* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. 1. Çox yerindən əyilmiş, düz yeri olmayan. Əyri-üyrü ağac. Əyriüyrü məftil. – Müqim bəyin boynu qısa, qılçaları gödək, əyri-üyrü, qarnı qarpız kimi qalxıq, başı da aran yerinin düyələyi kimi yupyumru idi. S.Rəhimov. Qaş qaralır, əyri-üyrü daşların sıx kölgəsi; Qəbirlərin üstü ilə sürünür ilan kimi. B.Vahabzadə. // Düz olmayan, düz istiqamətdə getməyən, çoxlu döngələri olan. Əyri-üyrü küçələr. Əyri-üyrü xətt. Əyri-üyrü cığırlar. – Müəllim kəndin … əyri-üyrü küçələri ilə gedirdi. S.Hüseyn. Qarlı güneyin sinəsində əyriüyrü, çalın-çarpaz cığırlar əmələ gəlirdi. B.Bayramov. 2. Bax əyri 2-ci mənada. Əyri-üyrü adamdan qaçmaq lazımdır. // İs. mənasında. Mənim çarəm nədir? Mən gecə səhərə kimi gözümü yummuram, böyük şəhərdir, necə olsa beş nəfər əyri-üyrüsü olmayacaqmı? M.S.Ordubadi. 3. Yanlış, qüsurlu, nöqsanlı. [Mirzə Səfər] şeirlər oxuyardı və oxuyandan sonra da onları əyri-üyrü (z.) rus dilinə tərcümə edərdi. Ə.Haqverdiyev. ◊ Əyri-üyrü baxmaq – bax əyri-əyri (“əyri”də). Məcid, xanımın məzəmmətini eşitcək bir az əyri-üyrü ona baxdı… B.Talıblı.
Azərbaycan dilinin izahlı lüğəti / əyri-üyrü1 Sözün ikinci hissəsi əslində bükmək feili ilə bağlı olub (əyri-bükrü), sonra dəyişib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / əyri-üyrü1 1. изгибистый, извилистый, зигзагообразный, косо-криво, зигзаг; 2. неровный, корявый;
Azərbaycanca-rusca lüğət / əyri-üyrü2 I прил. 1. кривой, изгибистый, извилистый, зигзагообразный. Əyriüyrü yollar извилистые дороги, əyri-üyrü dalanlar кривые переулки 2. корявый: 1) искривлённый, узловатый, с наростами. Əyri-üyrü ağac корявое дерево 2) скрюченный, загрубелый. Əyri-üyrü barmaqlar корявые пальцы 3) неровный, угловатый, небрежный. Əyri-üyrü xətt корявый почерк II нареч. вкось, криво, косо. Əyri-üyrü kəsmək резать косо (криво)
Azərbaycanca-rusca lüğət / əyri-üyrü1 I. s. 1. crooked; 2. (dolanbac) winding; meandering, twisting; ~ çay mean dering / twisting river; 3. (girintiliçıxıntılı) flexuous; zigzag; tortuous; 4. (hamarolmayan) uneven II. z. 1. crookedly; 2. sinuously; unevenly
Azərbaycanca-ingiliscə lüğət / əyri-üyrü1 sif. sinueu//x, -se ; tordu, -e, tortueu//x, -se ; en zigzag
Azərbaycanca-fransızca lüğət / əyri-üyrü1 прил. 1. кутӀам, гзаф къекъвеяр авай, къекъвез-къекъвез фидай, дуьз тушир (мес. жигъир, рехъ); инлай-анлай какур, какур, дуьз чка авачир (мес. сим); 2. кил. əyri 2); 3. нукьсан квай, гъалатӀ квай; ** əyri-üyrü baxmaq кил. əyri (əyri-əyri baxmaq).
Azərbaycanca-ləzgicə lüğəti / əyri-üyrü