Afat sözü azərbaycan dilində

Afat

Yazılış

  • Afat • 74.6667%
  • afat • 25.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Afat Qurbanov
Afad Qurbanov (azərb. Afad Məhəmməd oğlu Qurbanov‎; 10 yanvar 1929, Cücəkənd – 26 sentyabr 2009, Bakı) — Azərbaycanın görkəmli dilçi-alimi, türkoloq, elm və təhsil təşkilatçısı, ictimai-siyasi xadimi, Azərbaycan dilçilik elmində elmi məktəb yaratmış alim, Azərbaycan Əlifba Komissiyasının sədri (1990) və hazırkı Latın qrafikalı Azərbaycan əlifbasısının müəllifi, Azərbaycan SSR-i Natiqlik Cəmiyyətinin sədri (1980), SSRİ Pedaqoji Elmlər Akademiyasının akademiki (1989), Azərbaycan SSR-i Elmlər Akademiyasının üzvü (1983), Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor (1970), Əməkdar elm xadimi (1981), Azərbaycan SSR dövlət mükafatı (1991). == Həyatı == Afad Qurbanov 1929-cu ildə yanvarın 10-da Borçalının Qızıl Şəfəq kəndində (indi Ermənistan Respublikasının Kalinino rayonu) anadan olmuşdur. Uşaqlığı, ilk təhsil illəri də sazlı-sözlü Borçalı elində keçib. O, ilk illər Borçalıda məktəb direktoru vəzifəsində çalışıb. 1950-ci illərdən etibarən isə Azərbaycan Dövlət Pedaqoji Universitetində Filologiya fakültəsinin dekan müavini, dekanı, Azərbaycan dilçiliyi kafedrasının müdiri vəzifəsində çalışıb. 1981–1989-cu illərdə APİ-nin rektoru olub. 1990–1994-cü illərdə isə Milli Məclisin üzvü olmuş A. Qurbanov əlifba islahatının təşkilatçılarındandır. XX əsrin 90-cı illərində ölkəmizdə əlifba islahatının aparılmasında Afad Qurbanovun Azərbaycan Əlifba Komissiyasının sədri və latın qrafikası əsasında hazırlanmış və bügün istifadə etdiyimiz Azərbaycanın latın qrafikalı əlifbasının müəllifi kimi böyük xidmətləri olmuşdur. O dövrdə latın qrafikalı yeni müstəqil əlifbaya keçməyin zəruriliyini elmi faktlarla əsaslandıran ilk alim məhz Afad Qurbanov olmuşdur.
Afatli
Əfətli — Azərbaycan Respublikasının Ağdam rayonunun Əfətli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Ağdam şəhərindən 15 km uzaqdır. Məmmədbağırlı kəndinin yaxınlığında yerləşir. Əfətli kəndi cəbhə bölgəsinə yaxın olduğu üçün Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındadır. Ermənistan Silahlı Qüvvələri tez-tez fasilələrlə işğal olunmuş ərazilərdən atəşkəs rejimini pozur. Bütün hallarda düşmən cavab atəşilə susdurulur. == Toponomik izahı == XIX əsrin əvvəllərinə aid məlumatda Əfətli 9 ailədən ibarət kiçik bir el idi. Həmin əsrin sonlarına aid məlumatda Mirzə Cəfərli Əfətli kimidir. XX əsrin əvvəllərində bu maldar el məskunlaşdıqda yaranmış Əfətli adlı üç kənd ilə Əfətli-Böyükbəy, Əfətli-Müqəddəmbəy və Əfətli-Əgri-Yataq yaranmışdır. Gürcüstanda Abatxevi (Axalsix r-nunda kənd adı), XIX əsrdə Cənubi Qafqazda Avat (kənd adı) və Avat (Xarabalıq) adları ilə mənşəcə eynidir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.28 dəfə / 1 mln.
2003 •••••••••••• 0.79
2004 ••••• 0.34
2005 •••••••••••••••••••• 1.35
2006 •••••••••••••• 0.90
2007 ••••••• 0.42
2009 •••••••• 0.48
2010 ••• 0.18
2011 ••• 0.17
2012 •••••••• 0.52
2013 ••• 0.15
2016 ••• 0.17
2018 ••••••• 0.45
2019 ••••• 0.28
2020 •• 0.13

afat sözünün leksik mənası və izahı

  • 1 is. [ər. “afət” söz. cəmi] bax afət 1-ci mənada. [Nəsib:] Mat-məəttəl qalmışam ki, bu nə bəladı, nəzərdi, gözdü, afatdı … nədi, bilmirəm! Mir Cəlal. □ Afat vurmaq – təbii fəlakətə uğramaq, dolu vurmaq və s. Afat aparsın səni, afat aparmış – qarğış.

    Azərbaycan dilinin izahlı lüğəti / afat

afat sözünün rus dilinə tərcüməsi

afat sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər. «afət» söz. cəmi] сущ. кил. afət 1); ** afat vurmaq афатди ягъун, афатдал акьалтун, афатдал фин, сед хьун, гуч хьун, завал акьалтун, аллагьди (тӀебиатди) бала гун, хару ягъун (гатун) ва мсб.

    Azərbaycanca-ləzgicə lüğəti / afat

afat sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dastanlarının leksikası

Bax: afət.

Azərbaycan dastanlarının leksikası

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Şəki) dəcəl, nadinc; diribaş. – Mə:m oğlum çox afatdı; – Afatın biridi, Mamay Mə:mmət, yaxşı tani:rəm II (Qazax) tufan, çovğun Afatı alınmax (Çənbərək) – gücdən, qüvvədən düşmək, zəifləmək. – Afadım alnıf də:n, adı: işdiyəmmirəm

Azərbaycan dilinin dialektoloji lüğəti.

Azərbaycan kişi adlarının izahlı lüğəti

gözəllər; bədbəxtlik, fəlakət; müsibətlər.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"afat" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#afat nədir? #afat sözünün mənası #afat nə deməkdir? #afat sözünün izahı #afat sözünün yazılışı #afat necə yazılır? #afat sözünün düzgün yazılışı #afat leksik mənası #afat sözünün sinonimi #afat sözünün yaxın mənalı sözlər #afat sözünün əks mənası #afat sözünün etimologiyası #afat sözünün orfoqrafiyası #afat rusca #afat inglisça #afat fransızca #afat sözünün istifadəsi #sözlük