dağ-buzlaq sözü azərbaycan dilində

dağ-buzlaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • dağ-buzlaq • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Buzlaq
Buzlaq — dağ yamacı və ya dərə üzrə ağırlıq qüvvəsinin təsiri altında yavaş-yavaş hərəkət edən buz kütləsi. Buzlaq bərk yağıntıdan (qardan) o sahələrdə əmələ gəlir ki, il müddətində onun qalınlığı əriyən və buxarlanan sudan xeyli çox olur, daha doğrusu buzlaq iqlim qar sərhədindən yuxarıda, qarın toplanması üçün relyef formalarının əlverişli olduğu yerdə əmələ gəlir. Hidrosfer qütb ölkələrində dəniz səviyyəsində, mülayim və isti qurşaqlarda isə uca dağlarda qarlardan və buzlaqlardan ibarətdir. Yerin çoxillik və ya "əbədi" qar və buz olan təbəqəsi Kriosfer adlanır. Onu birinci dəfə 1923-cü ildə polyak alim А. B. Dobrovolski tətbiq etmiş. == Kriosfer == Kriosfer Yerin üç əsas təbəqəsinin qarşılıqlı təsiri nəticəsində əmələ gəlir: qar və buz yaranması üçün rütubət verən hidrosferin, bu rütubəti yayan və onu bərk fazada saxlayan atmosferin, səthində qar təbəqəsi əmələ gəlməsi mümkün olan litosferin.Bu okean — atmosfer — materik sisteminin vəsilələrindən biri iştirak etməsə daima qarlar da olmaz. Beləliklə, kriosfer qeyri-müntəzəm yayılmışdır. O yalnız qartoplanma şəraiti olan yerdə meydana gəlir. Lakin bu qeyri — müntəzəmlik hidrosferin vəhdətini və fasiləsizliyini gəstərir: su maye fazada ola bilməyən yerdə bərk fazada olur. == Qar xətti == İqlim hadisəsi olan şaxtalı atmosfer isti qurşaqda böyük yüksəkliklərdə, mülayim enliklərdə bir qədər orta yüksəkliklərdə, qütb ölkələrində isə dəniz səviyyəsində olur.
Buzlaq dili
Buzlaq dili – dərə buzlağının qar sərhədindən aşağıda yerləşən hissəsidir. Buzlaq dili dərə üzrə aşağı enir və burada buz kütləsi ərimə və buxarlanma yolu ilə kiçilir..
Buzlaq epoxaları
Buzlaq epoxaları (qlyasiallar) — Yerin geoloji inkişaf tarixində çox soyuq iqlim və geniş sahəli qalın materik buzlaqları ilə xarakterizə olunan epoxalar. == Təsviri == Bu epoxalarda buz yalnız dağları deyil, qütb və mülayim enliklərdəki düzənlikləri də örtmüşdü (qurunun təqr.40%-ini). Buzlaq epoxalarının davamiyyət müddəti müxtəlifdir. Yerin müxtəlif sahələrində Erkən Proterozoy, Son Proterozoy (Üst Rifey – Vend), Son Paleozoy (Karbonun sonu – Permin əvvəli) və Son Kaynozoyda müəyyən edilmişdir. Sonuncu epoxa daha çox öyrənilmişdir. Neogenin sonunu və Dördüncü dövrü əhatə edən buzlaq dövründə (2,5–3 mln. il) ən azı 4 buzlaşmanın olması və hər buzlaşmanın 2 və daha çox mərhələyə bölünməsi müəyyən edilmişdir. == Buzlaq nəzəriyyəsi == Buzlaq nəzəriyyəsin baniləri Avropa düzənliklərində buzlaşmanın bir dəfə baş verməsi fikrində idilər. 19-cu əsrin sonlarında aparılan tədqiqatlar nəticəsində bu ərazilərdə iki, yaxud üç buzlaşmanın baş verməsi qənaətinə gəlindi. 20-ci əsrin əvvəllərində A. Penk, E. Brikner və başqaları Alp dağları üçün 5 müstəqil buzlaq epoxasını (Dunay, Güns, Mindel, Riss, Vürm) ayırmışlar; Alp buzlaşmaları sxemi sonralar daha da təkmilləşdirilmişdir.
Buzlaq eroziyası
BUZLAQ EROZİYASI – yüksək dağlıq zonası buz kütlələrinin qravitasiya qüvvəsinin təsiri altında tədricən aşağı sürüşərək yolunda rastlaşdığı dağ süxurlarını parçalaması, relyefdə olan kələ- kötürlükləri qismən hamarlaması prosesi. Buzlağın hərəkəti nəticəsində onun yatağı tədricən dərinləşir və troq («təknə» deməkdir) dərələrinin yaranmasına səbəb olur. Respublikamızda buzlaq eroziyası Böyük və Kiçik Qafqaz dağlarında 3500-m-dən yüksək olan ərazilərdə müşahidə olunur.
Buzlaq gölü
Buzlaq gölü – buzlaqların eşdikləri çökəkliklərdə və ya buzlaq çöküntüləri (morenlər) arasında əmələ gəlmiş göl. Kola yarımadasında, Kareliyada və Finlandiyada çoxlu buzlaq gölü var..
Buzlaq günbəzi
Buzlaq günbəzi- Kiçik üfüqi ölçüləri ilə əlaqədar olaraq nisbətən dik yamacları olan, günbəzvari formada çoxda böyük olmayan buzlaq örtüyü; dağ buzlaq tipi olub, suayrıcı sahəni əhatə edir. Kənarlarından dərəyə axan buz, dərə buzlağını əmələ gətirir.
Buzlaq relyefi
Buzlaq relyefi- qədim və müasir dövr buzlaşmasının təsiri nəticəsində əmələ gələn relyef. Buzlaq relyefi formaları iki cürdür: buzlaq eroziya relyef formalalrı (kar, sirk, troq və s.) və buzlaq akkumulyativ relyef formalları (uc moren tirələri,drumlinlər və s.)Nival-buzlaq relyefi qədim və müasir buzlaqların ekzavrasiya və akkumulyasiya fəaliyyəti nəticəsində əmələ gəlmişdir; Troq dərələrə, karlar, Moren tirələri və təpəciklər ilə təmsil olunmuşdur. Böyük Qafqazın (Baş Qafqazın silsiləsi, Yan Silsilə) və Kiçik Qafqazın (Murovdağ, Şahdağ, Zəngəzur silsilələri, Qarabağ yaylası) yüksək dağlıq qurşaqlarında yayılmışdır.
Buzlaq zonası
Buzlaq zonası — Arktika və Antarktika səhraları ərazisi, həmişə və ya ilin çox aylarında buzlaq altında olub ali bitkilərə təsadüf edilmir.
Buzlaq çöküntüləri
== Buzlaq çöküntüləri == Buzlaq çöküntüləri- quru səthində buzlaqların və buzlaq sularının fəaliyyəti nəticəsində əmələ gələn çöküntülər kompleksinə deyilir. Aysberqlərin tərkibində olan və onların əriməsi ilə əlaqədar dəniz və okeanların dibində toplanan ( dəniz-qlyasial) çöküntülərə də buzlaq çöküntüləri deyilir.
Buzlaq örtüyü
Buzlaq örtüyü və ya materik buzlağı qalınlığı bir neçə km (müasir Antarktida buzlağında 4 km-dən çoxdur) və milyonlarla km2 sahəni əhatə edən, buzlaq qalxanı şəkilində yerüstü buzlaq tipi.
Dağ
Dağ — təpədən uca, quruluqlarda yer üzündən ucalan yerlərə deyilir. Dağlar yer kürəsinin relyefinin təxminən 40%-ni - Asiyanın 54%, Şimali Amerikanın 36%, Avropanın 25%, Cənubi Amerikanın 22%, Avstraliyanın 17%, Afrikanın isə 3% ərazisini təşkil edir. İnsanların 10%-i bu ərazilərdə yaşayır. Əksər çaylar mənbəyini dağlardan götürür. Dünyanın ən hündür zirvəsi - Himalay dağlarıdır. Ən uzun sıra dağları And dağlarıdır. Dəniz səviyyəsi nəzərə alınmazsa ən hündür Mauna-Kea dağıdır. === Mənşəyinə görə === Dağların yaranmasında yerin daxili qüvvəsi iştirak edir. Dağlar mənşəyinə görə iki qrupa bölünür: ==== 1.Tektonik dağlar ==== Yerin üfüqi hərəkətləri zamanı lifosfer tavalarının və ya kiçik platformaların bir-birinə yaxınlaşması və ya toqquşması zamanı yaranır. Tektonik dağlar əsasən sıra dağları şəklində olur və litosfer tavalının sərhədlərində yerləşir.
Alp Tipli Buzlaq
Alp Tipli Buzlaq- sadə dərə buzlağı, müasir mərhələdə geniş yayılmış iri dağ-dərə buzlaq tipi olub, dağ sirkindən dərə boyu aşağı enir. Buzlağın birinci (qidalanma) hissəsi iqlim qar xəttindən yuxarıda, ikinci (ərimə) hissəsi isə aşağıda yerlışir.
Buzlaq qaz soğanı
Buzlaq qaz soğanı (lat. Gagea glacialis) — zanbaqkimilər fəsiləsinin gagea cinsinə aid biki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir — NT. Nadir növdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Soğanaq xırda, yumurtavari-kürəşəkilli, qabığı açıq bozumtuldur. İkinci soğanaq çox kiçikdir. Gövdəsi 5–10 sm hündürlükdə, kökətrafı yarpaqları ensiz-xətvaridır. 1,5–2 sm enində, çiçəkqrupundan uzun, çılpaq, yarımsilindrik formadadır, bəzən yarpaqları 2-dir. Çiçək qrupu az çiçəklidir, altdakı yarpaqları 2, bəzən 3-dür. Çiçəkyanlığının ləçəkləri 6 — uzunluğunda, neştərvaridir, küttəhərdir, daxili tərəfi sarı, xarici yaşılımtıldır.
Kanzas buzlaq epoxası
Kanzas buzlaq epoxası- (rus. Канзасская ледниковая эпоха., ing. Kansan İce Age) (ABŞ-də Kanzas, Kansac ştatı adından götürülüb)-Erkən Pleystosen buzlaq mərhələsidir. Şimali Amerika düzənliklərində ayrılmışdır. Təxminən alp stratiq-rafik sxeminin Mindel buzlaşması ilə müqayisə edilir.
Perito Moreno (buzlaq)
Perito Moreno Buzlağı (isp. Glaciar Perito Moreno) — cənub-qərbi Argentinada dəniz səviyyəsindən 1500 m yüksəklikdə, Pataqoniyanın Kampo de Hielo Sur buzlaqının bir uzantısıdır. Pataqoniya tədqiqatçısı Fransisko Paskasio Morenonun adını daşıyır. Ən yaxın, ən böyük yaşayış məntəqəsi 80 km məsafədəki El Kalafatedir və bu milli park buzlağa turlar üçün ideal başlanğıc nöqtəsidir. Buzlaq Los-Qlasyares Milli Parkının və bütün Argentinanın əsas görməli yerlərindən biridir. Perito Moreno Buzlağı Antarktida və Qrenlandiya istisna olmaqla, az tanınan buzlaqlardan biridir. Eyni zamanda buzlaq getdikcə böyüməkdədir. Bunun səbəbi Sakit okeandan gələn buludların And dağlarına çox güclü yağışlar buraxmasıdır. 60 km buz kütləsi gündə təxminən 1 m irəliləyir. Bu kütləvi kütlədə davamlı çatlama və qırılma səs-küyləri ilə xarakterizə olunur.
Sartan buzlaq epoxası
Sartan buzlaq epoxası – (rus. Сартанская леднико­вая эпоха, ing. Sartan Ice Age) Son Pleystosenin axırlarında Sibir dağlarında sonuncu dağ buzlaşması, Taymırda və Putorana platosunda isə örtük buz­laş­masının inkişaf epoxası. Bəzən vahid Son Pleystosen /Zıryan/ buzlaşmasının axırıncı mərhələsi kimi başa düşülür.
Valday buzlaq epoxası
Valday buzlaq epoxası – (rus. Валдайская леднико­вая эпоха, ing. Valdai Ice Age) Ş. Avropa düzən­li­yində Üst Dördüncü dövr buzlaş­ması epoxası (70-dən -11 min ilə qədər əvvəl). Bu zaman buzlaq müasir Valday yüksəkliklərinə qə­dər çatmışdır. Vaxt etibarilə Q. Av­ropanın Vyurm və Vislin buzlaş­malarına uyğun gəlir.
Amuduq (dağ)
Amuduq — Qubadlı rayonu ərazisində dağ. Dağın üstündə qədim yaşayış məskəninin yeri və təbii istehkamı xatırladan Amuduq məbədi var. Türkiyədə Van gölünun yaxınlığındakı Amid qalasının adı ilə eyni mənşəli olması ehtimal olunur. Xalq etimologiyasına görə, oronim Armudluq sözünun təhrif olunmuş formasıdır.
Ayuv Dağ
Ayıdağ (ukr. Аю-Даг, krımtat. Ayuv Dağ, Аюв Дагъ) — Krımda yerləşən dağ zirvəsi. Dağın hündürlüyü dəniz səviyyəsindən 571 metr (570,80 m) yuxardadı, şimal qərb istiqamətində dağ massivi 2400 metrədək azca uzanır. Ümumi sahəsi təxminən 4 kvadrat kilometrdi. Ayuv Dağ kompleksi dövlət təbiət yasaqlığı sayılır. == Geoloji mənşə == Ayu-Daq klassik lakkolitdir, yəni tam formalaşmamış vulkandı. Dağ təxminən 150 milyon il əvvəl yer qabığının sınıq yerlərinə maqmanın daxil olması nəticəsində orta yura geoloji dövründə yaranıb. Bugünə kimi burada 18 mineral aşkar edilmişdir. == Flora və fauna == Flora təmsilçilərindən bunları qeyd etmək olar: palıd ağaclarının növləri (Quercus petraea və Quercus pubescens), adi göyrüş,adi quşarmudu, bereka, adi zoğal, tikanlı qaratikan, həmərsin.
Ağababa (dağ)
Ağababa, Ağbaba — Azərbaycan Respublikası Kəlbəcər rayonu ərazisində, Qarabağ silsiləsində dağ. Ağababa dağının hündürlüyü 2367 metrdir. Subalp çəmənliyi var.Ağababa/Ağbaba dağı Kəlbəcər rayonunun Şərq hissəsində, Qarabağ silsiləsində dağ. Hündürlüyü 2367 m. Türkcə akbaba "qartal" deməkdir. Oronim "qartal dağı, qartallı dağ" mənasını ifadə edir. Dağda Ağbaba piri var. Qərbi Azərbaycanın Amasiya rayonunda böyük bir ərazi də Ağbaba adlanır.
Ağlağan (dağ)
Ağlağan - İrəvan quberniyasının Aleksandropol qəzasında dağ adı. Ağlağan dağının hündürlüyü 2992 m.-dir. == Toponimikası == Ağlağan İrəvan quberniyasının Aleksandropol qəzasında dağ adı. Boz Abdal dağ silsiləsinin zirvələrindəndir. Hünd 2992 m.-dir. İlk dəfə "Kitabi-Dədə Qorqud" eposunda (IV boy) adı çəkilir. Türk dillərində rəng bildirən ağ və mənası məlum olmayan "laqan" sözlərindən ibarətdir. XIX əsrdə Eçmiadzin qəzasındakı Qızıl Laqan (bulaq adı), Şimali Qafqazda Stavropol quberniyasının Böyük Derbet ulusundakı Laqan-Xuduk (dağ adı) və Dağıstan əyalətinin Teymurxanşura dairəsindəki Cakas-Lağan toponimləri ilə mənaca eynidir. XX əsrin 30-cu illərində fərmanla ermənicə Urasar adlandırılmışdır.
Ağoyuq (dağ)
Ağoyuq — Zəngilan rayonu ərazisində cənub-şərqində dağ. Hündürlüyü 548 m. Oronim ağ (kicik) və oyuq (çökək, kaha, mağara, zağa) sözlərindən düzəlib, "kicik kaha, mağara olan dağ" deməkdir.
Ağyataq (dağ)
Ağyataq — Azərbaycan Respublikası Kəlbəcər rayonunun Kilsəli kəndi ərazisində, Kicik Qafqazda dağ. Hündürlüyü 2389 m. Oronim ağ (rəng) və yataq (burada faydalı material çıxarılan yer) sözlərindən düzəlib. Ağyataqda civə yatağı var. Ağyataq civə yatağı Moz çayı ilə Kilsəli kəndi arasındadır. Dağın adı da buradan götürülmüşdür.
Baba Dağ
Babadağ — Türk dilindən, "Baba" və "Dağ" sözlərindən yaranmışdır. Babadağ (şəhər) — Rumıniyada şəhər. Babadağ (dağ, Azərbaycan) — Azərbaycanda, Böyük Qafqaz dağlarının zirvələrindən biri. Babadağ — Baş Qafqaz silsiləsinin cənub-Şərqində, eyniadlı dağın yamacında aşırım. Babadağ (dağ, Türkiyə) — Türkiyədə dağ. Babataq — Orta Asiyanın cənubunda dağ. Babadağ (Denizli) — Türkiyədə şəhər.
Bahadur (dağ)
Bahadur dağ, İranın Həmədan ostanında dağ. Hündürlüyü 2812 m.

dağ-buzlaq sözünün rus dilinə tərcüməsi

Oxşar sözlər

#dağ-buzlaq nədir? #dağ-buzlaq sözünün mənası #dağ-buzlaq nə deməkdir? #dağ-buzlaq sözünün izahı #dağ-buzlaq sözünün yazılışı #dağ-buzlaq necə yazılır? #dağ-buzlaq sözünün düzgün yazılışı #dağ-buzlaq leksik mənası #dağ-buzlaq sözünün sinonimi #dağ-buzlaq sözünün yaxın mənalı sözlər #dağ-buzlaq sözünün əks mənası #dağ-buzlaq sözünün etimologiyası #dağ-buzlaq sözünün orfoqrafiyası #dağ-buzlaq rusca #dağ-buzlaq inglisça #dağ-buzlaq fransızca #dağ-buzlaq sözünün istifadəsi #sözlük