Ceyms sözü azərbaycan dilində

Ceyms

Yazılış

  • Ceyms • 98.7533%
  • CEYMS • 1.1576%
  • ceyms • 0.0445%
  • CEyms • 0.0445%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ceyms
Ceyms — Kişi adı. Ceyms Monro — Amerika Birləşmiş Ştatlarının 5-ci prezidenti Ceyms Byukenen — Amerika Birləşmiş Ştatlarının 17-ci prezidenti Ceyms Coys — irland yazıçı Ceyms Qarfild — Amerika Birləşmiş Ştatlarının 20-ci prezidenti Ceyms Eyveri — aktyor Ceyms Cozef Silvester — Əslən yəhudi olan İngiltərə riyaziyyatçısı Ceyms Naçvey — ABŞ fotojurnalisti və hərbi fotoqrafı. Ceyms Rey — Amerika Birləşmiş Ştatları ordusunun polkovniki. Ceyms Hekman — amerikalı iqtisadçı. Ceyms Mirrlis — şotland iqtisadçı. Ceyms Mid — məşhur ingilis iqtisadçısı. Ceyms Tobin — amerikalı iqtisadçı.
Cessika Ceyms
Cessika Ceyms (8 mart 1976, Ankoric – 17 sentyabr 2019) — ABŞ pornoaktrisası. == Həyatı == Cessika Ceyms yetkin kino karyerasına 2002-ci ildə başlayıb və 2009-cu ildə Brazzers ilə müqavilə imzalamışdır.
Ceyms Medison
Ceyms Medison (ing. James Madison; 16 mart 1751[…] – 28 iyun 1836[…]) — Amerika Birləşmiş Ştatlarının 4-cü prezidenti (1809–1817) və 5-ci Dövlət katibi (1801–1809), ABŞ-nin bani atalarından biri. == Erkən həyatı == Ceyms Medison 1751-ci il martın 16-da Virciniya ştatının Port-Konuey yaşayış məntəqəsində varlı plantator ailəsində anadan olmuşdur. Ailənin on iki uşağından ən böyüyü olan Ceyms, mirasa olan hüquqlarından istifadə etməmiş, yalnız özünü dolandırmaq üçün vəsait tələb etmişdir. Yerli internatda beş il təhsil aldıqdan sonra 1769-cu ildə, indi Prinston Universiteti adlanan Nyu-Cersi kollecində təhsilini davam etdirir. Burada o, Şotland Maarifçilərinin ideyalarına böyük maraq göstərir. Özünün bir çox siyasi mübarizə həmkarlarından fərqli olaraq onun hüquq təhsili olmamışdır. Məhz bu səbəbdən bəzi müasirləri konstitusiyanın zəif olmasını iddia edirdilər. 23 yaşında siyasi fəaliyyətə başlayan Medison Virciniyada ingilis ağalığına qarşı müqavimət hərəkatının Orinc komitəsinə üzv seçilir. 1776-cı ilin iyulunda o, Orinc dairəsini İnqilabi Konqresdə təmsil edir.
Ceyms Vatson
Ceyms Votson — (ing. James Watson, 6 aprel 1928[…], Çikaqo, İllinoys), 1950-ci illərdə Fransiz Krik ilə apardığı araşdırma ilə DNTnin cüt spiral quruluşunu aşkar edərək Nobel Mükafatını almış məşhur elm adamı, bioloq. == Həyatı və kəşfləri == Çikaqo Universiteti zoologiya üzrə təhsil aldıqdan sonra 1950-ci ildə İndiana Universitetində maqistatura oxumuşdur. 1950–1953-cü illərdə öncə Kopenhagendə, sonra da Kembric Universitetidə DNTnin quruluşunu çıxarma üzərində araşdırmalar aparmışdır. Kembric Universitetidə Fransiz Krik ilə girişdiyi analizlər nəticə vermiş və 1953-cü ildə Nature jurnalında qısa, sadəcə 900 sözdən ibarət məqalələrinin nəşri elm adına önəmli bir qaranlıq bölüm aydınlanmış oldu. Məqalə belə başlıyırdı: "Dezoksiribonuklein (DNT) üçün bir quruluş təklif etmək istəyirik…" Ancaq bu kəşfdə Rosalind Franklinin də payı böyükdür. Əgər 38 yaşında xərçəngdən ölməsəydi o da veriləcək Nobel Mükafatını paylaşa bilərdi. DNT-nin cüt spiral quruluşunun olduğunun tapılmasında Rosalind Franklinin Rentgen şüaları rəsmləri önəmli rol oynamışdır. Ancaq özü Rentgen şüalarıının rəsimlerini doğru şərh etməmişdir. == Nəaliyyətləri == Ceyms Uatson 1956'da Harvard Universitetinde Molekulyar Biyoloji və Biyokimya Professorluğuna gətirildi.
Ceyms Vatt
Ceyms Vatt (ing. James Watt; 19 yanvar 1736[…], Qrinok, Renfryuşir qraflığı[d], Böyük Britaniya krallığı[…] – 25 avqust 1819[…], Birminhem, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı) — Şotlandiyalı ixtiraçı. Ən böyük nailiyyətlərindən biri buxar maşınını təkmilləşdirməkdən ibarət olmuşdur. Bununla da, Sənaye inqilabının gedişinə ciddi təsir göstərən simalardan birinə çevrilmişdir. == Həyatı == Ceyms Vatt kasıb, ancaq çox savadlı ailədə anadan olmuşdur. Onun atası dülgər idi. Babası şotlandiya-milli riyaziyyat müəllimi olmuşdur. Ceymsin uşaqlıqdan sağlamlığı çox zəif olmuşdur. O daimi xroniki baş ağrılarından əziyyət çəkmişdir. Uşaq ikən o hər şeylə maraqlanmış, əlinə keçən hər bir qurğunun işləmə prinsipini öyrənməyə cəhd etmişdir.
Ceyms Veddell
Ceyms Veddell (ing. James Weddell; 24 avqust 1787[…], Ostende[d], Qərbi Flandriya – 9 sentyabr 1834[…], London) — Böyük Britaniyalı dənizçi, sahibkar, Antarktikada araşdırma aparan iık səyyahlardan biri, ilk dəfə 74°34 ' c.e , keçən şəxs. Onun kəşf etdiyi dəniz (Veddell dənizi) və ada (Veddell adası) onun adını daşıyır. == Həyatının ilkin çağları == Ceyms Veddellin dəqiq doğum yeri məlum deyildir. Belə düşünülür ki, o Londonda doğulmuşdur. Bəziləri isə Ostende (Belçika) və ya Massaçuetsdə doğulduğunu ehtimal edilir. Atası hələ o uşaq olarkən vəfat etmişdir. Veddell 9 yaşında ikən Böyük Britaniya hərbi-dəniz donanmasında qulluğa götürülür. Onun çalışdığı ilk gəmi HMS Swan. olmuşdur.
Ceyms Vilkinson
Ceyms Hardi Vilkinson (ing. James Hardy Wilkinson; 27 sentyabr 1919[…] – 5 oktyabr 1986[…]) — hesablama riyaziyyatı və kompüter elmləri sahəsindəki Britaniya alimi. == Bioqrafiyası == İngiltərənin Strud şəhərində anadan olmuş, 20 yaşında (1939) Kembric Universitetindəki Triniti Kollecində təhsilini parlaq şəkildə bitirmişdir. İkinci Dünya Müharibəsi səbəbindən ballistikanı öyrənməyə məcbur oldu. Müharibədən sonra, 1946-cı ildə Alan Türinq ilə Milli Fiziki Laboratoriyada Pilot ACE layihəsi üzərində işə başladı və 1980-ci ilə qədər orada araşdırmalarını davam etdirdi. 1945-ci ildə Nore Veyr (ing. Nora Ware) ilə evləndi, bir oğlu və bir qızı var. Daha sonra Wilkinson hesablama riyaziyyatının tədqiqinə başlamış və bir sıra vacib alqoritmlər yaratmışdır. 1977–1984-cü illərdə həm də Stanforddakı Kompüter Sistemləri kafedrasının professoru idi. Ceyms Vilkinsonun bağçılıq və turizm sahəsindəki hobbiləri arasında klassik musiqini də çox sevirdi, fransız şərablarını yaxşı bilirdi, komanda idman növlərini sevmirdi, ancaq Böyük Britaniyanın Milli Fiziki Laboratoriyasında stolüstü tennis yarışlarında riyaziyyat bölməsini təmsil edirdi.
Ceyms Vistler
Ceyms Ebbot Makneyl Vistler (ing. James Abbot McNeill Whistler; 10 iyul 1834, Louell[d], Massaçusets – 17 iyul 1903, Çelsi, Böyük London və ya London) — amerikalı rəssam və qrafik, portret, eləcə də ofort və litoqrafiya ustası, məşhur tonalistlərdən biri, impressionizm və simvolizm qabaqcılı. "İncəsənət sənət naminə" anlayışına sadiq qalmışdır. Fəxri Legion ordeni kavaleridir (1892). O, Rusiya İmperiyasında və ABŞ-də təhsil alıb, lakin aktiv həyatının çox hissəsini İngiltərədə keçirib. O, daha çox müasirlərinin portretləri ilə tanınır. O, dostu Qustav Kurbenin simasında realistlərdən və yapon incəsənətindən təsirlənmişdir. Bir sıra yaradıcı üsullarda impressionizmə yaxın idi. Vistlerin ən məşhur əsərlərindən biri də anasının portretidir: Boz və qara rənglər əsasında çəkilmişdir. Avropa və ABŞ-də iki nəsil sənətçiyə təsir etdi.
Ceyms Votson
Ceyms Votson — (ing. James Watson, 6 aprel 1928[…], Çikaqo, İllinoys), 1950-ci illərdə Fransiz Krik ilə apardığı araşdırma ilə DNTnin cüt spiral quruluşunu aşkar edərək Nobel Mükafatını almış məşhur elm adamı, bioloq. == Həyatı və kəşfləri == Çikaqo Universiteti zoologiya üzrə təhsil aldıqdan sonra 1950-ci ildə İndiana Universitetində maqistatura oxumuşdur. 1950–1953-cü illərdə öncə Kopenhagendə, sonra da Kembric Universitetidə DNTnin quruluşunu çıxarma üzərində araşdırmalar aparmışdır. Kembric Universitetidə Fransiz Krik ilə girişdiyi analizlər nəticə vermiş və 1953-cü ildə Nature jurnalında qısa, sadəcə 900 sözdən ibarət məqalələrinin nəşri elm adına önəmli bir qaranlıq bölüm aydınlanmış oldu. Məqalə belə başlıyırdı: "Dezoksiribonuklein (DNT) üçün bir quruluş təklif etmək istəyirik…" Ancaq bu kəşfdə Rosalind Franklinin də payı böyükdür. Əgər 38 yaşında xərçəngdən ölməsəydi o da veriləcək Nobel Mükafatını paylaşa bilərdi. DNT-nin cüt spiral quruluşunun olduğunun tapılmasında Rosalind Franklinin Rentgen şüaları rəsmləri önəmli rol oynamışdır. Ancaq özü Rentgen şüalarıının rəsimlerini doğru şərh etməmişdir. == Nəaliyyətləri == Ceyms Uatson 1956'da Harvard Universitetinde Molekulyar Biyoloji və Biyokimya Professorluğuna gətirildi.
Ceyms Vuds
Ceyms Hovard Vuds — (d.18 aprel 1947, Vernal),Amerikalı teatr və film aktyoru. İki dəfə Akademiya mükafatlarında namizəd olmuş, Emmi mükafatı və Qızıl Qlobus mükafatlarına layiq görülmüşdür. Ən məşhur rolları Once Upon a Time in America, Ghosts of Mississippi, Salvador və Hercules filmlerindədir. == Biyoqrafiyası == 1986-cı ildə televiziya üçün gerçəkləşdirilən "The Promise"'də James Garner'ın əqli cəhətdən qüsurlu qardaşı və 1989'da "My Name Is Bill W."də bir alkaqoliklər dərnəyinin qurucusu olaraq izləyicinin qarşısına çıxan Vuds, bu rollarla iki dəfə Emmi mükafatına layiq görülmüşdür. İlk əvəəllər Broadway imzalı oyunlarda rolan alan aktyor, seçimini filmlərdən yana edərək 1972 ilində Elia Kazan'ın Viyetnam klassikası olan "The Visitors" adlı filmində yer aldı. Bu filmdə rolunun haqqını veren aktyor , eyni il baş rollarını Robert Redford ile Barbara Streisand'ın paylaşdığı "The Way We Were" filmində rol aldı. 1974 istehsalı "The Gambler" filmində bir bank işçisini canlandıran Vuds, 1978-ci ildə Yəhudi soyqırımından bəhs edən "Holocaust"da Meryl Streep'in yanında Yəhudi bir sənətçini canlandırdı. Joseph Wambaugh'un ən çox satılan romanından hazırlanan "The Onion Field" filmdə polis qatili bir canini canlandıran aktyor, 1984-cü ildə Sergio Loene'nın məşhur qanqstar filmi "Once Upon a Time in America" adlı filmdə yer aldı. İki il sonra film izləyicilərinin gərçək anlamda Vudsu tanimaq fürsəti olduğu Oliver Stone'un "Salvador" filmində rol aldı. Filmdə canlandırdığı özünü düşünən jurnalist Richard Boyle tipləməsiylə Oskarda en yaxşı aktyor mükafatına namizəd oldu.
Ceyms qızılqazı
Ceyms qızılqazı (lat. Phoenicoparrus jamesi) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılqazkimilər dəstəsinin qızılqazlar fəsiləsinin qızılqaz cinsinə aid heyvan növü.
Ceyms Çadvik
Ceyms Çadvik (20 oktyabr 1891[…] – 24 iyul 1974[…], Kembric) — ingilis fiziki, London Kral Cəmiyyətinin üzvü (1927). Nobel mükafatı laureatı (1935). Ernest Rezerfordun şagirdi. == Həyatı == Mançester və Kembric universitetlərini bitirmişdir. Kembric Universitetində dərs demiş və Kavendiş laboratoriyasının direktor müavini (1923– 35), Liverpul Universitetinin professoru (1935–48) olmuşdur. Əsas işləri atom nüvəsi fizikasına aiddir. 1914-cü ildə beta-şüalanmanın kəsilməz enerji spektrini kəşf etmişdir. İlk işləri radioaktivliyə həsr olunmuşdur. == Fəaliyyəti == 1920-ci ildə eksperimental olaraq nüvənin yükünün elementin sıra nömrəsinə bərabər olmasını təsdiq etmişdir. Alfa-zərrəciklərin təsiri altında elementlərin çevrilməsini (Ernest Rezerfordla birlikdə) və qamma-kvantlarla elektron-pozitron cütünün əmələ gəlməsini öyrənmişdir (P. Blekket və C. Ok kialini ilə birlikdə).
Ceyms Çedvik
Ceyms Çadvik (20 oktyabr 1891[…] – 24 iyul 1974[…], Kembric) — ingilis fiziki, London Kral Cəmiyyətinin üzvü (1927). Nobel mükafatı laureatı (1935). Ernest Rezerfordun şagirdi. == Həyatı == Mançester və Kembric universitetlərini bitirmişdir. Kembric Universitetində dərs demiş və Kavendiş laboratoriyasının direktor müavini (1923– 35), Liverpul Universitetinin professoru (1935–48) olmuşdur. Əsas işləri atom nüvəsi fizikasına aiddir. 1914-cü ildə beta-şüalanmanın kəsilməz enerji spektrini kəşf etmişdir. İlk işləri radioaktivliyə həsr olunmuşdur. == Fəaliyyəti == 1920-ci ildə eksperimental olaraq nüvənin yükünün elementin sıra nömrəsinə bərabər olmasını təsdiq etmişdir. Alfa-zərrəciklərin təsiri altında elementlərin çevrilməsini (Ernest Rezerfordla birlikdə) və qamma-kvantlarla elektron-pozitron cütünün əmələ gəlməsini öyrənmişdir (P. Blekket və C. Ok kialini ilə birlikdə).
Ceyms İnqrem
Ceyms İnqrem (ing. James Ingram; 16 fevral 1952, Akron[d], Ohayo – 29 yanvar 2019, Los-Anceles, Kaliforniya) - ABŞ soul musiqiçisi. O daha çox vokalçı kimi tanınsa da, bir çox musiqi alətlərində də ifa edir və musiqi prodüseri kimi də fəaliyyət göstərir.
Ceyms Şerman
Ceyms Şerman (ing. James Schoolcraft Sherman ) — ABŞ-nin Nyu Yorkdan olan nümayəndəsi və 1909-1912-ci illərdə, Uiliam Hovard Taftın prezidentliyi dövründə 27-ci vitse-prezident olmuşdur. Şerman tarixdə ofisində həyatını itirən son vitse-prezident kimi yadda qalmışdır.
Ceyms Mengold
Ceyms Mengold (ing. James Mangold) — Amerikalı film və televiziya rejissoru, ssenaristi. Oliver və kompaniya, Yarıda qalmış həyat, Şimal porsuğu:Ölməzlik, Loqan kimi filmlərinin rejissoru olub.
Ceyms Menqold
Ceyms Mengold (ing. James Mangold) — Amerikalı film və televiziya rejissoru, ssenaristi. Oliver və kompaniya, Yarıda qalmış həyat, Şimal porsuğu:Ölməzlik, Loqan kimi filmlərinin rejissoru olub.
Ceyms Mettis
Ceyms.N. Mettis (ing. James N. Mattis; d. 8 sentyabr 1950-ci il, Pulman, Vaşinqton — ABŞ generalı, 9 noyabr 2007-ci ildən 2010-cu ilədək ABŞ dəniz piyadaları korpusunun komandanı (ing. United States Joint Forces Command - USJFCOM). == Ədəbiyyat == Nicholas E. Reynolds.Basrah, Baghdad, and Beyond: The U.S. Marine Corps in the Second Iraq War [1],Naval Institute Press, 2005, pages=276,isbn=1591147174, 9781591147176.
Ceyms Meys
Ceyms Meys (ing. James Mace; 18 fevral 1952 – 3 may 2004, Kiyev) — ABŞ tarixçisi, professoru və tədqiqatçısı. O, Qolodomorun tədqiqi üzrə ixtisaslaşmışdır. Ceyms Meys ABŞ-nin Oklahoma ştatında anadan olmuşdur. O, Oklahoma Dövlət Universitetində bakalavr təhsili almış, 1973-cü ildə oranı tarix üzrə bakalavr dərəcəsi ilə bitirmişdir. O, Miçiqan Universitetində magistraturaya getmiş və burada Roman Şporluk ilə birlikdə oxuyaraq 1920-ci illərdə Sovet Ukraynasında Milli Kommunizm mövzusunda dissertasiya işi ilə 1981-ci ildə magistr dərəcəsi qazanmışdır. 1981-ci ilin iyul ayından Meys Harvard Ukrayna Tədqiqat İnstitutunda elmi işçi vəzifəsində çalışmışdır. == Əsərləri == Mace, James Ernest. Communism and the Dilemmas of National Liberation: National Communism in Soviet Ukraine, 1918–1933 / James Earnest Mace, Harvard Ukrainian Research Institute, Ukrainian Academy of Arts and Sciences in the United States. Cambridge: Distributed by Harvard University Press for the Harvard Ukrainian Research Institute and the Ukrainian Academy of Arts and Sciences in the U.S., 1983.
Ceyms Mid
Ceyms Edvard Mid (ing. James Edward Meade) (23 iyun 1907[…] – 22 dekabr 1995[…], Kembric, İngiltərə) — məşhur ingilis iqtisadçısı. 1977-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatını Bertil Ulinlə bölüşdürmüşdür. == Həyatı == Ceyms Mid özəl Malvern Kollecini bitirmişdir. 1926-cı ildə Oksford Universitetində təhsilə başlamışdır. Əvvəlcə klassik dərslər üzrə təhsil alsa da, sonradan fəlsəfə, siyasət və iqtisadiyyat üzrə oxumuşdur və 1929-cu ildə fərqlənmə ilə məzun olmuşdur. 1930–1931-ci illərdə Kembric Universitetinin Triniti Kollecində ixtisas artırma keçmişdir. Bu müddət ərzində dövrün ən məşhur iqtisadçıları olan Dennis Robertson və Con Meynard Keyns ilə yaxın akademik əlaqələr qurmuşdur. Con Meynard Keynsin pul və məşğulluqla bağlı tədqiqatlarında iştirak edən Mid və yaxın dostları Riçard Ken, Pyero Sraffa və Robinzon Keynsin "Ümumi nəzəriyyə" kitabının hazırlanmasına böyük dəstək olmuşlar. Sonralar Ceyms Mid 1937–1939-cu illərdə İsveçrənin Cenevrə şəhərində yerləşən Millətlər Liqasının İqtisadiyyat Bölümündə iqtisadçı kimi işləmişdi.
Ceyms Mill
Ceyms Mill (ing. James Mill; 6 aprel 1773[…], Angus[d] – 23 iyun 1836[…], Kensinqton, Midlseks[d]) —Şotlandiya iqtisadçısı. == Həyatı == Con Stüart Millin atasıdır. == Fəaliyyəti == C. L. Milin "Kamiltonun fəlsəfəsinin tədqiqi" və Çarlz Darvinin "Növlərin mənşəyi" əsərləri Alfred Marşallın fəlsəfi dünyagörüşünə ciddi təsir göstərir və etikaya meyl göstərir. Məhz etika problemlərinin tədqiqi ilə o, iqtisad elminə gəlmişdir. Bu istiqamətdə C. S. Milin "Siyasi iqtisad" əsərinin ona böyük təsiri olur. Eləcə də 1868-ci ildə Almaniyaya Kantın əsərlərinin orijinaldan oxumaq fikri ilə səfəri də onun iqtisadi dünyagörüşünün formalaşmasına təsir göstərir. C. S. Milin 1848-ci ildə ilk dəfə dərc olunan əsəri 1871-ci ildə 7-ci dəfə düzəlişlərlə təkrar nəşr olunmuşdu. 1868-ci ildə Karl Marksın "Kapital" əsəri meydana çıxmışdı. 1871-ci ildə Cevonsun "Siyasi iqtisad nəzəriyyəsi" əsəri, 1871-ci ildə Karl Mengerin "Xalq təsərrüfatı haqqında elmin əsasları" və s.
Ceyms Mirrlis
Ceyms Mirrlis (ing. Sir James Alexander Mirrlees; 5 iyul 1936[…] – 29 avqust 2018, Kembric, İngiltərə) — şotland iqtisadçı. 1996-cı ildə Vilyam Vikri ilə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. 1998-ci ildə cəngavər elan edilmişdir. == Həyatı == Ceyms Mirrlis Şotlandiyanın Viqtaunşayr bölgəsində anadan olub. Ceyms Mirrlis Edinburq Universiteti və Kembric Universitetinin Trinti Kollecindən məzun olub. Ceyms Mirrlis Oksford Universiteti və Kembric Universitetində işləmişdi. Ceyms Mirrlis 1971-ci ildə Massaçusets Texnologiya İnstitutunun professoru Piter Daymondla birlikdə Daymond-Mirrlis fəaliyyət teoreminin əsasını qoymuşdur. 1996-cı ildə Vilyam Vikri ilə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Ceyms Mirrlisə bir çox universitetin, Uarvik, Portsmut, Brunel, Edinburq, Oksford, Pekin, Macau və s.
Ceyms Monro
Ceyms Monro (ing. James Monroe; 28 aprel 1758[…] – 4 iyul 1831[…], Nyu-York, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 5-ci prezidenti (1817-1825) və 7-ci Dövlət katibi (1811-1814, 1815-1817). ABŞ və Fransa arasında 1803-cü il Luiziana sövdələşməsinin təşkilatçılarından biri və prezidentliyi dövründə qəbul olunan ABŞ-nin Avropanın daxili işlərinə qarışmaması və Amerika qitəsinin ABŞ-nin maraq dairəsində olmasının elan edildiyi Monro doktrinasının müəllifidir. == Erkən həyatı == ABŞ-nin 5-ci prezidenti Ceyms Monro 1758-ci il aprelin 28-də Virciniyanın Vestmorlend dairəsindəki Vaşinqton-Periş şəhərciyində anadan olmuşdur. Virciniyanın digər siyasətçilərindən fərqli olaraq, atası Spens Monro yalnız 500 akr torpaq sahəsinə malik fermer idi. Ceyms Monro ilk ibtidai təhsilini keşiş Arçibald Kempbellin yanında alır. 16 yaşında Virciniyanın paytaxtı Vilyamsburqa gələrək «Vilyam ənd Meri» kollecində təhsilini davam etdirir. İstiqlaliyyət müharibəsi başladıqda Kontinental ordunun Virciniya alayına daxil olur və 18 yaşında zabitlik şəhadətnaməsi alır, 1778-ci ildə podpolkovnik rütbəsi verilir. Qeyd edək ki, Medisonun göstərdiyi hərbi xidmət rəhbərlik tərəfindən yüksək qiymətləndirilmiş, ona Qərb ərazisində böyük torpaq sahələri verilmişdir. 1780-83-cü illərdə Tomas Ceffersonun rəhbərliyi altında hüquq elmlərini öyrənərək, onunla uzun müddət dostluq əlaqələri saxlamışdır.
Ceyms Moriyer
Ceyms Yustinyen Moriyer (1780[…], İzmir, Anadolu əyaləti – 19 mart 1849, Brayton, Şərqi Susseks qraflığı[d]) — İngilis yazıçısı. == Həyatı == O, bir müddət İranda diplomat kimi fəaliyyət göstərmişdir. Yazıçının 1824-cü ildə Londonda nəşr olunan "İsfahanlı Hacıbabanın macərəları" romanı böyük şöhrət qazanmışdır. Məşhur yazıçı Volter Skott C. Y. Moriyeri "ən yaxşı ingilis romançısı" adlandırmışdır. == Xarici keçidlər == The Adventures of Hajji Baba of Ispahan set forth in Eighty Chapters Arxivləşdirilib 2003-02-01 at the Wayback Machine, полный текст. Ayesha, Maid of Kars на Google Books (PDF, ок. 17 МБайт).
Ceyms Mudi
Ceyms Pol Mudi (ing. James Paul Moody; 21 avqust 1887, Skarboro, Nort-Yorkşir[d] – 15 aprel 1912) — Titanik gəmisinin altıncı zabiti.
Aki (Ceyms Bond)
Aki — personaj. == Həyatı == Aki Ceyms Bondun "Yalnız iki dəfə yaşayırsan" adlı 1967-ci ilə aid filminin personajıdır. O filmdə Aki və ya Akiko Vakabayasi adlı gənc qadın obrazını canlandırır. O, Yaponiyada Ceyms Bondun SPECTRE qarşı kömək edir ki, o, muzdlu qatil, onun agenti isə Kissy Suzukinin Şirkəti əvəzləsin. Burada o, Bondu hələ öldürməyə cəhd etməyəcək. Ümumilikdə çox müsbət xarakterli tənqid qəbul olunacaq.
Alfred Ceyms Evart
Alfred Ceyms Evart (ing. Alfred James Ewart; 12 fevral 1872 - 12 sentyabr 1937) - İngiltərə-Avstraliya botaniki == Biblioqrafiya == T. C. Chambers, 'Ewart, Alfred James (1872 - 1937)', Australian Dictionary of Biography, Volume 8, MUP, 1981, pp 448–450. Retrieved on 17 October 2008.
Ceyms Matsumoto Omura
Ceyms Matsumoto Omura (ing. James Matsumoto Omura; 17 noyabr 1912, Beynbric-Aylend[d], Vaşinqton – 20 iyun 1994, Denver) – yaponəsilli ABŞ jurnalisti. O, İkinci dünya müharibəsi zamanı internasiyada olan ABŞ yaponlarının sədaqət sübutu kimi məcburi hərbi xidmətə cəlb olunmasına qarşı olmasına görə tanınır. == Həyatı == === Müharibə dövrü === Ceyms Omura 17 noyabr 1912-ci ildə Vaşinqton ştatının Beynbric-Aylend şəhərində doğulmuşdur. O, 1940-cı ildə həyat yoldaşı Fumi Okumanın köməyi ilə və yığdığı pullarla "Current Life" adlı ilk nəşrini yaratmışdır. Yaponəsilli şəxslərin ABŞ cəmiyyətinə verdiyi töhfələri tanıtmaq məqsədi daşıyan bu nəşrdə ABŞ yaponları haqqında yazılar və xəbərlər yer almışdır. Lakin İkinci dünya müharibəsi səbəbilə "Current Life" cəmi 15 ay nəşr oluna bilmişdir. Omura Denver bölgəsində internasiya düşərgələrinə göndərilmiş ABŞ yaponlarına kömək emək üçün iş agentliyi yaratmışdır. Özü isə internasiyadan qurtulmaq üçün Koloradoya qaçmışdır. Omura yapon icmasının və hökumətin siyasətinə qarşı olduğu üçün onlarla münaqişə yaşamışdır.
Ceyms Medisonun birinci inaqurasiyası
Ceyms Medisonun birinci inaqurasiyası — ABŞ-nin dördüncü prezidentinin şənbə günü, 4 mart 1809-cu ildə Vaşinqton şəhərində Kapitolidə Nümayəndələr Palatasının zalında keçirilmiş inaqurasiya mərasimi. İnaqurasiya mərasimi Ceyms Medisonun prezident vəzifəsinin ilk dörd illik müddətinin və Corc Klintonun ikinci dəfə vitse-prezident vəzifəsinə gəlməyinin qeyd edilməsi ilə yadda qalmışdır. Prezidentin andiçmə mərasimi ABŞ Ali Məhkəməsinin Sədri Con Marşallın iştirakı ilə baş tutmuşdur. Prezident 100% ABŞ istehsalı yun kostyum geymişdi. İlk rəsmi inaqurasiya balı məhz bu mərasim zamanı Lonqz Otelində keçirilib. Balın bilet qiymətləri 4 dollar (indiki məzənnə ilə 65 dollar) təşkil edirdi. Klinton vəzifəyə gəldikdən 3 il 47 gün sonra vəfat edir və onun postu boş qalır. 1967-ci ildə ABŞ Konstitusiyasına iyirmi beşinci düzəliş ratifikasiya edilənədək vitse-prezidentin boş qalan səlahiyyət müddətinin yeni vitse-prezident tərəfindən icra edilməsi ilə bağlı konstitusion müddəa mövcud deyildi. == Mərasim == Medison martın 4-də Vaşinqton və Corctaun süvari dəstələrinin onu müşayiət etməsi ilə at belində Kapitoliyə gedir. Cefferson hökumətinin üzvləri ilə Nümayəndələr Palatasının zalına daxil olur.
Ceyms Vebb teleskopu
Ceyms Vebb kosmik teleskopu (JWST) — NASA-nın "Növbəti Nəsil Kosmik Teleskop" proqramı çərşivəsində Avropa kosmik Agentliyi və Kanada Kosmik Agentliyi ilə birlikdə yaratdığı kosmik teleskopu. c kosmosa buraxılması və onun Yer-Günəş sisteminin L 2 {\displaystyle L_{2}} Laqranj nöqtəsi ətrafında halo orbitində hərəkət etməsi planlaşdırılır. Teleskop (narıncıdan qırmızya qədər) vizual oblastdan orta-infraqırmızı (0,6–27 mkm) oblasta qədər geniş dalğa uzunluğunda misligörülməmiş ayırdetmə və həssaslığa malik olacaq. Teleskop 25 dekabr 2021-ci ildə kosmosa uçuşu başladı. Teleskop Yerdən 1.5 milyon kilometr uzağa göndərilməyi hədəflənir, hədəflənən məsafayə çatması üçün təxmin edilən vaxt 27 gündür. == İmkanları == JWST teleskopunun imkanları astronomiya və kosmologiya sahələrində geniş müşahidələrə şərait yaradacaq. "James Webb" teleskopunun əsas məqsədləri Böyük Partlayışdan (Big Bang) sonra yaranmış ilkin qalaktika və ulduzların işıqlarının alınması, onların formalaşması və inkişafı, planet sistemlərinin yaranması və həyatın mənşəyinin öyrənilməsidir. JWST teleskopu kainatın yaranmasından sonra ilk formalaşmış ulduzların işıqlarının tapılması üçün kifayət qədər həssaslığa malik olacaq. Onun vasitəsi ilə astronomlar həm də digər ulduz orbitlərində ekzoplanetlərin kimyəvi tərkibini təyin edə biləcəklər. NASA mühəndisləri "Hubble" kosmik teleskopunu əvəz edəcək NASA-nın 2-ci rəhbərinin (1961–1968) adını daşıyan JWST nəhəng kosmik teleskopunun yığılmasını tamamlamışdır.
Ceyms Volter Qrimes
Ceyms Volter Qrimes ing. James Walter Grimes Amerika botaniki. == Əsərləri == Wetter, M.A. & J.W.Grimes. 1982. Notes on the asters (Asteraceae) of Edward S. Burgess. Brittonia 34: 273-281. Grimes, J.W., Keller, S. 1982. The herbarium of Wesleyan University, Middletown, Connecticut. Brittonia 34: 368-375. Grimes, J.W., R.C.Barneby.
Ceyms adası (Çili)
Quamblin adası (isp. Isla Guamblin) — Çilinin Çonos arxipelaqına daxil olan ada. Sahəsi 388 km² təşkil edir. Maksimal hündürlüyü 1209 metrdir. Cənub sahilində kiçik bir liman vardır.
Ceyms Çarnli Evi
Çarnli-Perski Evi olaraq da bilinən Ceyms Çarnli Evi İllinoys ştatı, Çikaqo şəhəri, Qızıl Sahil məhəlləsində, Şimali Astor küçəsindəki tarixi bir ev muzeyidir. 1892-ci ildə inşa edilmiş, Sallivan Luis Henrinin az qalan yaşayış binalarından biridir. Ev, memarlıq tarixçiləri cəmiyyəti tərəfindən bir muzey və təşkilat qərargahı olaraq istifadə olunur. Ceyms Çarnli Evi 1998-ci ildə milli tarixi bir yer olaraq təyin olundu və tarixi yerlərin milli reyestrində yer aldı. == Təsviri == Ceyms Çarnli Evi Çikaqonun Qızıl Sahilində, ticarət mərkəzinin şimalında, şimali Astor və şərqi Şiller küçələrinin cənub-şərq bölgəsində yerləşir. Bina üç hissəyə bölünmüşdür. Mərkəzi hissə daşlı pəncərələrlə əhatə olunmuşdur. Yuxarıda arxa divarın uçurulduğunu örtən bəzəkli taxta eyvan var. Yan hisslərin hər birində kərpic lintelləri ilə örtülmüş çəpər pəncərələr var. Üçüncü səviyyə, aşağı səviyyələrdən bir daş çubuğu ilə ayrılmışdır və hər hissədə iki dərin girintili kvadrat pəncərə movcuddur.
Ceymstaun (Müqəddəs Yelena adası)
Ceymstaun (ing. Jamestown, 15°55′ c. e. 5°43′ q. u.) — Müqəddəs Yelena adası, Dirçəliş və Kristian-da-Kunya Britaniya dəniz ərazisinin paytaxtı, şəhər, liman. == Mənbə == "Ceymstaun (Müqəddəs Yelena adası)". 2011-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-23.
Ceymstaun qətliamı
Ceymstaun qətliamı (ing. Indian massacre of 1622) - 1622-ci ildə Şimali Amerikaya gəlmiş Avropalıların yaşadığı Ceymstaun şəhərində, hindular tərəfindən gerçəkləşdirilmiş qətliam. 1607-ci ildə Ceymstaun şəhəri salınanda, ilk vaxtlar gəlmələrin yerli əhali ilə münasibətləri yaxşı idi. Hər iki tərəf arasında, qarşılıqlı ziyafətlərin təşkil edilməsi bunu bir daha təsdiq edir. Hindu qəbilə başçısı, Wahunsonacock öldükdən sonra yeni başçı Opechoncanough gəlmələri hindular üçün böyük təhlükə adlandırdı və yerli döyüşçüləri pilqremlərə qarşı mübarizəyə çağırdı. Opechoncanough avropalıları şübhələndirməmək, məqsədi ilə hakimiyyətə gələndə onlarla yaxşı davranmağa başladı. Bu müddət ərzində, silahların hazırlanması və basqında iştirak edəcək döyüşçülərin hazırlanması sürətlə davam edirdi. 22 mart 1622-ci ildə ani hücum başlandı. Aralarında qadın və uşaqlarında olduğu 350 nəfər öldürülmüşdür. == Ədəbiyyat == Steve Rajtar, Indian War Sites, McFarland and Company, Inc., 1999.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 16.69 dəfə / 1 mln.
2002 •• 3.43
2003 ••••••• 15.35
2004 ••• 6.06
2005 ••• 6.07
2006 ••••••••• 20.27
2007 •••• 7.82
2008 ••• 4.63
2009 ••••• 9.12
2010 ••••••••• 19.79
2011 ••••••••• 18.62
2012 •••••••• 16.52
2013 •••••••••• 21.01
2014 •••••••••••••••••••• 45.48
2015 •••••••••••••••• 35.04
2016 •••••••••• 21.87
2017 ••••••• 15.61
2018 •••• 7.64
2019 ••••• 9.60
2020 •• 4.24

Oxşar sözlər

#ceyms nədir? #ceyms sözünün mənası #ceyms nə deməkdir? #ceyms sözünün izahı #ceyms sözünün yazılışı #ceyms necə yazılır? #ceyms sözünün düzgün yazılışı #ceyms leksik mənası #ceyms sözünün sinonimi #ceyms sözünün yaxın mənalı sözlər #ceyms sözünün əks mənası #ceyms sözünün etimologiyası #ceyms sözünün orfoqrafiyası #ceyms rusca #ceyms inglisça #ceyms fransızca #ceyms sözünün istifadəsi #sözlük