Brani sözü azərbaycan dilində

Brani

Yazılış

  • Brani • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bistrişko Branişte
Bistrişko Branişte (bolq. Бистришко бранище) — Bolqarıstanda təbiət qoruğudur. Qoruğun sahəsi 1061.6 hektar, hündürlüyü isə 1430-2277 metr arasındadır. Qoruq 1934-cü ildə, tərkibində olduğu Vitoşa Təbiət Parkı ilə birlikdə yaradılmışdır. 1977-ci ildən Bistrişko Branişte UNESCO-nun İnsan və Biosfer (MAB) Proqramı çərçivəsində TƏBİƏT qoruğu olmuşdur. Ərazinin 50%-dən çoxu orta hesabla 100-120 yaşlı meşə (əsasən küknar) ilə örtülüdür. Qoruqda daha böyük heyvanlar arasına maral, qaban, canavar və ayı daxildir. Bistrişko Branişte qoruğun şimal-qərb sərhəddində yerləşən qonşu Aleko ərazisindən çox sayda turisti cəlb edir. Ziyarətçilərin Aleko, Bistritsa kəndi, Çerni Vrah və Jeleznitsa kəndini birləşdirən bir neçə təyin olunmuş yoldan uzaqlaşmasına icazə verilmir. == Mənbə == BG Globe: Bistrishko Branishte Virgin Forests of Bulgaria Vitosha Nature Park.
Branimir Subaşiç
Branimir Subaşiç (serbcə: Branimir Subašić; d. 7 aprel 1982, Belqrad) — serb əsilli Azərbaycan futbolçusu, Türkiyənin Manisaspor və Azərbaycan milli futbol komandasının hücumçusu. == Həyatı == Branimir Subaşiç 7 aprel 1982-ci ildə Belqradda dünyaya gəlib. 1.80 metr boyu olan forvard karyerasına vətənində — "Zeleznik"də başlayıb. 1998–2000-ci illərdə bu klubun əsas komandasında 10 oyuna çıxıb. 2002-ci ildə "Sremcika"ya icarəyə verilib. "Bane" ləqəbli futbolçu bu komandada 6 oyunda 2 qol vurub. 2002/2003 mövsümündə Belçikanın "KV Oostende" klubunda 14 oyunda 3 dəfə rəqib qapıçıları məyus edib. 2003-cü ildə Fransaya yollanan Branimir "Beauvais Oise"lə anlaşıb. Bu komandada 5 oyuna 1 qol vurduqdan sonra Ukraynaya üz tutub.
Branislav Nuşiç
Branislav Nuşiç (8 (20) oktyabr 1864, Belqrad – 19 yanvar 1938[…], Belqrad) — serbiyalı yazıçı və dramaturq. == Bioqrafiya == Tacir ailəsində anadan olub. Gimnaziyanı bitirdikdən sonra Avstriyada universitetə daxil olur və daha sonralar Belqrad universitetində hüquqdan təhsil alır. 1883-cü ildə "Xalq deputatı" adlı ilk komediyasını yazır. Bu əsər 1896-cı ildə səhnəyə qoyulur. 1924-cü ildə isə elə həmən əsərin ilk dəfə kütləvi çapına başlanır. Nuşiç Serb-bolqar müharibəsinin iştirakçısı olub.
Branislav Nuşiç adına Həvəskar Dram Teatrı
Branislav Nuşiç adına Həvəskar Dram Teatrı (serb. Amatersko dramsko pozoriste) Bosniya və Hersegovina Dövlətinin Tesliç şəhərində yerləşən yerli teatrlatdan biridir. == Tarixi == Branislav Nuşiç adına Həvəskar Dram Teatrı Tesliç şəhərində çox məşhurdur.Bu teatr rəsmi olaraq 16 fevral 2008-ci ildə fəaliyyətə başlamışdır.1992-1995-ci illərdə ölkədə müharibə olduğu illərdə, Tesliç şəhərində mədəniyyət "ölmək" üzrə olduğunda bu teatrın yaradılması şəhər mədəniyyətinin dirçəlişində təməl daşı rolunu oynadı. Bir qrup şəhər əhalisi ( teatrın əsasını qoyan şəxslər) öz mədəniyyətlərini davam etdirmək və öz beynəlxalq imicini dünyaya yaymaq üçün teatr mədəniyyətini inkişaf etdirməyi qərara aldı. Teatrın bərpası bitdiyi dövrdə 15 nəfərdən ibarət həvəskar aktyor qrupu ilk şouları olan "Народни посланик" tamaşasını təqdim etdi. Onların əziyyəti hədər getmədi. Öz şəhərlərinə teatr mədəniyyətinin geri dönüşünü izləmək üçün gələnər üçün teatrın tutumu yetmədi.Həmin ildə də teatr üzvləri Laktaşi ərazisində yeni səhnəciklər və hədiyyələrlə zəngin olan ilk teatr karvanı həyata keçirdi. 2009-cu ildə teatr üzvəri 7-14 yaşlarındakı uşaqlar üçün aktyorluq dərsləri keçməyə başladı və bu uşaqlar teatrın gələcək Respublika Srpska və Bosniya federasiyasında keçirilən festivalların fəal iştirakçıları oldu. == Başlanğıc == Baxmayaraq ki, teatr rəsmi olaraq 2008-ci ildə fəaliyyətə başlayıb, Tesliç öz küçə sənəti ilə məşhur olmuşdur. 1958-1990-cı illərdə Teslicdə yaşamış Marko Mudornja səhnəcikləri yaradan, öz rəhbərliyi və idarəediciliyi ilə teslic əhalisini məmnun qoyan şəxs kimi tanınır.
Torfeno Branişte
Torfeno Branişte (bolq. Торфено бранище ) — Bolqarıstanda Bistrişko Branişte qoruğu ilə birlikdə təbiət qoruğudur. Qoruq 728.8 hektar əraziyə malikdir. Torfeno Branişte, 1935-ci ildə yüzlərlə mamır və yosun növləri ilə zəngin olan çim sahəsini qorumaq üçün yaradıldı. Çim səthi 0.6–2 m qalınlığındadır və hər il 1 mm artır. Qoruğa giriş qəti qadağandır, çünki Torfeno Branişte qoruq statusu ilə yanaşı içməli su mənbəyi olan çay hövzələrinin yerləşdiyi yerdir. == Ekologiya == Daimi nəm, turşu mühiti buradakı nadir ekosistemin inkişafına kömək etdi. Ərazisi söyüg, ardıc və qaragilə və dağ şamı kimi ağacabənzər kolluqlar istisna olmaqla demək olar ki ağacsızıdr. Torpaq florası əsasən cilkimilər ailəsindən olan bitkilərdən ibarətdir. Acıçiçək, qırmızı çınqılotu və daşdələn də nisbətən yayılmış bitkilərdir.

Oxşar sözlər

#brani nədir? #brani sözünün mənası #brani nə deməkdir? #brani sözünün izahı #brani sözünün yazılışı #brani necə yazılır? #brani sözünün düzgün yazılışı #brani leksik mənası #brani sözünün sinonimi #brani sözünün yaxın mənalı sözlər #brani sözünün əks mənası #brani sözünün etimologiyası #brani sözünün orfoqrafiyası #brani rusca #brani inglisça #brani fransızca #brani sözünün istifadəsi #sözlük