Qrız sözü azərbaycan dilində

Qrız

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Qrız • 83.2258%
  • qrız • 15.4839%
  • QRIZ • 1.2903%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qrız
Qrız — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Adı == "Qrız" sözü haqqında əsası olmayan rəvayətlər söyləyənlər olmuşdur. Belə ki, Qrız-Qrıts sözü qırmaq feli ilə təsadüfən fonetik səsləşir və ona görə də, bu rəvayətlər uydurmadır. "Tök" (tökmək), "var", "gəldi", "gələcək", "gəlir" fellərinin Qrız dilində təsnifatını və s. verdikdə "Q" elementinə, daha doğrusu söz önlüyünə rast gəlinir. Həmin "Q" elementi yüksəklik, ucalıq, hündürlük, açıqlıq göstərir. "rıts" isə hamar, cila mənasını verir. Cilalanmış daş-ritsə xud, cilalanmış taxta-ritsə təxtə yer bildirir. Kəndin mövqeyinə görə belə adlanır. Qrızlı tədqiqatçı Şıxbala Qrızlı bu haqqda "Qrızlar və qrız dili" kitabında geniş məlumat vermişdir.
Qrız (dəqiqləşdirmə)
Qrız — Qubada kənd
Qrız bələdiyyəsi
Quba bələdiyyələri — Quba rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qrız dili
Qrız dili (qrız. КърыцӀаь мез) — Qrızlıların danışdığı dili. Ləzgi dillər qrupunun Şahdağ yarımqrupuna aiddir. == Tədqiqi == Qrız dili Ləzgi dillər qrupunun Şahdağ yarımqrupuna aiddir. Qrız dilinə ən yaxın dil Buduq dilidir. Həmçinin, Qrız dilində yaxın dillərdə Cek, Əlik, Haput və Yergüc kəndlərində də danışılır. Bu kəndlərdə danışılan dillər Qrız dilindən xeyli fərqlənir ki, buna görə də alimlərin fikrincə onları ayrı bir dil kimi götürmək olar. Məsələn, ceklilər Cek dilində danışır. Lakin bu dili araşdıran linqvist və alimlərin bir qismi bu dili Qrız dilinin ləhcələri kimi qəbul etmişlər. Hətta onlardan bəziləri "Cek dili" terminini "Qrız dili"nin alternativ adı adlandırırlar.
Qrız körpüsü
Qrız körpüsü — Azərbaycanın ən hündür körpüsü. Qrız kəndi ilə Quba rayon mərkəzini birləşdirən yol-nəqliyyat ötürücüsü. == Tarixi == Körpünün inşasına 2009-cu ildə başlanılmışdır. Kənd sakinlərinin və yerli bələdiyyənin maliyyə vəsaiti hesabına inşa edilən körpü 2012-ci ilin noyabr ayında istifadəyə verilmişdir. Rayon mərkəzindən 38 km uzaqlıqda yerləşən Qrız kəndi Qubanın dağ kəndlərindən olduğu üçün ərazidə körpünün olmaması sakinlərin rayona gediş-gəlişində problemlər yaradıb. Qrızlılar xüsusilə, qış fəslində böyük çətinliklərlə qarşılaşırdılar. Kənd sakinləri bu yol ötürücüsünün açılışına qədər təhlükəli vəziyyətdə və ibtidai formada kustar üsulla inşa olunmuş körpüdən istifadə edib. == Göstəriciləri == Körpünün uzunluğu 20 metr, eni isə 3,5 metrdir. Körpü dəniz səviyyəsindən 2500 metr, Qudyalçayın yatağından isə 38 metr yüksəklikdə inşa olunmuşdur.
Qrız kəndi
Qrız — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Adı == "Qrız" sözü haqqında əsası olmayan rəvayətlər söyləyənlər olmuşdur. Belə ki, Qrız-Qrıts sözü qırmaq feli ilə təsadüfən fonetik səsləşir və ona görə də, bu rəvayətlər uydurmadır. "Tök" (tökmək), "var", "gəldi", "gələcək", "gəlir" fellərinin Qrız dilində təsnifatını və s. verdikdə "Q" elementinə, daha doğrusu söz önlüyünə rast gəlinir. Həmin "Q" elementi yüksəklik, ucalıq, hündürlük, açıqlıq göstərir. "rıts" isə hamar, cila mənasını verir. Cilalanmış daş-ritsə xud, cilalanmış taxta-ritsə təxtə yer bildirir. Kəndin mövqeyinə görə belə adlanır. Qrızlı tədqiqatçı Şıxbala Qrızlı bu haqqda "Qrızlar və qrız dili" kitabında geniş məlumat vermişdir.
Qrız və qrızlılar (kitab)
Qrız və qrızlılar — Şahmurad Qrızlının Qrız və qrızlılar haqqında yazdığı kitab. 1996-cı ildə Hacı Qəzənfər Hacı Səfər oğlu Hacıpirmuradovun sponsorluğu ilə Bakıda “Araz” nəşriyyatında nəşr olunmuşdur. Kitabın redaktoru Əlirza Sayılovdur.
Əbu Müslim məscidi (Qrız)
Əbu Müslim məscidi və ya Əbu Müslüm məscidi — Azərbaycanın Quba rayonunun Xınalıq, Qrız və Cek kəndlərində üç eyniadlı məscid. == Xınalıq kəndindəki məscid == Quba rayonunun Xınalıq kəndində yerləşən bu məscid, deyilənlərə görə, Abbasi Xilafətinin banisi Abbasın məşhur sərkərdəsi Əbu Müslim əl-Xorasani tərəfindən təxminən VIII əsrdə tikdirilib. Ehtimal olunur ki, həmin sərkərdə o vaxtlar Azərbaycanın hakimi olmuşdur. Məscid keçmiş SSRİ dövründə anbar kimi istifadə edilsə də, hazırda yerli əhali tərəfindən əvvəlki kimi məscid halına gətirilmişdir. Bu məsciddə hazırda kənd camaatı cümə namazlarını qılır. Xınalıqdakı Əbu Müslüm məscidinin ağac sütunları oyma üsulu ilə müxtəlif formalı nəbati motivlər və göl təsvirləri ilə bəzədilmişdir. Məscidin girişində, sağ tərəfdə 2 metr yüksəklikdə yerləşən 2 müxtəlif daş üzərində "runa" yazıları həkk olunub. Yazıların təqribən 3-8-ci əsrlər arasında yazıldığını ehtimal etmək olar. Yazıların tam olaraq tərcümə olunmasa da, təxmini mənası Günəşin doğması və yeni tarixin başlanması mənasını daşıyır. == Qrız kəndindəki məscid == Eyni adlı məsciddən Qrız kəndində də mövcuddur.
Qrızdəhnə
Qrızdəhnə — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Qrızdəhnə oyk., miir. Quba r-nunun Əlik i.ə.v.-də kənd. Baş Qafqaz silsiləsinin yamacmdadır. Oykonim qrız (etn.) və dahııə topokomponentlərindən ibarətdir. Keçmiş adı Hacıxan Dəhnə olmuşdur. Kənd Qudyal çayının Qnz kəndi yaxınlığında dağ dərələrindən düzənə çıxdığı yerdə, dəhnədə yerləşmişdir. Yaşayış məntəqəsi Qrız kəndindən Hacıxan adlı bir şəxsin başçılığı ilə köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. == Əhalisi == Kənd kiçik bir ərazidən ibarət olmaqla, əhalisi təqribən 110-120 nəfər, 28 evdən ibarətdir. 200 il bundan əvvəl kənd indikindən 3 dəfə çox ərazini əhatə edirdi.
Qrızlar
Qrızlar və ya Qırızlar — "Şahdağ xalqları" kimi fərqləndirilən Azərbaycanın milli etnik nümayəndələri. Azərbaycanın Şimal zonasında Quba və Xaçmaz rayonlarının bəzi kəndlərində yaşayan, qrız dilində danışan, təxminən 1000 nəfərdən ibarət kiçik etnik qrupdur. Nax-Dağıstan dil ailəsinin ləzgi dil qrupuna aid qrız dilində danışırlar. Qrızlar İslam dinin Sünni təriqətinə aiddilər. Qrızların sayı haqqında müxtəlif məlumatlar var. N.K.Zeydlisin 1886-ci ilə aid məlumatlarına görə qrızlıların sayı 7767 nəfər olub. 1926-cu ilin siyahalınmasına görə qrızlıların sayı 2600 nəfər idi. 1959-cu ilin siyahalınması zamanı qrızlılar ayrıca bir qrup kimi qeydə alınmamışdır. "Кавказский этнографический сборник, том 3" kitabında qrızlıların sayı 9704 nəfər kimi qeyd olunmuşdur. 2005-ci ildə nəşr olunan "The Sociolinguistic Situation of the Kryz in Azerbaijan"-ın Vəli Xıdırova istinadən verdiyi məlumata görə Azərbaycanda qrızların sayı 10 000-15 000 arasında dəyişir.
Qrızlı

Qrızlılar

Süleyman bəy Qrızlı
Süleyman bəy Qrızlı - Qrızdan çıxmış yeganə bəy. == Həyatı == Süleyman bəy Qrızlı Quba rayonunun Qrız kəndində anadan olub. O, irsi bəy olmamış, bəy titulunu rus ordusunda 25 illik xidmətinə görə almışdır. Qrızlar arasında zadəgan titulu daşımış yeganə şəxs olan Süleyman bəyin oğlu Sankt-Peterburqda ali hərbi təhsil almışdır. Bəzi məlumatlara görə general olmuş Süleyman bəyin hərbi rütbəsi dəqiq bilinmir. == İstinadlar == == Mənbə == Şıxbala Qrızlı (Süleymanov). Qrızlar və Qrız dili.
İbrahim Qrızi
İbrahim Qrızi — Qrız-Xınalıq bölgəsindən çıxmış ilk görkəmli alim. == Həyatı == Qrız-Xınalıq bölgəsindən çıxmış ilk görkəmli alimlərdən biri İbrahim Qrızidir. Filologiya elmləri doktoru Nazif Qəhrəmanlı "Quba abidələri" məqaləsində onun adını çəkəndən (Qobustan, 1984, № 1) bir müddət sonra axtarışları davam etdirib "İbrahim Qrızi haqqında nə bilirik?" məqaləsində (Azərbaycan, 1999, 17 avqust) və "Azərbaycan kitabının inkişaf yolu (Qədim dövrdən XIX əsrin sonuna qədər)" kitabında (Azərbaycan Ensiklopediyası NPB, 2000, s. 113-116) ilk məlumat vermişdir. Nazif Qəhrəmanlının "İbrahim Qrızi haqqında nə bilirik?" məqaləsində qeyd olunur ki, İbrahim Qrızi şeyx titulu daşımışdır. Qədim Şərqdə yalnız Nizami Gəncəvi kimi ustadlar şeyx titulunu daşımışlar, bu da İbrahim Qrızinin böyüklüyünə dəlalət edən bir amildir. Təəssüf ki, alimin əsərləri günümüzə qədər gəlib çatmamışdır. Qrız-Xınalıq bölgəsindən çıxmış ikinci böyük alim Həkim ibn İbrahim əl-Xınaluqi onun oğludur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.64 dəfə / 1 mln.
2004 ••••• 1.01
2007 ••••••• 1.48
2009 0.16
2010 0.18
2012 0.17
2015 •••••• 1.19
2016 ••• 0.52
2018 ••• 0.60
2019 •••••••• 1.53
2020 •••••••••••••••••••• 4.24

"qrız" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qrız nədir? #qrız sözünün mənası #qrız nə deməkdir? #qrız sözünün izahı #qrız sözünün yazılışı #qrız necə yazılır? #qrız sözünün düzgün yazılışı #qrız leksik mənası #qrız sözünün sinonimi #qrız sözünün yaxın mənalı sözlər #qrız sözünün əks mənası #qrız sözünün etimologiyası #qrız sözünün orfoqrafiyası #qrız rusca #qrız inglisça #qrız fransızca #qrız sözünün istifadəsi #sözlük