vertikal-frez sözü azərbaycan dilində

vertikal-frez

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • vertikal-frez • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Frez
Frezləmə — metalların və süni materialların mexaniki emal olunmasında tətbiq olunan texnoloji əməliyyat növüdür. Bu əməliyyatı yerinə yetirmək üçün tətbiq olunan alətə frez deyilir. Frez aləti ixtira olunduğu zaman, yəni sənaye inqilabı ərəfəsində Fransada saray əyanlarının paltarlarının boynunda gəzdirdikləri yaxalığa oxşadığından ona bu adı vermişlər. Yəni frez fransızca fraise sözündən olub, mənası yaxalıq deməkdir. Torna əməliyyatından fərqli olaraq frezləmədə pəstah sərt bərkidilir. Əsas hərəkəti isə alət görür. Alət verilən həndəsəni yaratmaq üçün dəzgahın koordinat sistemində veriş alaraq eyni zamanda bir neçə ox üzrə hərəkət edir. Veriş hərəkətini dəzgahın konstruksiyasından asılı olaraq pəstah da yerinə yetirə bilər. Frezləməni aşağıdakı əlamətlərinə görə bölürlər: 1. Dəzgahın şpindelinin vəziyyətinə görə, şaquli və üfüqi olurlar.
Frez aləti
Frez aləti — metal və başqa materialların kəsmə ilə emalı üçün fırlanma səthinə malik olan çoxdişli kəsici alətdir. Frezlərin aşağıdakı növləri vardır: silindrik, yan səthli, disk paz və kəsici, barmaq, işgil, T-formalı, bucaq, fasonlu, sonsuzvint.Dişlərinin en kəsiyinin formasına görə iti tilli və arxa hissəsi girdələnmiş olurlar. Dişlərin formasına görə düzdişli, vint formalı, müxtəlif girişli frezlər, vint qanovlarının istiqamətinə görə sağ və sol, konstruksiyasına görə bütöv və yığılmış frezlər mövcuddur. Kəsici tillərin optimal həndəsi parametrləri üçün təscrübələr əsasında aşağıdakı qiymətlər müəyyən edilmişdir: qabaq bucaq γ=(-10)÷30°; baş dal bucaq α=10÷30°; köməkçi dal bucaqα1 = 4÷10°; baş plan bucağı φ=30÷90°; köməkçi plan bucağı φ1= 1÷10°; keçid kəsici tilin uzunluğu l = 1÷2 mm; əsas kəsən tillin meyilliyi λ=(—5)÷15°; vint qanovlarının meyillik bucağı ω=10÷45°. Frez alətinin kəsici tilinin materialı onun tətbiq sahəsindən asılı olaraq müəyyən edilir. Kəsici tillər ya bütöv, ya da lövhə şəklində hazırlanıb əsas gövdəyə bərkidilir. Kəsici material kimi tezkəsən alət poladı, bərk xəlitə, kəsici keramika, polikristallik bornitrid və almazdan istifadə edilir. Onların tətbiqi bu materialların bu və ya digər frezləmə növünə (kobud, təmiz, incə, ultraincə və s.)uyğun gəlməsindən asılı olaraq seçilir. == Istinad == Rezo Əliyev. Maşınqayırma leksikonu.

vertikal-frez sözünün rus dilinə tərcüməsi

Oxşar sözlər

#vertikal-frez nədir? #vertikal-frez sözünün mənası #vertikal-frez nə deməkdir? #vertikal-frez sözünün izahı #vertikal-frez sözünün yazılışı #vertikal-frez necə yazılır? #vertikal-frez sözünün düzgün yazılışı #vertikal-frez leksik mənası #vertikal-frez sözünün sinonimi #vertikal-frez sözünün yaxın mənalı sözlər #vertikal-frez sözünün əks mənası #vertikal-frez sözünün etimologiyası #vertikal-frez sözünün orfoqrafiyası #vertikal-frez rusca #vertikal-frez inglisça #vertikal-frez fransızca #vertikal-frez sözünün istifadəsi #sözlük