Başt sözü azərbaycan dilində

Başt

Yazılış

  • Başt • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Başt
Başt — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının şəhərlərindən və Başt şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 8,269 nəfər və 1,561 ailədən ibarət idi.
Başt şəhristanı
Başt şəhristanı- İranın Kohgiluyə və Boyer-Əhməd ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Başt şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 22,170 nəfər və 4,309 ailədən ibarət idi.
Azərbaycan memarlığında baştağlar (kitab)
== Mövzusu == Baştağlar hələ qədim zamanlardan dünyəvi, dini, həm də müdafiə tikililərinin fasad həllində işlənib. Hazırda bu ənənə dini tikililərdə, inzibati dünyəvi tikililər silsiləsindən binalarda qorunub, az-çox istifadə olunsa da, şəhərsalmada əsas yer tutan ictimai, yaşayış, məişət və infrastruktur binalarının layihələndirilməsində demək olar ki, özünü göstərmir. Əslində, ta qədimdən (ən azı tikilinin giriş hissəsinin təşkilində) milli memarlıq kompozisiyasına, onların arasında baştağlara geniş yer verirdilər. O çağlar memarlıqda girişin iki növü formalaşmışdı: baştağlar və portallar. Portalların ən bitkin növünə qədim yunan memarlığında, baştağlara isə qədim Misir memarlığında rast gəlinir. Memarlıq alimi Rayihə xanım Əmənzadə XI əsrdən sonra Azərbaycanda milli memarlıq məktəblərinin formalaşdığı dövrdə yaranan baştağları 8 qrupa bölüb: taxça, üz, haşiyə, həcm-məkan, ayrıca dayanan, eyvan, balaxana ilə birləşdirilən və darvaza baştağlar. Haşiyə ilə çevrələnmiş dərin taxça quruluşlu baştağlar XII əsr abidələrində qeydə alınıb, XIV əsrdə Naxçıvandakı, sonralar Bakı və Ərdəbil, Təbriz və Bərdədəki abidələrdə özünü göstərib. Üz baştağların klassik örnəklərinin yaradılması memar Əcəmi Naxçıvaninin adı ilə bağlıdır. Bu nümunələrə Naxçıvan, Marağa, Qəbələ abidələrində rast gəlmək olur. Haşiyə baştağlar işğal altında olan Cəbrayıl, Zəngilan, Ağdam, Füzuli rayonlarında qalan tarixi abidələrdə daha çoxdur.
Baştağ
Baştağ — binanın girişində, yuxarı hissəsində xüsusi fiqurlar və ya yazı elementləri ilə qapanan mütənasib biçimli memarlıq elementi. Çağlar memarlıqda girişin iki növü formalaşmışdı: baştağlar və portallar. Portalların ən bitkin növünə qədim yunan memarlığında, baştağlara isə qədim Misir memarlığında rast gəlinir. Memarlıq alimi Rayihə Əmənzadə XI əsrdən sonra Azərbaycanda milli memarlıq məktəblərinin formalaşdığı dövrdə yaranan baştağları 8 qrupa bölüb: taxça, üz, haşiyə, həcm-məkan, ayrıca dayanan, eyvan, balaxana ilə birləşdirilən və darvaza baştağlar. == Azərbaycan memarlığında baştağlar == Azərbaycan memarlığında haşiyə ilə çevrələnmiş dərin taxça quruluşlu baştağlar XII əsr abidələrində qeydə alınıb, XIV əsrdə Naxçıvandakı, sonralar Bakı və Ərdəbil, Təbriz və Bərdədəki abidələrdə özünü göstərib. Üz baştağların klassik örnəklərinin yaradılması memar Əcəmi Naxçıvaninin adı ilə bağlıdır. Bu nümunələrə Naxçıvan, Marağa, Qəbələ abidələrində rast gəlmək olur. Haşiyə baştağlar işğal altında olan Cəbrayıl, Zəngilan, Ağdam, Füzuli rayonlarında qalan tarixi abidələrdə daha çoxdur. === Həcm-məkan baştağlar === Həcm-məkan baştağlara Bakıda Şirvanşahlar sarayını, Şamaxı abidələrini göstərmək olar. Ayrıca dayanan baştağlardan Naxçıvandakı Qarabağlar kompleksini, Güney Azərbaycanın Sultaniyyə və Təbriz abidələrini, Bakıda Şirvanşahlar sarayının Şərq darvazasını, Gəncədə İmamzadə kompleksini, Buzovnadakı turbəni memarlar daha yüksək dəyərləndirilər.
Baştüklü yonca
Baştüklü yonca (lat. Trifolium trichocephalum) — paxlakimilər fəsiləsinin yonca cinsinə aid biki növü. Hündürlüyü 15-70 sm, gövdəsi düz, möhkəm, sərt, 5-3 sayda olub, sadədir, nadir halda zəif budaqlanmış, adətən içi boş olan çoxillik, sıx qabarıq-tüklü ot bitkisidir. == Yarpaq == Aşağı yarpaqları uzun saplaq üzərindədir. Yarpaqcıqları iridir, uzunsovyumurtaşəkilli və ya ellipsşəkillidir, neştərvari formayadək dəyişir, tüklüdür, uzunluğu 2-6 smdir. == Çiçək == Başcığı tək olub, oturaq, sıxçiçəkli, iridir,şarşəkilli və ya yumurtaşəkilli-şarşəkillidir, uzinluğu 3,5-5 sm, qaidə hissəsində təpə yarpaqları ilə sarınmışdır. Çiçəkləri 2,5-3 sm uzunluqdadır, solğun-sarı rəngdədir. Meyvə: Paxla birtoxumludur, təpə hissədə qığırdaqlı qapağı vardır. == Çiçəkləməsi == İyun == Meyvə verməsi == İyul == Azərbaycanda yayılması == BQ (Quba), BQ şərq, KQ şimal, KQ mərkəzi, Nax. dağ.
Qoşa minarəli baştağ
Qoşa minarəli baştağ — XII əsrdə Möminə xatın türbəsinin qarşısında Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən inşa edilən və Atabəylər memarlıq kompleksinə giriş rolunu oynayan qoşa minarəli baştağ. == Kitabələri == XIX əsrin sonlarınadək qalan (1882-ci ildə sökdürülmüşdür) abidənin üstündə çoxlu kitabələr olmuşdur. Bu kitabələri X.M.Fren və N.V.Xanıkov tədqiq etmişdir. Ancaq bu kitabələr bizədək gəlib çatmamışdır. Ona görə də X.Frenin və N.Xanıkovun həmin kitabələr haqqında tədqiqatı onlar haqqında məlumat verən yeganə mənbələr kimi çox qiymətlidirlər. N.V.Xanıkovun məlumatından aydın olur ki, qoşa minarəli baştağn inşası 1187-ci ildə, Möminə xatın türbəsinin inşasından 1 il sonra başa çatmışdır. Abidənin portalının yuxarı hissəsində belə bir kitabə olmuşdur: “Böyük, adil, alim, hökmdar Əbu Cəfər Məhəmməd ibn Atabəy Eldəniz – Allah onun qəbrini nurlandırsın” . Bu kitabədə Atabəy Məhəmməd Cahan Pəhləvanın ölümü haqqında konkret söz deyilməsə də, orada yazılan “Allah onun qəbrini nurlandırsın” fikrinə əsasən Atabəy Məhəmməd Cahan Pəhləvanın qoşa minarəli baştağın inşası başa çatarkən öldüyü bəlli olur. Məhz buna görə də Ə.Ələsgərzadə qoşa minarəli baştağın kitabələrini təhlil edərkən onun özünün də Möminə xatın türbəsinin sərdabəsində dəfn edilməsi fikrinə gəlmişdir . Möminə xatın türbəsinin qarşısında olan qoşa minarəli baştağ Atabəy Məhəmməd Cahan Pəhləvanın əmri ilə onun mütəvəllisi Nurəddin tərəfindən inşa etdirilmişdir.
Yıldıray Baştürk
Yıldıray Baştürk — Türkiyə futbolçusu == Həyatı == Yıldıray Baştürk 24 dekabr 1978-ci il təvəllüdlü Baştürk Almaniyanın Herne şəhərində dünyaya gəlib. == Karyerası == Futbolun sirrlərini "Sportfreunde Vanne-Eykel" klubunda öyrənib. Daha sonra 9 il – 1987-1996-ci illərdə "Vattenskeyd" klubunun müxtəlif yaş qrupları üzrə komandalarında çıxış edib. 1996/97 mövsümündə bu komandanın əsas heyətinə cəlb olunsa da, meydana çıxmayıb. 1997-ci ildə "Bohum"a transfer olunub. Bu komandada 104 oyun keçirib və 13 qola imza atıb. 2001-ci ildə "Bayer"ə keçib. Leverkuzen təmsilçisinin heyətində meydana çıxdığı 73 oyunda 8 qol vurub. 2004-2007-ci illəri Hertada keçirən Yıldıray 71 dəfə meydana çıxaraq, 14 dəfə rəqib qapıçıları məyus edib. 2007-ci ildə transfer olunduğu "Ştutqart"da indiyə qədər 26 oyun keçirib və 4 qola imza atıb.
Anna Başta
Anna Başta (10 iyul 1996, Tolyatti, Rusiya) — Rusiyanı və Azərbaycanı təmsil edən qılıncoynadan, Avropa Çempionatının qalibi. == Karyerası == Anna Başta birinci uğuruna 2013-cü ilin mayında İslandiyada baş tutan FIE Qran-Pri turnirində imza atdı. Turnirdə bütün rəqiblərinə qalib gələn Anna Başta qızıl medalın sahibi oldu. 2014-cü ildə yeniyetmələr arasında Rusiya Çempionatının qalibi olan Anna Başta, 2015-ci ilin martında yeniyetmələr arasında Avropa Çempionatının, aprelində isə gənclər arasında Dünya Çempionatının bürünc medallarına sahib oldu. Anna Başta 2015-ci ilin iyulunda Cənubi Koreyanın Kvanju şəhərində baş tutan Univerisiada Oyunlarında mübarizə apardı. Komanda turnirində gümüş medala sahib olan Anna Başta sablya turnirində qızıl medalın sahibi oldu. 2017-ci ildə Dünya Çempionatında mübarizə aparsa da, debütu uğursuz oldu. Həmin il Gürcüstanın Tbilisi şəhərində baş tutan Avropa Çempionarında isə Anna Başta gümüş medalın sahibi oldu (Komanda turnirində). 2019-cu ildə Azərbaycan Qılıncoynatma Federasiyası tərəfindən Anna Başta Azərbaycan yığmasının heyətinə cəlb edildi. 2019-cu il Anna Başta üçün triumf ili oldu.

"başt" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#başt nədir? #başt sözünün mənası #başt nə deməkdir? #başt sözünün izahı #başt sözünün yazılışı #başt necə yazılır? #başt sözünün düzgün yazılışı #başt leksik mənası #başt sözünün sinonimi #başt sözünün yaxın mənalı sözlər #başt sözünün əks mənası #başt sözünün etimologiyası #başt sözünün orfoqrafiyası #başt rusca #başt inglisça #başt fransızca #başt sözünün istifadəsi #sözlük