Baxıt Kenjeyev
Baxıt Şükürulla oğlu Kenjeyev (qaz. Бақыт Шүкіроллаұлы Кенжеев; 2 avqust 1950, Çimkənd – 26 iyun 2024, Nyu-York, Nyu-York ştatı) — qazax və rus şairi. 1982-ci ildə Kanadaya mühacirət edib və 2006-cı ildən Nyu Yorkda yaşayıb.
== Həyatı ==
Baxıt Kenjeyevin atası Şükrulla Kenje oğlu Kenjeyev ingilis dili müəllimi, anası Yelena Nikolayevna Karaseva kitabxanaçı idi. O, ailəsi ilə birgə üç yaşından Moskvada yaşayıb. Baxıt qazax dilini bilmirdi, amma milliyyətini seçərkən pasportunda qazax olduğunu göstərib, özünü qazax hesab edib. Moskva Dövlət Universitetinin kimya fakültəsini bitirib.
Şair kimi debütünü “Lenin dağları: Moskva Dövlət Universitetinin şairlərinin şeirləri” (Moskva, 1977) kollektiv toplusunda edib. Gənclik illərində dövri mətbuatda (“Komsomolskaya Pravda”, “Gənclik”, “Moskovski Komsomolets”, “Prostor”) çap olunub, lakin ilk şeirlər kitabı 1984-cü ildə yalnız Amerikada nəşr olunub.
1970-ci illərin əvvəllərində Baxıt Kenjeyev "Moskva vaxtı" poetik qrupunun yaradıcılarından biri oldu (Aleksey Tsvetkov, Aleksandr Soprovski, Sergey Gandlevski ilə birlikdə).