friz sözü azərbaycan dilində

friz

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • friz • 54.5455%
  • Friz • 45.4545%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Friz
Friz — tikilinin hər hansı hissəsini bəzəyən, qabartmalarla işlənmiş üfüqi zolaq və ya lent şəklindəki dekorativ kompozisiya. Antik Roma və yunan memarlığında geniş istifadə olunmuşdur. Klassik memarlıqda friz deyərkən antablementin arxitrav və karniz arasında yerləşən mərkəzi hissəsi nəzərdə tutulur. Dorik orderdə friz zolağı ardıcıl gələn triqlif və metopalarla hissələrə ayrılır.
Friz dilləri
Friz dilləri — Frizlər tərəfindən danışılan dillər. German dilləri qrupuna aid dillər.
Manuela Friz
Manuela Friz (16 avqust 1978, Aqordo[d], Veneto) — İtaliyanı təmsil edən buzüstü xokkeyçi. == Karyerası == Manuela Friz İtaliya yığmasının heyətində 2006-cı ildə İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan XX Qış Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun hamısında məğlub olan İtaliya yığması, Turin Olimpiadasını sonuncu, 8-ci yerdə başa vurdu.
De-Friz yarımadası
De-Friz yarımadası (rus. Полуостров Де-Фриз) — Rusiyanın Primorsk diyarı ərazisində yerləşən yarımada. Amur körfəzinin şimal hissəsində qərarlaşır. Şərqdən Uqlovoy buxtasının suları ilə yuyulur. Yarımada amerikalı fermer Vladivastokda 15 il yaşayan Ceyms Kornelius De-Frizin şərəfinə adlandırılmışdır. Yarımadada De-Friz qəsəbəsi yerləşir. == Maraqlı fakt == De-Frizdə əfsanəvi rus hərbi təyyatəçisi Pavel Mitt dəfn edilmişdir.Sovet hakimiyyəti illəri burada bütün ölkədə ən məşhur pioner düşərgəsi («Kosmos») vardı.
Qərbi friz dili
Qərbi friz dili (Frysk, nid. Westerlauwers Fries Niderlandca tələffüz: [ˈʋɛstərˌlʌuərs ˈfris]) əsasən Hollandiyanın şimalında yerləşən Frizland (Fryslân) vilayətində danışılır.
Şimali friz dili
Şimali friz dili — Almaniyada azlıq dilidir və Şimali Friziyada 10.000 nəfər tərəfindən danışılır.
Friza boğazı
Friza boğazı (rus. Фриза (Пролив)) — Sakit okeanına daxil olan Urup adasını İturup adalarından ayırır. Oxot dənizini Sakit okeanı ilə birləşdirir. Uzunluğu 30 km, ən dar eni isə 40 km təşkil edir. Dərinliyi 1300 m-ə çatır. Sahilləri sıldırımlı və qayalıdır. Boğazın duzluluğu 33 - 34,4 ‰ təşkil edir. Boğazın sahillərində dərinlik 1 m təşkil edir. Boğazın ümumi sahəsi 17,85 km²-dir. Orta dərinlik 500 m-dir.
Frizlər
Frizlər (qərbi friz dilində - Friezen, şərqi friz dilində - Fräisen) - qədim alman tayfası, hazırda milli azlıqlar kimi Niderlandın Frislandiya və Qroninqen əyalətlərində və Almaniyada (Aşağı Saksoniyada və Şlezviq-Qolşteyndə) yaşayan, alman dilli inqevon qrupuna daxil olan azsaylı xalq. == Tarixi == III əsrdən başlayaraq, xüsusilə, V əsrin ortalarında - xalqların böyük köçü zamanı friz tayfaları qonşu alman tayfaları olan anqlar, sakslar, yutlar və danlarla birlikdə Roma tərəfindən xristianlaşdırılmış kelt tayfalarından olan brittlərin, həmçinin skottların və piktlərin üstünlük təşkil etdiyi Britaniyaya köç etdilər. Orta əsrlərdə frizlər ən hündürboylu avropalılar hesab olunurdular. 1864-cü ilədək frizlərin müasir torpaqlarının bir hissəsi Danimarkaya məxsus olmuşdur. Onların məskunlaşdıqları tarixi ərazilər Friziya adlandırılmışdır. Bu qədim xalq zəngin tarixə və xalq yaradıcılığı ənənələrinə malikdir. Frizlərin sayı təxminən 410 min nəfərdir (1992-ci il). Friz dilləri qrupu Hind-Avropa dil ailəsinə aid olan alman dil qrupuna aiddir. Friz dili ənənəvi olaraq qərbi friz, şimali friz və şərqi friz dillərinə bölünür. Dini etiqadlarına əsasən frizlərin əksəriyyəti kalvinistlər və lüteranlardır, onların arasında katolik dininə ediqad edənlər də vardır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.26 dəfə / 1 mln.
2006 •••••• 0.23
2007 •••••• 0.21
2008 ••••••• 0.24
2009 •••••••••••••••••••• 0.80
2010 •••••••••• 0.36
2011 ••••• 0.17
2012 ••••••• 0.26
2013 •••• 0.15
2014 ••••••••• 0.34
2017 ••••• 0.16
2019 •••••••••••••• 0.56
2020 •••••••••••••• 0.53

friz sözünün leksik mənası və izahı

friz sözünün rus dilinə tərcüməsi

  • 1 I сущ. архит. фриз: 1. часть антаблемента между архитравом и карнизом 2. декоративная полоса, окаймляющая верхнюю часть стены, паркетные полы, поле ковра и т.д.) II прил. фризовый. Friz taxtası фризовая доска

    Azərbaycanca-rusca lüğət / friz

friz sözünün ləzgi dilinə tərcüməsi

"friz" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#friz nədir? #friz sözünün mənası #friz nə deməkdir? #friz sözünün izahı #friz sözünün yazılışı #friz necə yazılır? #friz sözünün düzgün yazılışı #friz leksik mənası #friz sözünün sinonimi #friz sözünün yaxın mənalı sözlər #friz sözünün əks mənası #friz sözünün etimologiyası #friz sözünün orfoqrafiyası #friz rusca #friz inglisça #friz fransızca #friz sözünün istifadəsi #sözlük