* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. Həddi-büluğa çatmış, lakin hələ evlənməmiş və ya ərə getməmiş. Onun iki ərgən oğlu var. – Ziba hələ bir qədər də subay gəzə bilməzdimi? Yaxud Ziba özü üçün daha münasib bir ərgən oğlan seçə bilməzdimi? S.Rəhimov. Rəhmətliyin qızı, adam ərgən oğlana gedəndə bu qədər çəmxəm eləməz ki… Ə.Vəliyev. Bəndalı gələndə, elə bil daş-divar da dilə gəlir, deyəsən, ərgən oğlanla zarafatlaşırdı. Mir Cəlal. □ Ərgən olmaq – evlənmək və ya ərə getmək vaxtı çatmaq.
Azərbaycan dilinin izahlı lüğəti / ərgən2 Həddi-büluğa çatmış, lakin hələ evlənməmiş və ya ərə getməmiş. (“Koroğlu” dastanının lüğəti) Koroğlu dövlətin endirsin düzə, Say, götür hamısın səksən min yüzə. Səksən min gəlinə, səksən min qıza, Səksən min ərgənə, dula da vermə! (“Həmzənin Qıratı aparmağı”)
Azərbaycan dastanlarının leksikası / ərgən1 Yetişmək, çatmaq mənasını verən ermək feili var. Ərgən həmin feildən əmələ gəlib, mənası yetişmiş deməkdir. Oğlana da, qıza da ərgən deyirik. Deməli, söz ər (kişi, oğlan) kəlməsi ilə bağlı ola bilməz. Ata malı qardaşlar arasında bölünərkən hələ arvad almamış qardaşa əlavə pay verilirmiş. Buna “ərgənlik” deyiblər. Quzuqulağı, xımı, turşəng (əsli farsca türşək) kimi yeməli bitkilərin gövdəsi bərkiyəndə erkəkləyib deyirlər. Bu da yetişmək, vaxtı ötmək anlamı ilə bağlıdır. Qaqauz dilində ərgən əvəzinə, yergin işlədilir. Görünür, sözün əsli yetişmək feili ilə bağlı olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / ərgən1 прил. агакь(нав)ай, анжах гьеле гъуьлуьз тефенвай ва я свас тагъанвай (руш ва я гада); ərgən olmaq агакьун, гъуьлуьз фидай ва я свас гъидай вахт хьун, бегьем хьун.
Azərbaycanca-ləzgicə lüğəti / ərgən(Ağdam, Bərdə, Cəbrayıl, Daşkəsən, Kəlbəcər, Qarakilsə, Salyan, Zəngilan) bax əryən. – Bəhman ərgən oğlandı (Bərdə); – Əli illaf ərgən oluf (Zəngilan); – Oğlum ərgəndi, hələ evlənmiyif (Daşkəsən); – Bırda oqqədər ərgən oğlannar var ki! (Salyan); – Ərgən qızdar kəntdə çoxdu (Qarakilsə)
Azərbaycan dilinin dialektoloji lüğəti.