Adolf sözü azərbaycan dilində

Adolf

Yazılış

  • Adolf • 99.4143%
  • adolf • 0.2928%
  • ADOLF • 0.2928%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Adolf Assal
Adolf Assal (fr. Adolf El Assal; 7 aprel 1981, İsgəndəriyyə) — Misir əsilli Lüksemburq rejissoru, ssenaristi və prodüseri. == Həyatı == Adolf Assal 7 aprel 1981-ci ildə Misirin İsgəndəriyyə şəhərində anadan olmuşdur. O, yeddi yaşında ailəsi ilə Lüksemburqa mühacirət etmiş, həmçinin həyatının ilk hissəsini Dubay və Londonda keçirmişdir. Assal 2002-ci ildə Birləşmiş Krallıqdakı Kinqston Universitetində ali təhsil almışdır. O, 2007-ci ildə jurnalistika üzrə bakalavr, sonra isə rejissorluq üzrə magistr dərəcəsi almışdır. Assal təhsilini maliyyələşdirmək üçün 2005-ci ildə qrup yoldaşı ilə "Bigtime Entertainments" adlı aşağı büdcəli istehsallarda ixtisaslaşan şirkət qurmuşdur. Beləliklə, şirkət əsasən inkişaf etməkdə olan sənətçilər üçün musiqi klipləri olmaqla təxminən otuz layihə istehsal etmişdir.
Adolf Bastian
Аdolf Bastian (alm. Philipp Wilhelm Adolf Bastian‎; 26 iyun 1826[…], Bremen – 2 fevral 1905[…], Port-of-Speyn) — Alman etnoqrafı, səyyahı və filosofu. == Həyatı == Alman təkamül məktəbinin nümayəndəsi Adolf Bastian (1826–1905) ixtisasca həkim idi. О, ömrünün üçdə birini səyahətlərdə keçirmiş və demək olar ki, dünyanın hər yerində olmuşdu. Səyahətləri zamanı çoxlu etnoqrafik materiallar toplamışdı ki, bu da onun yaratdığı və başçılıq etdiyi "Berlin Хalqşünaslıq muzeyi"nin təşkili üçün əsas olmuşdu. "Tarixdə insan" və "Adi təfəkkür" əsərlərində onun insanların eyni təfəkkür qabiliyyətinə malik olması və bəşər mədəniyyətinin vahidliyi haqqında fikirlər əsas yer tuturdu. О, həm də "Antropologiya, etnoqrafiya və tarixəqədərki dövr" cəmiyyətinin yaradılmasının fəal təşəbbüskarı olmuş və bu cəmiyyətin nəşr etdirdiyi etnoloji jurnalın redaktoru olmuşdu. Bastianın "Adi təfəkkür" əsəri nə qədər qarışıq və mürəkkəb olsa da mütərəqqi idi. İnsan nəslinin və şüurunun vahidliyi, əqli tərəqqi, onun ətraf mühitdən asılılığı о dövr üçün əsas ideyalar idi. Bastian хarici aləmin təsiri üzərində dayansa da, bütün bəşər tarixini psiхologiyaya, adi və хalq təfəkkürünün formalaşmasına qurban vermək onun ideyalist baxışlarından irəli gəlirdi.
Adolf Berje
Adolf Berje (rus. Адольф Петрович Берже; 28 iyul (9 avqust) 1828, Sankt-Peterburq – 31 yanvar (12 fevral) 1886, Tiflis) — Rusiya İmperiyası bürokratı, şərqşünası və qafqazşünası, Qafqaz Arxeoqrafiya Komissiyasının sədri (1864–1886). == Həyatı == Sankt-Peterburq şəhərində dünyaya gələn Adolf Berjenin atası fransız, anası isə alman idi.Adolf Berje Qafqaz və Şərq tarixinə, arxeologiya, etnoqrafiya və ədəbiyyatına dair əsərlərin müəllifidir. 12 cildlik "Qafqaz Arxeoqrafiya Komissiyası Aktları"nın 11 cildi onun redaktəsi ilə çıxmışdır. Azərbaycan dilini bilmiş, XVIII–XIX əsrlər Azərbaycan şairlərinin əsərlərindən nümunələr əsasında tərtib etdiyi "Qafqaz və Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuə…" kitabını Leypsiqdə almanca müqəddimə ilə nəşr etdirmişdir (1868). "Azərbaycan dilində nəğmələr məcmuəsi" də (əlyazması) tərtib etmişdir. "Zaqafqaziya müsəlman şairləri haqqında bir neçə söz" məqaləsi var. Mirzə Camal Cavanşir Qarabağinin "Qarabağ tarixi"ni rus dilinə çevirmiş və müqəddimə ilə "Kavkaz" qəzetində dərc etdirmişdir. Mirzə Fətəli Axundovla dost olmuşdur. M. F. Axundov Azərbaycan şairlərinin şeirlər məcmuəsinin hazırlanmasında Berjeyə, o isə "Kəmalüddövlə məktubları"nın rus dilinə tərcüməsində M. F. Axundova kömək etmişdir.
Adolf Dassler
Adolf "Adi" Dassler (3 noyabr 1900, Herzoqenaurax[d], Bavariya – 6 sentyabr 1978, Herzoqenaurax[d], Bavariya) — alman idman geyimləri şirkəti Adidasın təsisçisi. Pinəçi kimi fəaliyyətə başlamış, Birinci dünya müharibəsindən dönəndən sonra isə özünün yeni idman ayaqqabılarını anasının çamaşırxanasında hazırlamağa başladı. Onun ayaqqabı fabrikində işləyən atası Kristof və Zehlein qardaşları, Dassleri öz biznesini qurmağında dəstəklədi. 1924-cü ilin 1 iyulunda böyük qardaşı Rudolf Dassler, "Dassler qardaşları" ayaqqabı fabrikinə qoşuldu. 1928 yay Olimpiya oyunlarında Dassler bir çox idmançıları öz şirkətinin məhsulları ilə təmin etdi. Berlində keçirilmiş 1936 yay Olimpiya oyunları ərzində, Dassler ABŞ idmançısı Cessi Ouensi idman ayaqqabıları ilə təmin etdi. Cessi Ouensin geyindiyi Adidas idman ayaqqabıları, onun 4 qızıl medal qazanmasında mühüm rol oynadı. 1930-cu illərdə Adolf Hitlerin hakimiyyətə gəlməsi ilə, Dassler qardaşları Nasist partiyasına üzv oldular, daha çox Rudolf qatı nasional-sosialist olması ilə tanınmışdı. Rudolf ayaqqabıların layihəsini hazırlayar, Adolf Vermaxt üçün ayaqqabılar istehsal edərdi, lakin sonralar Nasist partiyasından uzaqlaşdı. Müharibə, qardaşlar arasında fərqləri kəskinləşdirdi.
Adolf Disterverq
Adolf Disterverq (29 oktyabr 1790[…], Ziqen – 7 iyul 1866[…], Berlin)—alman pedaqoqu. == Həyatı == Görkəmli alman pedaqoqu Fridrix Adolf Vilhelm Disterverq (1790–1866) 1790-cı ildə Zigen şəhərində məhkəmə məmuru ailəsində anadan olmuşdur. O, əvvəlcə xalq məktəbində, sonra isə latın məktəbində oxumuşdur. Təlimdə formalizm və sxolastika, şagirdlərin müstəqilliyinin və marağının boğulması, həyat üçün o qədər də zəruri olmayan, az əhəmiyyətli bilikllərin verilməsi A.Disterverqdə acı təəssürat yaratmışdı. 1808-ci ildə A.Disterverq bir vaxtlar Y.A.Komenskinin oxuduğu Herborn universitetinə daxil olmuş, bir ildən sonra Tyubingen universitetinə keçmişdir. 1811-ci ildə universitet təhsilini başa vuran A.Disterverq altı il sonra "Dünyanın sonu" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. A.Disterverq hələ universitetdə oxuduğu zaman fəlsəfə, riyaziyyat və tarix elmləri ilə ciddi maraqlanmışdır. O, müstəqil olaraq çalışmağa üstünlük verir, J.J.Russonun, İ.Pestalossinin pedaqoji görüsləri ilə tanış olur. Bu da onun dünyagörüşünün formalaşmasında böyük rol oynayır.Universiteti bitirdikdən sonra A.Disterverq müəllimlik fəaliyyətinə başlayır. Bir müddət ev müəllimi olur, gimnaziyada müəllim işləyir.
Adolf Dukke
Adolf Dukke (port. Adolpho Ducke, 19 oktyabr 1876, Triest – 5 yanvar 1959, Fortaleza) — Braziliya botaniki və entomoloqu. == Əsərləri == Ducke, A. (1910). Explorações botânicas e entomológicas no Estado do Ceará. Rev. Trimestral do Instituto do Ceará, 24, 3—61. === Entomologiya üzrə nəşrləri === Ducke, A. (1897). Aufzahlung der bei Triest im Jahr 1896 von mir gesammelten Osmia-Arten und Beschribung einer neuen Art. Ent. Nachr., 23, 38—43.
Adolf Erman
Adolf Erman (31 oktyabr 1854, Berlin – 26 iyun 1937, Berlin) — alman misirşünası, arxeoloq. == Bioqrafiyası == 1883-cü ildə Berlin Universitetinin professoru, 1884-cü ildə isə Berlindəki Misir muzeyinin direktoru olub. 1994-cü ildən Prussiya Elmlər Akademiyasının üzvü olub. Misir yazı sistemini öyrənən, misirşünaslığın əsasını qoyan sələflərindən fərqli olaraq, Erman Misir dilini tədqiq etmiş, onun qrammatik quruluşunu və inkişaf mərhələlərini müəyyənləşdirmişdir. Onun rəhbərliyi altında Qәdim Misir dilinin ən dolğun lüğəti işlənib hazırlanmışdır.
Adolf Exler
Adolf Eyxler (Adolf Vilhelmoviç Eyxler (Eichler), d. 8 noyabr 1869 — ö. 5 fevral 1911) — alman memarı. Azərbaycan almanları icmasına məxsus Lüteran kilsəsini (Kirxa) 1896–1899-cu illərdə Adolf Eyxler inşa etmişdir. == Həyatı == === Ailəsi və uşaqlığı === Adolf Eyxler 8 noyabr 1869-cu uldə anası Yelena-Yelizaveta Qovorkonun ata yurdunda, Rusiyanın Oryol şəhərində anadan olmuşdur. Atası Vilhelm Eduard Eyxler 1864-cü ildə Bakıya gəlmişdir. Böyük bacısı Vilhelmina-Yelizaveta 1866-cı ildə, kiçik bacısı Viktoriya-Leontina 1870-ci ildə Bakıda anadan olmuşlar. Atası Vilhelm Eduard məşhur kimya və farmasiya magistri sayılırdı. 1888-ci ildə Neft sənayeçiləri birliyi kerosinin keyfiyyətinə nəzarət etməyi ona həvalə etmişdi. Təbiətsevər şəxs olan Vilhelm Eduard, demək olar ki, ancaq öz şəxsi vəsaitləri hesabına 1878-ci ildə Mixaylov (Qubernator) bağını abadlaşdırmışdı.
Adolf Eyxler
Adolf Eyxler (Adolf Vilhelmoviç Eyxler (Eichler), d. 8 noyabr 1869 — ö. 5 fevral 1911) — alman memarı. Azərbaycan almanları icmasına məxsus Lüteran kilsəsini (Kirxa) 1896–1899-cu illərdə Adolf Eyxler inşa etmişdir. == Həyatı == === Ailəsi və uşaqlığı === Adolf Eyxler 8 noyabr 1869-cu uldə anası Yelena-Yelizaveta Qovorkonun ata yurdunda, Rusiyanın Oryol şəhərində anadan olmuşdur. Atası Vilhelm Eduard Eyxler 1864-cü ildə Bakıya gəlmişdir. Böyük bacısı Vilhelmina-Yelizaveta 1866-cı ildə, kiçik bacısı Viktoriya-Leontina 1870-ci ildə Bakıda anadan olmuşlar. Atası Vilhelm Eduard məşhur kimya və farmasiya magistri sayılırdı. 1888-ci ildə Neft sənayeçiləri birliyi kerosinin keyfiyyətinə nəzarət etməyi ona həvalə etmişdi. Təbiətsevər şəxs olan Vilhelm Eduard, demək olar ki, ancaq öz şəxsi vəsaitləri hesabına 1878-ci ildə Mixaylov (Qubernator) bağını abadlaşdırmışdı.
Adolf Eyxman
Otto Adolf Eyxman (alm. Otto Adolf Eichmann‎; 19 mart 1906[…], Zolingen[d], Prussiya, Almaniya imperiyası – 1 iyun 1962, Ramla[d], İsrail) — Almaniya zabiti, Gestapo məmuru, yəhudlərin kütləvi şəkildə məhv edilməsinə birbaşa cavabdeh şəxs.Ona SS-Oberqrupanfüreri Reynhard Heydrix tərəfindən II Dünya müharibəsi zamanı Nasistlərin işğalı altında olan Şərqi Avropadakı yəhudilərin getto və ölüm düşərgələrinə kütləvi surətdə köçürülməsində istifadə edilən maddi-texniki bazanı asanlaşdırmaq və idarə etmək vəzifəsi tapşırılmışdı. O, "Yəhudi məsələsinin son həllinə" cavabdeh olan Gestaponun IV B 4 şöbəsinin rəhbəri, SS Oberşturmbannfureri olmuşdur. Müharibədən sonra məhkəmədən qaçaraq Cənubi Amerikada gizlənmişdir. Burada İsrail kəşfiyyatı "Mosad"ın agentləri onu izləmiş, qaçıraraq İsrailə aparmış, orada məhkum olunaraq ölüm cəzası almış və edam edilmişdir. Məktəbi bitirdikdən qısa müddət sonra Eyxman 1914-cü ildə ailənin köçdüyü Avstriyada atasının mədən şirkətində çalışmışdı. 1927-ci ildən başlayaraq səyar kerosin ticarəti ilə məşğul olmuş, 1932-ci ildə həm Nasional Sosialist Alman Fəhlə Partiyasına, həm də SS-yə qoşulmuşdur. 1933-cü ildə Almaniyaya qayıtmış, burada Təhlükəsizlik xidmətinə SD daxil olmuşdur. Orada o, yəhudi işlərinə, xüsusən nasistlərə zorakılıq və iqtisadi təzyiq ilə təşviq etdiyi mühacirətə cavabdeh olan şöbə müdiri təyin edilmişdi. 1939-cu ilin sentyabrında İkinci Dünya müharibəsi başlayandan sonra Eyxman və heyəti yəhudilərin şərqə ya da uzaq şərqə və ya xaricə mühacirət ediləcəyi ümidi ilə gettolarda cəmləşməsini təşkil etmişdilər.
Adolf Hitler
Adolf Hitler (alm. Adolf Hitler‎; 20 aprel 1889[…], Braunau-am-İnn[d], Yuxarı Avstriya[d] – 30 aprel 1945[…], Fürerbunker) — alman dövlət və siyasi xadim, nasional sosializm (nasizm) ideyasının yaradıcısı, Nasional Sosialist Alman Fəhlə Partiyasının (NSDAP) sədri, 1933–1945-ci illərdə III Reyxin reyxs-kansleri və prezidenti (fürer). Adolf Hitler tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısında beşinci sıraya daxil edilib. == İlk illəri == Uşaqlığı Adolf Hitlerin yəhudiləri soyqırım etməsinə baxmayaraq, özü yəhudi mənşəli olub. Hitlerin atası Aloisin anası Mariya Adolfun atası Aloisi qulluqçu işlədiyi evin yəhudi sahibindən qazanmışdır. Sonralar Mariya ərə getmiş və Alois atalığının soyadını götürmüşdür.Adolf Hitler 1889-cu il aprelin 20-də Avstriya-Macarıstanın müstəmləkəsi altında olan Yuxarı Avstriyanın Braunau am İnn qəsəbəsində anadan olmuşdur. Atası Alois Hitler (1837–1903) əvvəllər çəkməçi, sonralar isə gömrük əməkdaşı işləmişdir. Anası Klara Hitler (1860–1907, qızlıq soyadı — Pölzl) gələcək həyat yoldaşının əmisi qızı, həm də onun evində qulluqçu olmuşdur. Adolf Hitler Avstriya vətəndaşı olaraq dünyaya gəlsədə, 1925-ci ildə Avstriya vətəndaşlığından imtina edib. Alois Hitler 1876-cı ilədək anasının soyadı olan Şiklqruber soyadını daşımış, lakin həmin il ögey atasının soyadını qəbul etmişdir.
Adolf Kurts
Adolf Kurts (alm. Adolf Kurz‎; 22 aprel 1888 – 1959) — alman Yunan-Roma güləşçisi, dünya və Avropa çempionatlarının mükafatçısı. 1888-ci ildə Göppingen şəhərində anadan olmuşdur. 1907-ci ildə keçirilən dünya çempionatında 6-cı yeri tutmuşdur. 1912-ci ildə Almaniya çempionatının bürünc mükafatçısı oldu və Stokholmda keçirilən Olimpiya Oyunlarında iştirak etdi, amma orada uğursuz çıxış etdi. Birinci Dünya müharibəsindən sonra yenidən çempionatlarda iştirak etməyə başladı. 1919-cu ildə Almaniyan çempionu oldu. 1920-ci ildə Almaniyan çempionatının gümüş mükafatçısı və dünya çempionatının bürünc mükafatçısı oldu. 1921-ci ildə Avropa çempionatının gümüş mükafatçısı oldu.
Adolf Ledebur
Karl Hanrich Adolf Ledebur — alman metallurqu. O Ledeburiti kəşf etdikdən sonra məşhurlaşmışdır. 1875-ci ildə Frayberq Dağ-Mədən Akademiyasında "Metallurgiya" laboratoriyasına rəhbər təyin olunanda, artıq o 1 il idi ki, həmin ali məktəbdə professor kimi çalışırdı. 1882-ci ildə ona poladın tərkibində dəmir və karbondan ibarət qarışıq kristalı sübut etmək nəsib olmuşdur. Sonralar bu kristal onun şərəfinə Ledeburit adlandırılmışdır. == Həyatı == Ledebur poçt xidmətçisinin oğlu idi. Atası 1856-cı iləd vəfat edəndə Adolf ledebur Zorqedə dəmir-filizi karxansında Braunşvayq ali məktəbinin tələbəsi kimi praktikum keçirdi. 1858-ci ildə o təhsilini maliyyə ehtiyacı ucundan yarımçıq qoyur və mədəndə işləməy başlayır. 1859-cu ildə Ledebur Mədən assistenti imtahanına buraxılır. Bu imtahanı verdikdən sonra o 1862-ci ildə Mədən aspirantı kimi Stolberg-Vernigerode -də işə başalyır.
Adolf Pedan
Adolf Melentyeviç Pedan (ukr. Педан Адольф Мелентійови; 20 aprel 1936, Burın[d], Çerniqov vilayəti – 8 yanvar 1999, Kiyev) — Ukrayna rəssamı, rəssam-multiplikator. == Həyatı == Adolf Pedan 1936-cı il aprelin 20-də Burında (Sum vilayəti) müəllim ailəsində anadan olmuşdur. Lvov Poliqrafiya İnstitutunun Qrafika fakültəsini bitirmişdir (1967). "Kiyevnauçfilm" studiyasının Cizgi filmləri yaradıcılıq birliyində rəssam-multiplikator işləmişdir. Ukrayna Kinematoqraflar Birliyinin üzvü olmuşdur. 1999-cu il yanvarın 8-də Kiyevdə vəfat etmişdir.
Adolf
Adolf — kişi adı və təxəllüs. Adolf Hohenloh-İngelfingen - Prussiya zadəganı, hərbçi, siyasətçii. Adolf Andersen - alman şahmatçısı, Adolf Ledebur - alman metallurqu, Adolf Bastian - Alman etnoqrafı, səyyahı və filosofu, Adolf Disterverq -alman pedaqoqu, Adolf Eyxler - alman memarı, Adolf Qurviç - Alman riyaziyyatçısı, alim/ Adolf Pedan - Ukrayna rəssamı, rəssam-multiplikator. Adolf Hitler - 1933-1945-ci illərdə III Reyxin reyxs-kansleri və prezidenti (fürer). Adolf fon Bayer - Almaniyalı kimyaçı. Adolf Vindaus - Almaniya kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı Adolf Leo Oppenheym - ABŞ şərqşünası.
Adolf Adan
Adolf Adan (fr. Adolphe Adam; 24 iyul 1803[…], Paris – 3 may 1856[…], Paris) — Fransalı bəstakar.
Adolf Andersen
Karl Ernst Adolf Andersen (alm. Karl Ernst Adolf Anderssen ; 6 iyul 1818 - 13 mart 1879) — alman şahmatçısı, 1850-1860-cı illərin ən öndə gedən şahmat ustası. Ölməz Partiya və Həmişəyaşar Partiya oyunları ilə daha məşhurdur. == Həyatı == Andersen, 1818-ci il iyulun 6-da Breslavlda (indiki Vrotslav) yoxsul ailədə anadan olmuşdur. 9 yaşında ikən şahmatla tanış olmuş və ömrünük axırınadək bu qədim müdrik oyuna bağlanmışdı. O, xüsusilə, Stammın məsələləri ilə daha çox maraqlanırdı. Çox keçməmiş Andersen özü də şahmat məsələləri tərtib etməyə başladı. Adolf Andersen 1842-ci ildə çapdan çıxmış "Şahmatçılar üçün məsələlər" Kitabı Andersenə böyük şöhrət qazandırır. Düzdür, həmin illər o, zəif şahmatçı sayılırdı və bir qayda olaraq keçirdiyi görüşlərdə məğlubiyyətə uğrayırdı. Lakin bütün bunlar onu ruhdan salmadı.
Adolf Qurviç
Adolf Qurviç (ing. Adolf Hurwitz; 26 mart 1859[…], Hildeshaym[d], Aşağı Saksoniya – 18 noyabr 1919[…], Sürix) — Alman riyaziyyatçısıdır; əsas işləri riyazi analizə, funksiyalar nəzəriyyəsinə və ədədlərnəzəriyyəsinə aiddir.
Adolf Saks
Adolf (Antuan Jozef) Saks (fr. Antoine-Joseph (Adolphe) Sax; 6 noyabr 1814, Dinan, Belçika — 4 fevral 1894, Paris) — belçikalı musiqi alətləri ixtiraçısı. Ən məşhur ixtiraları saksofon və sakshorn alətləridir. == Maraqlı faktlar == Adolf Saks Belçikada avro tətbiq olunana qədər dövriyyədə olan belçika frankının 200 nominallı əskinazında təsvir olunmuşdu. Əskinazın əks tərəfində saksofonçularının, Dinanın (Saksın doğulduğu şəhərin) baş kilsəsi və qalasının siluetləri təsvir olunmuşdu.
Adolf Tyer
Mari Jozef Lui Adolf Tyer (fr. Marie Joseph Louis Adolphe Thiers; 15 aprel 1797[…], Marsel, Fransa metropoliyası – 3 sentyabr 1877[…], Sen-Jermen-an-Le[d]) — fransız siyasi xadim və tarixçi. Böyük Fransa inqilabının tarixinə dair bir sıra əsərlərin müəllifi. İyul monarxiyası dövründə bir neçə dəfə Fransanın baş naziri olmuşdur. Üçüncü Fransa Respublikasının ilk (müvəqqəti, 1871-1873) prezidenti. == Prezidentliyi == 1871-ci ilin fevralında açılan Fransa Müəssislər Məclisi hökumətin təşkili məsələsinə baxdı. Fevral ayının 13-də hökumətin başçısı vəzifəsinə Adolf Tyer təyin olundu və Tyer bu vəzifədə 1872-ci ilin may ayına qədər qaldı. Tyer o zaman Avropada tanınmış siyasi xadimlərdən biri idi. Belə hesab edilirdi ki, onun bu vəzifəyə gətirilməsi Almaniya imperiyası ilə danışıqlarda uğurun əldə edilməsinə şərait yaradacaq, eyni zamanda A. Tyer ölkə daxilində siyasi qüvvələr arasında bir növ siyasi bir kompromisin əldə olunmasına nail olacaqdır. İcra hakimiyyətinin başçısı olan Adolf Tyer 1871-ci ilin avqust ayının 31-dən etibarən prezident adlanmağa başlandı.
Adolf Vindaus
Adolf Vindaus (alm. Adolf Otto Reinhold Windaus‎) (25 dekabr 1876, Berlin – 9 iyun 1959, Göttingen) — Almaniya kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1928). == Həyatı == Adolf Vindaus 25 dekabr 1876-cı ildə Berlin şəhərində anadan olmuşdu. 1928-ci ildə alim Nobel mükafatına layiq görülmüşdür. Adolf Vindaus 9 iyun 1959-cu ildə Göttingen şəhərində vəfat edib.
Adolf İoffe
Adolf Abramoviç İoffe (10 (22) oktyabr 1883, Simferopol – 17 noyabr 1927, Moskva, RSFSR, SSRİ) komunist inqlabçı, bolşevik siyasətçi, kərami siyasətçi. == Bioqrafiyası == === İnqilabçı karyerası === Adolf İoffe Rusiya İmperiyası dövründə Krımda, Simferopolda varlı ailədə anadan olub. 1900-cü ildə orta məktəb illərində sosial demokrat fikirlərlə tanış oldu və 1903-cü ildə Rusiya Sosial Demokrat Fəhlə Partiyasının üzvü oldu. 1904-cü ildə həbs olunmaması üçün Bakıya göndərildi. Sonra Moskvaya göndərildi, lakin təhlükələrin davam etməsi səbəbilə xaricə getdi. 9 yanvar 1905-ci ildə "qanlı bazar" günü hadisələrindən sonra Rusiyaya qayıtdı və 1905-ci il Rusiya inqilabında fəal iştirak etdi. 1906-cı ildə sürgün edildi və 1906-cı ilin mayında yaşadığı Berlindən qovuldu. İoffü partiyadakı menşevik qrupu ilə hərəkət birgə etdi. Ancaq sonradan 1906-cı ilin mayında Vyanaya getdi və 1908–1912-ci illərdə "Pravda" qəzetində işləyən Lev Trotski ilə birlikdə çalışdı. Bu dövrdə Alfred Adler ilə birlikdə psixoanaliz və tibbi araşdırmalar etdi.
Krut Adolf
Kurt Adolf (5 noyabr 1921, Ştutqart – 24 yanvar 2012) — Almaniyalı yarış pilotu. == Həyatı == Adolf Almaniyanın Stutqart şəhərində tekstil şirkətinin sahibi olan ailədə dünyaya gəlmiş, İkinci Dünya müharibəsi dövründə paraşütçü kimi xidmət etmişdir. Adolf 1950-ci illərin əvvəllərində Formula-2 yarışlarında BMW avtomobili ilə yarışmışdır, Adolf Münhen-Riem Hava Limanında yarışda ikinci yeri tutaraq uğur qazandı. Daha sonra 1953-cü ildə Ferrari-500-də yarışdı və 1953-cü ildə Almaniya Qran Prisinə qatıldı, Rudi Fişerin Ferrari 500-ü "Ecurie Espadon" Komandası üçün idarə etdi. O, bir neçə dövrədən sonra təqaüdə çıxdı və tək nəfərlik yarışını biznes maraqlarına cəmləşdirmək üçün tərk etdi. Adoff daha sonra Yaquar ilə dırmanışlarda və avtomobil yarışında uğur qazanmışdı və həmçinin Çilidə konsul kimi faəliyyət göstərmişdir..
Kurt Adolf
Kurt Adolf (5 noyabr 1921, Ştutqart – 24 yanvar 2012) — Almaniyalı yarış pilotu. == Həyatı == Adolf Almaniyanın Stutqart şəhərində tekstil şirkətinin sahibi olan ailədə dünyaya gəlmiş, İkinci Dünya müharibəsi dövründə paraşütçü kimi xidmət etmişdir. Adolf 1950-ci illərin əvvəllərində Formula-2 yarışlarında BMW avtomobili ilə yarışmışdır, Adolf Münhen-Riem Hava Limanında yarışda ikinci yeri tutaraq uğur qazandı. Daha sonra 1953-cü ildə Ferrari-500-də yarışdı və 1953-cü ildə Almaniya Qran Prisinə qatıldı, Rudi Fişerin Ferrari 500-ü "Ecurie Espadon" Komandası üçün idarə etdi. O, bir neçə dövrədən sonra təqaüdə çıxdı və tək nəfərlik yarışını biznes maraqlarına cəmləşdirmək üçün tərk etdi. Adoff daha sonra Yaquar ilə dırmanışlarda və avtomobil yarışında uğur qazanmışdı və həmçinin Çilidə konsul kimi faəliyyət göstərmişdir..
Adolf Butenandt
Adolf Friedrich Johann (24 mart 1903[…] – 18 yanvar 1995[…], Münhen)— Alman biokimyaçısı == Uğurları == O, cinsi hormonlar üzərində işinə görə 1939-cu ildə Lavoslav Ruziçka ilə birlikdə Kimya üzrə Nobel mükafatına layiq görülüb. İkinci Dünya Müharibəsi səbəbindən mükafatını 1949-cu ildə–müharibədən sonra ala bilib. == Təhsili == Marbur Universiteti və Göttingen Universitetində təhsil alıb. == Fəaliyyəti == 1927-ci ildə Göttingen Universitetində doktorluq dərəcəsi almışdır. Daha sonra bu məktəbdə və Danziq Texniki Universitetində dərs demişdir. 1936-cı ildə Kayzer Vilhelm İnstitutunun, daha sonra Maks Plank İnstitutunun direktoru oldu. 1960-1972-ci illərdə Maks Plank Elmin İnkişafı Assosiasiyasının prezidenti olub. == Kəşfləri == Butenandt qadınlarda cinsi inkişafı və funksiyaları tənzimləyən estron hormonunu, daha sonra isə kişi cinsi hormonlarından biri olan androsteronu və qadınlarda progesteronu müəyyən edə bildi. Bu gün kortizonun genişmiqyaslı istehsalı Butenandtın bu mövzudakı işindən irəli gəlir.
Adolf Bernard Meyer
Adolf Bernard Meyer (alm. Adolf Bernard Meyer‎; 11 oktyabr 1840, Hamburq – 5 fevral 1911, Berlin) — alman antropoloqu, ortinoloqu və etimoloqudur. 1870-ci illərdə İndoneziya arxipelağında mühüm işlər görmüş, səyahətini bitirdikdən sonra Drezden muzeyində direktor çalışmışdır. 1884-cü ildə Yeni Qvineyada tapılmış nadir quş növü Meyer şərəfinə "Epimachus meyeri" adlandırılmışdır. == Əsərləri == Das Hemmungsnervensystem des Herzens. Berlin 1869. Abbildungen von Vogelskeletten (1879-95) Publikationen des königlichenethnographischen Museums zu Dresden (1881-1903) Album von Philippinentypen (1885-1904) The Birds of Celebes (1885) The Distribution of Negritos (1899) Studies of the Museum (of Natural History) and kindred Institutions of New York, etc.
Adolf Eduard Qrube
Adolf Eduard Qrube (alm. Adolph Eduard Grube‎;18 may 1812, Köniqsberq – 2 iyun 1880, Vrotslav, Prussiya) — Alman anatomu və zooloqu. == Əsərləri == "Zur Anatomie und Physiologie der Kiemenwürmer" (1838); "Die Familie der Anneliden" (1851); "Untersuchungen über den Bau von Peripatus Edwardsii" (1853); "Annulata Oerstedtiana" (1856–58); "Die Insel Lussin und ihre Meeresfauna" (1864); "Annulata Semperiana" (1878). == Ədəbiyyat == M'Intosh W. C. Adolph Edouard Grube // Nature. — 1880. — Vol. 22. — P. 435–436. — doi:10.1038/022435d0. Romer F. Adolf Eduard Grube // Leopoldina.
Adolf Fredrik (İsveç kralı)
Adolf Fredrik (isv. Adolf Fredrik, alm. Adolph Friedrich‎; 14 may 1710[…], Qottorp sarayı[d], Şlezviq-Holşteyn – 12 fevral 1771[…]) — 1751–1771-ci illərdə İsveç kralı. == Həyatı == Adolf Fredrik 14 may 1710-cu ildə Şlezviq şəhərində anadan olmuşdur. O, Holşteyn-Qottorp sülaləsindən idi. Fredrik 16 sentyabr 1727-ci ildə Lübek knyaz-yepiskopu olmuşdur. O, 18 iyun 1739-cu ildən Holşteyn-Qottorp hökmdarı idi. 1741–1743-cü illərdə Rusiya ilə müharibədə İsveçin məğlubiyyətindən sonra rusları razı salmaq məqsədilə 23 iyun 1743-cü ildə imperatriça Yelizaveta Petrovna Riksdaq tərəfindən İsveç taxtının varisi seçilmişdir. Adolf Fredrik 1751-ci ildə taxta çıxmışdır. O, II Fridrixin bacısı Luiza Ulrika Prussiyalı ilə evlənmişdir.
Adolf Hitlerin Münhen mənzili
Adolf Hitlerin Münhen mənzili, əsası 1920-ci ildə Münhendə qoyulan Nasional Sosialist Alman Fəhlə Partiyasının doğum yeri və paytaxtı olan alman şəhəri Münhenin Prinzregentenplatz 16 küçəsində yerləşən, Adolf Hitlerin yaşadığı bir mənzildir. == Daha öncəki mənzil == Hitlerin 1920-ci ilin martında Alman ordusundan tərxis olunmasından sonra o, Münhenə geri döndü və bu şəhərdə yerləşən Nasional Sosialist Alman Fəhlə Partiyasında bütün gün ərzində işləməyə başladı. 1920-ci ildən 1929-cu ilədək o, Tierştrasse 41 küçəsində kiçik yataq otağını kirayə tutdu. Daha sonra isə ofis kimi istifadə üçün ikinci bir otağı kirayə tutdu. 1936-cı ildə Münhen şəhər bələdiyyəsi binanın üzərinə lövhə vurdu və onun üzərində bu sözlər yazılmışdır: "Adolf Hitler 1920-ci ilin may ayınınn 1-dən 1929-cu il oktyabr ayının 5-ə dək bu binada yaşamışdır". Bina hələdə durur; Hitlerin köhnə otağı isə anbar kimi işlədilir. == Prinzregentenplatz == 1929-cu ildə Hitler Prinzregentenplatz 16 küçəsində yerləşən, 9 otaqlı lüks mənzilə köçdü. Mənzil ikinci mərtəbədə yerləşirdi və (Avropa konqresinə görə; Amerika konqresinə görə üçüncü mərtəbədə) buraya 2 mətbəx və 2 hamam otağı daxil idi. Onun naşiri başlanğıcda mənzil üçün ödəniş edirdi lakin 10 il sonra Hitler bunu tamamən ona geri ödədi. Nəhayət bütün bina Nasional Sosialist Alman Fəhlə Partiyasının mülkünə çevrildi.Mənzil mebel ilə təmin edildi və Nasional Sosialist Partiyasının üzvü, Hitlerin memarlıq məsləhətçisi, Paul Ludviq Trostun dul qadını olan Qerdi Trost tərəfindən dizayn edildi.
Adolf Hitlerin Münhendəki mənzili
Adolf Hitlerin Münhen mənzili, əsası 1920-ci ildə Münhendə qoyulan Nasional Sosialist Alman Fəhlə Partiyasının doğum yeri və paytaxtı olan alman şəhəri Münhenin Prinzregentenplatz 16 küçəsində yerləşən, Adolf Hitlerin yaşadığı bir mənzildir. == Daha öncəki mənzil == Hitlerin 1920-ci ilin martında Alman ordusundan tərxis olunmasından sonra o, Münhenə geri döndü və bu şəhərdə yerləşən Nasional Sosialist Alman Fəhlə Partiyasında bütün gün ərzində işləməyə başladı. 1920-ci ildən 1929-cu ilədək o, Tierştrasse 41 küçəsində kiçik yataq otağını kirayə tutdu. Daha sonra isə ofis kimi istifadə üçün ikinci bir otağı kirayə tutdu. 1936-cı ildə Münhen şəhər bələdiyyəsi binanın üzərinə lövhə vurdu və onun üzərində bu sözlər yazılmışdır: "Adolf Hitler 1920-ci ilin may ayınınn 1-dən 1929-cu il oktyabr ayının 5-ə dək bu binada yaşamışdır". Bina hələdə durur; Hitlerin köhnə otağı isə anbar kimi işlədilir. == Prinzregentenplatz == 1929-cu ildə Hitler Prinzregentenplatz 16 küçəsində yerləşən, 9 otaqlı lüks mənzilə köçdü. Mənzil ikinci mərtəbədə yerləşirdi və (Avropa konqresinə görə; Amerika konqresinə görə üçüncü mərtəbədə) buraya 2 mətbəx və 2 hamam otağı daxil idi. Onun naşiri başlanğıcda mənzil üçün ödəniş edirdi lakin 10 il sonra Hitler bunu tamamən ona geri ödədi. Nəhayət bütün bina Nasional Sosialist Alman Fəhlə Partiyasının mülkünə çevrildi.Mənzil mebel ilə təmin edildi və Nasional Sosialist Partiyasının üzvü, Hitlerin memarlıq məsləhətçisi, Paul Ludviq Trostun dul qadını olan Qerdi Trost tərəfindən dizayn edildi.
Adolf Hitlerin rəsmləri
İkinci Dünya Müharibəsi əsnasında və sonraki illərdə Almanyadaki Nazi Partiyasına rəhbərlik edən Adolf Hitler həmçinin bir rəssam idi. O, Vyana dövrü əsnasında (1908–13) yüzlərlə əsər yaradıb və dolanışığını təmin etmək üçün rəsmlərini və poçt kartlarını satırdı. Onun bir çox rəsm əsərləri İkinci Dünya müharibəsindən sonra bərpa edildi və on minlərlə dollarlıq hərraclarda satıldı. == Hitlerin tərzi və təsirləri == Hitlerin tərzi onun əsərlərində memarlığı təmsil edərkən çoxlu hesablanmışdır. Bəddi təsirində ilərləmək yerinə, əsərləri 19-cu əsrin və ondan əvvəlki rəssamları yamsılayırdı. O əsərlərinin bir çox rəssamlıq cərəyanların sintezi olduğunu iddia edirdi ancaq, Yunan-Roma klasisizmindən, İtalyan Renesansından və Noklasisizmdən çəkirdi. O, bu cərəyanların rəssamlarının texniki qabiliyyətini, eləcə də başa düşülən simvolizmi sevirdi. O, Rudolf von Altı ən yaxşı müəllimi adlandırırdı. Hər ikisinin rəsm əsərlərində oxşar mövzu və rəng tədbiqləri müşahidə olunsa da Alt cəlb edici mənzərələr sərgiləyən təbiət və ətraf mühitə memarlıqdan çox olmasa da eyni dərəcədə əhəmiyyət verirdi. == Tarixi == === Rəssamlıq ambisyası === Hitler avtobioqrafiq əsəri olan Mein Kampfda gəncliyində necə peşəkar rəssam olmaq istəməsindən lakin, Vyana İncəsənət Akademiyasına girə bilməyib xəyalarının puça çıxmasından danışır.
Adolf Hitlerin Ölümü
Adolf Hitler 30 aprel 1945-ci il, Bazar ertəsi günü, saat 15:10 - 15.15 arasında (15:25 - 15:30 arasında, sovet KİV-inə görə), Berlində yerləşən fürerbunkerdə (təxminən bu vaxtlarda Qırmızı ordu, Reyxstaqın birinci mərtəbəsini nəzarət altına aldı və Reyx kanslerindən cəmi 700-750 metr məsafədə idi) odlu silah atəşi ilə özünü öldürərək intihar etmişdir. Həyat yoldaşı Eva Braun da kalium sionid qəbul edərək intihar etdi . Elə həmin gün Hitlerin əvvəlki təlimatlarına uyğun olaraq meyitləri bunkerin təcili çıxışı ilə pilləkənlərlə yuxarı qaldırdılar, üzərinə benzin tökdülər və bunkerin xaricindəki bağda yandırdılar .
Adolf Hitlerə qarşı sui-qəsd cəhdlərinin siyahısı
Bu tamamlanmamış olan sənədləşdirilmiş, Hitlerə qarşı hazırlanmış və üstü açılmış sui-qəsd cəhdlərinin siyahısıdır.İşarə edilmiş qeydlərdən savayı bütün sui-qəsd cəhdləri Üçüncü Reyx ərazisində və Üçüncü Reyx vətəndaşları tərəfindən həyata keçirilmişdir. 1933-cü ildən öncə: Gücə sahib olmadan öncə buraya 4 cəhd, həmçinin Kayzerhof mehmanxanasında zəhərləmə cəhdidə daxildir (1930). 1933-cü ildən sonra: 10 cəhd, həmçinin buraya Ştrumabteylunq dəstəsinin naməlum üzvünün Obersalzberqdə və Lütner qrupunun Köniqsberqdə həyata keçirdiyi cəhd daxildir.
Adolf Hohenloh-İngelfingen
Adolf Hohenloh-İngelfingen (29 iyul 1797, Breslau — 24 aprel 1873, Koşentin, Prussiya krallığı) — Prussiya zadəganı, hərbçi, siyasətçii. Qısa müddətdə Prussiyanın nazir-prezidenti olmuşdur. 1862-ci ildə onu məşhur siyasətçi Otto fon Bismark əvəz etmişdir.
Adolf Holşteyn-Qottorp
Adolf Holşteyn-Qottorp (alm. Adolf I von Schleswig-Holstein-Gottorf‎; 25 yanvar 1526 – 1 oktyabr 1586, Qottorp sarayı[d], Şlezviq-Holşteyn) — birinci Holşteyn-Qottorp hersoqu, Oldenburq sülaləsinin Holşteyn-Qottorp xəttinin banisi. Adolf Danimarka kralı I Fridrix və onun ikinci arvadı Pomeraniyalı Sofiyanın üçüncü oğlu idi. Fridrix oğlunu landqraf Hessenli Filippin sarayında təhsil almağa göndərmiş, Adolf dörd ili Filippin Kasseldəki qalasında keçirmişdir. 1544-cü ildə Adolf, qardaşları Hans və III Xristian Şlezviq və Holşteyn hersoqluqlarını öz aralarında bölüşdürmüşdülər. Adolf üçünün ən kiçiyi olduğu üçün ilk olaraq özü üçün bir hissə seçmişdir. O, Qottorp qəsrini dövlətinin paytaxtı seçdiyi üçün onun sülalə xətti Holşteyn-Qottorp adlandırılmağa başlamışdır.
Adolf Leo Oppenheym
Adolf Leo Oppenheym (ing. Adolph Leo Oppenheim, 7 iyun 1904, Vyana – 21 iyul 1974, Berkli, Kaliforniya) — ABŞ şərqşünası. == Həyatı == == Yaradıcılığı == Çikaqo universitetinin professoru A.Leo Oppenheym Qərbi Asiya sivilizasiya sərhədlərini aşağıdakı kimi müəyyənləşdirmişdir: «Cənub-qərbi Asiya böyük rəngarəngliyə malik coğrafi və ekoloji şəraitlə xarakterizə olunur... Bu sahənin bir neçə təbii və e’tibarlı sərhədi var: Pamirin qərb qolları, Qafqaz dağları və Hind okeanı genişliyi. Qara, Egey və Aralıq dənizlərinin daha əlverişli sulu massivləri – baxmayaraq ki onlar da şimal və qərblə kifayət qədər effektiv izolyasiyanı tə’min edir.» O, daha sonra yazır: «...biz oxucunun diqqətini ona cəlb etmək istəyirik ki, Mesopotamiyada meydana çıxan mədəniyyət təcrid olunmuş hadisə deyildi və onu əhatə edən aləmdən ayrılmaz idi». A.Leo Oppenheym 20 il üzərində işlədiyi «Qədim Mesopotamiya» (Moskva,1980) əsərində ən azı qədim Babil-Amori sülaləsi dövrünü (e.ə.1894-1595) nəzərə alaraq yazır: «Dağlılar ardıcıl olaraq düzənliyin əhalisinə təzyiq edirdilər. Sonuncular dəf edirdilər, lakin onların müqaviməti siyasi və iqtisadi şəraitdən asılı idi. Dağlılar düzənliyə gah işçi və ya muzdur kimi, gah da işğalçı kimi girirdilər. Bəzən onlar şəhərləri, bütöv dövləti özlərinə tabe və idarə etmək üçün kütləvi hücumlar təşkil edirdilər. Bu təhlükəyə Babilistan və Assuriya eyni cür yanaşmırdılar.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 2.56 dəfə / 1 mln.
2003 •••• 1.57
2004 ••••••••• 3.37
2005 •••• 1.35
2006 •••••••••••• 4.96
2007 •••••••••• 3.81
2008 •••••••• 3.17
2009 •••••• 2.40
2010 ••••• 1.82
2011 •••••• 2.49
2012 ••••••• 2.58
2013 ••••••••••••• 5.11
2014 •••••••••••••••••••• 8.41
2015 •••• 1.53
2016 ••• 1.21
2017 •••• 1.30
2018 •• 0.45
2019 0.42
2020 •••• 1.59

Oxşar sözlər

#adolf nədir? #adolf sözünün mənası #adolf nə deməkdir? #adolf sözünün izahı #adolf sözünün yazılışı #adolf necə yazılır? #adolf sözünün düzgün yazılışı #adolf leksik mənası #adolf sözünün sinonimi #adolf sözünün yaxın mənalı sözlər #adolf sözünün əks mənası #adolf sözünün etimologiyası #adolf sözünün orfoqrafiyası #adolf rusca #adolf inglisça #adolf fransızca #adolf sözünün istifadəsi #sözlük