Fiat M14/41
M14/41 dörd nəfərlik ekipaja malik olan İtaliya istehsalı olan orta tank. 1941-ci ildə İtaliya Kral Ordusunda xidmətə qəbul edilmişdir. Rəsmi olaraq İtaliya Kral Ordusunda Carro Armato M14/41 adı altında fəaliyyət göstərirdi. Tank ilk dəfə Şimali Afrikadakı hərbi əməliyyatlar gedişində istifadə edilmiş və çatışmazlıqları görünmüşdü. Tank 14.5 ton ağırlığında (32.000 lb), 4.915 m (193.5 inç) uzunluğunda, 2.280 m (89.8 inç) enində, 2.370 m (93.3 inç) hündürlüyündə olmuşdur. Tank 4 ekipaj üzvündən (komandir/atıcı, radio operator/pulemyot, yükləyici, sürücü) ibarət olmuşdur. Tankın ön tərəfində zirehi 30 mm (1,2 in), yan tərəflərdə və arxa hissəsində 25 mm (0,98 in), altında və tavan (üst) hissəsində 6–14 mm (0,24-0,55 in), qüllədə 42 mm (1,7 in) təşkil etmişdir. Əsas silahı 1 ədəd 47 mm-lik “cannone da 47/32” markalı 87 atışlıq top, köməkçi silahı isə 4×8 mm “Breda mod 38” markalı 2664 atışlıq pulemyot olmuşdur (1 ədəd cütləşdirilmiş, 1 ədəd AA,
2 ədəd gövdədə).
SPA 8 TB M41 11,140 cc V8 dizel mühərriki ilə təchiz olunmuş tank 145 at gücünə (108 kW) malik olmuşdur. Güc/çəki nisbəti isə at 1,900 olmuşdur.