012-ci ildən isə BDU-nun türk xalqları ədəbiyyatı kafedrasının müdiri vəzifəsində çalışmışdır. Filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru olmuşdur. Azərbaycanın "Qızıl qələm", "Həsən bəy Zərdabi", "Humay", Türkiyənin "Türk dünyasına xidmət", Türkmənistanın "Altın əsr" və TürkSOY-un "Özəl ödül" mükafatları laureatıdır. "Baburnamə"nin tərcüməsinə görə Özbəkistanın beynəlxalq Babur mükafatına, Bəkir Çobanzadənin əsərlərinin tərcüməsinə görə Ukraynanın beynəlxalq Bəkir Çobanzadə mükafatına, Abdulla Tukayın şeirlərinin tərcüməsinə görə Tatarıstanın "Mədəniyyət sahəsində uğurlar" medalına layiq görülmüşdür. Yazıçılar və Jurnalistlər Birliklərinin, Beynəlxalq Mətbuat İnstitutunun (İPİ, Vyana) üzvü, Azərbaycanın Əməkdar jurnalistidir. Türkologiya, ədəbiyyat, tarix və jurnalistıkaya dair kitablar yazmış, türk, rus, özbək, qazax, uyğur, türkmən, tatar, başqırd, qaqauz dillərindən tərcümələr etmişdir.
Cəfər əl-Əskəri
Cəfər əl-Əskəri (tam adı: Cəfər Mustafa İbn Əbdürrəhman əl-Əskəri, digər adı: Cəfər paşa d. 1887, Bağdad - ö. 30 oktyabr 1936, Bağdad) — İraqlı zabit və dövlət adamı. == Həyatı == Birinci dünya müharibəsi sırasında və savaşdan sonra, milliyətçi Ərəb hərəkatlarında önəmli rol oynamış, 1921-ci ildə qurulan İraq krallığının ən başdan bəri dəstək olmuş və xidmət etmişdir. Bağdad və İstanbulda təhsil alan Cəfər əl-Əskəri, 1909-cu ildə Osmanlı ordusunda vəzifə aldı. Bacarıqlı, dil sarıdan bilgili və istedadlı bir şəxs kimi diplomatiya meydanında uğur qazandı. Birinci dünya müharibəsi sırasında, 1915-ci iltdə, Osmanlı ordusuna qatılmaq üzrə Sirenaykaya (Berka) getdi. Orada yaralandı, İngilislərə əsir düşərək Qahirəyə götürüldü. Osmanlıların, Suriyadakı Ərəb milliyətçilərinə basqı uyğulaması görə, İngilislərin də dəstəyiylə Osmanlılara baş qaldıran Məkkə əmiri Hüseyn bin Əliyə qatıldı. 1916-cı ildə Hüseyinin ordusunu təşkilatlandıraraq başına keçdi.
Fəxrəddin Əskərov
Hacıbaba Əskərov
Hacıbaba Əskərov — Azərbaycan Respublikasının Əməkdar məşqçisi, ağır atletika üzrə beynəlxalq kateqoriyaya layiq görülən ilk azərbaycanlı hakim (1965). == Həyatı == Hacıbaba Məşədi Həsən oğlu Əskərov 22 sentyabr 1917-ci ildə Gəncə şəhərində anadan olub. 1925–1932-ci illərdə Gəncənin 7 illik məktəbində oxuyub. Daha sonra Bakı Neft Texnikumuna qəbul olunub və onu 1936-cı ildə bitirib. 1936–1937-ci illərdə Tərtər rayon Kənd Təsərrüfatı Texnikumunda rəsmxət və bədən tərbiyəsi müəllimi işləyib. 1937-ci ildə ADBTİ-yə daxil olan Hacıbaba Əskərovun ağır atletika istedadı ortaya çıxıb. O, dəfələrlə Azərbaycan çempionu və rekordçusu olub, böyük bacarıq və qabiliyyəti ilə fərqlənib. Əskərov 1941-ci ildə institutu bitirərək ali təhsil diplomu əldə edib. İkinci Dünya müharibəsinə könüllü yollanan və Kursk, Oryol, Pskov və başqa şəhərlərin faşistlərdən azad edilməsində iştirak edib, böyük şücaət nümayiş etdirib. Məhz bu əzmkarlıq, qorxmazlığına görə Hacıya Qafqazda şücaəti ilə fərqlənən insanlara verilən "Abrek" ləqəbi verilib.
Höccət Əskərov
Əskərov Höccət Mİrabdulla oğlu - Lerik rayonu Partiya Komitəsinin birinci katibi H.Əskərov 4 il Ali Partiya Məktəbini oxuyub və muxtəlif məsuliyyətli vəzifələrdə çalışmışdır.Belə ki H.Əskərov uzun müddət Lerik rayon Partiya Komitəsinin ikinci katibi, Rayon İcrayə Komitəsinin Sədri, Maliyyə Şöbəsinin müdiri , Mingəçevir SES - in tikintisində işə nəzarət etmək üçün ora Partiya İcraçısı kimi ezam olunmuşdur. H. Əskərov ömrünun sonuna qədər Maliyyə Şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Onun butun gördüyü işlər Dövlət tərəfindən yüksək qiymətləındirilib == Ailəsi == Ailəsi 4 oğlu 1 qzdan ibarət idi. 1.Əskərov Əyyar Höccət oğlu 2.Əskərov Vaqif Höccət oğlu 3.Əskərov Rakif Höccət oğlu 4.Əskərov Tahir Höccət oğlu 5.Əskərova Cahan Höccət qızı. Əskərov Höccət Mİrabdulla oğlu 1974 cu ildə vəfat etmişdir.
Həsən əl-Əskəri
İmam Əskəri, (tam adı: Əbul Məhəmməd Həsən ibn Əli əl-Əskəri; 3 dekabr 845, Mədinə, Abbasilər xilafəti – 1 yanvar 874, Səmərra, Abbasilər xilafəti) - Cəfəri şiələrinə görə 13-cü məsum, 11-ci imam və xəlifə. == Künyə və ləqəbləri == Künyəsi: Əbu Muhəmməd (Məhəmmədin atası) Ləqəbləri: İbni-Riza (Rizanın oğlu), Zəki, Hadi, Əskəri. == Ədəbiyyat == Qurani Kərim Mehdi Pişvayi, "İmam Həsən Əskəri əleyhissəlamın həyatı", Tərcüməçi: Mais Ağaverdiyev, "Moce-elm", 2003, 22 səh. Arxivləşdirilib 2012-05-09 at the Wayback Machine Əllamə Kuleyni, "Əl Kafi", c.
Mirzə Kazım Qazi Əskərzadə
Mirzə Kazım Qazi Əskərzadə (Təbriz 1823-1892 İrəvan) - “Müttəle” “Əkinçi” qəzetinin İrəvan müxbiri olmuş Mirzə Kazım Qazi Əsgərzadə miladi tarixi ilə 1823-cü ildə Təbrizin "Alan Bərağuş" məhəlləsindədünyaya göz açmışdı. Ənənəvi təhsil aldıqdan sonra İrəvan konsulluğunda katib kimi çalışmağa başlamışdı. Mirzə Kazımın mədəniyyətə, elmə hədsiz marağı onu dövlət işindən uzaqlaşdırdı. Yeni təlim, tərbiyənin alovlu və fəal təbliğatçısı olan Qazi Əsgərzadə İrəvanda bir mədrəsənin bünövrəsini qoydu və orada tədrisə başladı. Adı çəkilən şəxs bir neçə dərsliyin, o cümlədən "Hesab elmi", "Sərf və Nəhv", "Bəlağət elmi"nin və s. müəllifidir. Mirzə Kazım 1892-ci ildə İrəvanda vəfat etmişdir. İrəvan müsəlman sakinli vilayət olmuşdur. Müəllif, Sərdariniya Səməd. Nəşriyyat, Zərdabi LTD MMC. Nəşr yeri, Bakı.
Musa Əskərov
Vazeh Əskərov
Vazeh Eldəniz oğlu Əskərov (15 oktyabr 1978, Bakı) — Strasburq Universitetinin doktoru, dosent, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru. Azərbaycan-Fransız Universitetinin icraçı direktoru (2016–2023). Azərbaycan Dillər Universitetinin tədris işləri üzrə prorektoru (2014–2015). Azərbaycan Dillər Universitetinin rektor müşaviri (2013–2014). Yeni Azərbaycan Partiyasının VII qurultayında partiyanın İdarə Heyətinin üzvü seçilib (5 mart 2021-ci il). Azərbaycan Fransa Məzunlar Assosiyasiyasının presidenti və təsisçisi — AAAF (2020) Azərbaycan Savat Döyüş Sənətləri Federasiyasinın vitse-prezidenti (2019) Fransadakı Azərbaycanlı Tələbələr Assosiyasıyasının prezidenti — ASEAF (2005–2012) 13 iyul 2023-cü il tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru vəzifəsi həvalə olunub. 19 mart 2024-cü il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Ümummilli Lider Heydər Əliyevin 100 illik xatirəsinə həsr olunmuş "Heydər Əliyev ili (1923–2003)" yubiley medalı ilə təltif edilib. Vazeh Əskərov 1978-ci ilin 15 oktyabr tarixində Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1985–1995-ci illərdə Bakı şəhəri 89 saylı və 101 saylı orta məktəbdə təhsil almışdır. 1999–2000-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmət etmişdir.
Xəqani Əskərov
İmam Həsən Əskəri
İmam Əskəri, (tam adı: Əbul Məhəmməd Həsən ibn Əli əl-Əskəri; 3 dekabr 845, Mədinə, Abbasilər xilafəti – 1 yanvar 874, Səmərra, Abbasilər xilafəti) - Cəfəri şiələrinə görə 13-cü məsum, 11-ci imam və xəlifə. Künyəsi: Əbu Muhəmməd (Məhəmmədin atası) Ləqəbləri: İbni-Riza (Rizanın oğlu), Zəki, Hadi, Əskəri. Qurani Kərim Mehdi Pişvayi, "İmam Həsən Əskəri əleyhissəlamın həyatı", Tərcüməçi: Mais Ağaverdiyev, "Moce-elm", 2003, 22 səh. Arxivləşdirilib 2012-05-09 at the Wayback Machine Əllamə Kuleyni, "Əl Kafi", c.
İmam Əskəri
İmam Əskəri, (tam adı: Əbul Məhəmməd Həsən ibn Əli əl-Əskəri; 3 dekabr 845, Mədinə, Abbasilər xilafəti – 1 yanvar 874, Səmərra, Abbasilər xilafəti) - Cəfəri şiələrinə görə 13-cü məsum, 11-ci imam və xəlifə. Künyəsi: Əbu Muhəmməd (Məhəmmədin atası) Ləqəbləri: İbni-Riza (Rizanın oğlu), Zəki, Hadi, Əskəri. Qurani Kərim Mehdi Pişvayi, "İmam Həsən Əskəri əleyhissəlamın həyatı", Tərcüməçi: Mais Ağaverdiyev, "Moce-elm", 2003, 22 səh. Arxivləşdirilib 2012-05-09 at the Wayback Machine Əllamə Kuleyni, "Əl Kafi", c.
İsmayıl Əskərov
İsmayıl Nəsrulla oğlu Əsgərov (15 noyabr 1914, Ordubad, Naxçıvan qəzası – 17 fevral 2003, Bakı) — Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin birinci katibi, Azərbaycan SSR kənd təsərrüfatı nazirinin müavini. 1914-cü ildə Ordubad şəhərində anadan olmuşdur. Əmək fəaliyyətinə Ordubad İpəkəyirici fabrikində fohlə kimi başlamışdır. 1933-cü ildə Azərbaycan Meşə Təsərrüfatı Texnikumunu bitirərək Ordubad rayon İK-də təlimatçı, daha sonra Azərbaycan LKGİ Ordubad rayon komitəsinin təbliğat-təşviqat şöbəsinin müdiri işləmiş, 1938-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu, sonra həmin institutun aspiranturasını, daha sonra Moskvada Sov İKP MK yanında Ali Partiya Məktəbini bitirmişdir. Bakı Partiya Komitəsi təbliğat-təşviqat şöbəsinin müdir müavini, Azərbaycan LKGİ MK-nın təbliğat-təşviqat üzrə katibi, Azərbaycan LKGİ MK-nın birinci katibi, 1950–1952-ci illərdə Azərbaycan Həmkarlar İttifaqları Şurasının sədri, 1952-ci ildə Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin birinci katibi, 1955-ci ildə Azərbaycan KP MK Ticarət-Maliyyə və Plan şöbəsinin müdir müavini, 1956-cı ildə Azərbaycan SSR Kənd Təsərrüfatı nazirinin müavini, 1957-ci ildə Azərbaycan KP MK Partiya komissiyasının sədri, 1974–1981-ci illərdə Azərbaycan KP MK-da təşkilat-partiya işi şöbəsinin müdiri, 1981-ci ildən Azərbaycan KP MK yanında Partiya komissiyasının sədri,1984–1990-cı illərdə V. İ. Lenin adına muzeyin direktoru vəzifələrində çalışmışdır. "Şərəf nişanı" ordeni və medallarla təltif edilmişdir. II, V çağırış Azərbaycan SSR Ali Sovetinin, IV çağırış SSRİ Ali Sovetinin və IV çağırış Naxçıvan MSSR Ali Sovetinin deputatı seçilmişdir. 1990-cı ildən respublika əhəmiyyətli təqaüdçüdür.
Əskərabad (Astara, İran)
Əskərabad (fars. عسكراباد‎) — İranın Gilan ostanının Astara şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 137 nəfər yaşayır (3 ailə).
Əskərov Xəqani
Əzimcan Əskərov
Əzimcan Əskərov (özb. Azimjon Asqarov, Азимжон Асқаров; 17 may 1951, Bazar-Korqon[d], Qırğızıstan SSR, SSRİ – 25 iyul 2020, Bişkek) — polis zorakılığını araşdırmaq üçün 2002-ci ildə "Vozdux" qrupunun əsasını qoymuş özbək əsilli qırğızıstanlı siyasi fəal. Əsasən milliyətcə özbək olan əhaliyə yönəlmiş 2010-cu il Cənubi Qırğızıstan etnik toqquşmalarında Əskərov vəhşiliyi sənədləşdirməyə çalışmışdır. O, bunun ardınca həbs edildi və kütləvi narahatlıq yaratma, etnik nifrətə təhrik etmə və qətldə iştirak etmə maddələri ilə ittiham edildi. Beynəlxalq insan hüquqları qruplarının qanunsuzluqlar — iddiaya görə işgəncə vermə və məhkəmə zalında şahidlərə polis tərəfindən hədə-qorxu gəlinməsi səbəbindən məhkəmə prosesinə etiraz etməsindən sonra Əskərova ömürlük həbz cəzası verildi. 2010-cu ilin noyabrında həbsi nəticəsində Əskərovun səhhətinin sürətli şəkildə pisləşdiyi bildirildi. "Human Rights Watch", "Reporters Without Borders", "People In Need", "Committee to Protect Journalists" və "Amnesty International" daxil olmaqla, çox sayda təşkilat onu müdafiə etdi və "Amnesty International" onun vicdan məhbusu olduğunu bildirdi. ABŞ 2015-ci ildə 2014 İnsan Hüquqları Müdafiəçisi Mükafatını Əskərova verdi. Qırğızıstan hökuməti bu qərara etiraz etdi və ABŞ və Qırğızıstan arasında əməkdaşlıq haqqında imzalanan 1993-cü il razılaşmasını ləğv etdi. 2016-cı ilin 12 iyulun Qırğızıstan Ali Məhkəməsi Əskərovun ömürlük həbsini ləğv etdi və işə yenidən baxılması üçün Çui Vilayət məhkəməsinə göndərdi.

"əskər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#əskər nədir? #əskər sözünün mənası #əskər nə deməkdir? #əskər sözünün izahı #əskər sözünün yazılışı #əskər necə yazılır? #əskər sözünün düzgün yazılışı #əskər leksik mənası #əskər sözünün sinonimi #əskər sözünün yaxın mənalı sözlər #əskər sözünün əks mənası #əskər sözünün etimologiyası #əskər sözünün orfoqrafiyası #əskər rusca #əskər inglisça #əskər fransızca #əskər sözünün istifadəsi #sözlük