* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. İnsanda düşünmə və dərketmə qabiliyyəti; zəka. // Şüur, idrak. Bu növcavan gülüzlü, xoşsifətli olub, ağıl və kamalı üzündən məlum edirdi. N.Nərimanov. Ağıl deyir, qalmayacaq yer üzündə qandan əsər; Hər könülə ilham kimi gələcəkdir gözəl səhər. S.Vurğun. 2. Hafizə, zehin, xatir, yad, yaddaş, fikir. Ağlımda heç bir şey qalmadı. Ağlıma indi gəldi. Səninlə oxumağım heç ağlıma gəlmir. – Hər kəs ağlına hər nə çatır, əmələ gətirir. M.F.Axundzadə. ◊ Ağıl dəryası – çox ağıllı, çox bilikli, dərin məlumatlı (bəzən zarafat və istehza ilə deyilir). Ağıl dişi – bax diş. Ağıl eləmək – baş işlətmək, fikirləşmək, düşünmək, mülahizə etmək, fikirləşib bir yol tapmaq. Ağıllı ağıl eyləyincə, dəli vurdu Kürü keçdi. (Ata. sözü). Ağıl öyrənmək – başqasından bilik və təcrübə əxz etmək, ibrət götürmək, ibrət dərsi almaq. Ağıl öyrətmək – yol göstərmək, iş öyrətmək, nəsihət vermək. Hər iş adama bir ağıl öyrədir. (Ata. sözü). Ağıl vermək – başına ağıl qoymaq, öyüd vermək, yol göstərmək, pis yoldan uzaqlaşdırmaq. Ağıl-ağıla vermək – bir yerdə oturub düşünmək, fikirləşmək, məsləhətləşmək. Ağıldan kasıb (kəm, naqis) – axmaq, gic, ağlı az, zehni cəhətdən az inkişaf etmiş. Eh, ay əmioğlu, sən də məndən beşbetər ağıldan kasıbsan, ha! M.Hüseyn. Ağla batmaq (yatmaq) – inana bilmək, mümkün hesab etmək, inanmaq. Anasının sözləri Dilarənin ağlına batdı. M.İbrahimov. Doktorun sözü ağlıma batdı. Mir Cəlal. [Bəşir:] Məsləhətin bəd deyil, ağlıma yatır, anam da məni rahat qoymur. S.S.Axundov. Ağla çatmaq – anlaya bilmək, düşünə bilmək, dərk edə bilmək. Ağla sığmaq – inanıla bilmək, mümkün olmaq. Ağlı azmaq – 1) dəli olmaq, ağlını çaşdırmaq, ağlını itirmək; 2) sözünü, hərəkətini, işini bilməmək, başdan çıxmaq. Ağlı (başından) oynamaq – dəli kimi olmaq, ağlı çaşmaq. Ağlı ala qayada – huşu başında olmayan, huşu dağınıq, fikri ayrı yerlərdə olan adam haqqında. Ağlı başına gəlmək – 1) özünə gəlmək, ayılmaq; 2) məc. ağıllanmaq, pis işdən, avaralıqdan əl çəkib doğru yola düşmək, düzəlmək. Ağlı başında – ağıllı, dərrakəli, düşüncəli, öz işini, xeyrini-zərərini bilən adam haqqında. Ağlı başında olmaq – öz işi və hərəkətlərində ayıq və dərrakəli olmaq, öz xeyir və zərərini bilmək. Ağlı başından çıxmaq – 1) bax ağlı başından getmək 3-cü mənada; 2) məc. bərk hirslənmək, acığı tutmaq. …Bir gün eşitdik ki, kəndin yaxınlığında pələng üç inək parçalamışdır, ağlım başımdan çıxdı. A.Şaiq. Ağlı başından getmək – 1) ağlını itirmək, ağlını çaşdırmaq, dəli olmaq, sərsəmləmək; 2) məc. azmaq, doğru yoldan çıxıb pis yola düşmək; 3) məc. məftun olmaq, vurulmaq, valeh olmaq. Ağlı çaşmaq – çaşıb qalmaq, nə edəcəyini bilməmək. [Hacı Həsən:] Ay arvad, sən Allah, tez ol, durma! Bilmirəm [Şeyx şəhərin ölülərini] dirildəcək, ya diriltməyəcək. O bağlıdır ağanın iltifatına. Mənim özümün də ağlım çaşıb; Heç bilmirəm nə cür dirildəcək? C.Məmmədquluzadə. Ağlı getmək – bax ağlı başından getmək 3-cü mənada. Ağlı kəsmək – 1) ağlına batmaq, inanmaq, güman etmək, etiraf etmək; mümkün bilmək. Tükəz xalanın ağlı kəsdi, hər nə fənd olursa olsun kişini qurtarmaq lazımdı. S.Rəhimov; 2) anlamaq, başa düşmək. [Tapdıq] xüsusilə üç yaşı tamam olandan və yavaş-yavaş da olsa ağlı kəsəndən sonra daha tələbkar oldu. Ə.Vəliyev. Cumanın dediyinə və özünün də ağlı kəsdiyinə görə bu çox gərəkli məlumat idi. Ə.Əbülhəsən. Ağlı kəsməmək – 1) başa düşməmək, dərk edə bilməmək. Uşaqdır, ağlı kəsmir; 2) mümkün hesab etməmək, güman etməmək. [Hacı Həsən:] …Axır ağlım kəsmir ki, gözümüz ilə gördüyümüz işlərin hamısı yalana çıxsın. C.Məmmədquluzadə. Ağlı uçmaq – bax ağlı getmək. Ağlı(nı) baş(ın)a yığmaq – ağıllanmaq, ağıllı olmaq, öz hərəkətini ölçüb-biçmək, fikirləşmək, düşünmək. Ağlı(nı) uduzmaq – 1) hiyləyə aldanmaq, uymaq, gözü bağlanmaq; 2) yanılmaq, səhv etmək. Ağlına çatmaq – dərk etmək, anlamaq, başa düşə bilmək, xəyalına gətirmək. …[Hərəmlərin] ağıllarına çatmırdı ki, Şah Abbas qəflətən bir Abbas Məhəmməd oğlu ola. M.F.Axundzadə. Ağlına gətirmək – yadına salmaq, fikrinə gətirmək, təsəvvürünə gətirmək. …Heç ağlınıza gətirirsinizmi ki, cümə günü dükanlar bağlı olsa, cavan dükan şagirdləri … nəyə məşğul olacaqlar? C.Məmmədquluzadə. [Səriyyə xala] gələcək qarşısında böyük bir vahimə duysa da, bir gün uşaqlarının bir tikə çörək üçün … ona-buna əl açacaqlarını heç ağlına da gətirmirdi. M.İbrahimov. Ağlını aparmaq – başdan çıxarmaq, heyran etmək, məftun etmək, valeh etmək. Ağlını başına cəm etmək – bax ağlını başına yığmaq. Ağlını başından çıxarmaq – 1) azdırmaq, pis yola çəkmək; 2) məc. məftun etmək, valeh etmək. Ağlını itirmək – 1) dəli olmaq; 2) bax ağlı başından çıxmaq.
Azərbaycan dilinin izahlı lüğəti / ağıl2 is. İçərisində mal-qara və qoyun saxlamaq üçün ətrafı tikan və ya ağac ilə hasarlanmış üstüaçıq yer. Qoyunlar sağılıb qurtardıqdan sonra, ağılın ağzını açarkən, ana-bala mələşə-mələşə qaçaraq bir-birinə qarışırdı. A.Şaiq. Böyük ağıla doldurulmuş quzular uzaqdan gələn sürünü görüb mələşirdi. İ.Əfəndiyev.
Azərbaycan dilinin izahlı lüğəti / ağıl3 \ \ \ – hissiyyatın qarşılığı olaraq düşünmə, anlamaq, dərk etmək qabiliyyəti arasında məcburi əlaqələr qurmaq qabiliyyəti. Ağıl insanın ən yüksək təfəkkür qabiliyyəti hesab edilir və insanın məhz insan olma xüsusiyyətini özündə təcəssüm etdirir, onu digər canlılardan fərqləndirir. Ağıl kəlməsi bəzən ərəb dilindən keçmə əql sözü ilə eyniləşdirilir ki, bu da əslində doğrudur, lakin orta əslər Şərq peripatetizmində əqllər ülvi varlıqlar kimi xarakterizə olunrudu. Fəlsəfədə isə yüksək inkişaf etmiş və mürəkkəb differensiya edilmiş beynə malik orqanizmlərin psxi fəalliyyətlərinin xüsusi funksiyası Əql sözü ərəb dilində ə`qələ \ felinin I bab məsdəridir. Bu feldən aqil, məqul və s. kimi sözlər də əmələ gəlmişdir. Ərəb dilindən Azər-baycan türkcəsinə tərcümədə anlamaq, başa düşmək, haqqında fikir yürütmək və s.mənalarla tərcümə edilir..
Fəlsəfə terminlərinin izahlı lüğəti / ağıl1 Ərəb mənşəlidir, gerçəkliyin şüurda inikasının ali forması olub, insanın ətraf aləmə münasibətini tənzimləmə qabiliyyətidir. Bizdə us (uz, az) işlədilib. Qoyun xalxalının bir adı da ağıldır. Ağıl rus dilindəki ограда sözünün qarşılığıdır. Aura sözünü türk aləmində ay ağılı kimi işlədirlər. Deməli, sözün mənası “dəyirmi olan” deməkdir. Aul, ov, oylaq sözləri də bu kəlmə ilə qohumdur: aul - keçmişdə ətrafı bağlı (çəpərli) olan, yəni qorunan əraziyə deyilib: heyvanı ovlamaq üçün əhatəyə alıb, qomarıblar. Oylaq isə “aul yok” (aul yox), yəni “auldan uzaq”, “tənhalıq yeri” demək olub.
Azərbaycan dilinin etimologiya lüğəti / ağıl3 I AĞIL Lakin insan ağlının məhdudluğunu duyaraq zəfımdən kədərlənirdim (Çəmənzəminli); KAMAL Vaqif, öyünmə ki, kamalımız var; Allaha şükür ki, kamal da yoxdur (M.P.Vaqif); DÜŞÜNCƏ Düşüncə, tərbiyə, zəka zinəti; Budur qadınlığın, məncə, qiyməti (S.Vurğun); DƏRRAKƏ Xanpəri indi hər işi dərrakə ilə görürdü (Ə.Vəliyev); ZƏKA [Məhsəti:] ..Nizamini dağlar qədər əzəmətli göstərən də onun zəkasıdır (M.Hüseyn); ƏQL Orxan: Səbrim tükənmiş, qərarım kəsilmiş; Huşum, əqlim uçmuş, uyqum çəkilmiş (H.Cavid); İDRAK (bax). II AĞIL (içərisində mal-qara, davar saxlamaq üçün yer) Qaraca Çoban qoyunların yerləşdiyi ağılların qapısını bərkitdi... (Anar); QAHAL Bu gün Bəxti de evdə yatmayıb, özünü mal-qaranın qahalına verdi (S.Rəhimov).
Azərbaycan dilinin sinonimlər lüğəti / ağıl1 AĞIL I is. [ ər. ] İnsanda düşünmə qabiliyyəti; zəka, idrak. Ağıl başda olar, yaşda olmaz (Ata. sözü) AĞIL II is. məh. Mal-qara və qoyun saxlamaq üçün ətrafı hasarlanmış üstü açıq yer. Ağıllar boş olduğundan qapıları açıq idi (M.İbrahimov).
Azərbaycan dilinin omonimlər lüğəti / ağıl2 1 сущ. ум, рассудок, разум; мудрость. Ağıl haradadır, iş də oradadır где ум, там и толк, ağıl dişi зуб мудрости ◊ ağlı azmaq лишаться, лишиться ума; ağlı ala qayada не в себе; ağlını almaq kimin очаровывать, очаровать кого; ağlını aparmaq kimin сводить, свести с ума кого; ağlına batmamaq kimin не верить в успех, не быть уверенным в чём; ağlına batmaq видеть смысл в чём; верить в успех чего; ağlı başında: 1. в своём уме, в сознании, в полном рассудке; 2. себе на уме; ağlı başından getmək см. ağlı azmaq; ağlı başından çıxmaq сходить, сойти с ума; ağlı başında olmaq иметь голову на плечах, не терять головы; ağlı başında olmamaq быть не в своём уме; ağlını başına toplamaq (yığmaq) взяться за ум, собраться с мыслями; ağlı başında deyil не в себе, мозги набекрень; ağlı başına gəlmək: 1. приходить, прийти в себя; 2. взяться за ум; ağlı başından çıxmaq выживать, выжить из ума; ağlını başına gətirmək kimin выбить дурь из головы, заставить кого опомниться, заставить кого взяться за ум; ağlını başına yığmaq образумиться; ağıldan bəla горе от ума; başına ağıl qoymaq kimin образумить кого; ağıl vermək kimə наставлять, учить кого; ağlı qaçmaq сходить, сойти с ума; ağlından çıxmaq забывать, забыть; ağıl dəryası кладезь премудрости, бездна премудрости, ума палата; ağlı kəmdir не вышел умом, не хватает ума; ağla gəlmək браться, взяться за ум, набираться, набраться ума; ağlına gəlmək приходить, прийти в голову, взбрести на ум; ağlına gəlməmək не подумать о чём-л., не приходить, не прийти в голову кому; ağlına gələni demək нести чушь; ağla görə по уму; ağlına gətirmək вспоминать, вспомнить, припоминать, припомнить; ağlı bir şey kəsməmək kimdən, nədən относиться с сомнением; ağla gələn dilə gələr что на уме, то и на языке; ağlını itirmək лишаться, лишиться ума, терять, потерять рассудок, выживать, выжить из ума; ağıl gələndə saqqalı gözləməz ум бороды не ждет; ağlına yerləşmir kimin на ум не идёт, в голове не укладывается; ağlı başında deyil kimin не всё дома у кого; ağlını oğurlatmaq жить чужим умом, действовать по чужой воле; ağlını oğurlamaq kimin уговорить, подчинить своим интересам кого; ağlını uduzmaq довериться, упустить главное; поддаться обману; ağlına sığmamaq не умещаться в голове; ağlı üstündə olmamaq: 1. быть не в своём уме; 2. быть не в своей тарелке; ağlı çaşmaq: 1. тронуться, повредиться в уме, впадать, впасть в детство; 2. терять, потерять голову; ağlı çaşıb kimin ум за разум зашёл у кого; ağıl ummaq kimdən ожидать умного поступка от кого; ağlı özünə getmək мерить на свой аршин; haradan ağlına gəldi kimin nə откуда пришло на ум кому что; ağıl satın alınmaz ума за морем не купишь; ağlında saxlamaq держать в уме 2 сущ. загон, скотный двор, овчарня, кошара
Azərbaycanca-rusca lüğət / ağıl1 I. i. sense, mind; brains pl.; wit, intellect; ağıl vermək to bring* to reason (d.); to give* advice to (d.); bir kəsə ağıl vermək to bring* smb. to reason, to give* smb. a drop of sense; to prevent smb. doing smth. bad; ağıl öyrənmək to get* / to become* experienced, to get* knowledge of the world; ağıl öyrətmək to give* advice to (d.), to teach* smb. in the way he / she should go; Bu ağlı sənə kim öyrədib? Who put this idea into your head?; ağıl etmək to think*, to want; to decide; ağıldan kəm / kasıb blockhead, a foolish / brainless person; ağılda tutmaq to bear* in mind (d.), to think* (of); ağla sığmaq / batmaq / çatmaq to be* understandable / comprehensible; ağlı azmaq to become* mad / foolish; məc. to go* astray; ağlı başına gəlmək to come* to one’s sense, to grow* wiser; ağlı başında olmaq to be* sensible / reasonable; to be* clever / intelligent; ağlı başından çıxmaq / getmək to lose one’s sense, to go* mad; məc. to go* astray; ağlı kəsmək to realize (d.), to be* able to understand / to comprehend (d.); to believe (in), to suppose; ağlı başından getmək (huşunu itirmək) to lose* one’s consciousness; məc. to be* charmed / captivated completely; ağlı çaşmaq to go* astray; to make a mistake; ağlına batmaq to understand (d.), to comprehend (d.), to realize (d.); ağlına gəlmək 1) (fikirləşmək) to think; 2) (yada salmaq) to remem ber (d.), to recollect (d.), to recall (d.), to come* to one’s mind; Mən onun sifətini ağlıma gətirə bilmirəm I can’t recall his / her face; Bunu necə etməyi ağlıma gətirə bilmirəm I can’t recall how to do it; ağlını aparmaq 1) (dəli etmək) to drive* mad; 2) (heyran etmək) to charm (d.), to captivate (d.); ağlını başına yığmaq / cəmləmək / cəm etmək to come* to one’s sense, to collect one’s senses; to come* to reason; ağlını itirmək to lose* one’s head, to lose* one’s presence of mind; to make* mistakes; to be* mistaken; ağlını uduzmaq to be* deceived, to make* a mistake; ağıldan kasıb olmaq to be* feeble minded / idiom.; bir damcı ağıl vermək to give* a drop of sense; Ağıl ağıldan üstün olar at. söz. Two heads are better than one, Four eyes see more than two II. s.: ağıl dəryası a store of information, a very clever man; ağıl dəryası olmaq to be* very clever / wise / smart / intel ligent; ağıl dişi wisdom tooth III. i. cattle shed, yard (for keeping cattle, sheep)
Azərbaycanca-ingiliscə lüğət / ağıl1 is. 1) esprit m ; intelligence f ; pensée f ; cerveau m ; 2) enclos m ; étable f (tövlə) ; vacherie f (mal-qara saxlanılan yer) ◊ ~ ağıla vermək réfléchir vi ensemble ; étudier en commun ; méditer vt ; ~ dəryası incarnation f de l’esprit ; esprit m large ; homme m à large horizon intellectuel ; ~ dişi dent f de sagesse ; ~ işlətmək faire de l’esprit ; philosopher vi ; subtiliser vt ~dan kasıb ( ~dan kəm, naqis) débile d’esprit, faible d’esprit ; stupide ; idiot, -e ; godice ; ~a gəlmək devenir vi (ê) raisonnable ; comprendre sa faute ; reprendre ses sens (ses esprits) ; ~a gətirmək rappeler (se) de qch ; souvenir (se) qch ; remémorer (se) qch ; ~a görə: mənim ağlıma görə selon moi ; ~a sığmaq concevoir vt ; saisir vt ; comprendre vt ; admettre vt ; ~ a sığmayan fabuleu//x, -se adj ◊ ağlı başına gəlmək reprendre connaissance ; reprendre ses sens ; ~ başından çıxmaq 1) perdre connaissance ; devenir vi (ê) fou (folle) ; 2) perdre la tête, être affolé,-e ; ağlı zail (zay) olmaq perdre raison ; devenir vi (ê) anormal, -e tomber vi (ê) en démence ◊ ağlı kəsmək croire vt ; accepter vt ; admettre vt ; ağlı getmək être ravi,-e (charmé,-e) ; emballer (s’) pour fam ; ağlını almaq charmer vt ; ravir vt ; ağlını başına yığmaq (toplamaq, cəmləmək) concentrer (se) ; maîtriser (se) ; dominer (se) ; ağlını itirmək avoir le cerveau fêlé
Azərbaycanca-fransızca lüğət / ağıl1 сущ. кар, парах (малар, хпер хуьн патал цацарикай ва мс. жугъун элкъуьрнавай кьил ахъа чка).
Azərbaycanca-ləzgicə lüğəti / ağıl2 [ər.] сущ. акьул; зигьин, фикир, макь; ** ağıl dəryası акьулдин кӀватӀ, гзаф акьуллу, гзаф чирвилер авайди (гагь-гагь айгьанатдалди лугьуда); ağıl vermək акьул гун, кьиле акьул ттун, несигьат гун, рехъ къалурун, пис рекьелай элкъуьрун; ağlı azmaq а) акьул фин, акьул кьиляй акъатун, дили хьун; б) гъед фин, хибри хьун; ağlı başında кьиле акьул авай, акьуллу, жуван кар (хийир-зарар) ччидайди; ağlı kəsmək а) акьулди кьатӀун, гъавурда акьун, кьиле гьатун; б) акьулда гьатун, чӀалахъ хьун; ağlı kəsməmək акьулди кьатӀун тавун, гъавурда акьун тавун; кьиле гьат тавун; ağlına gətirmək акьулдиз гъун, рикӀел гъун, фикирдиз гъун; ağlını aparmaq акьул кьиляй акъудун, гьейран авун, кьару авун.
Azərbaycanca-ləzgicə lüğəti / ağıl(Balakən, Biləsuvar, Cəbrayıl, Əli Bayramlı, Şəki, Zəngilan) 1. yayda malqara saxlamaq üçün ətrafı hasarlanmış üstü açıq yer (Balakən, Biləsuvar, Cəbrayıl, Zəngilan). – Ramazan inəx’ləri ağıla salıb darvazanı bərkitdi (Balakən); – Bala, malları sal ağıla (Zəngilan); – Mən bu ağıla qoyun salmaram (Cəbrayıl) 2. qışlaqda qoyunlar üçün qamışdan tikilmiş yer (Əli Bayramlı). – Ağıl çox mö:kəm tikilmişdi, içəri heç külək də keçməzzi 3. tövlə (Şəki). – İneyi ağıla bağli:f qavağına ot töhdü
Azərbaycan dilinin dialektoloji lüğəti.