Bakılı sözü azərbaycan dilində

Bakılı

Yazılış

  • Bakılı • 53.1820%
  • bakılı • 46.7290%
  • BAKILI • 0.0890%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bakılı PFK
Bakılı Futbol Klubu — 1995-ci ildə Misir Səttar oğlu Əbilov tərəfindən yaradılmış və həvəskar futbolçulardan təşkil olunmuşdur. == Tarixi == Rəsmi olaraq klub ilk dəfə "Аraz" adı altında 1997-ci il martın 27-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. 1998-ci il fevralın 3-dən klub "Bakılı" adlanıb. 1995–96-cı illər mövsümündə klub 6-cı milli çempionatın birinci qrupunda ilk oyununu keçirib. O mövsümdə klub müvəffəqiyyətlə çıxış edərək çempionatın lideri olmuş və yüksək liqaya vəsiqə qazanmışdır. Yüksək liqada klubu professional oyunçular və Ukraynadan dəvət olunmuş futbolcular təmsil edirdilər. Xüsusi qeyd edilməlidir ki, milli futbol klubları arasında ilk dəfə olaraq "Bakılı" Futbol klubu əcnəbi legionerlər dəvət etmişdir. "Bakılı" Futbol klubu başlıca olaraq klubun təsisatçısı və prezidenti Misir Səttar oğlu Əbilov tərəfindən maliyyələşdirilir.
Bakılı oğlanlar
Parni iz Baku bu mənaları ifadə edə bilər:
Bakılı İohann
İohann İliç Qançev, əsl adı Bakılı İohann (1878, Sima, Vladimir vilayətinin — 20 oktyabr (2 noyabr 1937, kənd Dolinka Karaqanda əyalətinin Dolinka qəsəbəsi) — Rus Pravoslav Kilsəsinin kahini ; Bakıdakı Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsinin baş keşişi == Tərcümeyi-hal == 1878-ci ildə Vladimir vilayətinin Yuryevski rayonunun Sima kəndində anadan olub. Petroqrad İlahiyyat seminariyasını bitirib. Seminariyada oxuyanda, rəssamlığı çox sevən gələcək müqəddəs ata sənət kurslarına qatıldı. Seminariyanı bitirdikdən sonra İohann Qançev 1910-cu ildə kahin təyin edildi və ruhanilərin xeyir-duası ilə Azərbaycanda keşiş olaraq xidmətə başladı. İohann ata Azərbaycanda olduğu ilk dövrlərdə Bakı quberniyasının Quba əyalətinin Aleksandrovka kəndində Müqəddəs ananın Boqolyub ikonasının şərəfinə kilsədə rahib olaraq xidmət etmişdir. 1911-ci ildə Bakılı Pimenin qərarı ilə Bakıda Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsinin baş keşişi təyin edlir. Kilsə təqiblərinin başlaması ilə Bakını tərk etmək məcburiyyətində qalır və ailəsi ilə birlikdə Lənkəranda notarius işləyən qardaşının evinə köçür. Lənkəran yaxınlığındakı Göytəpə kəndindəki Müqəddəs ananın ikonası məbədin keşişi Aleksi Ponomaryovun ölümündən sonra, İohann ata hatası Alexy Ponomaryov, ata əmin məbədin rahibi təyin edilir. 20 mart 1933-cü ildə İohann ata saxta ittihamlarla həbs edildi. 10 sentyabr, "əks-inqilabçılıq və casusluq fəaliyyətinə görə" və "xaricdən qanunsuz olaraq Azərbaycan SSR-dən İrana getmək niyyəti" səbəbindən, NQÇİ İdarə heyəti tərəfindən məhkum edildi (Cinayət Məcəlləsinin 58-ci maddəsi, 6, 10, 12-ci maddələr) və beş il müddətə Qazaxıstana göndərilir.
Bakılı Bakı PFK
"Bakılı" press-avtomatı (film, 1967)
"Bakılı" press-avtomatı — qısametrajlı sənədli film. Rejissor Seyfulla Bədəlov tərəfindən 1967-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə yeni texnikanın-"Bakılı" press-avtomatının istehsalatda tətbiqindən, bunun xalq təsərrüfatının inkişafında əhəmiyyətli rolundan danışılır. == Məzmun == Filmdə yeni texnikanın-"Bakılı" press-avtomatının istehsalatda tətbiqindən, bunun xalq təsərrüfatının inkişafında əhəmiyyətli rolundan danışılır.
Bakılı oğlanlar (Yuli Qusmanın KVN komandası)
Parni iz Baku (azərb. Bakılı oğlanlar‎, rus. Парни из Баку) — 1967-1971-ci illərdə fəaliyyət göstərmiş Azərbaycanın Şən və Hazırcavablar Klubu. 1967/1968 və 1969/1970-ci illər mövsümünün çempionları. == Tarixi == 1967-ci ildə Yuli Qusman dostları ilə müstəqil Bakı klubu yaradır. Bir il sonra komandanın lideri elə Yuliy Qusman özü olur və 7 il müddətinə Bakının milli yığmasının kapitanı olur. ==== Mövsüm 1967/68 ==== 1968-ci ildə KVN finalını, bakılılar Moskva inşaat-mühəndislik institutunun komandası üzərində qalib gələrək qazandılar. Yuli Qusman bu görüşü belə xatırlayır: == Varisi == Qusmanın komandasının "Parni iz Baku" adını, kapitanı Anar Məmmədxanov olan, artıq dirçəlmiş KVN komandası götürdü.
Bakı və Bakılılar (kitab)
Bakı və Bakılılar - azərbaycanlı nasir, Xalq yazıçısı Qılman İlkinin müəllifi olduğu kitab. Müəllif bu kitabına görə "Humay" mili mükafatını qazanıb. == Məzmun == Azərbaycan xalq yazıçısı və Bakı tarixinin tədqiqatçısı Qılman İlkinin “Bakı və bakılılar” kitabında Bakı və onun qədim tarixi haqqında məlumatlar qeyd edilmişdir. Ensiklopedik səciyyəyə malik bu kitabda köhnə Bakının ab-havası və təkrarsızlığı müəllifin publisistik məlumatlarında öz əksini tapmışdır. Yazar Bakı milyonçuları və ziyalıları, ruhaniləri, qoçuları və hanbalları, Bakı mətbuatı, təhsil və maarifin səviyyəsi xanlıqlardan tutmuş bu günə qədər şəhərin mənzərəsini ustalıqla təsvir edib. Kitabda həmçinin Sisianovun öldürülməsi, Bakıxanovlar sülaləsi, Bakı kəndləri, Nargin adasında olmuş əsirlər və H.Z.Tağıyevin mühakimə edilməsi barədə dəqiq məlumatlar qeyd edilib. Kitab nadir və əsasən ilk dəfə çap üzü görən fotoşəkillərlə zəngindir. == Nəşr == Kitab ilk dəfə 1998-ci ildə, 3-cü dəfə 2006-cı ildə Nurlar nəşriyyatında 384 səhifədə, Bakı Kitab Klubunda 4-cü dəfə 2015-ci ildə 5-ci dəfə isə 2018-ci ildə, hər 2 nəşr 24 səhifəsi fotolardan ibarət olmaqla 464 səhifədə nəşr edilib. Hər 2 nəşrin redaktoru yazıçının oğlu Ayaz Musayevdir. == Həmçinin bax == Şuşa və şuşalılar (kitab) == İstinadlar == == Xarici keçidlər == Qürur duyulacaq tariximiz Goodreads-də Bakı və Bakılılar "Bakı və bakılılar" ( (az.)).
Bakı və bakılılar (film, 1957)
Bakı və bakılılar filmi rejissor Lətif Səfərov tərəfindən 1957-ci ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Filmdə inqilabdan əvvəlki Bakı bugünkü, müasir Bakı ilə müqayisə edilərək, neft şəhəri və onun əməksevər adamları, elm və sənət xadimləri barədə söhbət açılır. == Məzmun == Filmdə inqilabdan əvvəlki Bakı bugünkü, müasir Bakı ilə müqayisə edilərək, neft şəhəri və onun əməksevər adamları, elm və sənət xadimləri barədə söhbət açılır. Kinolentdə Müsavat hökuməti, XI Qırmızı Ordu hissələrinin və onun rəhbərlərinin Bakıya gəlməsi, Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının birinci ildönümünün bayram edilməsi öz əksini tapmışdır. Kadrlar bir-birini əvəz etdikcə ekranda Bakının 40 ildən sonrakı həyatı canlanır. Azərbaycanın paytaxtında yeni küçələr salınmış və binalar tikilmişdir. İnsan və onun əməyi filmdə əsas yer tutur, tanınmış neftçilərdən Yusif Kərimov və Fuad Səmədov, kimyaçılardan Yusif Məmmədəliyev və Xudu Məmmədov, həkim Mustafa Topçubaşov haqqında danışılır. Publisistik kino-hekayədə reportaj çəkilişlərdən istifadə edilmişdir. == Festival və mükafat == 1958-ci ildə Moskvada Sovet Filmlərinin Ümumittifaq Festivalında filmə III dərəcəli diplom verilmişdir.
Bakılılar (film, 1938)
"Bakılılar" — tammetrajlı bədii filmi rejissor Viktor Turin tərəfindən 1938-ci ildə ekranlaşdırılmışdır. Azərfilmdə istehsal edilmişdir. Film 1905-ci ildə Bakıda baş verən inqilabi hadisələrə, çar mütləqiyyətini devirmək uğrunda aparılan mübarizəyə həsr edilmişdir. Əsas rolları Rza Əfqanlı, Nikolay Şulgin, O. Kutıryeva, Boris Baykov, Vaso Qodziaşvili və V. Baqratuni ifa edirlər. Bu film Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısına daxil edilmişdir. == Məzmun == Film 1905-ci ildə Bakıda baş verən inqilabi hadisələrə, çar mütləqiyyətini devirmək uğrunda aparılan mübarizəyə həsr edilmişdir. Filmin süjet xətti fəhlə Cəfərin (Rza Əfqanlı) taleyi və onun tədriclə bolşeviklər sırasına keçməsi üzərində qurulmuşdur. Bu filmdə müəlliflərin əsas məqsədi müxtəlif xalqların beynəlmiləl həmrəyliyini təbliğ etməkdən ibarət olmuşdur. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi — Vsevolod Pavlovski, Viktor Turin Rejissor — Viktor Turin Operator — Leonid Kosmatov, Dmitri Feldman Rəssam — Viktor Aden Bəstəkar — Nikolay Kryukov == Rollarda == Rza Əfqanlı — Cəfər Nikolay Şulgin — Mixaylov O. Kutıryeva — Lida Boris Baykov — Zaxarıç Vaso Qodziaşvili — Vaso V. Baqratuni — Ruben Əlisəttar Məlikov — Cəfərin dostu Ş. Babayev — Cəfərin dostu Andrey Kostriçkin — jandarm rotmistri K. Dobjinski — usta Mustafa Mərdanov — menşevik Vladimir Otradinski — menşevik == İstinadlar == == Mənbə == Бакинцы Şəmsəddin Abbasov. "Sovet Azərbaycanının kinosu" //Kommunist.- 1958.- 29 avqust.

"bakılı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bakılı nədir? #bakılı sözünün mənası #bakılı nə deməkdir? #bakılı sözünün izahı #bakılı sözünün yazılışı #bakılı necə yazılır? #bakılı sözünün düzgün yazılışı #bakılı leksik mənası #bakılı sözünün sinonimi #bakılı sözünün yaxın mənalı sözlər #bakılı sözünün əks mənası #bakılı sözünün etimologiyası #bakılı sözünün orfoqrafiyası #bakılı rusca #bakılı inglisça #bakılı fransızca #bakılı sözünün istifadəsi #sözlük