AFT sözü azərbaycan dilində

AFT

Yazılış

  • AFT • 50.0000%
  • aft • 25.0000%
  • Aft • 25.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Adobe After Effects
Adobe After Effects — Adobe Systems tərəfindən yaradılmış, hərəkətli qrafikalar və vizual effektlər yaratmağa imkan verən bir proqramdır. Adobe After Effects ilə 2 və 3 ölçülü (2D və 3D) mühitlərdə animasiyalar yaradıla bilər. Dünyanın bir sıra kino və animasiya studiyaları tərəfindən istifadə olunan bir proqramdır. Video redaktə və dinamik şəkillər, resepturası inkişafı, animasiya və xüsusi effektlər üçün Adobe Systems – tərəfindən hazırlanmışdır . Bu geniş proqram, animasiya (televiziya və internet üçün) istehsalı, bədii və televiziya filmləri, eləcə də tələb edilən digər vəzifələri, bir sıra görüntüləri, (rəng korreksiyası, post-istehsaıl), reklam yaradılması, musiqi video müalicəsində istifadə olunur və digital video effektləri ilə zəngin istifadə imkanı yaradır. Bu mexanizm qısa müddət ərzində əyani məlumat saxlamaq imkanı verir və retina sensor yaddaşdan istifadə edir.
Afta
Afta – bozumtul rəngli fibrinoz-ekssudativ ərplə örtülmüş və kənardan qırmızı rəngli haşiyə ilə əhatə olunmuş oval formalı eroziya. Aftanın əmələ gəlməsi ilə müşahidə olunan stomatitlərə aftoz stomatitlər deyilir. Adətən ağrılı xroniki gedişə malik və residivləşməyə meyilli olur. Etiologiyası tam aydın deyil, lakin buna səbəb olaraq stresslərin və psixo-emosional gərginliklərin, autoimmun və yüksək həssaslıq reaksiyalarının, xroniki resdiviləşən septiko-allergik vəziyyətlərin, hamiləliyin, infeksiyaların, xüsusilə də streptokok və stafilakokların böyük rolu göstərilir.
Aftafa
Aftafa (fars. آفتابه‎) — Əsasən, misdən hazırlanan və əl-üz yumaq üçün istifadə edilən məişət əşyası. Yaxın və Orta Şərq ölkələrində geniş yayılmışdı. Afatafalar, adətən, qızlara cehiz verildiyi və məclislərdə işlədildiyi üçün zərif naxışlarla bəzədilirdi. Azərbaycanda, xüsusilə Lahıcda misgərlərinin düz əltdikləri aftafalər xarici ölkələrdə də şöhrət qazanmışdı.
Aftafa (Kövsər)
Aftabə (fars. افتابه‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Xalxal şəhristanının Səncid bölgəsinin Gəncgah kəndistanında, bölgənin mərkəzindən 15 km. qərbdə, Xalxal-Ərdəbil avtomobil yolunun 5 kilometrliyindədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 143 nəfər yaşayır (28 ailə).
Aftafa (dəqiqləşdirmə)
Aftafa — Əsasən, misdən hazırlanan və əl-üz yumaq üçün istifadə edilən məişət əşyası. Aftafa (Kövsər) — İranın Ərdəbil ostanında kənd.
Aftandil Babayev
Aftandil Qasım oğlu Babayev (1957, Marneuli) — Azərbaycan Respublikası Mərkəzi Bankın sədrinin müavini. == Həyatı və fəaliyyəti == 1957-ci ildə Gürcüstan Respublikası Marneuli rayonunda anadan olmuşdur.1978-ci ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun "Xalq Təsərrüfatının planlaşdırılması" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1978–1982-ci illərdə həmin institutun Aspirantura şöbəsində qiyabi təhsil almışdır. Əmək fəaliyyətinə 1978-ci ildə "Azkolxoz xüsusi tikinti" Trestininn plan şöbəsində iqtisadçı vəzifəsində başlamışdır. 1979–1980-ci illərdə ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. 1981-ci ildən 1983-cü ilədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində iqtisadçı, böyük iqtisadçı, maliyyə şöbəsinin rəisi vəzifələrində işləmişdir. 1983-cü ildən 1984-cü ilədək Respublika Maliyyə Nazirliyində böyük iqtisadçı vəzifəsində, 1984-cü ildən 1994-cü ilədək Dövlət Qiymət Komitəsində şöbə rəisinin müavini, şöbə rəisi, baş idarə rəisinin müavini vəzifələrində işləmişdir. 1988-ci ildə Azərbaycan KP MK yanında Marksizm-Leninizm Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. 1994-cü ildən Azərbaycan Respublikasının Milli Bankında Baş Pul-kredit siyasəti və valyutanın tənzimi idarəsi rəisinin müavini, 1995-ci ildən Pul-kredit siyasəti departamentinin direktoru, 2000-ci ilin iyul ayından isə Milli Bankın Baş direktoru vəzifəsinə təyin edilmişdir. 2001-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Republikası Milli Bankı İdarə Heyətinin üzvü seçilmişdir.
Aftandil Hacıyev
Aftandil Hacıyev Sabir oğlu (13 avqust 1981, Bakı) — Azərbaycan futbolçusudur. Azərbaycan milli futbol komandasında 22 oyun oynamışdır. Aftandil Hacıyev azərbaycanlı futbol mütəxəssisi, Azərbaycan milli komandasının sabiq müdafiəçisi, "Səbail" PFK-nın baş məşqçisidir. 7 yaşında karyerasına başlayan futbolçunun mövqeyi müdafiəçi olub. 184 sm boyunda olan baş məşqçi, müxtəlif illərdə "Şəfa", "Turan", "Neftçi", "Qarabağ", "Sumqayıt" klublarının heyətində oynayıb. == Nəaliyyətləri == Azərbaycan%20çempionu Azərbaycan çempionu: 2004/05 Azərbaycan çempionatının gümüş mükafatçısı: 2006/07 Azərbaycan çempionatının bürünc mükafatçısı: 2005/06 Azərbaycan Kubokunun qalibi: 2000/01, 2008/09 == Müsahibələri == "Bu gün maraqlı görüş alındı. Hər iki komanda meydanda mübarizə apardı və məğlub olmaq istəmirdi". Bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının XVI turunda evdə "Sabah"ı 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib. 40 yaşlı mütəxəssis bildirib ki, ağır qrafiqdən sonra qələbə qazanmaq istəyiblər: "Bu gün futbolçular bütün tapşırıqları dəqiq yerinə yetirməyə çalışdılar. Çox diqqətli oynadıq.
Aftandil İsrafilov
Aftandil Eynulla oğlu İsrafilov (24 yanvar 1941, Bakı – 29 aprel 2023, Bakı) — qarmon ifaçısı, Azərbaycan Respublikasının xalq artisti (1998). Dağıstan Respublikasının xalq artisti (2008) == Həyatı == Aftandil İsrafilov 1941-ci ilin yanvarın 24-də Bakıda anadan olub. O, 1961-ci ildə Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) mülki tikinti fakültəsinə qəbul olmuşdur. Qarmona olan marağına görə təhsilini yarımçıq qoyaraq həyatını musiqiyə həsr edib. A. İsrafilov "Azkonsert"in tərkibində ansambl yaradaraq bədii rəhbərliyini həyata keçirir. Aftandil İsrafilov 1970-ci ildə Zeynəb Xanlarova ilə birgə Türkiyədə qastrol səfərindən sonra onun ansamblının tərkibində dünyanın dörd bir yanında Azərbaycan musiqisinin təbliği ilə bağlı silsilə konsertlərdə çıxış edir. Aftandil İsrafilov dinləyicilərin qəlbində silinməz izlər buraxmış "Zemfira", "Kəmalə", "Nazilə", "Aynurə", "Jalə", "Basqalı" kimi 100-ə qədər musiqi havasının müəllifidir. Aftandil İsrafilov Azərbaycan ifaçılıq məktəbinin inkişafındakı müstəsna xidmətlərinə görə 1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına, 2016-cı ildə "Şöhrət" ordeninə layiq görülmüşdür. O, 2003-cü ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi. 2 dekabr 2022-ci il tarixində reanimasiya yerləşdirilib.
Aftandil Ələkbərzadə
Aftandil Ələkbərzadə (azərb. Ələkbərzadə Aftandil Vaqif oğlu; rus. Алекберзаде Афтандил Вагиф оглы; d. 2 sentyabr, 1970. Bərdə, Azərbaycan SSR, SSRİ) — Tibb elmləri doktoru. İvan Mixayloviç Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin tibbi‑profilaktika fakültəsinin cərrahiyyə kafedrasının professoru. == Həyatı == Ələkbərzadə Aftandil Vaqif oğlu 1970-ci il sentyabrın 2-də Azərbaycan Respublikasının Bərdə şəhərində anadan olub. 1993-cü ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) müalicə-profilaktika fakültəsini “müalicə işi” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1993-1995-ci illərdə M.A.Topçubaşov adına Elmi-Tədqiqat Klinik və Eksperimental Cərrahiyyə İnstitutunda “cərrahiyyə” ixtisası üzrə kliniki ordinatura keçib. Aftandil Ələkbərzadə 1996-1999-cu illərdə M.A.Topçubaşov adına Respublika Elmi-Cərrahiyyə Mərkəzində “cərrahiyyə” ixtisası üzrə aspiranturada təhsil alıb.
After School
After School — amerikalı müğənni-bəstəkar Melani Martinesin dördüncü mini-albomu. 25 sentyabr 2020-ci ildə Atlantic tərəfindən buraxılıb. Martines, mini-albomun "daha şəxsi və Cry Baby obrazının kənarında" olduğunu bildirib. == Fon == Martines 2019-cu ilin sentyabrında V jurnalına verdiyi müsahibədə əvvəlki albomu K-12-yə uyğun mahnılar buraxacağını, lakin mahnıların "daha şəxsi və daha həssas" olacağını dedi. O, 7 yanvar 2020-ci ildə Instagram hekayələri vasitəsilə K-12 dövrünə aid olan After School adlı mini-albom buraxacağını açıqladı. Mini-albomun ilkin olaraq 2020-ci ilin yazında buraxılması planlaşdırılırdı. Martines həmçinin daha əvvəl iki film çəkəcəyini və hər ikisinin albomlarla müşayiət olunacağını demişdi.Martines 9 fevral 2020-ci ildə Instagram hekayəsi vasitəsilə mini-albomum yazda çıxacağını bildirdi, lakin o, sonra bunu sentyabrın 25-nə təxirə saldı. Ertəsi gün, fevralın 10-da o, amerikalı reper və bəstəkar Tierra Whack ilə birlikdə ifa etdiyi "Copy Cat" adlı sinqlı buraxdı. Mahnının əvvəlcə mini-albomda yer alacağı planlaşdırılırdı, lakin Martines mini-albomda 8 mahnının çox olacağını düşündüyü üçün mahnını mini-alboma daxil etmədi. Martines 15 sentyabr 2020-ci ildə Instagram-da bir yuvada iki yumurta olan şəkil yerləşdirdi.
Afterburner
Afterburner (əlavə yanma), xüsusən də uçuş və qalxma zamanı reaktiv təyyarələrdə sürətlənməni artırmaq və ya səs sürətini aşmaq üçün istifadə olunan bir hərəkət sistemidir. İşləmə prinsipi olaraq reaktiv enjektorlar turbojet ağızına yanacaq vurur. Ağızdan (nozzle) gələn isti hava axını və yanmamış qazlar ilə alovlanır və beləliklə ramjet mühərriklərinə bənzər bir impuls yaradır. Turbojet mühərriklərində istifadə olunan xüsusiyyət bir ramjetin iş prinsipinə bənzəyir. Afterburnerlər ilə işləyən bir təyyarə, reaktiv ağızlardan çıxan alov sütunları ilə müəyyən edilir. Mülki aviasiyada Concorde bu sistemlə havaya qalxır. Normal uçuşundan 4 qat daha çox yanacaq sərfiyyatına səbəb olur. Lockheed Martin F-22 Raptor afterburnerlərindən istifadə edərək 20 dəqiqə ərzində 20 ton yanacağını qurtara bilər. Saatda 800 mil (1280 km) sürətə çata bilər. Köhnə bir texnologiyadır, bu gün reaktiv qırıcılar daha kiçik afterburnerlər ilə təchiz edilmiş, bütün mühərrik turbinlərdən ibarət olarkən (F-18), köhnə F-14 Tomcat kimi modellərdə mühərrikinin 60 faizi afterburnerlərdən təşkil olunmuşdur.
Aftermath Entertainment
Aftermath Entertainment Amerikada yerləşən musiqi şirkətidir. 1996-cı ildə Interscope Records dəstəyi ilə Dr. Dre tərəfindən qurulmuşdur. == Sənətçilər == == Köhnə sənətçilər == == Prodüserlər == Dr. Dre Mel-Man Mark Batson Dawaun Parker DJ Khalil Trevor Lawrence Jr. Che Vicious == Köhnə prodüserlər == Bud'da Focus... Mike Elizondo The Glove == Diskoqrafiya == == Həmçinin bax == Dr.
Afterşok
Afterşok (ing. aftershock) — əsas seysmik zərbə ilə müqayisədə intensivliyi daha kiçik olan təkrar seysmik təkanlar.. Güclü zəlzələlər həmişə çoxsaylı afterşoklar ilə müşayiət olunur. Onların sayı və intensivliyinin zaman keçdikcə azalmasına baxmayaraq, bu, aylarla davam edə bilər. Əsas təkandan sonrakı ilk saatda güclü afterşokların baş verməsi ehtimalı daha çoxdur. Çoxlu hallar məlumdur ki, əsas təkandan sonra zədələnən binalar məhz afterşoklar nəticəsində dağılıb. Afterşoklar xilasetmə işləri zamanı da təhlükə yaradır.
Aftonbladet
"Aftonbladet" (isv. Aftonbladet; mənası – "Axşam qəzeti") — İsveç tabloid qəzeti. İndiki dövrdə Skandinaviyadakı ən böyük gündəlik qəzetdir və Skandinav ölkələrinin ən böyük qəzetlərindən biridir. == Tirajı == 1998-ci ildə "Aftonbladet" həftə içi 397,000 nüsxə, bazar günləri isə 502.000 nüsxə tirajla çıxmışdır. 2001-ci ildə qəzetin tirajı 402,000 nüsxə idi. 2004-cü ildə 422,000 nüsxə tirajla qəzet İsveçdə və digər Şimali Avropa ölkələrində ən çox satılan çap nəşri olmuşdur.2006-cı ildə qəzetin gündəlik 1,425,000 oxucusu var idi, bu da İsveç əhalisinin təxminən 15%-ni təşkil edir. 2014-cü ildə tirajı 154,900 nüsxə idi. 2010-cu ildə tirajı 310,900 nüsxə, 2014-cü ildə isə 154,900 nüsxə olmuşdur. == İnternetdə nəşrlər == "Aftonbladet" internetdə olduqca erkən dövrdə dərc olunmağa başlamışdır. İlk dəfə 25 avqust 1994-cü ildə internetdə məqalə dərc etmişdilər.
Alber Aftalon
Alber Aftalon (fr. Albert Aftalion; 21 oktyabr 1874, Ruse – 6 dekabr 1956, Cenevrə) — əslən Bolqarıstandan olan fransız iqtisadçı, Paris Universitetinin professoru, 1909-cu ildə ilk dəfə makroiqtisadiyyatda akselerator terminini yaratmışdır. == Bioqrafiyası == 21 oktyabr 1874-cü ildə Bolqarıstanın Ruse şəhərində Sephard mənşəli bir Yəhudi ailəsində anadan olub. Ailə 1876-cı ildə Fransaya, Nensiyə köçdü. 1898-ci ildə Paris Universitetində hüquq doktoru və 1899-cu ildə iqtisadiyyat doktoru dərəcəsini almışdır. 1900–1922-ci illərdə Lill Universitetində, 1922–1934-cü illərdə Paris Universitetinin Statistika kafedrasında professor və 1934–1940-cı illərdə Paris Universitetində Siyasi İqtisadiyyat kafedrasının professoru kimi dərs demişdir. 1940–1944-cü illərdə Yəhudi statusuna görə universitetdəki işindən müvəqqəti təxirə salındı ​​və bu dəfə Tuluzada keçirmişdir. Sorbonna bərpa edildikdən sonra və 1944–1950-ci illərdə 1950-ci ildə təqaüdə çıxana qədər çalışmışdır. 1950–1951 — Fransa İqtisadi Elmlər Birliyinin ilk prezidenti olmuşdur. == Elmə töhfələri == 1909-cu ilin fevral-aprel ayları arasında Siyasi iqtisadiyyat jurnalında (fr.
Calm After The Storm
Calm After The Storm (azərb. Fırtınadan Sonrakı Səssizlik‎) — Niderlandın 2014 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Cigarettes After Sex
Cigarettes After Sex — 2008-ci ildə Qreq Qonzales tərəfindən Texas ştatının El Paso şəhərində yaradılmış amerikan drim-pop qrupu. Qrup efirli, limerent və tez-tez yuxuya bənzəyən musiqi üslubu, tez-tez romantika və sevgi mövzularına əsaslanan sözlər, həmçinin Qonzalesin "androgin" kimi təsvir edilən səsi ilə tanınır. Ambient pop qrupu kimi bilinsə də, Cigarettes After Sex həm də şouqeyz, slowcore və indi-rok hesab olunur.
Day After Day
Day After Day (azərb. Günbəgün‎) — 2008 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən Elnur Hüseynov və Samir Cavadzadənin ifa etdikləri mahnı. Mahnının sözləri Zəhra Bədəlbəylinin, musiqisi isə Gövhər Həsənzadənindir. "Day After Day" mahnısı fevralın 2-də Azərbaycanın Avroviziya təmsilçisinin seçilməsi üçün təşkil olunan "Odlar Yurdu" adlanan konsert proqramında ifa olundu. Mahnıda şər və xeyir qüvvənin mübarizəsi və bu mübarizədə xeyir qüvvənin şər qüvvə üzərində qələbə qazanması əks olunur. Bu mahnı ilə Azərbaycan Avroviziyada debüt etdi. Yarımfinal mərhələsində Elnurla Samir yeddinci nömrə altında bu mahnını ifa etdilər və 19 mahnl arasında 66 xalla 6-cı yeri tutaraq finala yüksəldi. Finalda bu mahnı 20-ci nömrədə ifa olundu və yekunda finalda yarışan 25 mahnı arasında 132 xalla 8-ci oldu.
Good! Afternoon
good! Afternoon (good! アフタヌーン, Guddo! Afutanūn) — Kodansha nəşriyyatı tərəfindən nəşr olunan aylıq seynen manqası antologiyası. 7 noyabr 2008-ci ildə təsis edilmişdir. Aylıq manqa jurnalına 2012-ci ilin sonunda çıxmış 25-ci sayda çevrilmişdir. Hər buraxılışı müxtəlif manqakaların müəllifi olduğu 25 hekayəni əhatə edir və 800 səhifədən ibarət olur. Hər buraxılışının qiyməti 680 yen təşkil edir. Kodansha nəşriyyatının digər uğurlu manqa jurnalı olan "Monthly Afternoon" jurnalının bacı jurnalı hesab olunur. == Manqa və manqakalar == Tsutomu Takahaşi Jiraishin Diablo Hiroaki Vakamiya Loveplus Kanojo no Kakao Asuka Katsura (rəsm) & İsuna Hasekura (hekayə) Billionaire Girl GoRA & Minato SAKI K: Stray Dog Story Motoy Yoşida Natsu no Zenjitsu Masayuki İşikava Junketsu no Maria Junketsu no Maria Exhibition Moare Oota Teppu Mohiro Kito Nani ka mochigatte masu ka İsaki Uta Sayabito Saburota Jūō Mujin no Fafnir Tsunina Miura Ajin: Demi-Human Qido Amaqakure Amaama to Inazuma Çiyomaru Şikura Occultic;Nine == İstinadlar == == Xarici keçidlər == kc.kodansha.co.jp/magazine/index.php/13872 — Good!
Monthly Afternoon
Monthly Afternoon (月刊アフタヌーン, Gekkan Afutanūn) — Yaponiyanın Kodansha nəşriyyatı tərəfindən nəşr olunan aylıq seynen manqası antologiyası. "Monthly Aftenoon" Kodanshanın Afternoon xətti jurnallarından biridir. İlk sayı 1986-cı ilin 25 yanvarında çapdan çıxmışdır. Hər say 800 səhifədən ibarət olur və müxtəlif manqakaların əlindən çıxmış 30 manqa seriyasına yer verilir. "Monthly Afternoon" "Oh My Goddess!", "Genshiken", "Blade of the Immortal" və "Big Windup!" kimi tanınmış seynen manqası jurnallarından biridir. Jurnal Kodansha-nın "1day" seriyasının parçasıdır, seriyaya "Morning" və "Evening" jurnalları da aiddir. 2008-ci ilin oktyabrında nəşr olunmuş sayında "good! Afternoon" jurnalının təsis olunduğu bildirilmişdir.2010-cu ildə jurnal 102.834 tirajla satılsa da, 2015-ci ildə bu rəqəm 75.310-a enmişdir.
The Day After Tomorrow
Birisigün (ing. The Day After Tomorrow) — 2004-cü il ABŞ istehsalı elmi fantastika, fəlakət filmi. Film qlobal istiləşmə və onun yarada biləcəyi problemlərdən bəhs edir. Baş rollarında Dennis Kueyd, Ceyk Cilenhol, Sela Vord, Emmi Rossum və İen Holm çəkilmişlər.
Antioxiyalı Aftoni
Antioxiyalı Aftoni (lat. Aphtonius, q.yun. Ἀφθόνιος Ἀντιοχεὺς ὁ Σύρος; III əsr, Antioxiya – IV əsr) — qədim yunan sofisti və ritoru. == Həyatı == Antioxiyalı Aftoninin həyatı haqqında çox məlumat məlum deyil. O, III əsrdə Antioxiyada anadan olmuşdur. Aftoni Libaninin dostu və həmkarı idi. Onun Onun uzun illər "Προγυμνάσματα" (lat. praeexercitamina) əsəri ritorikanın tədrisi üçün əsas götürülmüşdür.Aftoninin əsəri ilk dəfə 1508-ci ildə Vyanada Aldus Manuççi tərəfindən "Collectio rhetorum graecorum"da nəşr edilmişdir. Valsın "Rhetores graeci" kolleksiyasında əsərə düzəliş edilmiş və sonra bir neçə dəfə təkrar nəşr edilmişdir. XIX əsrin sonundan XX əsrin əvvəllərinə qədər ən yaxşı nəşrlərindən biri 1839-cu ildə Leypsiq şəhərində çıxmış Petsqold nəşri idi .

"aft" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#aft nədir? #aft sözünün mənası #aft nə deməkdir? #aft sözünün izahı #aft sözünün yazılışı #aft necə yazılır? #aft sözünün düzgün yazılışı #aft leksik mənası #aft sözünün sinonimi #aft sözünün yaxın mənalı sözlər #aft sözünün əks mənası #aft sözünün etimologiyası #aft sözünün orfoqrafiyası #aft rusca #aft inglisça #aft fransızca #aft sözünün istifadəsi #sözlük