ANC sözü azərbaycan dilində

ANC

Yazılış

  • ANC • 87.5000%
  • anc • 6.2500%
  • Anc • 6.2500%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ancar
Əncər (ərəb. عنجر‎ ‘Anjar, erm. Անճար) — Livanda, Biqa vadisində yerləşən şəhər. Əhalisi 2400 nəfərdir və demək olar ki, tamamilə ermənilərdən ibarətdir. Ümumi sahəsi iyirmi kvadrat kilometrə (7.7 kvadrat mil) bərabərdir. Yayda erməni diasporunun üzvləri şəhərə ziyarət üçün qayıtdıqdan sonra əhali 3500 nəfərə çatır. Şəhər, qədim dünyada Çalkis kimi tanınırdı. == Tarix == Ümumilikdə şəhərin, 8-ci əsrin əvvəllərində Əməvi xəlifəsi I Valid tərəfindən saray-şəhər olaraq salındığı qəbul edilir. Lakin, tarixçi Yere Bakarak, bizans-yunan salnaməçisi Feofan İspovednikə istinadən Əncərin, e.ə 714-cü ildə Validin oğlu əl-Abbas tərəfindən salındığını iddia edir. Əncər sonrakı illərdə tərk edildi və 1939-cu ildə şəhərə bir neçə min erməni qaçqını köçürüldü.
Ancathia
Ancathia (lat. Ancathia) — astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Ancathia igniaria
Ancathia (lat. Ancathia) — astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Ancela Devis
Ancela İvonna Devis (ing. Angela Yvonne Davis; 26 yanvar 1944[…], Birminqem, Alabama, ABŞ) — Amerikalı hüquq müdafiəçisi, kommunist hərəkatının nümayəndəsi, sosioloq, yazıçı, Qara Pantera partiyası və Tələbə Qeyri-zorakı Koordinasiya Komitəsi ilə əlaqələri olan siyasi aktivist və universitet professoru. Devis Mülki Hüquqlar Uğrunda Hərəkat dövründə tanınmış aktivistlərdən biri, ABŞ Kommunist Partiyasının üzvü və onun siyasi namizədi olmuşdur. 90-cı illərin əvvəllərində Kommunist Partiyasını tərk etdikdən sonra özünü demokratik sosialist kimi tanıdır və hal-hazırda Demokratiya və Sosializmə Uyğunluq Komitələrinin üzvüdür. == Fəaliyyəti == O, ümumdünya şöhrətini 7 avqust 1970-ci ildə 17 yaşlı Conatan Ceksonun 2 yoldaşı ilə birlikdə öz qardaşı da daxil olmaqla 3 qaradərili cinayətkarı azad etmək məqsədilə məhkəmə zalına etdiyi hücum və polisin bundan sonra həyata keçirdiyi azadetmə əməliyyatı nəticəsində hakim Harold Heylinin qətli ilə bağlı qazanmışdı. Belə ki, cinayətdə istifadə olunan odlu silah Devisin adına qeydə alınmışdı və cinayətin baş verdiyi Kaliforniya qanunlarına görə silahın sahibi cinayətin iştirakçısı hesab olunurdu. Devis polisdən qaçmağa çalışsa da, 2 ay sonra gərgin axtarışlar nəticəsində Nyu-Yorkda yaxalandı, həbs edildi və məhkəməyə cəlb olundu. Sonda isə müasir ABŞ tarixindəki ən məşhur məhkəmə proseslərindən birində bəraət qazandı. Onun Kommunist Partiyasının üzvü olması başda SSRİ olmaqla bütün dünyadakı Kommunist partiyası fəallarının kəskin etirazlarına və nümayişlərə səbəb olmuşdu. Həbsdən azad olunduqdan sonra Ancela Devis ABŞ Kommunist Partiyası Mərkəzi Komitəsinə üzv seçilmiş və 1980, 1984-cü illərdə bu partiyadan ABŞ vitse-prezidenti vəzifəsinə namizəd kimi irəli sürülmüşdür.
Ancela Kavanya
Ancela Kavanya (it. Angela Cavagna) — məşhur italyan müğənnisi, aparıcısı, aktrisası və modelidir. == Həyatı == Ancela Kavanya 6 iyun 1966-ci il tarixində İtaliya Genuya şəhərində doğulmuşdu. Bir neçə dəfə Genuya gözəllik müsabiqəsində 1-ci yeri tutmuşdur. 1980-cı illərdən başlayaraq musiqi səhnəsində ifa edir. Ancela Kavanya bir çox ölkələrin səhnələrində ayrıca konsert vermiş, "Playboy", "Penthouse" və digər jurnallarda böyük populyarlıq əldə etmişdir.
Ancela Lensberi
Ancela Bricid Lensberi (ing. Angela Brigid Lansbury; 16 oktyabr 1925[…], Sent-Pankras[d], London, Birləşmiş Krallıq və ya London – 11 oktyabr 2022, Los-Anceles, Kaliforniya) — ABŞ-İngiltərə aktrisası, müğənni, prodüser və yazıçıdır. Üç dəfə Oskar mükafatına, on səkkiz dəfə Emmi mükafatına namizəd olub, altı dəfə Qızıl qlobus mükafatı laureatı olub və beş dəfə "Toni" yüksək Amerika teatr mükafatına layiq görülüb. 2013-cü ildə Lensberi yetmiş ildən artıq kinematoqrafın inkişafına göstərdiyi xidmətlərə görə, Fəxri Oskar mükafatına layiq görülüb.. 2014-cü ildə dram incəsənəti və xeyriyyəçilik fəaliyyətinə görə, Britaniya İmperiyası Ordeni Xanım-Komandoru elan edilib. == Həyatı == Ancela Bricit Lensberi aktrisa Moyna MakQill və biznesmen Edqar Lensberinin ailəsində anadan olmuşdur. Gələcək aktrisanın babası leyborist partiyasının lideri Corc Lensberi idi. İkinci dünya müharibəsi vaxtı anası və iki kiçik qardaşı ilə Kanadaya köçürlər. Çox keçmədən isə ABŞ-yə gedirlər. Ancela Lensberinin kinoda ilk rolu rejissor Corc Kyukorun 1944-cü ildə çəkdiyi "Qaz işığı" filmində olmuşdur.
Ancelika Vayld
Ancelika Vayld (ing. Angelika Wild; 30 oktyabr 1982, Katovitse[d]) — İtaliyada yaşayan Polşa pornoaktrisası.
Anceliki Karapataki
Anceliki Karapataki (d. 19 fevral 1975) — Yunanıstanı təmsil edən su poloçusu. == Karyerası == Anceliki Karapataki, Yunanıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İtaliya yığmasına 10:11 hesabı ilə məğlub olan Yunanıstan yığması, Afina Olimpiadasını gümüş medalına sahib oldu.
Ancelina (Texas)
Angelina rayonu (ing. Angelina county) - Amerika Birləşmiş Ştatlarının Texas ştatında yerləşən rayon. 2000-ci ildə bu rayonda 80 130 nəfər yaşayırdı. 2008-ci ildə ABŞ siyahıyaalma bürosunun qiymətləndirməsinə görə, rayonun əhalisi azalaraq 80 038 nəfər olmuşdur. Rayonun mərkəzi Lafkin şəhəridir. == Tarixi == Angelina rayonu 1846-cı ildə yaradılmışdır. Bu rayon, ispan missionerlərinə kömək edən Ancelinanın (ing. Angelina) şərəfinə adlandırılmışdır. == Coğrafiyası == ABŞ Siyahıyaalma Bürosunun məlumatına görə, Ancelina bölgəsinin sahəsi 2239 km2, bunlardan 2076 km2— quru, 163 km2 isə su səthi (7,28%) təşkil edir. === Əsas şoselər === ABŞ şosesi 59 ABŞ şosesi 69 ABŞ şosesi 69 Ştatdaxili şose 7 Ştatdaxili şose 63 Ştatdaxili şose 94 Ştatdaxili şose 103 Ştatdaxili şose 147 Farm Market şosesi 1818 == Əhali == 2000-ci ildə əhalinin siyahıyaalmasına görə, 80 130 nəfər Ancelina rayonunda yaşayırdı.
Ancelina Coli
Ancelina Coli Voyt (ing. Angelina Jolie Voight; 4 iyun 1975[…], Los-Anceles, Kaliforniya) — ABŞ aktrisası, Oskar mükafatı laureatı, üç dəfə "Qızıl qlobus" mükafatının sahibi, iki dəfə ABŞ aktyorları arasında Hildiya mükafatının qalibi, BMT–nin xoşməramlı səfiri. == Həyatı == Ancelina Coli 4 iyun 1975-ci ildə ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində doğulub. Məşhur ABŞ aktyoru Con Voyt və yarı fransız yarı kanadalı aktrisa Marşelin Bertranın qızıdır. Özündən böyük Ceyms Heyven Voyt adlı qardaşı var. Onun soyadı "Coli" fransız dilində "yaxşı", "gözəl" anlamını verir, lakin aktrisa özü fransız dilini bilmir. Ancelina Colinin valideynləri 1976-cı ildə ayrılır. Ancelina və onun qardaşı anası ilə Nyu-Yorka köçürlər. Bir il sonra atası Oskar mükafatına layiq görülür. Anası isə uşaqlarını tərbiyə etmək üçün karyerasından imtina edir, tez-tez uşaqlarını kinoteatra aparır və bütün vaxtını onlarla keçirir.
Ancelina Colinin filmoqrafiyası
Ancelina Colinin filmoqrafiyası — ABŞ aktrisa və kinorejissoru Ancelina Colinin yer alıdığı ekran işlərinin siyahısı. Uşaq yaşlarında atası Con Voytla birlikdə komediya filmi "Çıxış yolu axtarışında" (1982) filmində debüt etdi. 11 il sonra o, növbəti filmdə —aşağı büdcəli "Kiborq 2: Şüşə kölgə" (1993) filmində göründü, bu filmin satışı uğursuz oldu. Daha sonra o, elmi fantastika trilleri "Hakerlər" (1995) filmində yeniyetmə haker olaraq rol aldı. Colinin karyerası "Corc Volles" (1997) filmində ikinci planda oynaması ilə yaxşılaşdı və bu filmə görə o, "Ən yaxşı ikinci plan qadın roluna görə Qızıl qlobus mükafatı — Telefilm" əldə etdi. Növbəti il HBO telekanalının "Cia" (1998) filmində uğur qazandı. Model Cia Karanci rolunu canlandırdığına görə "Ən yaxşı aktrisa Qızıl qlobus mükafatı — Telefilm" mükafatı qazandı.Coli "Uçuşları idarə edərkən" (1999) filmində yer aldı, filmin gəlirləri az olsa da, həmin ildə yer aldığı "Qorxunun hakimiyyəti" (1999) filmi kommersiya uğuru əldə etmişdir. Coli "Yarıda qalmış həyat" (1999) filmində ona "Ən yaxşı ikinci plan qadın roluna görə Qızıl qlobus mükafatı - kinofilm" və "Ən yaxşı ikinci plan qadın roluna görə Oskar mükafatı" qazandıran sosipatik ruhi xəstə rolunu canlandırdı. "60 saniyəyə qaçırmaq" (2000) soyğun filmində Nikolas Keyclə əks qütbdə canlandırdığı rol ona bu vaxta qədər ən çox gəlir gətirən rol oldu. Coli "Tomb Raider" videooyun seriyasına əsaslanan hərəkətli film "Lara Kroft: Sərdabələr oğrusu" (2001) filmində Lara Kroft adlı arxeoloq rolu ilə dünya miqyasında tanındı.
Ancelo Buono
Ancelo Entoni Buono (5 oktyabr 1934, Nyu-York, Roçester – 21 sentyabr 2002, Kaliforniya, Kalipatriya) – qohumu Kennet Biançi ilə birlikdə “Hillside Stranglers” kimi tanınan və Kaliforniya, Los-Ancelesdə 1977-ci ilin oktyabr və 1978-ci ilin fevral ayları arasında 10 gənc qadını öldürməkdə günahkar bilinən amerikalı seriyalı qatil, oğru, təcavüzkar. == Uşaqlıq və gənclik illəri == Ancelo Buono San-Buonodan olan birinci nəsil italyan mühacir kimi 5 oktyabr 1934-cü ildə Nyu-York, Roçesterdə anadan olub. Buono aliment ödəməməkdən tutmuş, avtomaşın oğurluğu, təcavüz, zorlamaya qədər geniş cinayət tarixinə sahibdir. 1975-ci ildə Buono 41 yaşında olanda qohumu Kennet Biançi ilə əlaqə saxladı. Buono Biançini virtual dustaq kimi saxladığı iki qadının fahişəliyində ona qoşulmasına inandırdı. == Cinayətlər == 1977-ci ilin oktyabrında Buono və Biançi Kaliforniya, Los-Ancelesdə səyahət edərkən Buononun maşınında saxta nişanlardan istifadə edərək qadınları gizli polis olduqlarına inandırıb öldürməyə başladılar. Onlar daha sonra qurbanları polis maşını olduğunu iddia etdikləri Buononun avtomobilinə mindirdilər və işgəncə verərək öldürmək üçün Buononun evinə apardılar. Qızlar və qadınlar 12 və 28 yaş aralığında idilər. Qurbanlar: Yolanda Vaşinqton, 19 yaş – 17 oktyabr 1977-ci il Cudit Linn Miller, 15 yaş – 31 oktyabr 1977-ci il Lissa Kastin, 21 yaş – 6 noyabr 1977-ci il Ceyn Kinq, 28 yaş – 10 noyabr 1977-ci il Dolores Sepeda, 12 yaş – 13 noyabr 1977-ci il Sonya Conson, 14 yaş – 13 noyabr 1977-ci il Kristina Vekler, 20 yaş – 20 noyabr 1977-ci il Loren Vaqner, 18 yaş – 29 noyabr 1977-ci il Kimbereli Martin, 17 yaş – 9 dekabr, 1977-ci il Sindi Li Hadslet, 20 yaş – 16 fevral 1978-ci ilBuono və Biançi qurbanlarını boğaraq öldürməzdən əvvəl təcavüz edirdilər. Onlar ölümcül inyeksiya, elektrik vurması və karbonmonoksit zəhərlənməsi kimi digər öldürmə üsullarını sınaqdan keçirirdilər.
Ancelo Doninin portreti
Ancelo Doninin portreti (it. Ritratto di Agnolo Doni) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1506-ci ildə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "Ancelo Doninin portreti" əsəri hal-hazırda İtaliyada, Florensiya şəhərində saxlanılır.
Ancelo Kavallaro
Angelo Cavallaro (it. Angelo Cavallaro; 11 aprel 1967, Kataniya, Siciliya) — İtalyan müğənni və musiqiçi. == Həyatı == 1981-ci ildə musiqiyə qədəm qoyan müğənninin 1998-ci ildə çıxardığı "Love Me" albomu 250.000-dən çox satışa imza ataraq beynəlxalq şöhrət qazanıb. Özünəməxsus təfsiri ilə italyan dilində xüsusilə latın melodiyalarını ifa edən müğənninin "Danzando Lambada" mahnısı səs-küyə səbəb olub.
Ancestry.com
Ancestry.com LLC — ABŞ-də, Yuta ştatının Lehi şəhərində yerləşən özəl onlayn şirkət. == Tarixi == === AncestryDNA === "AncestryDNA" şirkəti "Ancestry LLC"nin törəmə şirkətidir. === FindAGrave === "Ancestry.com" 2014-cü ilin mart ayında mobil tətbiqetməni işə salmışdır. === Newspapers.com === "Ancestry" 2012-ci ildə "Newspapers.com"u təsis etmişdir.
Anceti
Busiris (q.yun. Βουσιρίτης νομός) və ya Anceti (q.misir 𓈩; "lələkli şahin"), — Qədim Misirdə inzibati rayon (nom). Busiris Aşağı Misirdə yerləşirdi və regionda sayca doqquzuncu nom idi. Misirşünaslıqda bu ad müxtəlif şəkildə oxunur və transliterasiya edilir. Bunlara "Anceti", "Aneceti", "Anetzi" və "Ati" daxildir. Tədqiqatda bu nom adətən "L09" adlandırılır.
Anchusa
Sümürgən (lat. Anchusa) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinə aid bitki cinsi.
Anchusa amoena
İtaliya sümürgəni (lat. Anchusa azurea) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin sümürgən cinsinə aid bitki növü. == Sinonimləri == Anchusa amoena J.F.Gmel. Anchusa biceps Vest Anchusa italica Retz. Anchusa lucida Vitman Anchusa macrophylla Lam. Anchusa paniculata Aiton Buglossum amoenum Gaertn. Buglossum caeruleum Pers.
Anchusa arvensis
Anchusa arvensis (lat. Anchusa arvensis) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin sümürgən cinsinə aid bitki növü.
Anchusa azurea
İtaliya sümürgəni (lat. Anchusa azurea) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin sümürgən cinsinə aid bitki növü. == Sinonimləri == Anchusa amoena J.F.Gmel. Anchusa biceps Vest Anchusa italica Retz. Anchusa lucida Vitman Anchusa macrophylla Lam. Anchusa paniculata Aiton Buglossum amoenum Gaertn. Buglossum caeruleum Pers.
Anchusa barrelieri
Anchusa barrelieri (lat. Anchusa barrelieri) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin sümürgən cinsinə aid bitki növü.
Anchusa biceps
İtaliya sümürgəni (lat. Anchusa azurea) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin sümürgən cinsinə aid bitki növü. == Sinonimləri == Anchusa amoena J.F.Gmel. Anchusa biceps Vest Anchusa italica Retz. Anchusa lucida Vitman Anchusa macrophylla Lam. Anchusa paniculata Aiton Buglossum amoenum Gaertn. Buglossum caeruleum Pers.
Anchusa crispa
Anchusa crispa (lat. Anchusa crispa) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin sümürgən cinsinə aid bitki növü.
Anchusa italica
İtaliya sümürgəni (lat. Anchusa azurea) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin sümürgən cinsinə aid bitki növü. == Sinonimləri == Anchusa amoena J.F.Gmel. Anchusa biceps Vest Anchusa italica Retz. Anchusa lucida Vitman Anchusa macrophylla Lam. Anchusa paniculata Aiton Buglossum amoenum Gaertn. Buglossum caeruleum Pers.
Anchusa laxiflora
Anchusa barrelieri (lat. Anchusa barrelieri) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin sümürgən cinsinə aid bitki növü.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.09 dəfə / 1 mln.
2012 ••• 0.09
2013 ••••• 0.15
2015 •••••• 0.17
2018 •••••••••••••••••••• 0.60
2019 ••••• 0.14
2020 ••••••••• 0.27

"anc" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#anc nədir? #anc sözünün mənası #anc nə deməkdir? #anc sözünün izahı #anc sözünün yazılışı #anc necə yazılır? #anc sözünün düzgün yazılışı #anc leksik mənası #anc sözünün sinonimi #anc sözünün yaxın mənalı sözlər #anc sözünün əks mənası #anc sözünün etimologiyası #anc sözünün orfoqrafiyası #anc rusca #anc inglisça #anc fransızca #anc sözünün istifadəsi #sözlük