cərrah sözü azərbaycan dilində

cərrah

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • cərrah • 89.4661%
  • Cərrah • 10.3175%
  • CƏRRAH • 0.2165%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hüseyn Əliyev (cərrah)
Əliyev Hüseyn Kərim oğlu (11 avqust 1897, Koturlu, Cavanşir qəzası – 31 iyul 1972, Bakı) — Azərbaycan cərrahı, tibb elmləri doktoru, professor (1939), Azərbaycan SSR əməkdar həkimi və əməkdar elm xadimi (1942). == Həyatı == Hüseyn Əliyev 11 avqust 1897-ci ildə Kəlbəcərin Qoturlu kəndində anadan olub. 1967-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Tibb Universitetinin II qospital cərrahlıq kafedrasının müdiri və "Azərbaycan tibb jurnalı"nın baş redaktoru (1955-ci ildən) olmuşdur. Tədqiqatı, əsasən, öd yollarının iltihabı xəstəliklərinin klinikası və patologiyasına, qida borusunun plastikasına və s. həsr edilmişdir. Qırmızı Əmək Bayrağı ordeni, Qırmızı Ulduz ordeni və medallarla təltif edilmişdir. Tibb elmləri doktoru, professor (1939 idi. 31 iyun 1972-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Mübariz Əliyev (cərrah)
Mübariz Yaqub oğlu Əliyev (16 aprel 1959, Xocavənd) — Azərbaycan Tibb Universitetinin professoru, tibb elmləri doktoru. == Həyatı == Mübariz Əliyev 16 aprel 1959-cu ildə Xocavənd rayonunun Tuğ kəndində, müəllim ailəsində anadan olmuşdur. 1976-cı ildə Sumqayıt şəhəri 16 nömrəli orta məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Tibb Universiteti müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. Tibb universitetində cərrahiyyə ixtisası üzrə fərqlənmə diplomu ilə təhsilini tamamlayan Mübariz Əliyev, 1986-cı ilə qədər Sumqayıt şəhərində Təcili Tibbi Yardım Xəstəxanasında cərrah kimi fəaliyyət göstərib. 1986–1989-cu illərdə I Moskva Tibb Universitetində məqsədli aspiranturada təhsil alaraq həmin dövrdə Moskva şəhərinin 52 nömrəli xəstəxanasının məsul cərrahı olmuşdur. 1989-cu ilin iyun ayında namizədlik dissertasiyasını müdafiə edərək tibb elmləri namizədi adı alıb. Elmi təhsilini bitirdikdən sonra SSSR-i Səhiyyə Naziri Y. İ. Çazovun əmri ilə Azərbaycan Dövlət Tibb İnstitutuna göndərilmişdir. Mübariz Əliyev, 1989-cu ildən etibarən Azərbaycan Tibb Universitetində assistent, dosent və Musa Nağıyev adına xəstəxanada məsul cərrah vəzifələrində çalışmış, eləcə də bir sıra özəl klinikalarda işləmişdir. Hal-hazırda universitetin professoru və Tədris Cərrahlıq Klinikasının cərrahiyə şöbəsinin rəhbəridir. 1990–1997-ci illərdə Azərbaycan Gənc Tibb Alimləri Şurasının sədri olmuşdur.
Məmməd Bağırov (cərrah)
Məmməd Bağırov (Bağırov Məmməd Adil oğlu; 12 dekabr 1960, Zəngibasar rayonu) — Rusiya alimi; Tibb elmləri doktoru. Rusiya Tibb Elmləri Akademiyası Mərkəzi Elmi‑Tədqiqat Vərəm İnstitutunun cərrahiyyə şöbəsinin rəhbəri. == Həyatı == Bağırov Məmməd Adil oğlu 1960-cı il dekabrın 12-də Ermənistan Respublikasının Masis rayonunda anadan olub. 1984-cü ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu (indiki Azərbaycan Tibb Universiteti) bitirib. 1985-1987-ci illərdə 53 nömrəli Moskva şəhər xəstəxanasında cərrah işləyib. 1987-ci ildə Mərkəzi Elmi-Tədqiqat Vərəm İnstitutunda çalışıb. 1993-cü ildə namizədlik, 2003-cü ildə isə “Ağciyərin yayılmış və mürəkkəb fibrozkavernoz vərəmi xəstələrinin kompleks cərrahi müalicəsi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. M.Bağırov 1998-ci ildən Mərkəzi Elmi-Tədqiqat Vərəm İnstitutunun 2-ci cərrahiyyə bölməsinə rəhbərlik edib, 2011-ci ildə həmin institutun cərrahiyyə şöbəsinin müdiri təyin olunub. O, Mərkəzi Elmi-Tədqiqat Vərəm İnstitutunun və Rusiya Federasiyasının aparıcı ftiziocərrahıdır. Eyni zamanda vərəm, həmçinin ağciyər və plevranın digər patologiyaları: bronxların transsternal tıxanması, pulmonektomiya, plevropulmonektomiya, əməliyyat olunmuş ağciyərin götürülməsindən əvvəl lobektomiya, bilobektomiya, kombinə edilmiş anatomik rezeksiyalar, seqmental anatomik rezeksiyalar, əməliyyat edilmiş ağciyərin təkrar rezeksiyaları, bronxial gövdə rerezeksiyaları, kollaps-cərrahiyyə əməliyyatları (silikon möhürlə ekstraplevral pnevmoliz, torakoplastiklər), plevra patologiyasında müxtəlif əməliyyatlar, sinədaxili limfa düyünlərinin patologiyalarında əməliyyatlar zamanı bütün növ operativ müdaxilələri yerinə yetirir.
Rahim Hüseynov (cərrah)
Rahim Məmməd oğlu Hüseynov (1947, Salyan, Salyan rayonu) — professor, Azərbaycan Respublikasının sabiq səhiyyə naziri, "Təfəkkür" Universitetinin prorektoru, Biologiyaiya və təbiət elmləri kafedrasının müdiri, Beynəlxalq İnformatizasiya Akademiyasının həqiqi üzvü, "Dünya informasioloqları elitası" ünvanlı beynəlxalq müsabiqələr, akademik S.Vavilov və akademik Y.Məmmədəliyev adına mükafatların laureatı, ehtiyatda olan tibbi xidmət polkovniki. == Həyatı == Rahim Hüseynov 1947-ci ildə Salyan şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1964-cü ildə həmin şəhərdə orta məktəbi bitirib N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1970-ci ildə institutu bitirmiş və həkim ixtisası almışdır. Həmin il təyinatla Ordu sıralarına göndərilmiş, 1972-ci ilə qədər İvanovo (Rusiya Federasiyası) vilayətinin Teykovo şəhərində hərbi hissənin həkimi işləmişdir. Hərbi xidməti başa vurduqdan sonra 1972–1975-ci illərdə Salyan rayon mərkəzi xəstəxanasında həkim-cərrah işləmişdir. 1975-ci ildə respublika Səhiyyə Nazirliyi aparatında Müalicə-profilaktika yardımı idarəsində həkim-inspektor, 1977–1980-ci illərdə nazirliyin Ərizə və şikayətlər şöbəsinin müdiri, Kadrlar, elm və təhsil müəssisələri idarəsinin rəisi, 1980–1986-cı illərdə Müalicə-profilaktika yardımı Baş idarəsinin rəisi vəzifəsində çalışmışdır. 1981-ci ildə Səhiyyə Nazirliyinin Kollegiya üzvü seçilmişdir. 1986-cı ildə səhiyyə nazirinin müavini vəzifəsinə təyin olunmuşdur. 1992–1993-cü illərdə Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsində çalışmışdır.
Zülfüqar Məmmədov (cərrah)
Zülfüqar Mehdi oğlu Məmmədov (21 mart 1903, Yelizavetpol – 15 iyul 1971, Bakı) — akademik, cərrahiyyə sahəsi üzrə tanınmış alim. == Həyatı == Zülfüqar Mehdi oğlu Məmmədov 1903-cü il mart ayının 21-də Gəncə şəhərində anadan olmuşdur. 1921-ci ildə Yelizavetpol (Gəncə) gimnaziyasını bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsinə daxil olmuş, 1926-cı ildə oranı bitirmişdir. Z. Məmmədov 1936-cı ildə dissertasiya müdafiə edərək, tibb elmləri doktoru elmi dərəcəsinə və professor elmi adma layiq görülmüşdür. Z. Məmmədov 1961-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, 1968-ci ildə həqiqi üzvü seçilmişdir. Z. Məmmədov Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinin Ümumi cərrahlıq kafedrasında ordinator, (1926–1928), assistent (1928–1931), dosent və Operativ cərrahlıq kursunun müdiri (1931–1936) olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunun Ümumi cərrahlıq kafedrasının müdiri vəzifəsində çalışmış (1938–1971), Respublikada Zob Xəstəliyi ilə Mübarizə Komitəsinin sədri, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun direktoru, Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru (1943–1946), Azərbaycan Cərrahlar Cəmiyyətinin sədri və Ümumittifaq Endokrinoloqlar Komitəsinin üzvü (1947–1971) olmuşdur. 1961-ci ildən yenicə təşkil olunmuş Elmi Tədqiqat Kliniki və Eksperimental Təbabət İnstitutunun Endokrin Cərrahlığı şöbəsinə rəhbərlik etmiş, eləcə də Ümumittifaq Cərrahlar Cəmiyyəti Rəyasət Heyətinin üzvü (1962–1971) olmuşdur. Z. Məmmədov cərrahiyyə sahəsi üzrə tanınmış alimlərdən olmuşdur. Onun elmi fəaliyyətinin əsas istiqamətini endemik ur xəstəliyinin, qalxanabənzər və böyrəküstü vəzilərin, yumurtalıqların xəstəliklərinin, eləcə də başqa endokrinoloji xəstəliklərin, həmçinin osteomilitlərin diaqnostikası və cərrahi müalicəsi, qarın boşluğu orqanlarının kəskin və xroniki xəstəliklərinin klinikası, diaqnostikası və müalicəsi, yanıqların, donmaların Naftalan neftindən hazırlanmış preparatlarla müalicəsi üsullarının işlənib hazırlanması təşkil etmişdir.
İsmayıl Məmmədov (cərrah)
İsmayıl Məhəmməd oğlu Məmmədov (27 dekabr 1918, Naxçıvan – 24 noyabr 2006, Sankt-Peterburq) — Azərbaycan sovet cərrahı, Azərbaycanda tibb təhsili və səhiyyəsində xidmətləri olan, Azərbaycan Respublikasının "əməkdar elm xadimi" (2000), Azərb. SSR Tibb institutunun ümumi cərrahiyə kafedrasının professoru Azərb, SSR səhiyyə nazirliyinin 4- cü xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri(1974), Tibb institutunun elmi işlər üzrə prorektoru (1975) == Həyatı == İsmayıl Məmmədov 27 dekabr 1918-ci ildə Naxçıvanın Nehrəm kəndində anadan olmuşdur. Professor İsmayıl Məmmədov ilk təhsilini doğulduğu Nehrəm kəndində aldıqdan sonra Naxçıvan Tibb Texnikomuna daxil olmuş 1938 ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.Qaraçuğ kənd sovetliyində Feldşer məntəqəsinin müdiri kimi əmək fəaliyyətinə başlamış İ.Məmmədov daha sonra Nehrəm kənd həkim məntəqəsinin müdiri eyni zamanda Naxçıvan rayon Səhiyyə şöbəsinin təlimatçısı vəzifəsində çalışmışdır. 10 oktyabr 1939-cu ildə ordu sıralarına çağırılmış və 1946 cı ilin (7 il) sentyabr ayınadək hərbi xidmətdə olmuşdur. 2 ci dünya müharibəsinin başlandığı ilk günlərdən Litva sərhəddindəki hərbi hissədə xidmətə bağlamışdır. Leninqrad şəhərinin 900 günlük blokadası zamanı İjorsk taborunda baş feldşer kimi qulluq etmişdir. Bu taborda xidmətlərinə görə "Qırmızı Ulduz" ordeni və müxtəlif medallarla təltif olunmuşdur. 1946-cı ilin sentyabrında ordudan tərxis olunduqdan sonra İ.Məmmədov Vətəninə- Naxçıvana qayıtmışdır. İ.Məmmədov burada köhnə vəzifəsində çalışmış və 1947-ci ilin avqustunda Azərbaycan Respublikasının göndərişi ilə Leninqrad şəhərinə gələrək I Leninqrad Tibb İnstitutunun müalicə-profilaktika fakultəsinə daxil olmuşdur. 1953-cü ildə institutu fərqlənmə diplomu ilə bitirmiş və hospital cərrahiyyə kafedrasında kliniki ordinator vəzifəsində saxlanmışdır.
Mehdi Bağırov (həkim-cərrah)
Mehdi Bağırov Abbas oğlu (20 dekabr 1915, Naxçıvan – 27 mart 2004, Naxçıvan) — həkim-cərrah. Səhiyyə əlaçısı, SSRİ xalq həkimi və Azərbaycan SSRİ əmakdar həkimi olmuşdur. == Tibbi fəaliyyəti == 1941-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Tibb Universiteti) müalicə profilaktika fakültəsini bitirmiş; 1941–1945-ci illərdə Böyük Vətən müharibəsində Kiyev hərbi dairəsində xidmət etmiş, Berlinədək döyüş yolu keçmiş, minlərlə döyüşçünü həyata və cəbhəyə qaytarmış; 1946-cı ildə ordudan tərxis olunduqdan sonra Naxçıvanda cərrah işləmiş, muxtar respublikada cərrahiyyənin bünövrəsini qoymuşdur. Moskvada həkimləri Təkmilləşdirmə İnstitunun urologiya kafedrasında elmi axtarışlar apararaq, Naxçıvan MSSR-də böyrək daşı xəstəlikləri və onların müalicəsi mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş; 1946–1966-cı illərdə, eyni zamanda, Naxçıvan Tibb Məktəbində cərrahiyyədən dərs demiş; 1959-cu ildə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin baş cərrahı vəzifəsində işləmiş; 1959-cu ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. == Mükafatları == Xalq arasında böyük nüfuzu olan Mehdi Bağırov hələ 1959-cu ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilərək, müxtəlif orden və medallarla təltif edilmişdir. Lenin ordeni, Qırmızı ulduz, Xalqlar dostluğu və s. ordenlərlə təltif edilmişdir.
Əbu Übeydə ibn Cərrah
Əbu Übeydə Əmir ibn Abdullah ibn Cərrah (ərəb. أبو عبيدة عامر بن عبدالله بن الجراح‎; 583, Məkkə – 639, Emmaus[d]) — İslam peyğəmbəri Məhəmmədin səhabələrindən biri. O, xəlifə Ömərin hakimiyyəti dövründə Raşidi ordusuna öndərlik etmişdir və Ömərin xilafətə davamçı seçdikləri adamlardan biri idi. == Həyatı == Tam adı Əbu Übeydə Əmir ibn Abdullah ibn Cərrah ibn Hilal ibn Üheyb ibn Dəbba ibn Həris ibn Fihr ibn Məlik ibn Nədr Kuraşi Fixri təqribən 581-ci ildə Məkkədə anadan olmuşdur. Tacir olan Əbu Übeydə Banu Həris ibn Fihr qəbiləsinin Kuraşi qolundan idi. O, İslamı qəbul etməzdən əvvəl Kuraşilər arasında, o cümlədən Məkkə şəhərində tanınırdı. Əbu Übeydə İslam peyğəmbəri Məhəmmədin Məkkədə yaşadığı dövrdə, 611-ci ildə Əbu Bəkrdən sonra İslam dinini qəbul edir. Məhəmmədin digər səhabələri ilə Həbəşistana köçməli olan Əbu Übeydə Məkkəyə qayıtdıqdan sonra Mədinəyə gedir. O, Mədinə olan dövrdə gənc İslam Dövlətinin yaranmasına və möhkəmlənməsinə kömək etdi. Əbu Übeydə Məkkə bütpərəstləri ilə müsəlmanlar arasında gedən bütün döyüşlərdə iştirak edir.
Əziz Əliyev (cərrah-onkoloq)
Əziz Cəmil oğlu Əliyev (16 yanvar 1975, Bakı) — tibb elmlər doktoru, professor. İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universiteti) Bakı filialının rektoru (14 dekabr 2015-ci ildən). Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzinin baş-boyun şişləri şöbəsində aparıcı elmi işçi və cərrah-onkoloq vəzifəsində çalışır (may 2013-cü ildən). == Həyatı == Əziz Cəmil oğlu Əliyev 16 yanvar 1975-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1991-ci ildə Bakı şəhəri 134 saylı məktəbi gümüş medalla bitirib. 1991-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə fakültəsinə daxil olub. Təhsilini Azərbaycan Respublikasının Dövlət proqramıi xətti ilə Amerika Birləşmiş Ştatlarında davam etdirərək Nyu-York Universitetini bitirib. Daha sonra Pittsburg Tibb Universitetinin (ABŞ) rezidenturasına qəbul olunub və rezidentura müddətində əsas diqqət baş və boyun şişlərinin cərrahi müalicəsi yönəldilib. Amerika Birləşmiş Ştatlarında Memorial Sloan-Kettering Xərçəng mərkəzində "Baş və boyun onkologiyası" üzrə 2 illik proqramı uğurla bitirdikdən sonra cərrah-onkoloq diplomuna layiq görülüb. Avstriyada cərrahlıq üzrə tibb diplomu təsdiqləndikdən sonra Avstriyanın Barmherzigen Schwestern klinikasında baş-boyun şişləri şöbəsində cərrah-onkoloq vəzifəsində işləyib.
Əli ibn İsa ibn Cərrah
Əli ibn İsa ibn Davud ibn Cərrah (859 – 1 avqust 946, Bağdad) — Abbasilər xilafətində fars əsilli məmur. Abbasilər hökumətində uzun müddət xidmət keçmiş ailədən olan Əli ibn İsa Abbasilər sarayında hakimiyyətə yüksəlmiş, 913–917-ci, 918–923-cü və 927–928-ci illərdə vəzir vəzifəsində çalışmışdır. Əli ibn İsanın Abbasilər dövlətinin süqutu ilə nəticlənən tənəzzülü ilə üst-üstə düşən siyasi karyerası keşməkeşli olmuş, rəqibi Əbülhəsən Əli ibn Fərat və onun tərəfdarları ilə tez-tez sürgünlərə səbəb olmuş hakimiyyət mübarizəsi ilə yadda qalmışdır. İbn Fəratın səxavətindən və israfçılığından fərqli olaraq, Əli ibn İsa fitnə-fəsadın sərt və qətiyyətli rəqibi olmuş, bu ona çoxlu düşmənlər qazanmışdır. Buna baxmayaraq, o, sonrakə illərdə idarəetmə üzrə istedadı və dürüstlüyü səbəbindən "yaxşı vəzir" kimi yadda qalmışdır. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === van Berkel, Maaike M. L. (2013). "ʿAlī b. ʿĪsā b. Dāʾūd b. al-Jarrāḥ".
Cərrah
Müasir tibbdə cərrah cərrahiyyə əməliyyatını həyata keçirən həkimdir. Fərqli dövrlərdə və yerlərdə fərqli ənənələr mövcud olsa da, müasir cərrah eyni zamanda lisenziyalı bir həkimdir və ya cərrahiyyə sahəsində ixtisaslaşmadan əvvəl həkimlərlə eyni tibbi təhsili almışdır. Pediatriya, stomatologiya və baytarlıq sahəsində də cərrahlar var. Cərrahların hər il dünyada 300 milyondan çox cərrahi əməliyyat apardığı təxmin edilir.
Əl-Cərrah ibn Əbd-ül-Lah əl-Həkəmi
Əbu Übəyda əl-Cərrah ibn Abdullah əl-Həkəmi(ərəb أبو عقبة الجراح بن عبد الله الحكمي) — Həkəmi tayfasından olan ərəb zadəganı və sərkərdəsi. 8-ci əsr ərzində o müxtəlif vaxtlarda Bəsrə, Sistan, Xorasan və Azərbaycanın valisi olmuşdur. Xəzər-ərəb müharibələrində ərəb qoşun sərkərdəsi. == Həyatı == Xəzərlər tərəfindən 730-cu ildə Ərdəbil yaxınlığında döyüşdə öldürülmüşdür.
Əl-Cərrah ibn Əbd-ül-Lah əl Həkəmi
Əbu Übəyda əl-Cərrah ibn Abdullah əl-Həkəmi(ərəb أبو عقبة الجراح بن عبد الله الحكمي) — Həkəmi tayfasından olan ərəb zadəganı və sərkərdəsi. 8-ci əsr ərzində o müxtəlif vaxtlarda Bəsrə, Sistan, Xorasan və Azərbaycanın valisi olmuşdur. Xəzər-ərəb müharibələrində ərəb qoşun sərkərdəsi. == Həyatı == Xəzərlər tərəfindən 730-cu ildə Ərdəbil yaxınlığında döyüşdə öldürülmüşdür.
Cərrah Mehmed Paşa
Cərrah Mehmed Paşa (v. 10 yanvar 1604, Konstantinopol) — III Mehmed dövründə 9 ay Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət xadimidir. == Həyatı == Əsli və həyatının ilk illəri haqqında yetərli məlumat yoxdur. Əndərunda yetişmiş, ardından hasoda bölüyündə cərrah olaraq xidmət etməyə başlamışdır. Ardından yeniçəri ağası təyin edilərək saraydan ayrılmışdır. Bu vəzifədə ikən 1578-ci ildə kaptan-ı dərya Piyalə Paşanın ölümüylə dul qalan Gövhərxan Sultanla nikahlandı. Çox keçmədən 15 yanvar 1580-ci ildə xanımının da təsiriylə Rumeli bəylərbəyliyinə təyin edildi. Ardından 1582-ci ilin martında Boyalı Mehmed Paşanın yerinə dördüncü vəzir olaraq divana daxil oldu. Bu vəzifədə ikən Sultan Muradın böyük oğlu Şahzadə Mehmedi sünnət etdi. Bu səbəblə bundan sonrakı illərdə "Cərrah" ləqəbiylə anıldı.
Cərrah ibn Abdullah
Əbu Übəyda əl-Cərrah ibn Abdullah əl-Həkəmi(ərəb أبو عقبة الجراح بن عبد الله الحكمي) — Həkəmi tayfasından olan ərəb zadəganı və sərkərdəsi. 8-ci əsr ərzində o müxtəlif vaxtlarda Bəsrə, Sistan, Xorasan və Azərbaycanın valisi olmuşdur. Xəzər-ərəb müharibələrində ərəb qoşun sərkərdəsi. == Həyatı == Xəzərlər tərəfindən 730-cu ildə Ərdəbil yaxınlığında döyüşdə öldürülmüşdür.
Katlin(cərrahiyə)
Katlin və ya Katlinq – uzun, iki tərəfli cərrahi bıçaq . 17-ci əsrdən 19-cu əsrin ortalarına qədər, xüsusən də amputasiya üçün istifadə edilmişdir; bundan sonra mexaniki idarə olunan (daha sonra elektriklə idarə olunan) mişarlar istifadə olunmağa başlandı. Cərrah William Clowes 1596-cı ildə yazılmış tibbi traktatında alət haqqında yazırdı ki, amputasiya üçün "çox yaxşı bir katlin və kəsik bıçağı" istifadə edilməlidir 1639-cu ildə cərrah John Woodall bir əsərdə "catlinge" haqqında danışdı. 1693-cü ildə İngilis donanmasının cərrahı Con Moyl düzgün amputasiya üsullarını təsvir edərkən yazırdı ki, "Katlinqinizlə əti və damarları sümüklərin ətrafında və arasında bölün və katlinqinizin arxası ilə periosteumunu çıxarın ki, bu, sümüklərin işləməsinə mane olmasın. gördü, nə də əməliyyatda daha böyük əzablara səbəb ola bilməz". Daha sonralar bu terminin sümüklərarası bıçağa aid olduğu anlaşıldı.
Katlin (cərrahiyə)
Katlin və ya Katlinq – uzun, iki tərəfli cərrahi bıçaq . 17-ci əsrdən 19-cu əsrin ortalarına qədər, xüsusən də amputasiya üçün istifadə edilmişdir; bundan sonra mexaniki idarə olunan (daha sonra elektriklə idarə olunan) mişarlar istifadə olunmağa başlandı. Cərrah William Clowes 1596-cı ildə yazılmış tibbi traktatında alət haqqında yazırdı ki, amputasiya üçün "çox yaxşı bir katlin və kəsik bıçağı" istifadə edilməlidir 1639-cu ildə cərrah John Woodall bir əsərdə "catlinge" haqqında danışdı. 1693-cü ildə İngilis donanmasının cərrahı Con Moyl düzgün amputasiya üsullarını təsvir edərkən yazırdı ki, "Katlinqinizlə əti və damarları sümüklərin ətrafında və arasında bölün və katlinqinizin arxası ilə periosteumunu çıxarın ki, bu, sümüklərin işləməsinə mane olmasın. gördü, nə də əməliyyatda daha böyük əzablara səbəb ola bilməz". Daha sonralar bu terminin sümüklərarası bıçağa aid olduğu anlaşıldı.
Rekonstruktiv cərrahi
Rekonstruktiv cərrahi (bərpa cərrahisi) doğuşdan gələn anormallıqlar, inkişaf anomaliyaları, qəza nəticəsindəki yaralanmalar, infeksiyalar, şişlər (xoşxassəli və bədxassəli) və digər xəstəliklər nəticəsində əmələ gələn zədələnmiş bədən qisimlərinə tətbiq edilir. Burada əldə ediləcək görünüşə diqqət edilsə də əsil məqsəd, yaralanmış və funksiyalarını itirmiş bədən qisimlərinə yenidən funksiya qazandırmaqdır. Rekonstruktiv cərrahi özü-özünə yaxşılaşması mümkün olmayan; ya da özü-özünə yaxşılaşdıqda tam yaxşılaşmayan və işləməsi mümkün olmayan orqanları – bədən qisimlərini bərpa edir və funksiyalarını geri qaytarır.
Uşaq cərrahiyyəsi
Uşaq cərrahiyyəsi və ya pediatrik cərrahiyyə — döllərin, körpələrin, uşaqların, yeniyetmələrin və gənclərin cərrahiyyəsini əhatə edən cərrahiyyənin alt ixtisası. == Tarix == Uşaq cərrahiyyəsi 1879-cu əsrin ortalarında ortaya çıxdı və anadangəlmə qüsurların cərrahi müalicəsi yeni texnika və üsullar tələb etdiyi üçün daha çox uşaq xəstəxanalarında yer almağa başladı. Bu yeniliyin baş verdiyi yerlərdən biri Filadelfiya Uşaq Xəstəxanası olub. Çarlz Everett Koopun cərrahi rəhbərliyi altında 1940-cı illərdən etibarən körpələrin endotraxeal anesteziyasının yeni üsulları əvvəllər sağalmayan anadangəlmə qüsurların cərrahi yolla bərpasına imkan verdi. 1970-ci illərin sonlarına qədər bir çox əsas anadangəlmə qüsur sindromlarından uşaq ölüm nisbəti demək olar ki, sıfıra endirildi. == İxtisaslar == Uşaq cərrahiyyəsinin alt ixtisaslarına aşağıdakılar daxildir: neonatal cərrahiyyə və fetal cərrahiyyə.
Bariatrik cərrahiyyə
Bariatrik cərrahiyyə obez insanlar üzərində həyata keçirilən müxtəlif prosedurları ehtiva edir. Bariatrik cərrahiyyə arıqlamaq və piylənmənin ağırlaşmalarını azaltmaq üçün ən təsirli müalicə üsulu hesab olunur.
Neyroplastik cərrahiyyə
Neyroplastik cərrahiyyə və ya rekonstruktiv cərrahiyyə sinir sisteminin, xüsusən də beyin və periferik sinirlərin funksiya və formasının bərpası ilə məşğul olan cərrahi ixtisasdır. Bu ixtisas travma, şişlər və ya digər xəstəliklər nəticəsində sinir sisteminə zərərin bərpasına yönəlmişdir. Neyroplastik və rekonstruktiv cərrahlar xəstələrin funksiyalarını bərpa etmək və həyat keyfiyyətini yaxşılaşdırmaq üçün mikrocərrahiyyə, sinir transplantasiyası və neyroprostetik kimi müxtəlif üsullardan istifadə edirlər. == Tarixi == Dr. Pol Busi və Dr. Uaylder Penfild kimi qabaqcıllar nevroloji xəstəlikləri olan xəstələri müalicə etmək üçün yeni cərrahi üsullar inkişaf etdirirdilər. 1950–60-cı illərdə neyrooplastik və rekonstruktiv cərrahiyyə sahəsi ortaya çıxmağa başlasa da, bu sahənin tarixi əsasən 1800-cü illərin sonlarına, fransız neyrocərrah Viktor Horslinin güllə yarası nəticəsində yaranan üz iflicini bərpa etmək üçün ilk sinir greftini yerinə yetirdiyi vaxta gedib çıxır. O vaxtdan bəri mikrocərrahiyyə, neyroprostetik və digər üsullardakı irəliləyişlər sinir zədələri və pozğunluqlarının müalicəsində əhəmiyyətli irəliləyişlərə səbəb olmuşdur, lakin neyroplastiklik anlayışı 19-cu əsrdən, alimlərin təcrübəyə cavab olaraq beynin dəyişmə qabiliyyətini öyrənməyə başladığı vaxtdan bəri mövcuddur. 20-ci əsrin əvvəllərində isə neyrocərrahlar beyin zədələri və ya pozğunluqları olan xəstələri müalicə etmək üçün neyroplastikliyin istifadəsini araşdırmağa başladılar.
Reduksiya (ortopedik cərrahiyyə)
Reduksiya — sınığı və ya çıxığı düzgün vəziyyətə qaytarmaq üçün cərrahi əməliyyat. == Etimologiyası == "Reduksiya" termininin mənası hər hansı bir aradan qaldırma və ya kəmiyyət azalması demək deyil, əksinə bərpanı nəzərdə tutur: (re - "geri, başlanğıc vəziyyətə" + ducere – "aparıcı/gətirmək") — yəni "normal vəziyyətə gətirir”. == Təsviri == Sümük sındıdan sonra qırıqlar yerdəyişmə nəticəsində hamarlığını itirir. Qırılan sümüyün heç bir deformasiya olmadan sağalması üçün sümük parçaları yenidən öz normal anatomik vəziyyətinə uyğunlaşdırılmalıdır. Ortopedik cərrahiyyə yerdəyişməni azaltmaqla sınıq sümüyün normal anatomiyasını yenidən yaratmağa çalışır. Reduksiya prosesi qısa müddət ərzində şiddətli ağrılı ola bildiyindən, adətən qısa təsirli anesteziya, sedativ və ya sinir bloku altında aparılır. Qiriq hissəcikləri quraşdırıldıqdan sonra, reduksiya, gipslərin tətbiqi, dartma və ya plitələr, vintlər və ya digər implantlar vasitəsilə saxlanılır, bu da öz növbəsində xarici və ya daxili ola bilər. == Növləri == Reduksiya "qapalı" və ya "açıq" cərrahiyyə üsullarla ola bilər: Qapalı reduksiya — sümük parçalarına cərrahi məruz qalmadan yığmaq. Açıq reduksiyada — sınıq hissəcikləri toxumaların parçalanması ilə cərrahi olaraq müəyyən edilir.
Abdominal cərrahiyyə
Abdominal cərrahiyyə — məqsədi qarın boşluğunun orqanlarının və divarlarının xəstəliklərinin və xəsarətlərinin cərrahi müalicəsi olan tibbi bilik sahəsi. Qarın cərrahiyyəsinə müvafiq profilli tibb müəssisəsinin şöbəsi də deyilir. Bu profilin əməliyyatları qarın cərrahiyyəsində ən qədimlərdəndir. Məhz onlarla cərrahın qarın əməliyyatları üzrə təlimi başlayır. Qarın əməliyyatlarının əhəmiyyətli bir hissəsi qarındır. Qarın boşluğunun zədələnməsi həmişə ciddi problem olub və effektiv antibiotiklərin və antiseptiklərin meydana çıxmasından əvvəl əksər hallarda xəstənin sepsisdən ölümü ilə nəticələnirdi. Buna baxmayaraq, həkimlər cərrahi yardımın göstərilməsi üsullarını təkmilləşdirməyə davam etdilər. Qarın divarında cərrahiyyə əməliyyatları Hippokratın, Qalenin əsərlərində və bir çox orta əsr və daha müasir tibbi traktatlarda qeyd olunur. Müasir qarın cərrahiyyəsi müalicə zamanı xəstəyə vurulan cərrahi travmanın minimuma endirilməsinə yönəlib. Bu məqsədlə endoskopik cərrahi üsullardan getdikcə daha çox istifadə olunur.
Hərbi cərrahiyyə
Hərbi cərrahiyyə — hərbi (döyüş) əməliyyatları şəraitində cərrahiyyə, habelə döyüş xəsarətlərinin müalicəsi və müalicəsinin təşkilinə yönəlmiş tibbi intizam. Hərbi səhra cərrahiyyəsi — tədqiq obyekti döyüş xəsarətlərinin patologiyası, onların diaqnozu, kliniki gedişatı və müalicə üsulları, habelə yaralılara və zədələnmişlərə cərrahi yardımın göstərilməsinin təşkili olan cərrahiyyə və hərbi tibb bölməsidir. fəal orduda və ölkənin arxa cəbhəsində tibbi evakuasiya mərhələləri. Hərbi səhra cərrahiyyəsinin yaranması bilavasitə görkəmli rus cərrahı Nikolay İvanoviç Piroqovun 1853-1856-cı illərdə Sevastopol hərbi kampaniyası zamanı fəaliyyəti ilə bağlıdır, burada o, hərbi səhra cərrahiyyəsinin istiqamətini müəyyən edən yaralıların müalicəsində bir neçə innovativ üsuldan istifadə etmişdir. == Hərbi cərrahiyyəsinin xüsusiyyətləri == Ümumi cərrahiyyədən fərqli olaraq, hərbi səhra cərrahiyyəsi də döyüş şəraitində yaralıların müalicəsi üsullarını inkişaf etdirir, lakin diqqət zədədən sonra həyatın qorunmasına və əvvəlcə səhra xəstəxanasına, sonra isə arxaya təxliyə edilir. Hərbi cərrah təkcə ümumi cərrah deyil, o, evakuasiyanın müvafiq mərhələsində yaralıların birbaşa cərrahi müalicəsini həyata keçirir. == İstinadlar == == Ədəbiyyat == Пирогов Н. И. Начала общей военно-полевой хирургии…. Собр. соч. Т. 5, 6.
Kolorektal cərrahiyyə
Kolorektal cərrahiyyə — düz bağırsaq, anus və yoğun bağırsağın pozğunluqları ilə əlaqəli cərrahiyyə şöbəsi. Bu sahə həm də proktologiya kimi tanınır, lakin son termin indi tibbdə nadir hallarda istifadə olunur və ən çox anus və düz bağırsaqda terapevtik müdaxilələri təyin etmək üçün istifadə olunur. == İxtisaslaşma sahəsi == Kolorektal cərrahiyyə aşağıdakı xəstəliklərin cərrahi müalicəsi üsullarını nəzərdən keçirir: varikoz damarları, düz bağırsağın və anusun damarlarında şişlik və iltihab (hemoroid); anusda qeyri-təbii çatlar və ya yırtıqlar (anal çatlar); bədən boşluqları arasında anormal əlaqələr və ya patoloji kanallar (fistulalar: xarici fistula daxili boşluqdan başlayır və anal kanalın lümeninə və ya perineumun səthinə çıxır, daxili - bədənin içərisindəki içi boş orqanları birləşdirir); şiddətli qəbizlik ilə müşayiət olunan şərtlər; nəcisin tutulmaması; anus vasitəsilə düz bağırsağın divarının çıxması (rektal prolaps); anal atreziya kimi doğuş qüsurları; Kron xəstəliyi kimi ağır kolon xəstəliklərinin müalicəsi; kolon xərçəngi və rektum xərçəngi (kolorektal xərçəng); prolaps halında rektal bölgənin yerini dəyişdirmək; anal xərçəng; anusun hər hansı bir travması; anusa yerləşdirilən xarici cisimlərin çıxarılması. == Ədəbiyyat == Кайзер А.М. Колоректальная хирургия. М.: Издательство Панфилова, 2011. - 755 с. ISBN 978-5-91839-005-4.
Regenerativ cərrahiyyə
Regenerativ cərrahiyyə — anadangəlmə qüsurlar, xəstəlik, zədə və ya qocalma nəticəsində itirilmiş funksiyaları bərpa etmək üçün hüceyrələrin, toxumaların və/və ya orqanların təmiri, dəyişdirilməsi və/və ya bərpası üsullarına həsr olunmuş cərrahiyyənin fənlərarası bölməsi. Regenerativ cərrahiyyə reparativ (toxuma və orqanların itirilməsi və ya zədələnməsi halında bərpası) və ya fizioloji regenerasiya (normal həyat prosesində) üçün şəraitin təmin edilməsi üçün hüceyrə texnologiyalarından və yeni materialların istifadəsi ilə məşğul olan yeni tibb sahəsidir. == Əvəzedici və bərpaedici cərrahiyyə üçün materiallar == Regenerativ cərrahiyyə iki əsas seqmenti olan implantasiya olunan materiallar və məhsullar bazarında xüsusi yer tutan bioresorbable (bioloji parçalana bilən) yerli toxumalardan, həmçinin bioloji polimer materiallardan istifadə edir: ortopediya, stomatologiya, ürək-damar cərrahiyyəsi, neyrocərrahiyyə və s. üçün bioresorbable implantasiya məhsulları; sümük, qığırdaq və yumşaq toxumaların dəyişdirilməsi və rekonstruktiv cərrahiyyəsi üçün. Yüksək biouyğunluğa malik olan biopolimerlər (alginatlar, kollagen, jelatin, xitozan, hialuron turşusu, bakterial mənşəli poliesterlər) də yüksək effektiv biostimulyatorlardır. İmplantasiya edildikdə, onlar bədəndən xaric olan və ya hüceyrə səviyyəsində maddələr mübadiləsində fəal iştirak edən daha sadə birləşmələrə parçalanır. Biopolimer implantların rezorbsiyasının son məhsulları — su və karbon qazıdır. == Hepatobiler orqanların regenerativ cərrahiyyəsi == Qaraciyərin travmatik və ya zəhərli zədələnmədən sonra bərpa etmək qabiliyyəti indi məlumdur. Göstərilmişdir ki, qaraciyərin reparativ regenerasiyası zamanı hepatosit hovuzunun doldurulması təkcə hepatositlərin mitoz bölünməsi yolu ilə deyil, həm də onların regional kök hüceyrələrdən əmələ gəlməsi ilə baş verir. Bu hüceyrələrin fəaliyyəti qaraciyər hüceyrələrinin qarşılıqlı əlaqəsini normallaşdırmağa və zədələnmiş qaraciyərdə bərpaedici regenerasiya proseslərini yenidən təşkil etməyə yönəldilmişdir.
İrinli cərrahiyyə
İrinli cərrahiyyə (ing. purulent surgery) — irinli cərrahi infeksiya ilə xəstəliklərin müalicəsi və profilaktikasını öyrənən cərrahiyyə sahəsi. Ocaqların yerləşdiyi yerə görə irinli infeksiyalar yerli və ümumi bölünür. Bədəndə və ya insan bədənində yerləşdiyi yerdən asılı olaraq, irinli infeksiya müəyyən simptomlar və təzahürlərə malik ola bilər. == Ədəbiyyat == Горюнов С.В., Ромашов Д.В., Бутивщенко И.А. ГНОЙНАЯ ХИРУРГИЯ. АТЛАС /Под редакцией И. С. Абрамова/ М.: БИНОМ. Лаборатория знаний, 2004.
İstanbul Universiteti-Cərrahpaşa
İstanbul Universiteti-Cərrahpaşa — İstanbulda yerləşən Türkiyə dövlət universiteti. 2018-ci ildə bəzi fakültə, institut, kollec və peşə məktəbləri İstanbul Universitetindən ayrılaraq İstanbul Universiteti-Cərrahpaşa adı altında yeni universitet kimi yaradılıb. Adını İstanbulun Cərrahpaşa səmtinə də adını verən Cərrah Mehmed Paşadan almaqdadır. 12 fakültə, 6 institut, 1 kollec, 5 peşə məktəbi və 17 tədqiqat mərkəzinə malikdir. 8 kampusu olan universitetin rektorluğu Avcılarda yerləşir. Universitet iki dildə, türk və ingilis dillərində təhsil verir. == Tarixi == Dünyanın 20 ən qədim universiteti arasında yer alan və Türkiyə Respublikasının ilk müasir universiteti olan İstanbul Universiteti, İstanbul-Cerrahpaşa Universitetinin əsasını təşkil edir. İstanbul Universiteti, 2018-ci ildə 23 fakültə, 17 institut, 2 məktəb, 7 peşə məktəbi, 44 elmi-tədqiqat mərkəzi, 12 şəhərcik, 6000-ə yaxın professor-müəllim heyəti, 12 min inzibati heyəti və 170 min-dən çox bakalavr tələbəsini özündə birləşdirirdi. Lakin bu böyümənin gətirdiyi problemlər zaman keçdikcə daha da artıb və həll olunmaz bir prosesə irəliləyirdi. Gündən-günə sıxlaşan şəhərlər, onların əhalisinin durmadan artması, getdikcə çətinləşən nəqliyyat və məskunlaşma problemləri, eləcə də inzibati-təsərrüfat məsələlərinin həllində qarşıya çıxan çətinliklər və böyük universitetlərin idarə olunmasında formalaşan maliyyə, akademik və təhsil problemləri iri universitetlərin bölünməsi məsələsi gündəmə gətirməyə başlamışdı.

cərrah sözünün leksik mənası və izahı

cərrah sözünün rus dilinə tərcüməsi

  • 2 I сущ. хирург (врач-специалист по хирургии). Baş cərrah главный хирург, növbətçi cərrah дежурный хирург II прил. хирургический (используемый при операциях). Cərrah bıçağı хирургический нож (ланцет), cərrah qayçısı хирургические ножницы, cərrah maqqaşı хирургический пинцет, cərrah stolu хирургический стол

    Azərbaycanca-rusca lüğət / cərrah

cərrah sözünün inglis dilinə tərcüməsi

cərrah sözünün fransız dilinə tərcüməsi

cərrah sözünün ləzgi dilinə tərcüməsi

"cərrah" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#cərrah nədir? #cərrah sözünün mənası #cərrah nə deməkdir? #cərrah sözünün izahı #cərrah sözünün yazılışı #cərrah necə yazılır? #cərrah sözünün düzgün yazılışı #cərrah leksik mənası #cərrah sözünün sinonimi #cərrah sözünün yaxın mənalı sözlər #cərrah sözünün əks mənası #cərrah sözünün etimologiyası #cərrah sözünün orfoqrafiyası #cərrah rusca #cərrah inglisça #cərrah fransızca #cərrah sözünün istifadəsi #sözlük