Rəcəb Əşhəbəliyev
Rəcəb Əşhəbəliyev (10 sentyabr 1973, Bakı) — Azərbaycanı təmsil edən sərbəst güləşçi.
== Karyerası ==
Rəcəb Əşhəbəliyev 1998-ci ildə Türkiyədə baş tutan Dünya Çempionatını, həmçinin 1999-cu ildə Macarıstanda baş tutan Avropa Çempionatını dördüncü pillədə başa vurdu.
Rəcəb Əşhəbəliyev Azərbaycanı 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi. 130 Kq. turnirində çıxış edən Rəcəb Əşhəbəliyev qrup mərhələsinin birinci görüşündə Ukrayna nümayəndəsi Merab Vəliyev ilə üz-üzə gəldi. Həmin görüşdə Rəcəb Əşhəbəliyev rəqibi üzərində vaxtından əvvəl təmiz qələbə qazandı. Qrup mərhələsinin növbəti görüşündə isə onun rəqibi Birləşmiş Ştatlar nümayəndəsi Keri Koy oldu. Həm Əşhəbəliyev, həm də Koy qrup mərhələsində bir dəfə qələbə qazanmaışdı və bu görüş həlledici idi. Həmin görüşdə Rəcəb Əşhəbəliyev rəqibinə 0:10 hesabı ilə məğlub oldu və mübarizəsini qrup mərhələsində dayandırdı. Ümumi nəticədə Rəcəb Əşhəbəliyev olimpiadanı doqquzuncu pillədə başa vurdu.