* Sözün müxtəlif mətnlərdə yazılışı.
I (Bərdə, Mingəçevir, Zərdab) balıq tutmaq üçün əl toru. – Bir çəpərədə dörd xaşam balığı tutdum (Zərdab); – Çəpərəni gət gedəx’ balıx tutax (Bərdə) II (Cəbrayıl, Yardımlı, Qarakilsə) toyuğun qabırğa hissəsi. – Çəpərəni özün ye, mə: ayrı ət ver (Cəbrayıl) III (Ağdam, Qubadlı, Salyan) tövlədə qoyun-quzu və ya buzov üçün düzəldilmiş yer. – Çəpərəni qoyun-quzudan ötürün hörüllər (Ağdam); – Danaları sal çəpəriyə (Salyan) IV (Çənbərək) çubuqdan hörülmüş qapı. – Çəpəriyi küzün ağzına qoy ki, quzu çıxmasın V (Ağcabədi) tavana döşənən qamış tərəcə. – Çəpərəni əvin üsdünə hörüllər VI (Şahbuz, Şərur) təndirə çörək yapmaq üçün taxta (Şahbuz) VII (Qarakilsə) çubuqdan hörülmüş ev əşyası. – Çörəyi çəpərənin üsdə sula
Azərbaycan dilinin dialektoloji lüğəti.