Altu sözü azərbaycan dilində

Altu

Yazılış

  • Altu • 42.8571%
  • altu • 28.5714%
  • ALTU • 28.5714%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Altun Dəmirli
Altun Fərman oğlu Dəmirli (1 sentyabr 1997, Şəmkir rayonu – 2 aprel 2016, Tərtər) — Azərbaycan Ordusunun əsgəri, 2020-ci ilin 2-4 aprelində Dağlıq Qarabağ istiqamətində olan döyüşlərdə dünyasını dəyişmişdir. == Həyatı == Altun Dəmirli 1997-ci il sentyabrın 1-də Şəmkir rayonunun Düyərli qəsəbəsində anadan olub. O, subay idi. == Hərbi xidməti == Altun Dəmirli Azərbaycan Silahlı Qüvvələrinin əsgəri idi. O, 2016-c ilin 2-4 aprelində Dağlıq Qarabağ istiqamətində olan şiddətli döyüşlər zamanı dünyasını dəyişib.Aprelin 14-də Altun Dəmirli, doğulduğu Şəmkir rayonunun Düyərli qəsəbəsində dəfn olundu. Onunla vida mərasiminə Şəmkir RİH nümayəndələri, Azərbaycan Ordusunun zabitləri qatıldı. == Təltifləri == “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı (2016) — Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə görə.
Altun Kitab
"Altun Kitab" — Azərbaycanda nəşriyyat. "Altun kitab" nəşrlər evi 2004-cü ildən uşaq və tədris ədəbiyyatı sahəsində fəaliyyət göstərir. Nəşriyyatın bir sıra kitabları ("Azərbaycan musiqi alətləri", "Qabusnamə") yerli və beynəlxalq sərgilərdə xüsusi diplomlara layiq görülmüşdür.
Altun Məmmədov
Altun Nüsrət oğlu Məmmədov (21 avqust 1999, Gəncə – 4 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Altun Məmmədov 1999-cu il avqustun 21-də Gəncə şəhərində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Altun Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Altun Məmmədov oktyabrın 4-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Altun Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Altun Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Altun Tamqan Tarkan
Altun Tamqan Tarkan (d. ? – ö. 724) — İkinci Göytürk imperiyası dövründə yaşamış Göytürk bəyi və İltəriş xaqanla Qapağan xaqanın kiçik qardaşı, şərq torpaqlarının şadı İl Etmiş Yabqunun oğlu. == Haqqında == Altun Tamqan Tarkan İltəriş xaqan və Qapağan xaqanın kiçik qardaşı İl Etmiş Yabqunun oğludur. İl Etmiş Yabqu İkinci Göytürk Xaqanlığının şərq hissəsinin şadı olmuşdur. O, bu vəzifədə 687-ci ildən 716-cı ilə qədər qalmışdır. 716-cı ildə Kültigin tərəfindən İnal xaqanı dəstəklədiyi üçün öldürülmüşdür. Altun Tamqan Tarkanın həyatı ilə əlaqəli məlumatlar yox deyiləcək qədər azdır. Özü ilə əlaqəli məlumatlara ölümündən sonra şərəfinə ucaldılmış Altun Tamqan Tarkan abidəsindən çatmaq mümkündür.
Altun Tamqan Tarkan abidəsi
Altun Tamqan Tarkan abidəsi, İhe Aşete abidəsi və ya Höl Asgat abidəsi — 1891-ci ilin avqust ayında rus elm adamı N.P.Levin tərəfindən tapılmışdır. Abidə Nikolay Yadrintsev, Vasili Radlov, Hüseyn Namiq Orkun və s. elm adamı tərəfindən araşdırılmışdır.Altun Tamqan Tarkan abidəsi Monqolustanın Bulqan bölgəsinin Mogod rayonunda, Tülee Uul dağının qərbində qalan Asgatan Höndiydəki Asgat vadisində yerləşir. Altun Tamqan Tarkan abidəsi Koşo Saydam gölü regionunda olan Orxon abidələrindən təxminən 53 km şimal-şərqdədir. == Abidə == Abidə 4 tərəfi də daş divardan ibarət iki məzardan ibarətdir. birinci daş məzarın 3 divarı qalmış, 1 divarı isə dağılmışdır. Rəsmlərlə bəzədilmiş olan yerin kənarında olan sətirlərin ortasında 1 quş rəsmi vardır. Abidənin önündə 1 relyef vardır. Relyefdə uzun başlıqları olan və əllərində qədəh tutan 3 kişi heykəli qoyulmuşdur. Sağ üst tərəfdə və onun altında Orxon abidələrində də olan dağ keçisi damğası mövcuddur.
Altun Yaruk abidəsi
"Altun Yaruk" (Qızıl isığı) — abidə qədim uyğur ədəbi dili ənənəsini davam etdirən ən iri həcmli buddist uyğur yazılı abidədir. 1908-1913-cü illərdə alman və rus ekspedisiyaları zamanı Çində - Şərqi Türkistanda hissə-hissə tapılıb. Əsər X əsrdə uyğurların mərkəzi Beşbalıkda Sinqu-Seli Tudun tərəfindən çin dilindən tərcümə edilib. Son əlyazmasi XVIII əsrə aiddir və əsər iki hissədən ibarətdir.
Altun kitab (nəşriyyat)
"Altun Kitab" — Azərbaycanda nəşriyyat. "Altun kitab" nəşrlər evi 2004-cü ildən uşaq və tədris ədəbiyyatı sahəsində fəaliyyət göstərir. Nəşriyyatın bir sıra kitabları ("Azərbaycan musiqi alətləri", "Qabusnamə") yerli və beynəlxalq sərgilərdə xüsusi diplomlara layiq görülmüşdür.
Altun Əsr bazarı
Altun Əsr bazarı (türkm. Altyn Asyr bazary) — ölçülərinə görə Aşqabadın və Türkmənistanın ən böyük, Mərkəzi Asiyanın 5-ci bazarı. Aşqabadın Çoğanlı yaşayış massivində yerləşir. Ahal vilayəti xalça gölü formasında 154 ha ərazidə inşa edilib. Bazarın mərkəzində hündür saatlı qülləsi yerləşir. Bazar ərazisində 2155 dükan var. Əvvəllər onun yerində Aşqabadın "Bit bazarı" yerləşirdi.
Altunhisar
Altunhisar (türk. Altunhisar) — Niğdə ilinin ilçəsi.
Altunizadə (İstanbul metropoliteni)
Altunizadə metrostansiyası (türk. Altunizade metro istasyonu) — İstanbul metropoliteninin M5 xəttində yerləşən bir metrostansiyasıdır. Stansiya Üsküdarın Altunizadə məhəlləsində Altunizadə qovşağında yerləşir. Stansiya 15 dekabr 2017-ci ildə açıldı. Stansiya hissəsi və piyada tunelləri qazma tunel sistemi və turniket zonası və açma sistemi ilə metrobus bağlantısı zonası ilə qurulur.Altunizadə stansiyasında 7 çıxış var. Platforma və turniket döşəməsi arasında 2, küçə ilə turniket döşəməsi arasında 7 olmaqla 9 lift, 27 eskalator yer alır. Metrobus Altunizade stansiyası ilə əlaqəli 2 çıxışı var.Stansiyaya 9, 9A, 9Ç, 9Ş, 9T, 9Ü, 9ÜD, 11, 11A, 11BE, 11C, 11D, 11E, 11EK, 11G, 11K, 11L, 11M, 11N, 11P, 11SA, 11ST, 11ÜS, 11V, 11Y, 12ÜS, 13, 13B, 13TD, 14, 14D, 14F, 14FD, 14K, 14M, 14R, 14Y, 14YK, 15F, 125, 129T, 139, 139A, 320, D1, MR9 nömrəli avtobuslar vasitəsilə gəlmək mümkündür. Bununla yanaşı, Üsküdar-Aləmdağ, Üsküdar-Tavukçuyolu pr.-Aləmdağ, Üsküdar-Əsədpaşa mikroavtobusları ilə də buraya gəlmək mümkündür.
Altunizadə məscidi
Altunizade məscidi (türk. Altunizade Camii) və ya İsmayıl Zühtü Paşa məscidi (türk. İsmail Zühtü Paşa Camii) — Türkiyənin İstanbul şəhərində yerləşən 19-cu əsrə aid Osmanlı məscidi. Məscid İstanbulun Üsküdar ilçəsinin Altunizadə məhəlləsində yerləşir. Məscid, həyətində dəfn olunmuş Altunizadə İsmayıl Zühtü Paşa (1806–1887) tərəfindən sifariş edilmişdir. Tikili 1865-ci ildə inşa edilmişdir. Məscidin, İstanbulun Anadolu hissəsində Osmanlı üslubunda tikilmiş məscidlərinin son nümunəsi olduğu düşünülür Məscid əvvəllər sosial kompleksin, külliyyənin bir hisəsi olmuşdur, lakin bu kompleksə aid yalnız bəzi dükanlar günümüzə qədər gəlib çatmışdır. Məscid bu gün də yaxşı vəziyyətdədir. == Memarlıq == Məscid ən azından böyük pəncərələri ilə tanına bilən Barokko-intibah üslubunda dizayn edilmişdir. Bu üslubda inşa edilən məscidlər son Osmanlı imperiyası dövrünün nümunələridir.
Altunqabaq
Azərbaycanda o cümlədən Naxçıvan ərazisində geniş yayılmış oyunlardan biri. Əsasən gənc oğlanlar oynanayrdılar. Orta əsrlərdə və XX əsrdin əvvəllərində qədər Azərbaycanın bütün bölgələrində oynanılan at üstü oyunlarardan biri. Bu zaman yaxşı at çapan kişilər meydanın ortasında sütuna bərkidilmiş qızıl və ya gümüş xəlqəni oxla vurmalı idilər. Bu zaman atlar üzərində sürətlə həlqənin müəyyən məsafəsindən keçərək nişan alaraq atardılar. Keçən əsrin əvvəllərinə qədər qorunub saxlanılmış oyunda Yay və oxun yerini odlu silahlar almışdır. Bu zaman isə əsasən mis qəpik qoyardılar. == Ədəbiyyat == Elçin Aslanov. El-oba oyunu xalq tamaşası. Bakı, İşıq, 1984, 275 s.
Altunsaç (roman)
Altunsaç (alm. Das Mädchen vom Goldenen Horn‎; azərb. Qızıl buynuzdan olan qız‎) — Qurban Səid təxəllüsü ilə yazılmış 2-ci əsər. Yusif Vəzir Çəmənzəminli Azərbaycan Yazıçılar İttifaqından çıxarılmazdan 3–4 ay əvvəl yazdığı "Altunsaç" adlı kinossenarisini də Azərfilmə vermişdi. Geniş mütəxəssis müşavirəsində oxunub bəyənilməsinə baxmayaraq "Azərfilm"in direktoru Merkel son mərhələdə Yusif Vəzirə müraciət edərək demişdi: "Studentlər" romanınız tənqid edildiyi üçün sizinlə müqavilə bağlaya bilməyəcəyəm. == Məzmun == Adı Avropada XX yüzilin 100 ən çox oxunan yazarları siyahısına düşmüş Azərbaycanın emiqrant yazıçısı Qurban Səidin "Altunsaç" romanının süjeti həyata Şərq-Qərb baxışının toqquşmaları və ziddiyyətləri üzərində qurulmuşdur. Tarixi qaynaq və məlumatlarla zəngin olan bu romanı müəllif özünəməxsus bir üslubla alman dilində yazmışdır. == Nəşr və tərcümə == Əsər ilk dəfə 1938-ci ildə Zinnen nəşriyyatı tərəfindən Vyanada nəşr olunub.Roman Çərkəz Qurbanlı tərəfindən alman dilindən Azərbaycan dilinə tərcümə olunub, 2018-ci ildə Bakıda Bakı Kitab Klubunda 272 səhifədə, 100 tirajla çap edilib. == İstinadlar == == Həmçinin bax == Əli və Nino == Xarici keçidlər == Bakı Kitab Klubu. "Altunsaç (roman)" ( (az.)).
Altuntaxt
Altuntaxt — Babək rayonu ərazisindəki Qaraquş dağının şərq yamacında, şimal-qərb istiqamətində uzunluğu 500–600 m, eni 150–200 m оlan düzənlik sahə də təbii abidə. Cənubdan Bağırsaq dərə, şimaldan Buğa çeşmə dərəsi, şərqdən Lizbirt dərəsi ilə əhatə оlunur. Buradan cənubda Çalxan Qala, şərqdə Sala xanqaya, Qazan yaylağı, şimalda Yeddi bulaq, Halla-Halla, Xan yurdu və s. sahələr "əl içi" kimi görünür. Arxa tərəfdən Qaraquş dağı (2600 m) ilə, üç tərəfdən dik yamaclarla əhatələnən bu yer ətrafa nəzarət etmək imkanı verir. Qərbi Azərbaycanda (indiki Ermənistan), Göyçə gölünün qərb hissəsindəki Göyəm dağlıq sahədə də Altuntaxt adlı iki qədim kənd оlmuşdur. Burada Altuntaxt adlı dağın da оlduğu məlumdur. "Kitabi-Dədə Qоrqud"da Altuntaxtın adı оğuzların əsas yaşayış mərkəzlərindən biri kimi çəkilir. == Mənbə == "Naxçıvan abidələri ensiklopediyası", Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 22.
Altuntəpə
Altuntəpə ― Türkmənistanın cənubunda Miana kəndi yaxınlığında Eneolit və Tunc dövrlərinə aid arxeoloji abidə.1965–1975-ci illərdə V.M.Massonun rəhbərlik etdiyi ekspedisiya Altuntəpəni tətqiq etmişdir. Aşağı təbəqələrdən e.ə. V–IV minilliklərdə yaşamış oturaq əkinçi maldarlara aid yaşayış məskəninin qalıqları; möhrəpalçıq evlər, naxışlı keramika məmulatı, gildən düzəldilmiş insan və heyvan fiqurları, daş qablar, mis məmulat və s. aşkar edilmişdir. Altuntəpə e.ə. III minilliyin əvvəllərində ərazisi təqribən 46 hektara çatan iri yaşayış məskəninə çevrilmişdi. Altuntəpədə sənətkarlıq sahələri intensiv inkişaf etmişdi. Dulus çarxında hazırlanan keramika məmulatı ikiyaruslu xüsusi kürədə bişirilirdi. Arsenli və qurğuşunlu tuncdan hazırlanmış əşyalar, o cümlədən qablar geniş yayılmışdı. E.ə.
Bulbophyllum altum
Bulbophyllum alatum (lat. Bulbophyllum alatum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Kalimantan üçün endemik növdür.
Fəxrəddin Altun
Fəxrəddin Altun (11 sentyabr 1976, Ştutqart) — Türk bürokrat, akademik və sosiologiya professoru. == Həyatı == 11 sentyabr 1976-cı ildə Almaniyanın Ştutqart şəhərində anadan olub. 1998-ci ildə İstanbul Universitetinin Sosiologiya Bölməsini bitirib. 2014 ilə 2018 arasında SETA İstanbul Baş Koordinatoru və Baş Koordinator Köməkçisi vəzifələrini icra etmişdir. İbn Xaldun Universitetinin Rabitə fakültəsinin dekanı olmuşdur.
Kampimoseiulella altusus
Kampimoseiulella altusus (lat. Kampimoseiulella altusus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin kampimoseiulella cinsinə aid heyvan növü.
Mehtap Altunok
Mehtap Altunok (d. 1972), Türkiyəli Səsləndirmə sənətçisi və aktrisa. O, müxtəlif televiziya seriyalarında və reklamlarında rol almışdır. Ayrıca bəzi istehsalların səsləndirməsini iştirak etdi və bir dövr NTV kanalında hava proqnozu aparıcılığı etmişdir. Türkiyədə CarrefourSA hipermarket təqdimat filmlərində ekran üzü olmuşdur. Son dövrdə Show TV ekranlarında Həkimlər adlı serialda Jülide obrazını canlandırmışdır. Altunok 2015 in yaz aylarında TRT 1 də başlayan Baba Candir serialında iştirak etmişdir.
Məmməd Altunbay
Məmməd Altunbay (türk. Mehmet Altunbay; 1911, Yelizavetpol – 27 dekabr 1987 və ya 1987, İstanbul) — Azərbaycan əsilli Türkiyə hərbi və mülki pilotu. Gəncə üsyanının şahidi. Əslən Gəncə şəhərindən olan Məhəmməd Altunbəy SSRİ-yə məxsus təyyarəni əvvəlcə İrana və daha sonra Türkiyəyə qaçırmaqla bu ölkəyə mühacirət etmişdir. == Həyatı == Məmməd Altunbay 1911-ci ildə Gəncə şəhərində Zərrabi məhəlləsində Qaçaq İbrahimin evində anadan olub. Altunbayın dəqiq doğum tarixi və doğum günü məlum deyil. Atası Gəncənin Qaramusalı kəndindən olub, şəhərdə Dərvişoğlu Qaçaq İbrahim kimi tanınıb, Çar Rusiyasına qarşı mübarizə aparıb. Anasının adı Bəyim olub. Məmməd gənclik illəri haqqında xatirələrində yazır: Daha sonra Altunbay Odessa Ali Hərbi Hava Məktəbinə daxil olur, 1933-cü ildə buranı bitirir. SSRİ-nin bir sıra bölgələrində pilot kimi fəaliyyət göstərir, üç dəfə fəxri fərmanla təltif olunur.
Pterophyllum altum
Pterophyllum altum (lat. Pterophyllum altum) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin tsixlosomkimilər dəstəsinin tsixlosomlar fəsiləsinin skalyarlar cinsinə aid heyvan növü. Bəslənmə forması: Həm heyvan ilə, həm bitki ilə bəslənən Davranış forması: Uda bilməyəcəyi boydakı balıqlara qarşı təcavüzkar olmayan. Öz növlərinə davranışı: Orta dərəcədə təcavüzkar. Üzmə səviyyəsi: Orta səviyyə Cinsiyyət ayrı-seçkiliyi: Kişi və dişi arasında diqqətə çarpan bir fərq yoxdur. Artıma: Düz yumurta tökərlər. Dişi kişi birlikdə yumurtalara baxarlar. Akvarium şərtlərində istehsalı çətindir. İstilik: 26-28°C Ən çox böyüdüyü boy: 20 sm, yüksəkliyi 40 smi keçə bilər. Ən az akvarium həcmi: 300 lt, yüksəklik ən az 60 sm olmalıdır.
Pınar Altuğ
Pınar Altuğ Atacan — Türk kino aktrisası. Tam adı Pınar Altuğ Atacandır. == Həyatı == 1973-cü il sentyabrın 2-də İstanbulda anadan olmuşdur. Saint Benoit Fransız Liseyində təhsil almışdır. Litseydə maneken liyə başlamışdır. 1994-cü ildə Miss Turkey seçilən Altuğ 1997-ci ildə daxil olduğu İstanbul Universiteti İdarəetmə bölməsindəki təhsilini tamamlamamışdır. 1995-ci ildən televiziya həyatı başlamışdır.
Saccharum officinarum var. rubrum-altum
Dərman şəkərqamışı (lat. Saccharum officinarum) - şəkərqamışı cinsinə aid bitki növü. == Sinonim == Arundo saccharifera Garsault Saccharifera officinalis Stokes [Illegitimate] Saccharum atrorubens Cuzent & Pancher ex Drake Saccharum fragile Cuzent & Pancher ex Drake Saccharum glabrum Cuzent & Pancher ex Drake Saccharum hybridum R.M.Grey [Invalid] Saccharum infirmum Steud. [Invalid] Saccharum luzonicum Cuzent & Pancher ex Drake Saccharum monandrum Rottb. Saccharum obscurum Cuzent & Pancher ex Drake Saccharum occidentale Sw. Saccharum officinale Salisb. [Spelling variant] Saccharum officinarum var. atrorubens Cuzent & Pancher ex Drake Saccharum officinarum var. brevipedicellatum Hack. Saccharum officinarum var.
İohann Altuzi
İohann Altuzi (alm. Johannes Althusius‎) (1557–1638) Alman filosofu, ilahiyyatçısı. == Həyatı == == Fəlsəfəsi == İohann Altuzi elə bir müqavilə nəzəriyyəsini təklif etdi ki, o, dinə deyil, müxtəlif ictimai birliklərin mövcudluğuna əsaslanmış olsun.Bu nəzəriyyədə müqavilə anlayışı həm müxtəlif sosial qruplar arasındakı, həm də, hökmdarlar və təbəələr arasındakı qarşılıqlı əlaqələrin izahı üçün tətbiq edilir. Müxtəlif birliklər - ailə, gildiya, yerli icma, əyalət, millət – müxtəlif vəzifələrə malikdirlər və müxtəlif razılaşmalara uyğun olaraq qurulurlar. Ali hakimiyyət həmişə xalqa yəni, fərdlərə deyil, iyerarxik olaraq qaydaya salınmış ictimai üzvi birliklərə - ailədən dövlətə kimi - məxsusdur. Kral və dövlət xidmətçiləri xalqdan hakimiyyəti o şərtlə alırlar ki, onlar müqavilənin özlərinə aid hissələrini yerinə yetirirlər. Bu Altuziyə izah etməyə imkan verir ki, ali hakimiyyətin həmişə xalqa məxsus olmasına baxmayaraq, kral və bürokratiya inzibati hakimiyyətə əslində hansı yolla malik olurlar. Hər bir şey spesifik dini anlayışlarla deyil, sosial qruplar arasında olan razılaşma, müqavilə ilə izah edilir. Müstəqil milli dövlətlərin yaranmasından sonra, onların qarşılıqlı münasibətləri barədə məsələ meydana çıxdı. Bu qarşılıqlı münasibətləri nizama sala bilən hər hansı bir təsisat yox idi.
Əmir Altun
Əmir Altun (?-1393) — XIV əsr Azərbaycan sərkərdəsi, Əlincə qalasının kutvalı.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2018 •••••••••••••••••••• 0.15

"altu" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#altu nədir? #altu sözünün mənası #altu nə deməkdir? #altu sözünün izahı #altu sözünün yazılışı #altu necə yazılır? #altu sözünün düzgün yazılışı #altu leksik mənası #altu sözünün sinonimi #altu sözünün yaxın mənalı sözlər #altu sözünün əks mənası #altu sözünün etimologiyası #altu sözünün orfoqrafiyası #altu rusca #altu inglisça #altu fransızca #altu sözünün istifadəsi #sözlük