aero sözü azərbaycan dilində

aero

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • aero • 81.2933%
  • Aero • 18.2448%
  • AERO • 0.4619%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aero L-29 Delfin
Aero L-29 Delfin (ing. Dolphin; NATO kod adı: Maya) — Çexoslovakiyanın aviasiya istehsalçısı Aero Vodochody tərəfindən hazırlanmış və istehsal etdilmiş hərbi təlim təyyarəsi. Ölkənin ilk olaraq yerli olaraq hazırlanan və inşa edilən jet təyyarəsidir, həmçinin Sovet İttifaqı istisna olmaqla, İqtisadi Əməkdaşlıq Şurasının ən böyük təyyarə sənaye proqramıdır.
Aero L-39 Albatros
Aero L-39 Albatros Çexoslovakiyanın Aero Vodochody şirkəti tərəfindən istehsal olunmuş reaktiv hərbi təlim təyyarəsidir. 1960-cı illərdə dizayn olunmuş Aero L-29 Delfin təlim təyyarəsini əvəz etməsi məqsədilə hazırlanmışdır. L-39 dünyada istehsal olunmuş ilk ikinci nəsil təlim təyyarəsidir. Hərbi təlim təyyarəsi kimi bir çox dövlət tərəfindən hazırda da istismar olunur. Təyyarə ilə bağlı maraqlı məqamlardan biri də təyyarənin NATO kod adının olmamasıdır. Əsasən pilotlar tərəfindən təlim məqsədilə istifadə olunsa da, yüngül hücum təyyarəsi vəzifəsini də icra edə bilər. İstifadəçi ölkələrdən bəzilərinin bu təyyarələrdən ibarət Aerobatika komandaları var.
Fransa aeroklubu
Fransa aeroklubu – aerokosmik sahəsinin müxtəlif aspektləri ilə məşğul olan dünya miqyasında bir qurum. O, 1898-ci ildə təsis edilib və dünyanın ən qədim qurumudur. Akademiklər, məhsul istehsalçıları, xidmət təminatçıları və digər qlobal mülki və hərbi aerokosmik mütəxəssislər AeCF-də təmsil olunurlar. Təşkilatın baş qərargahı Parisdə yerləşir.
Fransanın Aerobatik Patrulu (aerobatika eskadronu)
Fransanın Aerobatik Patrulu (fr. Patrouille acrobatique de France) Fransa Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Ən qədim aerobatika eskadronudur. 1981-ci ildən etibarən uçuşlar üçün Alpha Jet təyyarələri istifadə olunur. Təyyarələr ağ, qırmızı və göy rəngli tüstü generatorları ilə təchiz olunub. Komanda Paris aviaşousunun daimi iştirakçısıdır.
Franyo Tucman Aeroportu
Franyo Tucman Aeroportu (xorv. Zračna luka „Franjo Tuđman”) — Xorvatiyanın ən böyük və ən aktiv aeroportudur. Hava limanı Xorvatiyanın keçmiş prezidenti Franyo Tucmanın adını daşıyır. Liman həm də Pleso aeroportu kimi də tanınır. Aeroport Velika Goritsada Zaqreb Mərkəzi Vağzalından 10 km cənub-şərqdə yerləşir. Aeroportun ərazisində, "Polkovnik Marko Jivkoviç" baraklarında Xorvatiya Hərbi Hava və Hava Hücumundan Müdafiə Qüvvələrinin bazası yerləşir. Həmçinin, aeroportda Xorvatiya Hava Nəqliyyatına Nəzarət İdarəsinin qərargahı var. Aeroport 2015-ci ildə 2 587 798 sərnişinə xidmət edib. Aeroport Xorvatiya hökuməti tərəfindən imzalanan müqaviləyə müvafiq olaraq 30 illik konsessiya əsasında ZAIC konsorsiumuna (Zaqreb Aeroportu Beynəlxalq Şirkəti) verilmişdir. == Terminallar == === Terminal 1 === Sərnişin terminalı yeni layihə ilə yenidən qurulub və 2008-ci ildən bəri VIP terminal kimi sərnişinlərə, aeroport ziyarətçilərinə xidmət göstərir.
Gəncə aeroportu
Gəncə Beynəlxalq Hava Limanı — Gəncə şəhərində ən böyük beynəlxalq hava limanı. Gəncə Hava Limanı uzun müddət hərbi aerodrom kimi istifadə olundu. Vaxtı ilə SSRİ Hərbi Hava Qüvvələrinin bazasında olmuşdur. SSRİ vaxtı aerodrom müştərək bazalı aerodrom idi, burada aeroport və hərbi aerodrom yerləşirdi. SSRİ dağıldıqdan sonra hərbi aviasiya Rusiyanın aerodromlarına köçürüldü. == Tarixi == Böyük Vətən müharibəsi dönəmində aviabaza ehtiyat qırıcı polkunun təlim düşərgəsi rolunu oynayırdı. 1942-ci ilin yanvarından 1946-cı ilə qədər olan dövrdə Zaqafqaziya Cəbhəsi Hərbi Hava Qüvvələrinin 4-cü ehtiyat aviasiya briqadasının 11-ci ehtiyat qırıcı aviasiya alayı aerodromda yerləşirdi. 1945-ci ilin dekabrından 1953-cü ilin sentyabrına qədər burada 761-ci qırıcı aviasiya polku yerləşirdi. Bu alay yenidən cəbhə üçün 23-dən çox döyüş alayı hazırladı və təşkil etdi. Yeni alayların pilotları burada Petlyakov Pe-2, Republic P-47 Thunderbolt, North American B-25 Mitchell və digər təyyarələrdə təlim keçirdilər.
Heydər Əliyev Beynəlxalq Aeroportu
Heydər Əliyev Beynəlxalq Aeroportu, Heydər Əliyev adına Beynəlxalq Hava Limanı və ya qısaca Bakı Hava Limanı — Bakı şəhərindən 20 km şimal-şərqdə, Binə qəsəbəsində yerləşən və Qafqazda ən böyük beynəlxalq hava limanı. 10 mart 2004-cü il tarixində hava limanı Azərbaycan Respublikasının üçüncü prezidenti Heydər Əliyevin şərəfinə yenidən adlandırılıb. Heydər Əliyev Beynəlxalq Aeroportu, Azərbaycanın və Qafqazın ən işlək hava limanıdır. Hava limanı "Azərbaycan Hava Yolları" və onun struktur bölməsi "Buta Airways" aşağıbüdcəli aviaşirkətinin baza aeroportudur, "Silk Way Airlines"ın isə yük daşıyıcısıdır. == Tarix == 20 oktyabr 1910-cu il tarixində Bakı şəhərinin üzərindən ilk təyyarə uçmuşdur. Sergey Utoçkinin idarə etdiyi uşaqsayağı yöndəmsiz və möhkəm olmayan "Farman-4" sistemli fransız biplanı heyrətdən yerində donmuş tamaşaçıların başı üzərində bir neçə dairə vurmuş, sonra isə gurultulu alqışlar altında yerə enmişdi. Azərbaycanın mülki aviasiyası öz inkişafına 1923-cü ildə ilk poçt və sanitar reyslərinin icrası ilə başlayıb. Ondan kənd təsərrüfatında həşəratlarla mübarizə üçün istifadə edilirdi. Həmin dövrdə xüsusi təyinatlı aviasiya, sanitar aviasiyası yaradılır. 20-ci illərdə Xəzər dənizi üzərində uçuşların birində təyyarəçi Teymur Mustafayev dənizin dibindən çıxan qovuqlar və su üzərində yağlı ləkələr görüb.
Heydər Əliyev adına beynəlxalq aeroport

Israel Aerospace Industries
İsrail Aerokosmik Sənayesi (ivr. ‏התעשייה האווירית לישראל‏‎, ha-ta'asiya ha-avirit le-yisra'el) və ya qısa adı ilə IAI (תע"א) — İsrailin həm hərbi, həm də mülki sektorda əsas aerokosmik və aviasiya istehsalçısı və təchizatçısıdır. 2013-cü il məlumatına əsasən şirkətin 16,000 nəfər əməkdaşı var. IAI şirkətinin bütün səhmləri İsrail dövlətinə məxsusdur. IAI mülki təyyarə, döyüş təyyarəsi, pilotsuz uçuş aparatları, raket, müxtəlif avionika istehsalı və təmiri ilə məşğul olur. IAI-nin əsas istiqaməti aviasiya və kosmik sənaye olmasına baxmayaraq, şirkət, həmçinin quru və dəniz qüvvələri üçün də müxtəlif hərbi təyinatlı məhsulların istehsalı ilə məşğul olur. Bu məhsullar xüsusilə İsrail Silahlı Qüvvələrinin ehtiyacını ödəmək məqsədilə hazırlansa da, bəzi xarici ölkələrə də ixrac edilir. == Həmçinin bax == İsrail Silahlı Qüvvələri İsrail Hərbi Hava Qüvvələri Şimon Peres == Xarici keçidlər == Israel Aerospace Industries — rəsmi sayt.
Kabil aeroportu
Hamid Kərzai adına Beynəlxalq Hava Limanı (puşt. د حامدکرزی نړيوال هوائي ډګر, dəri میدان هوائی بین المللی حامدکرزی) — Əfqanıstanın Kabil şəhərində yerləşən beynəlxalq aeroport. Kabilin mərkəzindən 5 km uzaqlıqda yerləşir. 2014-cü ildə hava limanına Əfqanıstana 2001-2014-cü illərdə rəhbərlik etmiş Hamid Kərzainin adı verildi. == Haqqında == 1960-cı ilin əvvəllərində inşa edilmişdir. SSRİ-nin Əfqanıstana müdaxilə etdiyi dövrdə (1979-1989-cu illər) hava limanı Qızıl Ordu tərəfindən tam nəzarətə alınmışdı. SSRİ-nin Əfqanıstandan çəkilməsindən sonra aeroport SSRİ-ni dəstəkləyən qüvvələrin nəzarətində qaldı. 2001-ci ildən sonra hava limanı ABŞ Ordusu, NATO və NATO-nun tabeliyində olan BTDQ-nin nəzarəti altına düşdü. 2002-ci ildən sonra BMT hava limanına tətbiq etdiyi sanksiyaları aradan qaldırdı və bundan sonra hava limanından mülkü uçuşlara icazə verildi. 2021-ci ildə Kabilin Taliban tərəfindən ələ keçirilməsindən sonra mülki uçuşlar ləğv edildi.
Lima Lima (aerobatika eskadronu)
Lima Lima Uçuş Komandası (ing. Lima Lima Flight Team) ABŞ-nin İllinoys ştatında bazalaşan mülki aerobatika eskadronudur. Uçuşlar üçün 6 ədəd Beechcraft T-34 Mentor təyyarəsinin daha güclü mühərrikə məxsus versiyasını istifadə olunur. T-34 təyyarələri hərbi aerobatika komandalarında istifadə olunan təyyarələrdən daha aşağı sürətə sahib olduğuna görə şou zamanı "ölü vaxt" olmur.
Lənkəran aeroportu
Lənkəran Beynəlxalq Hava Limanı Azərbaycanın cənub-şərqində yerləşən Lənkəran şəhərinin beynəlxalq hava limanıdır. Lənkəran Hava Limanının yenidən qurulmasına 2005-ci ildə başlanmış və 2008-ci ildə isə başa çatdırılmışdır. Lənkəran aeroportunun yenidən qurulması üzrə işlərin dəyəri 51,1 mln. dollar təşkil edib. Həmin ildə Lənkəran Hava Limanı beynəlxalq hava limanı statusunu qazanmışdır. == Tarixi == 1930-cu ildən Lənkəran-Bakı istiqaməti ilə iki qanadlı təyyarə uçuş həyata keçirirdi. İlk vaxtlar aeroport şəhərin qərb hissəsində, Narbağı adlanan ərazidə, Lənkəran Dövlət Universitetinin indiki 1 nömrəli tədris korpusunun olduğu binanın önündə yerləşirdi. 40 hektardan çox ərazidə yerləşən və 1978-ci ildən istifadə edilən indiki Lənkəran aeroportu isə istismara yararsız olduğu üçün 2008-ci ildə yenidən qurulmuşdur. Tikinti işlərini Türkiyənin Zema şirkəti həyata keçirib. Dağ tərəfdən qrunt sularının qarşısını almaq üçün 5271 metr uzunluğunda kanal çəkilmişdir.
Müdafiə və Aerokosmik Sənaye Nazirliyi (Qazaxıstan)
Qazaxıstan Respublikasının Rəqəmsal İnkişaf, İnnovasiyalar və Aerokosmik Sənaye Nazirliyi (qaz. Қазақстан Республикасының цифрлық даму, инновациялар және аэроғарыш өнеркәсібі министрлігі) — Qazaxıstan Respublikasının mərkəzi icra orqanı. Qazaxıstan Respublikası Prezidentinin 6 oktyabr 2016-cı il tarixli Fərmanı ilə təşkil edilmişdir. Nazir — Askar Jumaqaliyev (26 dekabr 2018–20 iyul 2020). Nazirlik müdafiə, aviasiya və elektron sənayesi, informasiya və rabitə (kiber təhlükəsizlik) sahəsində məlumat təhlükəsizliyi, səfərbərlik təlimi və səfərbərlik, dövlət maddi ehtiyatının formalaşdırılması və inkişafı sahəsində dövlət siyasətinin həyata keçirilməsindən, vahid hərbi-texniki siyasət və hərbi-texniki əməkdaşlığın həyata keçirilməsində iştirak, müdafiə sifarişinin formalaşdırılması, yerləşdirilməsi və həyata keçirilməsində liderlik. Sovet dövründə Qazaxıstan ərazisində yerləşən 50 müdafiə sənayesi müəssisəsi var idi. Qazaxıstan dəniz qüvvələri üçün əhəmiyyətli miqdarda silah və texnika istehsal etdi: torpedalar, bir sıra dəniz mənzilli raketlər, anti-torpedo texnologiyası, elektron avadanlıqlar, rəhbər sistemlər; aviasiya, radiolokasiya stansiyaları, tanklar üçün silahlanma üçün radioelektron avadanlıqlar; kiçik silahlar, raket sistemləri, raket əleyhinə sistemlərin komponentləri, raket əleyhinə müdafiə, hava hücumundan müdafiə. 17 iyun 2019-cu il tarixində Qazaxıstan Respublikası Prezidentinin Fərmanı ilə Nazirliyin müdafiə sənayesi, vahid hərbi-texniki siyasətdə iştirakı, hərbi-texniki əməkdaşlıq, formalaşması, sahəsindəki funksiyaları və səlahiyyətləri, dövlət müdafiə sifarişinin yerləşdirilməsi və həyata keçirilməsi Sənaye və İnfrastruktur İnkişaf Nazirliyinə təhvil verilmişdir. Səfərbərlik təlimi və səfərbərlik, Milli İqtisadiyyat Nazirliyinin tabeliyində olan dövlət maddi ehtiyatının formalaşdırılması və inkişafı və nazirliyin özünün qalan funksiyaları Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənaye Nazirliyinə çevrildi. Şöbənin məqsədi elektron informasiya ehtiyatlarının, informasiya sistemlərinin və informasiya-kommunikasiya infrastrukturunun xarici və daxili təhdidlərdən qorunması səviyyəsinə nail olmaq və qorumaq, qlobal rəqabət şəraitində Qazaxıstan Respublikasının davamlı inkişafını təmin etməkdir.
Müşahidəçi (aeronavtika və aviasiya)
Mərkəzi Aerohidrodinamika İnstitutu
N. Y. Jukovski adına Mərkəzi Aerohidrodinamika İnstitutu (MAHİ; rus. Центра́льный аэрогидродинами́ческий институ́т имени профессора Н. Е. Жуковского, ЦАГИ) — Rusiyanın paytaxtı Moskva şəhərində, aerodinamika və hidrodinamikanınn texnikanın müxtəlif sahələrində əməli istifadə məsələləri ilə məşğul olan institut. Mərkəzi Aerohidrodinamika İnstitutu (MAHİ) 1 dekabr 1918-ci ildə SSRİ Ali Xalq Təsərrüfatı Şurasının qərarı ilə təsis edilmişdir. 1918-ci ildən MAHİ-nin ilk rəhbərliyi Nikolay Yeqoroviç Jukovski, 1921-1942-ci illərdə Sergey Alekseyeviç Çaplıgin olmuşdur. 1925-1929-cu illərdə MAHİ nəzdində o dövr üçün dünyada ən böyük aerodinamik borusu, hidravlika laboratoriyası, hidrokanalı və s. olan ilk eksperimental baza yaradılmışdır. İnstitut öz işləri ilə texniki aviasiya fəhlələrinini əsasını qoymuşdur. İnstititun sınaq zavodunda A. N. Tupolevin rəhbərliyi altında yaradılna təyyarələrdə 1926-cı ildən başıayaraq bir sıra mühümm uçuşlar olmuşdur. 1930-1932-ci illərdə MAHİ-nin elmi şöbələri əsasında aşağıdakı müstəqil elmi-tədqiqat institutları yaradılmışdır: Ümumittifaq Aviasiya Materilları İnstitutu, Ümumittifaq Hidromaşınqayırma İnstitutu, Mərkəzi Külək Energetikası İnstitutu. MAHİ-nin tərkibinə ixtisaslaşdırılmış aerodinamika, hidrodinamika, akustika, səaye aerodinamikası, helikopter, cihaz, hesablama texnikası laboratoriyaları, sınaq təsərrüfatı, möhkəmlik üzrə laboratoriyalar kompleksi, elmi informasiya bürosu, nəşriyyat şöbəsi, N. Y. Jukovskinin elmmi-xatirə muzeyi daxildir.
N.E. Jukovski adına Milli Aerokosmik Universitet - Xarkov Aviasiya İnstitutu
N.E. Jukovski adına Milli Aerokosmik Universitet və ya Xarkov Aviasiya İnstitutu (ukr. Національний аерокосмічний університет ім. М. Є. Жуковського «Харківський авіаційний інститут») - Ukraynanın aparıcı təhsil müəssisələrindən biridir, hansı ki, aviasiya və kosmik texnikanın tədqiqi və istehsalı sahəsi üzrə mütəxəssisləri hazırlayır. Xarkov Aviasiya İnstitutu 1930-cu ildə yaradılıb. Əvvəlcə onun tərkibinə iki fakültə, təyyarə və motor istehsalı fakültələri, daxil idi. İnstitutun yarandığı zaman onun cəmi 12 müəllim və 69 tələbəsi var idi. Amma institut tez inkişaf edirdi, və artıq 1932-ci ildə, XAİ-nun müəllimləri və tələbə-diplomçuları tərəfindən hazırlanmış - Avropada ilk yığılan şassisinə sahib olan - XAİ-1 sərnişin təyyarəsi havaya qalxdı. 1937-ci ilin noyabrından XAİ-da birinci raketləri layihələşdirən reaktiv qrup işləməyə başladı. 40-cı illərin başlanğıcına yaxın - institutda artıq təxminən 1000 tələbə var idi, eksperimental dizayn bürosu işləyirdi və fəal elmi araşdırmalar aparılırdı. İnstitutun ixtisaslaşması daimi genişlənirdi, yeni fakültələr açılırdı.
Nataxtari Aerodromu
Nataxtari Aerodromu (gürc. ნატახტრის აეროდრომი) və ya Nataxtari Hava Limanı (gürc. ნატახტრის აეროპორტი) (IATA: yoxdur, ICAO: UGSA) — Gürcüstanın Msxeta-Mtianeti diyarının ərazisinə daxil olan Nataxtari kəndində kiçik aerodrom. Aerodromun uçuş-enmə zolağının uzunluğu – 948 metr (0.589 mil), qalınlığı isə – 18 metr (0.011 mil). Aerodromun Gürcüstanın paytaxtı Tbilisi şəhərindən olan uzaqlığı – 31 kilometr (19 mil), Msxeta şəhərindən olan uzaqlığı – 13 kilometr (8.1 mil), Qori şəhərindən olan uzaqlığı – 62 kilometr (39 mil). Aerodrom hər uçuşda 30–50 nəfərə xidmət göstərir. Nataxtari Aerodromu Ambrolauri, Batumi, Kutaisi və Mestia şəhərlərinə uçuşlar keçirir.
Naxçıvan aeroportu
Naxçıvan Hava Limanı — Naxçıvan Muxtar Respublikasının eyni adlı şəhərinin hava limanıdır. Naxçıvan şəhərinin mərkəzindən 4 kilometr məsafədə yerləşir və ölkənin blokadada olan bu regionunun yeganə hava qapılarıdır. Naxçıvan Hava Limanı tikintisinə 1974-cü il 31 oktyabrda başlanmış və 1976-cı ildə başa çatmışdır. O vaxt 3-cü dərəcəli təyyarələri (Yak-40, An-24 və onlara oxşar) qəbul etmişdir. Ancaq Bakı şəhərinə reyslər həyata keçirilirdi. Hava limanı 1990-cı illərin ikinci yarısında inkişaf etməyə başladı: Naxçıvan Muxtar Respublikasının Ermənistan tərəfindən blokadaya alınması nəticəsində aviasiya nəqliyyat əlaqəsi üçün yeganə vasitə olmuşdur. Bu səbəbdən, 1992-ci ildə, həmin dövrdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin (parlamentin) sədri olan Heydər Əliyev Naxçıvan Hava Limanının uçuş enmə zolağının yenidən qurulması təşəbbüsünü irəli sürdü və bu iş yerli mütəxəssislər cəlb olunmaqla qısa müddət ərzində həyata keçirildi. Uçuş enmə zolağının uzadılması nəticəsində hava limanı Tu-134 tipli təyyarələri qəbul etmək imkanı əldə etdi. 1995-ci ildə Naxçıvanda Tu-134 təyyarəsinin qəzası nəticəsində 52 nəfər həyatını itirmişdir. 2002-2004-cü illər ərzində yeni təyyarə vağzalı tikildi, 2004-cü ilin aprel ayında isə Naxçıvan Hava Limanı Beynəlxalq Hava Limanı statusunu qazandı.
Orlik (aerobatika eskadronu)
Orlik Akrobatika Komandası (pol. Zespół Akrobacyjny "ORLIK") Polşa Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Uçuşlar üçün PZL-130 Orlik təyyarələri istifadə olunur. Komanda elə bu təyyarənin şərəfinə adlandırılmışdır. İlk icitmai aviaşou 15 aprel 1998 tarixində baş tutmuşdur.
Qırmızı Şeytanlar (aerobatika eskadronu)
Qırmızı Şeytanlar (ing. Red Devils) Belçika Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Əsası 1957-ci ildə qoyulmuşdur. Uçuşlar üçün SIAI-Marchetti SF.260 təyyarələri istifadə olunur. İlk komanda 1957-ci ildə yaradılmışdır. 1959-cu ildə komanda 16 təyyarədən ibarət komanda ilə çıxış edirdi. Daha sonra təhlükələr nəzərə alınaraq təyyarə sayı 5-ə endirilmişdir. 1963-cü ildə bu komanda ləğv olunmuşdur. 1965-ci ildə komanda yenidən quruldu və 1977-ci ilə qədər Avropada uçuşlar həyata keçirdi. 2011-ci ildə "Hardship Red" aerobatika komandası adını dəyişib, Qırmızı Şeytanlar adlanmağa başladı.
Qızılquş (aerobatika eskadronu)
Qızılquş (qaz. Сұңқар) — Qazaxıstan Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Uçuşlar üçün L-39 Albatros təyyarələri istifadə olunur.
Qəbələ Beynəlxalq Aeroportu
Qəbələ Beynəlxalq Hava Limanı - Azərbaycanın Qəbələ rayonunda beynəlxalq standartlara cavab verən aeroport. 17 noyabr 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən açılmışdır. Qəbələ Hava Limanın qurulmasına 2011-ci ildə başlanmış və açılışı da həmin ildə olmuşdur. Həmin ildə Qəbələ Hava Limanına beynəlxalq status verilmişdir. Hava limanının ilk beynəlxalq aviareysi 2012-ci ilin noyabr ayından etibarən yerinə yetirilməyə başlanmışdır. İlk beynəlxalq aviareys Rusiyanın Uralskiye Avialinii şirkəti Moskva-Qəbələ marşrutu üzrə yerinə yetirilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi başlanmazdan öncə Azərbaycan və Türkiyə ordularının birlikdə keçirdikləri hərbi təlimlər zamanı Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 6 ədəd F-16 qırıcı təyyarələri əvvəlcə Gəncə Beynəlxalq Hava Limanında, daha sonra isə Qəbələ aeroportunda saxlanılırdı. Həmin təyyarələr müharibə zamanı da Qəbələdə qalmağa davam etdi. Prezident İlham Əliyev xalqa müraciətində həmin təyyarələrin Azərbaycanda olmasını təsdiqləsə də, onların Qarabağdakı hərbi əməliyyatlarda iştirak etmədiyini bildirib, əgər müharibəyə hansısa üçüncü tərəfin müdaxilə edəcəyi təqdirdə F-16 təyyarələrinin Azərbaycanı qoruyacağını deyib. Hava limanının uçuş-enmə zolağının uzunluğu 3600 metr, örtüyün materialı isə asfaltdandır.
Qəbələ aeroportu

Rusiya Aerokosmik Qüvvələri
Rusiya Aerokosmik Qüvvələri (rus. Воздушно-космические силы) — Rusiya Silahlı Qüvvələrinə tabe olan xüsusi qoşun növüdür. Bu qoşunlar Rusiya Müdafiə Nazirliyinin tövsiyəsi ilə 1 avqust 2015-ci il tarixində Rusiya Hərbi Hava Qüvvələri və Rusiya Aerokosmik Müdafiə Qüvvələrinin birləşməsindən sonra yaradılmışdır. Baş qərargahı Moskva şəhərində yerləşir. Rusiya Aerokosmik Qüvvələri üç hissədən ibarətdir: Rusiya Hərbi Hava Qüvvələri Rusiya Aerokosmik Müdafiə Qüvvələri Rusiya Kosmik Qüvvələri Rusiya Silahlı Qüvvələri Rusiya Hərbi Hava Qüvvələri Viktor Bondarev Russian Aerospace Forces official site (English) Структура Вооружённых Сил Российской Федерации. Воздушно-космические силы. Задачи и главное командование. Официальный сайт Министерство обороны Российской Федерации // structure.mil.ru Автор: Дмитрий Сергеев. Воздушно-космический «зонтик»: чем займутся новые войска России.
Rəqəmsal İnkişaf, İnnovasiyalar və Aerokosmik Sənaye Nazirliyi (Qazaxıstan)
Qazaxıstan Respublikasının Rəqəmsal İnkişaf, İnnovasiyalar və Aerokosmik Sənaye Nazirliyi (qaz. Қазақстан Республикасының цифрлық даму, инновациялар және аэроғарыш өнеркәсібі министрлігі) — Qazaxıstan Respublikasının mərkəzi icra orqanı. Qazaxıstan Respublikası Prezidentinin 6 oktyabr 2016-cı il tarixli Fərmanı ilə təşkil edilmişdir. Nazir — Askar Jumaqaliyev (26 dekabr 2018–20 iyul 2020). Nazirlik müdafiə, aviasiya və elektron sənayesi, informasiya və rabitə (kiber təhlükəsizlik) sahəsində məlumat təhlükəsizliyi, səfərbərlik təlimi və səfərbərlik, dövlət maddi ehtiyatının formalaşdırılması və inkişafı sahəsində dövlət siyasətinin həyata keçirilməsindən, vahid hərbi-texniki siyasət və hərbi-texniki əməkdaşlığın həyata keçirilməsində iştirak, müdafiə sifarişinin formalaşdırılması, yerləşdirilməsi və həyata keçirilməsində liderlik. Sovet dövründə Qazaxıstan ərazisində yerləşən 50 müdafiə sənayesi müəssisəsi var idi. Qazaxıstan dəniz qüvvələri üçün əhəmiyyətli miqdarda silah və texnika istehsal etdi: torpedalar, bir sıra dəniz mənzilli raketlər, anti-torpedo texnologiyası, elektron avadanlıqlar, rəhbər sistemlər; aviasiya, radiolokasiya stansiyaları, tanklar üçün silahlanma üçün radioelektron avadanlıqlar; kiçik silahlar, raket sistemləri, raket əleyhinə sistemlərin komponentləri, raket əleyhinə müdafiə, hava hücumundan müdafiə. 17 iyun 2019-cu il tarixində Qazaxıstan Respublikası Prezidentinin Fərmanı ilə Nazirliyin müdafiə sənayesi, vahid hərbi-texniki siyasətdə iştirakı, hərbi-texniki əməkdaşlıq, formalaşması, sahəsindəki funksiyaları və səlahiyyətləri, dövlət müdafiə sifarişinin yerləşdirilməsi və həyata keçirilməsi Sənaye və İnfrastruktur İnkişaf Nazirliyinə təhvil verilmişdir. Səfərbərlik təlimi və səfərbərlik, Milli İqtisadiyyat Nazirliyinin tabeliyində olan dövlət maddi ehtiyatının formalaşdırılması və inkişafı və nazirliyin özünün qalan funksiyaları Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənaye Nazirliyinə çevrildi. Şöbənin məqsədi elektron informasiya ehtiyatlarının, informasiya sistemlərinin və informasiya-kommunikasiya infrastrukturunun xarici və daxili təhdidlərdən qorunması səviyyəsinə nail olmaq və qorumaq, qlobal rəqabət şəraitində Qazaxıstan Respublikasının davamlı inkişafını təmin etməkdir.
Sarayevo Beynəlxalq Aeroportu
Sarayevo Beynəlxalq Aeroportu (IATA: SJJ, ICAO: LQSA) — Butmir aeroportu kimi də tanınan, Bosniya və Herseqovinanın əsas beynəlxalq aeroportudur. 2014-cü ildə 709 901 sərnişin aeroportdan uçuş həyata keçirib ki, bu da 1996-cı ilə nəzərən 25 min nəfər çoxdur.
Sarmanovo Aerodromu
Sarmanovo Aerodromu (rus. Аэродром Сарманово) — Rusiya Federasiyasının subyektlərindən biri olan Tatarıstan Respublikasında yerləşən asfalt uçuş-enmə zolağı olan kiçik bir aerodrom. Aedrom Sarmanovo kəndindən 2 kilometr (1.2 mil) uzaqlıqda yerləşir. Aedrom "Altair-Aero" Aeroklubu və Tatarıstan Respublikasına aid olan "Super-İşıq Birləşmiş Aviasiya Federasiyası"nın təşkilatçılığı tərəfindən təşkil olunan, 2016 Rusiya Paraqlaydinq Kubokuna ev sahibliyi etmişdir. Yarışa 4000-5000 arası tamaşaçı gəlmişdir.

aero sözünün leksik mənası və izahı

  • 1 [yun.] Mürəkkəb sözlərin əvvəlində həmin sözlərin havaya, havada uçuşa, aviasiyaya aid olduğunu bildirir; məs.: aerologiya, aeroplan, aerostat.

    Azərbaycan dilinin izahlı lüğəti / aero

aero sözünün rus dilinə tərcüməsi

  • 1 аэро … (часть сложного слова, соответствующая по значению слову “hava” – “воздушный”)

    Azərbaycanca-rusca lüğət / aero

"aero" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#aero nədir? #aero sözünün mənası #aero nə deməkdir? #aero sözünün izahı #aero sözünün yazılışı #aero necə yazılır? #aero sözünün düzgün yazılışı #aero leksik mənası #aero sözünün sinonimi #aero sözünün yaxın mənalı sözlər #aero sözünün əks mənası #aero sözünün etimologiyası #aero sözünün orfoqrafiyası #aero rusca #aero inglisça #aero fransızca #aero sözünün istifadəsi #sözlük