başlıq sözü azərbaycan dilində

başlıq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • başlıq • 94.9670%
  • Başlıq • 4.5380%
  • BAŞLIQ • 0.4950%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 3.60 dəfə / 1 mln.
2003 •••••• 1.57
2004 •••••••• 2.36
2005 •••••••••••••••• 4.72
2006 ••• 0.90
2007 ••••••• 1.90
2008 •••• 1.22
2009 ••••••• 2.08
2010 ••••••••••••• 3.90
2011 •••••••••••••••• 4.89
2012 •••••••••••••• 4.13
2013 •••••••••••••• 4.08
2014 •••••••••••••••••••• 6.18
2015 •••••••••••••••••••• 6.12
2016 ••••••••• 2.78
2017 •••••••••••• 3.58
2018 ••••••••••• 3.15
2019 ••••••••• 2.64
2020 •••••••••••••• 4.24

başlıq sözünün leksik mənası və izahı

  • 1 is. etnoqr. Köhnə məişətdə: ərə verilən qızın ata-anasına tədarük və cehiz düzəltmək üçün oğlan tərəfindən verilən mal, yolpulu. [Xacə:] Nə eybi var, razıyam, ancaq oğlun otuz kisə başlıq verməlidir… “Aşıq Qərib”. Reyhan … büsbütün məyus qayıtmışdı. Çünki qıza ağır başlıq istəmişdilər. A.Şaiq.

    Azərbaycan dilinin izahlı lüğəti
  • 2 is. 1. Yağışdan, soyuqdan, küləkdən qorunmaq üçün başa geyilən örtü. …Əhməd yazıb atasından özü üçün bir başlıq və bacısı üçün bir əlcək istəmişdi. S.S.Axundov. Əynində boz şinel, başında başlıq; Nəysə pıçıldayır o, fəhlələrə. S.Vurğun. Başlıq örtmüş, uzunboğaz çəkmə geymiş Səriyyə içəri girəndə, Salam dik ayağa qalxdı. Mir Cəlal. 2. Keçmişdə: qadınların qızıl və gümüşdən qayrılıb, baş örtüsü altından qoyduqları qızıl və gümüş bəzək; cütqabağı, gəlintacı. 3. xüs. Sərlövhə, məqalənin adı; əsərin, ya qəzetin başda yazılan qısa adı. Məqalənin başlığı. // Qəzetdə bir neçə məqalə üçün verilən ümumi sərlövhə. Bütün respublika qəzetləri onun [Şamamanın] bu yeni vədini böyük başlıqlarla görkəmli yerlərdə çap edirdi. İ.Əfəndiyev.

    Azərbaycan dilinin izahlı lüğəti

başlıq sözünün sinonimləri (yaxın mənalı sözlər)

başlıq sözünün antonimləri (əks mənalı sözlər)

başlıq sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 BAŞLIQ I is. Yağışdan, soyuqdan, küləkdən qorunmaq üçün başa geyilən örtük. Əynində boz şinel, başında başlıq; Nəysə pıçıldayır o, fəhlələrə (S.Vurğun). BAŞLIQ II is. xüs. Sərlövhə, məqalənin adı. Reyhan .. əlində rəngli qələm qəzetə başlıq çəkir (Mir Cəlal). BAŞLIQ III is. etnoqr. Qızın ata-anasına oğlan tərəfindən verilən mal, yolpulu, südpulu. Reyhan büsbütün məyus qayıtmışdı. Çünki qıza ağır başlıq istəmişdilər (A.Şaiq). BAŞLIQ IV is. Nəfər mənasında. Qəribədir, altı başlıq külfəti bir inək, bir oraqla dolandıran atası Möhsün kişi də deyirdi (N.Babayev).

    Azərbaycan dilinin omonimlər lüğəti

başlıq sözünün rus dilinə tərcüməsi

  • 1 1. башлык (капюшон с длинными концами, надеваемый поверх шапки); 2. заголовок полиграфического клише, заставка; 3. придача (к чему-либо, обыкновенно при обмене);

    Azərbaycanca-rusca lüğət
  • 2 1 сущ. 1. башлык (головной убор в виде колпака, закрывающий всю голову до плеч) 2. капюшон (откидной головной убор, пришитый к вороту верхней одежды) 3. заголовок …. başlığı altında məkələ статья под заголовком … 4. старинное золотое или серебряное женское головное украшение 5. с.-х. крупные зёрна пшеницы, не освободившиеся от колоса 6. строит. козырёк, ростверк, фланец 7. тех. головка. Başlığı gizlənən vint винт с потайной головкой 2 сущ. калым (в прошлом: деньги, вещи, полученные родителями невесты от жениха перед свадьбой)

    Azərbaycanca-rusca lüğət

başlıq sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. 1. (geyim) hood, bashlyk; 2. (kitabda) title, heading; ~ altında under the title / heading; 3. (qəzetdə) headline II. i. (qızı ərə verərkən alınan pul) bridemoney

    Azərbaycanca-ingiliscə lüğət

başlıq sözünün fransız dilinə tərcüməsi

başlıq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. кьилел алукӀдай затӀ, кьилик кутӀундай (кьил кӀевдай) ппек; 2. виликра: дишегьлийри фитедин кӀаникай аквадайвал кутадай къизил ва гимишдикай авур безег, таж; 3. хуьс. кьил, тӀвар (газетдин, макъаладин ва мс.).

    Azərbaycanca-ləzgicə lüğəti
  • 2 сущ. этногр. рехъ (жегьиз къачун, мехъерин гьазурвилер авун патал мехъерзавай рушан кӀвализ гададин кӀваляй гудай мал, рекьин пул; вегьидай пул).

    Azərbaycanca-ləzgicə lüğəti

başlıq sözünün türk dilinə tərcüməsi

"başlıq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#başlıq nədir? #başlıq sözünün mənası #başlıq nə deməkdir? #başlıq sözünün izahı #başlıq sözünün yazılışı #başlıq necə yazılır? #başlıq sözünün düzgün yazılışı #başlıq leksik mənası #başlıq sözünün sinonimi #başlıq sözünün yaxın mənalı sözlər #başlıq sözünün əks mənası #başlıq sözünün etimologiyası #başlıq sözünün orfoqrafiyası #başlıq rusca #başlıq inglisça #başlıq fransızca #başlıq sözünün istifadəsi #sözlük