dağ-düyün sözü azərbaycan dilində

dağ-düyün

Yazılış

  • dağ-düyün • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Düyün
Düyün — hər cür iplərin birləşdirilməsi, bərkidilməsi və bağlanması üsulu. Düyünlər müxtəlif olur. Adi və tez açılan düyünlər və qəliz düyünlər. Adi düyünlərdən gündəlik həyatda (ayaqqabı və başqa geyimlərin bağlanması, paltar qurudulması zivələrində və sairə) istifadə olunur. Qəliz düyünlər bağlamaq üçün müəyyən vərdişlər və peşəkarlıq gərəkdir. Belə düyünlər əsasən yelkənli dənizçilikdə, balıqçılıqda, dağ və paraşüt idman növlərində, kaskadörluqda və b. istifadə olunur. 2. Düyün — nikah mənasında.
Aşağı Düyün
Aşağı Düyün - İrəvan xanlığında kənd adı. == Tarixi == Aşağı Düyün - İrəvan xanlığında kənd adı. Düyün kəndindən bir qrup ailənin kənar yerdə məskunlaşması nəticəsində yaranmışdır. 1935-ci ildə kənd Dvin adlandırılmış və onun əsasında Dvin inzibati rayonu yaradılmışdır.
Düyün (ədəbiyyat)
Düyün — bir aktın başlanğıcını təşkil edən hadisə. Bu, ya artıq mövcud olan ziddiyyətləri aşkar edir, ya da özbaşına münaqişələr yaradır. Belə ki, Vilyam Şekspirin "Hamlet" faciəsində düyün baş qəhrəmanın ruhla görüşü və ondan sonra atasının qətlinə görə xain kraldan qisas almaq qərarından ibarətdir. Düyün süjetin əsas elementlərindən biridir. == Ədəbiyyat == Завязка // Литературная энциклопедия терминов и понятий. Институт научной информации по общественным наукам РАН: Интелвак. Под ред. Николюкин, Александр Николаевич. 2001. ISBN 5-93264-026-X. Завязка // Словарь литературоведческих терминов.
Primitiv düyün
Primitiv düyün (və ya primitiv buğum) — Onurğalıların rüşeyminin qastrula mərhələsinə meydana gələn qalınlaşma.
Əzazil: Düyün
Əzazil: Düyün rejissorluğunu Özgür Bakarın, ssenari müəllifliyini Alper Qığılcım və Özgür Bakarın birlikdə etdiyi, baş rolları Duyğu Paracıqoğlu, Eylül Su Sapan, Dilşah Dəmir, Ozan Akbaba və Burak Sarımolanın paylaşdığı türk istehsalı bir qorxu filmidir. Film Türkiyə sinemalarında 72.133 nəfər tərəfindən seyr edilib. == Hekayə == Sinem adında bir gənc ailesindən miras qalan evdə xalası ilə yaşayırdı. Bir gün universitetdə tanışıb sevgili olduğu Akınla avtomobildə gedərkən bir itin ölümünə səbəb olurlar. O gündən sonra Sinem üçün qorxu dolu saniyələr yavaş-yavaş axmağa başlayır.
Düyün (tibb)
Düyünlər — tibbdə adətən diametri 1 sm-dən çox olan kiçik möhkəm topaqlar. Düyünün diaqnozuna onun görünüşünün təsviri, yeri və əsas tibbi vəziyyətə dair hər hansı əlaqəli simptomlar daxildir. Dəridəki düyünlərə dermatofibroma və piogen qranuloma daxildir. Düyünlər zədəyə cavab olaraq vətər və əzələlərdə əmələ gəlir. Onlar ağciyər, qalxanabənzər vəzdə olur və revmatoid artrit kimi digər tibbi vəziyyətlərin əlaməti ola bilər. == Xüsusiyyətləri == Əgər maye ilə doludursa, onlar kist adlanır. Daha kiçikləri (0,5 sm-dən az) olanları papül adlanır. == Təsviri == Düyünün təsviri onun görünüşünü, yerini, toxunma hissini və əsas vəziyyəti göstərə biləcək hər hansı əlaqəli simptomları əhatə edir.
Düyün (film, 2008)
Düyün — Rejissor Əli İsa Cabbarovun filmi. == Məzmun == Filmin qəhrəmanı 15 ildir atasını görmür. Ölüm ayağında olan atası ilə vidalaşmaq üçün ailəsini götürüb ucqar kəndlərinə tələsir. Uşaq ikən belə atası ilə ünsiyyəti az olan qəhrəman vidalaşmaq üçün yetişə bilmir, ancaq dəfnə çatır. Atasının vəfatından psixoloji şok keçirən qəhrəman bunun nəticəsində etiraflarını dilə gətirir, katarsis keçirir, mənəvi saflaşır. Beləcə, filmdə ümumbəşəri atalar və övladlar probleminə toxunulur. == Film haqqında == Film Asif Rüstəmovun "Albalı" hekayəsi əsasında çəkilmişdir. Film poetik ovqat filmidir. Sözdən çox təsvirə üstünlük verilib. Geniş – ümumi çəkiliş planları üstünlük təşkil edir.
Düyün (ölçü vahidi)
Düyün — sürəti ölçmək üçün vahid. 1 düyün 1 NM/saata bərabərdir. Dənizçilikdə və aviasiyada istifadə edilir. 1 NM(ing.
Dağ
Dağ — təpədən uca, quruluqlarda yer üzündən ucalan yerlərə deyilir. Dağlar yer kürəsinin relyefinin təxminən 40%-ni — Asiyanın 54%, Şimali Amerikanın 36%, Avropanın 25%, Cənubi Amerikanın 22%, Avstraliyanın 17%, Afrikanın isə 3% ərazisini təşkil edir. İnsanların 10%-i bu ərazilərdə yaşayır. Əksər çaylar mənbəyini dağlardan götürür. Dünyanın ən hündür zirvəsi — Himalay dağlarıdır. Ən uzun sıra dağları And dağlarıdır. Dəniz səviyyəsi nəzərə alınmazsa ən hündür Mauna-Kea dağıdır. === Mənşəyinə görə === Dağların yaranmasında yerin daxili qüvvəsi iştirak edir. Dağlar mənşəyinə görə iki qrupa bölünür: ==== 1. Tektonik dağlar ==== Yerin üfüqi hərəkətləri zamanı lifosfer tavalarının və ya kiçik platformaların bir-birinə yaxınlaşması və ya toqquşması zamanı yaranır.
Əzazil: Düyün (film, 2014)
Əzazil: Düyün rejissorluğunu Özgür Bakarın, ssenari müəllifliyini Alper Qığılcım və Özgür Bakarın birlikdə etdiyi, baş rolları Duyğu Paracıqoğlu, Eylül Su Sapan, Dilşah Dəmir, Ozan Akbaba və Burak Sarımolanın paylaşdığı türk istehsalı bir qorxu filmidir. Film Türkiyə sinemalarında 72.133 nəfər tərəfindən seyr edilib. == Hekayə == Sinem adında bir gənc ailesindən miras qalan evdə xalası ilə yaşayırdı. Bir gün universitetdə tanışıb sevgili olduğu Akınla avtomobildə gedərkən bir itin ölümünə səbəb olurlar. O gündən sonra Sinem üçün qorxu dolu saniyələr yavaş-yavaş axmağa başlayır.
Hərtis (dağ)
Hərtis — Azərbaycan Respublikası Qubadlı rayonunun ərazisində, Bərguşad silsiləsinin cənub-şərq qurtaracağında yerləşən dağ. Hündürlüyü 1279 metrdir. Hərtiz kəndinin cənubundadır. Qartikiz, Xartıüz variantlarında qeydə alınmışdır. Oronim metal alətləri itiləmək üçün istifadə edilən xart və ya qart (bülöv) daşının adından və üz sözlərindən ibarət olub, xart daşı olan dağ mənasında olması ehtimal edilir.
Kom (dağ)
Kom dağı (bolq. Ком, və ya Böyük Kom (bolq. Голям Ком) — Bolqarıstanınn qərbində, Serbiya sərhəddinə yaxın ərazidə, Balkan dağlarının qərb hissəsində yerləşən zirvə. İnzibati baxımından Bolqarıstanın Montana vilayəti ərazisində yerləşir. Zirvə 2016 m hündürlüyə malikdir və Berqovisa şəhərinin cənubundadır. Şəhərin ənənəvi rəmzi hesab edilir. Şərqdə yerləşən Orta Kom (bolq. Средин Ком) və Kiçik Kom (bolq. Малак Ком) zirvələri ilə birlikdə, şərqdən qərbə doğru uzanan otla örtülü, şərq yamacları isə qayalı bir silsiləni əmələ gətirir. Zirvədən şimala baxdıqda Berkovitsa və onun ətraf sahələrini, Montananı və 30 km aralıda yerləşən Oqosta anbarını görmək mümkündür.
Kopaonik (dağ)
Kopaonik (alb. Kopaoniku; serb. Копаоник) — Mərkəzi Serbiya və Kosovo ərazisində yerləşən dağ massivi. Kopaonik Raşka və Rasin vilayətlərini əhatə edir. == Ümumi məlumat == Kopaonik Serbiyanın ən böyük və uzun dağ masivvi hesab olunur. Massivin uzunluğu - 120 km, eni - 63 km, ən yüksək zirvəsi isə Pançiça Pikidir (2017 m). Dağ massivi kristallik şist, qranit və serpentinit tipli süxurlardan təşkil olunub. Massivin sahəsi - 2700 км²-dir. Kapaonikin mərkəzi hissəsində sahəsi 118 km² olan eyni adlı milli park yerləşir. Park 1981-ci ildə qurulmuş.
Kostyuşko (dağ)
Kostyuşko (pol. Kosciuszko, yerli tələffüz — Kozi-osko (ˈkɔziˌɔskoʊ, BFƏ) ) — Avstraliya qitəsinin ən yüksək zirvəsi. Yeni Cənubi Uels ştatının cənubunda və bu ştatla həmsərhəd olan Viktoriya ştatının yaxınlığında, eyni adlı milli parkın ərazisində yerləşir. Zirvənin hündürlüyü 2228 metrdir. İlk dəfə 1840-cı ildə fəth edilmişdir. Zirvə, Avstraliya Alpında yerləşir. == Tarixi == Dağın zirvəsinə qalxmış ilk insan polyak səyahətçisi, coğrafiyaçı və geoloq Pavel Edmund Stşeleski olmuşdur. O bu dağın adını hərbçi və siyasətçi Taeduş Kostyuşkonun şərəfinə adlandırmışdır. == Maraqlı faktlar == Əvvələr bu dağın adı Taunsend idi, "Kostyuşko" adı isə bu dağa qonşu olan o zamanlar, Avstraliya Alpında ən yüksək zirvə hesab edilmiş dağa verilmişdir. Sonralar tədqiqatlar nəticəsində məlum oldu ki, Taunsend dağı "Kostyuşko" dağından 20 metr hündürdür.
Kömüratan (dağ)
Kömüratan dağı — Azərbaycanda, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən təpə. Təpənin hündürlüyü 71 metrdir. Təpə Kömüratan gölü ilə təsərrüfat məqsədli istifadə olunmuş (hazırda şorlaşmış) bir digər göl arasında yerləşir. Təpə Bakı-Quba magistral yolundan bir qədər aralıdadır.
Laçın (dağ)
Laçın — Azərbaycan Respublikası Kəlbəcər rayonunun ərazisində dağ. Tərtər çayının sağ tərəfində (Tutqunçayın mənsəbində) yerləşir. Hündürlüyü 2262 m. dağ yerli əhali arasında Laçıntaxtı və ya Laçınqaya, dağdakı qədim Hovqalanın (XII əsr) adi ilə Levqala qayası da adlanır. Laçın oronimi türk dillərindəki yalçin (sıldırım) sözünun təhrif olunmuş fonetik forması hesab edilir. Dağın belə adlanması onun zirvəsinin sıldırım qayalıq olması ilə bağlıdır.
Liverpul (dağ)
Liverpul (ing. Liverpool Range) — Avstraliyanın Yeni Cənubi Uels ştatı ərazisində yerləşən dağ silsiləsi. Liverpul vulkanik mənşəli dağ silsiləsidir. Liverpul sıra dağlarının ən yüksək nöqtəsi olan Oksli dağının hündürlüyü 1372 m-dir. Dağın cənub yamacları çoxlu çayın, o cümlədən Hanter və onun qollarının mənbəsidir. Şimal yamacları Pil və Muki çaylarının mənbəsidir.
Məmmədvəli (dağ)
Məmmədvəli — Azərbaycan Respublikası Kəlbəcər rayonunun ərazisində dağ. Şəmkir və Şamxor çayları arasında yerləşir. Hündürlüyü 2645 m. Oronim Məmmədvəli şəxs adı ilə bağlıdır. Görünür, dağın ərazisi həmin şəxsə məxsus yaylaq yurdu olmuşdur.
Nemrut Dağ
Nəmrud dağı (türk. Nemrut Dağı, yun. Όρος Νεμρούτ, erm. Նեմրութ լեռ) — Türkiyənin cənub-şərqində dağ; Tavr dağları silsiləsində, Adıyaman ilində yerləşir. Dəniz səviyyəsindən 2150 metr yüksəklikdə yerləşir. == Tarix == E.ə. 62-ci ildə Kommagena çarı, Yervəndilər sülaləsindən olan I Antiox Nəmrud dağının yüksəkliyində məzar türbəsi inşa etdirmişdi. Kurqanın mərkəzində Antioxun qəbri yerləşir. 1882–1883-cü illərdə Otto Puxşteyn və Karl Human tərəfindən burada tədqiqat işləri aparılmışdır. 1987-ci ildə dağın ətrafındakı arxeoloji abidələr YUNESKO-nun Ümumdünya irsi obyektlərnin siyahısına daxil edilmişdi.
Olimp (dağ)
Keşiş dağı ya da Olimp dağı (yun. Όλυμπος, Olympos), Yunanıstanın şimalında, Teseliya və Orta Makedoniya inzibati bölgələri arasında qalan məşhur dağdır. Dağ, 2.917 m yüksəkliyi ilə Yunanıstanın ən yüksək nöqtəsidir və eyni zamanda mifoloji inanclara görə Olimp tanrılarının evidir.
Orta dağ
Orta dağ — Mütləq hündürlüyü 1000 m-dən 2000 m-ə qədər olan dağ. Nisbətən meyilli yamacları və dəyirmi zirvələri ilə fərqlənir. Orta dağ materiklərin 24 milyon km2 sahəsini tutur.
Plovtəpə (dağ)
Plovtəpə — Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində dağ. Uzunoba su anbarından 500 m qərbdədir. Hündürlüyü 1036 m-dir. Plovtəpə – Babək rayonu ərazisində dağ (hünd. 1036,3 m). Naxçıvan dağarası çökəkliyinin şimal-şərq kənarında, Naxçıvan şəhərindən 4,6 km şimalda, Uzonoba su anbarının qərb sahilindədir. Üst Miosenin Sarmat regiomərtəbəsinə aid Duzdağ lay dəstəsinin duzsaxlayan çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin geoloji quruluşunda iştirak edən Duzdağ sinklinalının geniş cənub-şərq qanadında yerləşir.
Qapıcıq (dağ)
Qapıcıq dağı — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində dağ. Zəngəzur silsiləsinin ətəyində yerləşir. Kiçik Qafqazın ən yüksək zirvəsidir. Oxçuçay ilə Gilançayın suayrıcındadır (hünd. 3905,2 m). Zəngəzur silsiləsinin və eyni zamanda Kiçik Qafqazın ən hündür zirvəsi. Nəsirvazçayın mənbə hissəsində, Nəsirvaz kəndindən 7 km şərqdədir. Alt Eosenin İpr mərtəbəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş sıldırım yamaclı konusvari yüksəklikdir. Yamaclarında qədim buzlaq relyefi formaları (təknə, karr, moren), zirvəsində 3–4 m qalınlığında daimi qar örtüyü var. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının şimal-şərq kənarında, Mehri-Ordubad batolitinin ekzokontakt zolağında yerləşir.
Qaratikanlı (dağ)
Qaratikanlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun ərazisində dağ. == Toponimikası == XIX əsrdə Tiflis quberniyasının Borçalı qəzasında Qaratikan, Dədə-Qorqudda Qaratikan Qıpçaqların Tikan tayfasının adından (Şaqiyazov, Qeybullayev, Az-a s. 66). Qaraq (el, camaat) və tikan. İrəvan əyalətində Tilkanlı, Qars əyalətində Tikanlı, Dağlıq Şirvanda Tikanlı-Yurd və b. adlarla mənşəcə eynidir.
Qaraçuq (dağ)
Qaraçuq - Xocavənd rayonunda dağ adı. == Toponim == Qaraçuq - Xocavənd rayonunda dağ adı (hünd. 632). Yuxarı Qarabağın Dizaq nahiyəsində Qaraçuq kənd adı da qeyd olunmuşdur. Qaracuq adlı dağ və kənd Naxcıvanda da vardır. Kitabi-Dədə Qorqud eposunda da Qaraçuq yer adı cəkilmişdir. == Qaraçuq coğrafi koordinatı == Qaracuq, Qaraçıq – coğrafi koordinatı məlum olmayan yer adı. KDQ-də üç yerdə adı çəkilir (II, D- 3613, III, D-1105, VII, D-2054). II boyda Bayındır xan Amid soyunun aslanı, Qaracuğın qaplanı, qonur atın iyəsi, Xan Uruzun babası...” – deyə xatırlanır (D-3613). III boyda Beyrək Dəli Ozana Qazan xanı Türkistanın dirəgi!

dağ-düyün sözünün leksik mənası və izahı

  • 1 Dağ və düyün (dərd, kədər, qəm, ürək acısı) sözlərindən ibarətdir. Atanın sözünə niyə baxırsan? Bu canımı eşq oduna yaxırsan! Dağı-düynü sinəm üstə çaxırsan, Məndən ayrı indi döz, Leyla xanım!                              * Leyla deyər, atam zülüm eyləyir, Sinəm üstü dağı-düyün eyləyir. Səni məndən, məni səndən eyləyir, Bil ki, qoymur məni gedəm məktəbə.                                               (“Baxış-Leyla”)

    Azərbaycan dastanlarının leksikası / dağ-düyün

Oxşar sözlər

#dağ-düyün nədir? #dağ-düyün sözünün mənası #dağ-düyün nə deməkdir? #dağ-düyün sözünün izahı #dağ-düyün sözünün yazılışı #dağ-düyün necə yazılır? #dağ-düyün sözünün düzgün yazılışı #dağ-düyün leksik mənası #dağ-düyün sözünün sinonimi #dağ-düyün sözünün yaxın mənalı sözlər #dağ-düyün sözünün əks mənası #dağ-düyün sözünün etimologiyası #dağ-düyün sözünün orfoqrafiyası #dağ-düyün rusca #dağ-düyün inglisça #dağ-düyün fransızca #dağ-düyün sözünün istifadəsi #sözlük