Arka sözü azərbaycan dilində

Arka

Yazılış

  • Arka • 60.0000%
  • ARKA • 25.2632%
  • arka • 14.7368%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Arka Bahçem
Arka Bahçem – Göksel-in 2005-ci ildə çıxardığı 4-cü albomudur.
Arka Bahçem (Göksel albomu)
Arka Bahçem – Göksel-in 2005-ci ildə çıxardığı 4-cü albomudur.
Arkadi Qaydar
Arkadi Petroviç Qaydar (rus. Арка́дий Петро́вич Гайда́р, 9 (22) yanvar 1904, Lqov[d], Kursk quberniyası[d][…] – 26 oktyabr 1941[…], Leplyavo[d], Poltava vilayəti) — Sovet yazıçısı. Arkadi Qaydar 1904-cü il fevralın 9-da Kursk vilayətinin Lvov şəhərində anadan olmuşdur. On üç yaşlı Arkadi realnı məktəbinin üçüncü sinfində oxuyanda 1917-ci ilin fevral inqilabı baş verdi. O, 14 yaşından könüllü olaraq Qızıl ordu sıralarına daxil olmuş, Kiyevdə komandirlər kursunu bitirdikdən sonra on altı yaşında onu alay komandiri təyin edirlər. Qaydar altı il Qızıl ordu sıralarında xidmət etmişdir. 1923-cü ildə isə bərk xəstələndiyinə görə onu ordudan tərxis edirlər. Ordu sıralarında hərbi xidmətini başa vurduqdan sonra o, ədəbi fəaliyyətlə məşğul olmuşdur. 1925-ci ildə "Kovş" adlı Leninqrad almanaxında ilk povesti – "Məğlubiyyət və qələbə günlərində" çapdan çıxır. 1930-cu ildə gənc nəsil üçün yazdığı "Məktəb" povesti dərhal uşaq və məktəb kitabxanalarında əl-əl gəzir, oxucuların ən sevimli kitablarından birinə çevrilir.
Arkadi Qukasyan
Arkadi Qukasyan (erm. Արկադի Ղուկասյան; 22 iyun 1957, Stepanakert) — Qondarma Dağlıq Qarabağ Respublikasının ikinci prezidenti. 8 sentyabr 1997-ci ildə prezident seçilib və 2002-ci ildə yenidən seçilib, onun prezidentlik müddəti 7 sentyabr 2007-ci il tarixində başa çatdı. Arkadi Qukasyan 1957-ci ildə Xankəndi şəhərində anadan olmuşdur. 1979-cu ildə İrəvan Dövlət Universitetinin dilçilik fakültəsini bitirmişdir. İşçi karyerasına 1981-ci ildə baş redaktor müavini vəzifəsinə başladığı, "Sovet Dağlıq Qarabağ" qəzetinin müxbiri kimi başlayıb. 1991-ci ildə Qukasyan Dağlıq Qarabağ Respublikasının ilk parlamentinə seçildi. 1992-ci ilin sentyabr ayında Dövlət Müdafiə Komitəsinin sədri təyin olundu və ATƏT-in Azərbaycanla görüşləri zamanı Dağlıq Qarabağın nümayəndə heyətlərinə rəhbərlik etdi. 1993-cü ildən Dağlıq Qarabağın Təhlükəsizlik Şurasına üzv olmuşdur. 1993-cü il iyulun 23-də Dağlıq Qarabağ Respublikasının ilk xarici işlər naziri olmuşdur.
Arkadi Raykin
Arkadi İsaakoviç Raykin (latış. Arkādijs Raikins‎; rus. Аркадий Исаакович Райкин, 11 (24) oktyabr 1911, Riqa – 17 dekabr 1987, Moskva) — sovet teatr və kino aktyoru, SSRİ xalq artisti (1968), Lenin mükafatı laureatı (1980), Sosialist Əməyi Qəhrəmanı (1981). Arkadi İsaakoviç Raykin 1911-ci il oktyabr ayının 24-də Riqa şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1935-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) Teatr Texnikumunu bitirmişdir. Əvvəllər Leninqrad fəhlə-gənclər teatrında, sonralar Lenin komsomolu adına teatrda, eyni zamanda estradada çıxış etmişdir. 1939-cu ildə Moskvada keçirilən Ümumittifaq estrada artistləri müsabiqəsinin laureatı olmuşdur. 1939-cu ildə Leninqrad Estrada və Miniatür Teatrının artisti, sonradan bədii rəhbəri və quruluşçu rejissoru olmuşdur. 1982-ci ildən teatr Moskvadadır. Raykinin yaradıcılığı üçün zəngin ifadə vasitələri, dərin ictimai kəskinlik, güclü satira səciyyəvidir.
Arkadi Struqatski
Arkadi və Boris Struqatski qardaşları (Arkadi Struqatski d.1925 – ö.1991), (Boris Struqatski 14.4.1933 - 19.11.2012) - Rus yazıçı, Boris Struqatski 20-ci əsrin ən məşhur sovet və rus yazıçı-fantastlarından biri olub. Qardaşı Arkadi ilə birlikdə o, “Bazar ertəsi şənbə günü başlayır”, “Tanrı olmaq çətindir”, “Yol kənarında piknik” kimi 30-dan çox roman və povest yazıb. Struqatskinin əsərləri dəfələrlə ekranlaşdırılıb. Ən çox tanınan əsəri “Yol kənarında piknik” əsasında 1979-cu ildə Andrey Tarkovskinin çəkdiyi “Stalker” filmi çox məşhurdur. Qardaşının ölümündən sonra Struqatski Vititski ləqəbi altında bir neçə əsəri təkbaşına yazıb. Onun ölümünə səbəb kimi ürəyində olan problemlər göstərilib. Yazıçının 79 yaşı var idi. 2012-ci ilin noyabr ayının 19-da xəstəxana ölüb.
Arkadi Ter-Tadevosyan
Arkadi Ter-Tadevosyan (erm. Արկադի Տեր-Թադևոսյան, rus. Аркадий Тер-Тадевосян; 22 may 1939, Tbilisi – 31 mart 2021, İrəvan) — Birinci Qarabağ müharibəsi dövründə erməni qüvvələrinin hərbi lideri və Ermənistanın keçmiş müdafiə nazirinin müavini olan sovet və erməni generalı. Ter-Tadevosyan 1992-ci ilin may ayında baş vermiş Şuşanın işğalı əməliyyatının komandiri kimi tanınır. Xocalı soyqırımının əsas təşkilatçılarından biri olmuşdur. Ter-Tadevosyan Gürcüstan SSR-in Tbilisi şəhərində anadan olub. Tbilisidə orta məktəbi bitirdikdən sonra zabit olmağa qərar verdi. Ümumqoşun Komandirlər Məktəbi və Leninqrad Hərbi Akademiyasının Arxeoloji Xidmətlər və Nəqliyyat Akademiyasına qəbul oldu. Əfqanıstanda vəzifədə olarkən "Dağ tülküsü" ləqəbini qazandı. Şərqi Almaniyada, Çexoslovakiyada və Belarusiyada hərbi xidmətini davam etdirdi və Ermənistan Dövlət Aqrar Universitetində müəllim vəzifəsində çalışmağa başladı.
Arkadi Tolbuzin
Aktyor Arkadi Nikolayeviç Tolbuzin 1 avqust 1920-ci ildə Moskvada anadan olub. Petrozavodsk Teatr Texnikumunda təhsil alıb (1940). Bir çox teatrlarda çalışıb. 1960-cı ildən Kinoaktyor Teatr-Studiyasının aktyoru olub. Rusiyanın əməkdar artisti (1954) Arkadi Tolbuzin 24 mart 1972-ci ildə vəfat edib.
Arkadi Yalovoy
Arkadi Yalovoy (rus. Аркадий Антонович Яловой; 1894, Yekaterinodar, Rusiya imperiyası) — SSRİ kinooperatoru. Arkadi Yalovoy 1894 -cü ildə Yekaterinodar şəhərində dünyaya gəlib. Riqa Politexnikumunda təhsil alıb. 1922-ci ildən Mərkəzi Əmək İnstitutundakı kinofotolaboratoriyanın müdiri olub. ÜDKİ-də dərs deyib. Bismillah (film, 1925) (tammetrajlı bədii film) — operator, ikinci rejissor. Dördüncü Bakı yarmarkası (film, 1925) (qısametrajlı sənədli film) Nəriman Nərimanovun dəfni (film, 1925) (qısametrajlı sənədli film) Şaxsey-vaxsey (film, 1925) (qısametrajlı sənədli film) Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред.
Arkadi və Boris Struqatski
Arkadi və Boris Struqatski qardaşları (Arkadi Struqatski d.1925 – ö.1991), (Boris Struqatski 14.4.1933 - 19.11.2012) - Rus yazıçı, Boris Struqatski 20-ci əsrin ən məşhur sovet və rus yazıçı-fantastlarından biri olub. Qardaşı Arkadi ilə birlikdə o, “Bazar ertəsi şənbə günü başlayır”, “Tanrı olmaq çətindir”, “Yol kənarında piknik” kimi 30-dan çox roman və povest yazıb. Struqatskinin əsərləri dəfələrlə ekranlaşdırılıb. Ən çox tanınan əsəri “Yol kənarında piknik” əsasında 1979-cu ildə Andrey Tarkovskinin çəkdiyi “Stalker” filmi çox məşhurdur. Qardaşının ölümündən sonra Struqatski Vititski ləqəbi altında bir neçə əsəri təkbaşına yazıb. Onun ölümünə səbəb kimi ürəyində olan problemlər göstərilib. Yazıçının 79 yaşı var idi. 2012-ci ilin noyabr ayının 19-da xəstəxana ölüb.
Arkadiy Kruqlov
Arkadi Konstantinoviç Kruqlov (4 sentyabr 1926 – 1998, Moskva) — rus mühəndisi, alim, SSRİ Dövlət mükafatı laureatı (1980). 1926-cı il sentyabrın 4-də Smolensk vilayətinin Jornovski kənd Sovetinin Sıçevski rayonunun Rojevo kəndində kəndli ailəsində anadan olmuşdur. Atası — Konstantin Nikolaeviç Kruqlov (1897–1941?) Kotovski G.İ. süvarilərinin tərkibində vətəndaş müharibəsində döyüşmüşdür. Anası — Yevdakiya Andreyevna Kruqlova (doğularkən — Qromova), (1895–1989) qalan uşaqlar (Gennadiy, Zinaida, Mixail, İvan və daha ikisi) ilə, kəndin və onların rayonlarının bütün sakinləri kimi 1941-ci ildə Qərbi Belorus ərazisindəki həbs düşərgəsinə aparılmışdır. 1940-cı ildən (14 yaşından) fabrik-zavod məktəbinin — FZM-nin şagirdi olarkən Leninqradda Kirov zavodunda işləməyə başlamışdı. FZM üzrə ixtisası: modelçi. 1942-ci ildə o, həyat yolu ilə Böyük Rostova, oradan isə Luqanska evakuasiya edilmiş və burada orta məktəbi bitirmişdi. 1946–1951-ci illərdə V. İ. Ulyanov (Lenin) adına Leninqrad Elektrotexnika İnstitutunun xüsusi elektrofizika fakültəsində oxumuş, təhsilini bitirdikdən sonra 817 nömrəli zavoda göndərilmişdir. 1968-ci ildə Moskvada SSRİ Orta maşınqayırma nazirliyinin mərkəzi aparatına köçürülmüş, burada əvvəlcə elmi-texniki idarənin (ETİ) fizika-texniki şöbəsinin müdiri, elmi-texniki idarənin rəis müavini, sonra isə rəisi vəzifələrində çalışmışdır (1991-ci ilə qədər). 1972-ci ildə Xalq Təsərrüfatının İdarə edilməsi İnstitutunu bitirmişdir.
Arkadiya
Arkadiya (yun. Αρκαδία) — Qədim Yunanıstanda çobanlar və ovçuların yaşadığı dağlıq bir yer. Yunan mifologiyası meşə tanrısı Panın vətəni. Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Arkadiya konfransı
Arkadiya konfransı, Birləşmiş Krallıq və ABŞ nümayəndələri arasında 22 dekabr 1941 - 14 fevral 1942-ci il tarixləri arasında Vaşinqtonda təşkil edilən, tərəflər arasında Avropadakı müharibə ilə bağlı strategiyaların müəyyən edildiyi görüşlərdir. Konfransa hər iki ölkənin dövlət rəhbərləri kimi Vinston Çörçil və Franklin Delano Ruzvelt başçılıq etmişdir. Nasist Almaniyası və İtaliyanın 11 noyabr 1941-ci il tarixində ABŞ-yə müharibə elan etməsi ilə ABŞ-nin Avropadakı müharibəyə qatılması qaçınılmaz hala gəlmişdi. Ardıyca yaponların 7 yanvar 1941-ci ildəki Pörl-Harbora hücumundan sonra ABŞ Sakit okeanda yaponlarla müharibəyə başlamışdı. Pörl-Harbora hücumu eyni zamanda Birləşmiş Krallığı Uzaq Şərqdəki təsir sahələrinə daha çox qüvvə ayırmağa məcbur etmişdi. Bu vəziyyətdə hər iki ölkə güclərinin birləşdirilməsi və hər iki müharibə sahəsində bölüşdürülməsi üçün stratejik qərarlar almağa məcbur oldular. Başlanğıcda ABŞ-nin Avropada müharibəyə girmək barədə düşüncəsi La-Manş sahillərindəki Fransa torpaqlarına hücum etmək yönündə idi. Stalin Avropada ikinci cəbhənin açılması məsələsində israrlı idi. Ancaq Çörçil konfrans zamanı cəbhənin Avropada yox, Şimali Aftrikada açılması məsələsində israr edirdi. Şimali Afrikada ABŞ VIII Ordusunun 18 noyabr 1942-ci ildə başlatdığı Səlib hərəkatının davamında Ervin Rommelin komandanlığındakı Alman-İtalyan qüvvələri Sirenaykanın qərbinə çəkilməyə başlamışdılar.
Fosten-Arkanj Tuadera
Fosten-Arkanj Tuadera (fr. Faustin-Archange Touadéra; sanqo Faustin-Archange Touadéra; 21 aprel 1957, Bangi, Ubangi-Şari[d]) — Mərkəzi Afrika Respublikası siyasətçisi və akademik, 2016-cı ilin martından etibarən Mərkəzi Afrika Respublikasının Prezidenti. Tuadera Bangidə anadan olub, atası sürücü, anarı isə əkinçi işləyirdi, ailə kökü Banginin şimalında yaşayan Damaradan gəlir. Orta təhsilini Bangidə Bartelemi Boqanda Kollecində alıb, 1976-cı ildə Bangi Universitetində Feliksa-Ufue-Buni Universitetinə getmədən öncə bakalavr dərəcəsi almışdır. 1986-cı ildə Fransada Lill Elm və Texnologiya Universitetində riyaziyyat üzrə doktorluq dərəcəsini aldı, 2004-cü ildə Kamerunda I Yaunde Universitetindən də riyaziyyat üzrə doktorluq dərəcəsi almağı bacardı. Tuadera eyni zamanda Brijit Tuadera və Marqarita "Tina" Tuadera ilə evlidir. Hər iki xanımın Mərkəzi Afrika Respublikasının Birinci xanımı titulu uğrunda mübarizə apardığı bildirilir. Fosten-Arkanj Tuaderanın üç övladı var. 1987-ci ildə Bangi Universitetində riyaziyyat müəlliminin köməkçisi oldu və 1989–1992-ci illərdə universitetin Elm Fakültəsinin dekan müavini oldu. 1992-ci ildə müəllim hazırlığı kollecinin direktoru təyin edildi.
Litl-Rok (Arkanzas)
Litl-Rok (ing. Little Rock) — ABŞ-nin Arkanzas ştatının inzibati mərkəzi. Əhali — 193,5 min nəfər (2010). 2010-cu ildə 699,8 min əhalisi olan bir aqlomerasiya mərkəzidir. Ağlar gələnə qədər ərazidə hind qəbilələri yaşayırdı. Bölgəni araşdıran ilk avropalı 1541-ci ildə İspan səyyahı Ernando de Soto idi. Mərkəzin adı (little rock — "kiçik qaya") 1722-ci ildə burada bir ticarət limanı yaratmağı təklif edən Fransız tədqiqatçı Bernar de la Arp tərəfindən verilmişdir. İndiki Kiçik Qaya yerindəki yaşayış yeri 1821-ci ildə quruldu, 10 il sonra şəhər statusu aldı; XX əsrdə, boksit mədənçiliyinin inkişafı ilə Little Rock böyük bir iqtisadi mərkəzə çevrildi. 1957-ci il hadisələri, ştatın qubernatoru Orville Faubusun ABŞ-də irqi ayrı-seçkiliyi qadağan edən qara və ağ rəngli məktəblilərin birgə təhsilinə dair məhkəmə qərarına ("Braun Təhsil Şurasına qarşı") rədd etməsi ilə geniş yayılmışdı. 1957-ci ildə qubernator O. Fobusun rəhbərlik etdiyi şəhər rəhbərliyi doqquz qaradərili uşağın Mərkəzi Liseyə girməsinin qarşısını aldıqdan sonra, ABŞ Prezidenti Dvayt Eyzenhaver, ağların müqavimətini qıran Litl-Roka qoşun göndərdi.
Lüsyen Arkas
Lüsyen Arkas (türk. Lucien Arkas; 1 yanvar 1945, İzmir) — Türkiyə biznesmeni, "Arkas Holding"in İdarə Heyətinin sədri. Lüsyen Arkas 1945-ci ildə Türkiyənin İzmir şəhərində anadan olmuşdur. O, İzmir Müqəddəs İosif Fransa Liseyinin məzunudur. İzmirdə yaşayan, Marsel və levanti mənşəli babası Qabriel C. B. Arkasın gənc yaşlarında təsis etdiyi idxal şirkətinin rəhbəri olmuşdur. Lüsyen Arkas baş ofisi İzmirdə yerləşən "Arkas Holding"in və ona bağlı 61 şirkətin qurucusu və baş meneceridir. O, dəfələrlə Türkiyənin gəlir vergisi rekordçuları siyahısına daxil olmuş və İzmir vilayəti üzrə vergi rekordçusu olmuşdur. Arkas evlidir. Onun Bernard Arkas adlı bir oğlu, Kler Kristin Arkas və Dian Arkas Göçməz adlı iki qızı var. Lüsyen Arkas 900 milyon dollarlıq sərvətlə "Forbes Türkiye" jurnalının 2017-ci ildə tərtib olunmuş "Ən zəngin 100 türk" siyahısında 33-cü yerdədir.
Narva Triumfal Arkası
Narva Triumfal Arkası (rus. Нарвские триумфальные ворота) - Sankt-Peterburqda yerləşən ampir stilində inşa edilmiş memarlıq abidəsidir. Abidə “Narvskaya” metro stansiyası yaxınlığında, Staçek meydanının mərkəzində yerləşir. Triumfal darvaza 1827-1834-cü illərdə (memar Vasili Stasov, heykəltaraşlar S.S.Pimenov, V.İ. Demut-Malinovski (Şöhrət silsiləsində araba, döyüşçülərin fiqurları və altı atı işləmişdir), P.K.Klodt (ilk ciddi işidir)) 1812-ci il Vətən müharibəsi qəhrəmanlarının xatirəsinə inşa edilmişdir. Abidənin hündürlüyü 30 m, eni 28 m, keçid aralığının eni 8 m, hündürlüyü isə 15 m-dir. Əvvəlcə darvaza 1814-cü ildə Avropadan qayıdan rus döyüşçülərinin qarşılanması üçün Obvodniy kanalı yaxınlığında yerləşən Narva zastavasında Cakomo Kvarneginin layihəsi əsasında taxta və kirəcdən inşa edilmişdi. Darvazanın inşa olunmasına bir ay vaxt sərf olunmuşdu. Darvazanı Qələbə ilahəsinin idarə etdiyi altı atdan ibarət silsilə və roma döyüşçülərinin fiqurları bəzəyirdi. Kvarnegi darvaza üçün iki layihə təqdim etmişdi: arxitravla örtülmüş və tağlı. Tağların hər iki tərəfində tamaşaçılar və orkestr üçün tribunalar nəzərdə tutulmuşdu.
Quercus arkansana
Quercus arkansana (lat. Quercus arkansana) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.
Rosa arkansana
Rosa arkansana (lat. Rosa arkansana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.
Arkadi Averçenko
Arkadi Timofeyeviç Averçenko (rus. Арка́дий Тимофе́евич Аве́рченко; 15 (27) mart 1880, Sevastopol, Tavriya quberniyası[d] – 12 mart 1925[…]) — Rusiya yazıçısı, satiriki, dramaturqu və teatr tənqidçisi, "Satirikon" (1908–1913) və "Novıy Satirikon" (1913–1918) jurnallarının redaktoru. Arkadi Timofeyeviç Averçenko 27 mart 1880-ci ildə Sevastopolda yoxsul tacir Timofey Petroviç Averçenkonun və Poltava vilayətindən istefada olan əsgərin qızı Susanna Pavlovna Sofronovanın ailəsində anadan olmuşdur. O, 1905-ci ildən sonra kontorçu kimi işləmiş, 1908-ci ildə "Satirikon"un redaktoru olmuşdur. "Jurnale dlya vsex", "Utre", "Zritele" və digər nəşrlərdə əməkdaşlıq etmişdir. Onun hekayələri ayrı-ayrı kitablar şəklində çap olunmuşdur. Averçenkonun yumoru dayaz, vodevil xarakteri daşıyır, baxmayaraq ki, nadir hallarda o, ictimai satiraya yüksələ bilmişdir. O, inqilab illərində mühacirət etməli olmuşdur. Averçenko Sovet Rusiyasını daim tənqid etmişdir. Колотило М. Н. Толстовский дом.
Su arkası
Su tağı və ya su arkası və ya su şırnağı ilə qarşılama— hörmət və ya minnətdarlıq məqsədilə istifadə edilən mərasimdir.
Arkade oyunu
Arkade oyunu — adətən restoranlar, barlar və əyləncə salonları kimi ictimai müəssisələrdə quraşdırılan sikkə ilə idarə olunan əyləncə maşınıdır. Əksər arkade oyunları əsasən bacarıq oyunları kimi təqdim olunur və onlara arkade video oyunları, langırt maşınları, elektromexaniki oyunlar, geri qaytarma oyunları və ya merçendayzerlər daxildir.
Arkade video oyunu
Arkada oyunu — oyun salonlarında oynanılan oyun növlərinə və həmin oyunların oynandığı salon maşınlarına verilən addır. Oyunçu əmtəəlik jetonunu maşına ataraq oyuna başlayır. Oynanış tərzi baxımından hərəkət ön plandadır. Qeyd etmə və təkrar yükləmə variantları yoxdur. Bu cür oyunlar eyni zamanda internet üzərində müxtəlif veb saytlarında da təqdim edilməkdədir. Arkada oyunlar Fleş proqram texnologiyası ilə inkişaf etdirilir. Xüsusi inkişaf çağındakı uşaqlar üçün düşünəbiləcək olan bu cür oyunlar müxtəlif saytlarda tapıla bilər.
Arkade videooyunu
Arkada oyunu — oyun salonlarında oynanılan oyun növlərinə və həmin oyunların oynandığı salon maşınlarına verilən addır. Oyunçu əmtəəlik jetonunu maşına ataraq oyuna başlayır. Oynanış tərzi baxımından hərəkət ön plandadır. Qeyd etmə və təkrar yükləmə variantları yoxdur. Bu cür oyunlar eyni zamanda internet üzərində müxtəlif veb saytlarında da təqdim edilməkdədir. Arkada oyunlar Fleş proqram texnologiyası ilə inkişaf etdirilir. Xüsusi inkişaf çağındakı uşaqlar üçün düşünəbiləcək olan bu cür oyunlar müxtəlif saytlarda tapıla bilər.
Arkadiya (Odessa)
Arkadiya — eyniadlı çimərlik də daxil olmaqla Odessada kurort zonası. Kurort, şəhərin Primorski rayonunda, Qara dəniz sahilində, Böyük Fontanın 5-7-ci stansiyalarından uzaq məsafədə yerləşir. Odessanın bir çox məşhur çimərliklərinə sıldırım qayalar və yamaclar boyunca çatmaq mümkün olduğundan, şəhərin qurucuları kurort yeri üçün Arkadiya çimərliyini seçiblər. Eyni zamanda, Arkadiya bölgəsinə aparan yamac da vardır. Bu ərazini Odessa sakinləri Yunanıstanın dağlıq bölgəsinin şərəfinə belə adlandırıblar. Yunan mifologiyasına görə o ərazidə xoşbəxtlik, əmin-amanlıq və sadə həyat hökm sürürdü. 1920-ci illərdə şəhərin mühüm turizm mərkəzinə çevrilən Arkadiya parkının əsası qoyuldu. 2013-cü ildə parkda genişmiqyaslı yenidənqurma işləri aparılıb. Baş plana əsasən, ərazi artıq park ərazisi hesab edilmir. "Arkadiya" sanatoriyası 1946-cı ildə yaradılmışdır.
Arkanzas Dövlət Universiteti
Arkanzas Dövlət Universiteti — ABŞ-ın Arkanzas ştatında ictimai tədqiqat universiteti. Universitet Arkanzas Dövlət Universitet Sisteminin flaqman kampusu və ştatın ikinci ən böyük universitetidir. Universitet 1909-cu ildə təsis edilib. Arkanzas Dövlət Universiteti "R2: Doktorantura Universitetləri - Yüksək tədqiqat fəaliyyəti" kateqoriyasına aiddir. Arkanzas Dövlət Universiteti 1909-cu ildə Arkanzas Qanunverici orqanı tərəfindən regional kənd təsərrüfatı məktəbi olaraq Jonsboroda İlk Kənd Təsərrüfatı Məktəbi olaraq təsis edilmişdir. Buna görə gələcək ADU da daxil olmaqla dörd dövlət kənd təsərrüfatı kollecinin yaradılmasını tələb edən qətnamə təqdim edildi. 1918-ci ildə ADU iki illik kollec proqramı təklif etməyə başladı. 1925-ci ildə Regional Kənd Təsərrüfatı kolleci və Mexanika kolleci açıldı. 1930-cu ildə dörd illik təlim proqramı başladı və 1933-cü ildə Arkanzas Dövlət Kolleci adlandırıldı. 1967-ci ildə Arkanzas Qanunverici orqanı kolleci universitet statusuna yüksəltdi və adını Arkanzas Dövlət Universiteti olaraq dəyişdirdi.
Ayos-İlias (dağ, Arkadiya)
Ayos-İlias (yun. Άγιος Ηλίας) — Yunanıstanda, Peloponnes yarımadasının mərkəzi hissəsində, Arkadiyanın şərq hissəsində, Meqalopolis və Peloponnes periferiyasının inzibati mərkəzi olan Tripolis arasında yerləşən dağ. Dəniz səviyyəsindən hündürlüyü 1116 metrdir. Qədim zamanlarda Menal (q.yun. Μαίναλον, lat. Maenalus) adlandırılmışdır. Pavsani bu dağı Menalion (Menalius, Μαι­νάλιον ) adlandırmışdır.

arka sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. архит. арка (криволинейное перекрытие кровли в стене или пространство между двумя опорамистолбами, колоннами и др.)

    Azərbaycanca-rusca lüğət / arka

arka sözünün inglis dilinə tərcüməsi

arka sözünün fransız dilinə tərcüməsi

"arka" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#arka nədir? #arka sözünün mənası #arka nə deməkdir? #arka sözünün izahı #arka sözünün yazılışı #arka necə yazılır? #arka sözünün düzgün yazılışı #arka leksik mənası #arka sözünün sinonimi #arka sözünün yaxın mənalı sözlər #arka sözünün əks mənası #arka sözünün etimologiyası #arka sözünün orfoqrafiyası #arka rusca #arka inglisça #arka fransızca #arka sözünün istifadəsi #sözlük