əvrən sözü azərbaycan dilində

əvrən

Yazılış

  • əvrən • 75.0000%
  • Əvrən • 25.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kənan Əvrən
Əhməd Kənan Əvrən (türk. Ahmet Kenan Evren; 17 iyul 1917, Külə[d], Manisa vilayəti – 9 may 2015[…], Ankara) — Türkiyə Respublikasının 7-ci prezidenti və 17-ci Baş Qərargah rəisi, Osmanlı İmperiyasında doğulmuş sonuncu prezident. O, 1980-ci il 12 sentyabr hərbi çevrilişi yolu ilə hakimiyyətə gəlmiş, 1982-ci ildə yeni konstitusiyanın qəbul edilməsindən sonra rəsmi olaraq prezident seçilmişdir. 1982-ci ildə qurulan Mehmetcik fondunun qurucularından biridir. Maltəpə hərbi liseyini, Türkiyə Quru Qoşunları məktəbi və Hərbi Akademiyanı bitirib. Türk Silahlı Qüvvələrinin müxtəlif mərhələlərində xidmət etmişdir. Ordu Komandanlığı və Quru Qoşunları Komandanlığından sonra 7 mart 1978-ci ildə Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahı rəisi oldu. Vəzifə müddəti ərzində 12 sentyabr 1980-ci ildə həyata keçirdiyi hərbi çevrilişlə Dövlət başçısı və Milli Təhlükəsizlik Şurasının prezidenti vəzifələrini də icra etdi. 1982-ci ildə, özü və digər Milli Təhlükəsizlik Şurası üzvü komandirlərinin hər birindən 1000 TL toplamaqla Mehmetcik vəqfini qurdu. 7 noyabr 1982-ci ildə referenduma təqdim edilərək,91.37 % səs çoxluğu ilə Türkiyə Cümhuriyyətinin yeddinci prezidenti olaraq vəzifəsinə başladı.
Əxi Əvrən
Əxi Evrən (dekabr 1169, Xoy, Qərbi Azərbaycan ostanı – 1 aprel 1261, Kırşəhər) – Mənşəcə Ələvi Türk sufisi olan, əxilik təriqətinə mənsub sufi alim. Güney Azərbaycanın Xoy şəhərində anadan olan Əxi Evrən, uzun bir səfərdən sonra Xorasandan Anadoluya gələrək Hacı Bektaş Vəlinin Ələvi-Bektaşi, sufi türkmən məzhəbinə bağlanmış, öz adını daşıyan Əxilik təşkilatının qurucusu olmuşdur. O, dabbaqların ələvi türkmən ustadı və şeyxi, 32 növ tacir və sənətkarın lideri idi. Əxi Evrən bu günə qədər gəlib çıxan əsərlərinin heç birində öz adını tam çəkməmişdir. O şəxsindən “bu zəif”, “bu kasıb” kimi ifadələrlə bəhs etmiş, buna baxmayaraq bəzi əsərlərində kəlamçı olduğunu və adının Mahmud olduğunu örtülü bir formada söyləmişdir. Mənbələrin verdiyi məlumata əsasən onun tam adı Şeyx Nəsrəddin Əbül Haqayiq Mahmud ibn Əhməd əl-Xoyidir. Ölümündən bir müddət sonra təxminən XV əsrin ortalarında qarşımıza Əxi Evrən adı ilə çıxır. Lakin bu adın “Evrən”, “Evran” yoxsa “Örən ” olduğu mübahisəlidir. Mənaqıbnamə mətnlərində Evrən sözü ilan, əjdaha mənasında işlənir. Professor Mikayıl Bayram, Əli Əfəndi, Aşıq Paşazadə və Dədə Qorqudda işlənmə formasına görə Evrən tələffüzünə üstünlük verir.

əvrən sözünün leksik mənası və izahı

Oxşar sözlər

#əvrən nədir? #əvrən sözünün mənası #əvrən nə deməkdir? #əvrən sözünün izahı #əvrən sözünün yazılışı #əvrən necə yazılır? #əvrən sözünün düzgün yazılışı #əvrən leksik mənası #əvrən sözünün sinonimi #əvrən sözünün yaxın mənalı sözlər #əvrən sözünün əks mənası #əvrən sözünün etimologiyası #əvrən sözünün orfoqrafiyası #əvrən rusca #əvrən inglisça #əvrən fransızca #əvrən sözünün istifadəsi #sözlük