fənd sözü azərbaycan dilində

fənd

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • fənd • 96.2810%
  • Fənd • 2.8926%
  • FƏND • 0.8264%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

fənd sözünün leksik mənası və izahı

  • 1 is. [fars.] 1. Hiylə, kələk, fırıldaq, dolab, qurğu, biclik. Fənd fəndi kəsər, Allah hər ikisini. (Ata. sözü). Dostdan dosta bu nə fənddi? Zülfün boynuma kəmənddi. Aşıq Ələsgər. Əllafın fəndinə adamlar mat qaldılar. Mir Cəlal. □ Fənd bağlamaq – hiylə gəlmək, kələk gəlmək, aldatmaq. [Yusif:] İnandırıram sizi ki hərgah bir də fənd bağlaya, çox işlər görər. N.Nərimanov. Fənd işlətmək – 1) fırıldaq qurmaq, hiylə işlətmək, kələk gəlmək, fənd qurmaq; 2) məc. bir işi görmək üçün müxtəlif üsullardan istifadə etmək. Fəhlələrin daha düzgün fənd işlətdiklərini görən yanğın alayı da onlara qoşuldu. M.Hüseyn. [Qönçə Ataşa:] Nə eləyəcəksən, nə cür fənd işlədəcəksən özün bil, ancaq məni buradan qurtar. Ə.Vəliyev. Fənd qurmaq – birisinə qarşı gizlindən tələ qurmaq, hiylə düzəltmək, biclik işlətmək. [Hacı Qəmbər:] Qoçum Cəbi, görüm nə təhər fənd quracaqsan. N.Vəzirov. Fənd tərpənmək – hiyləyə qarşı hiylə işlətmək, zirək tərpənmək, usta hərəkət etmək. [Sirat:] Amma Abdulla oğlu Bülənd fənd tərpəndi. Ə.Əbülhəsən. Fəndə salmaq – hiylə işlədərək aldatmaq, tora salmaq. 2. İdman yarışlarında rəqibi aldatmaq üçün tətbiq edilən üsullar; kombinasiya. Futbolçunun işlətdiyi fəndlər. Rəqibin fəndini başa düşmək.

    Azərbaycan dilinin izahlı lüğəti / fənd

fənd sözünün etimologiyası

fənd sözünün sinonimləri (yaxın mənalı sözlər)

fənd sözünün rus dilinə tərcüməsi

  • 1 трюк, фортель, увертка, уловка, выкрутасы, ухищрение

    Azərbaycanca-rusca lüğət / fənd
  • 2 сущ. 1. уловка, увёртка, ухищрение (ловкий, хитрый приём, применяемый с целью достичь чего-л. или уклониться от чего-л.). Fənd qurmaq выдумывать уловку 2. трюк: 1) ловкий, эффектный приём, искусный маневр. Akrobatik fənd акробатический трюк, mürəkkəb fənd сложный трюк 2) перен. ловкая, неожиданная проделка, ухищрение. Diplomatik fənd дипломатический трюк 3. спорт. приём (движение, действие, которое является основой какого-л. упражнения). Texniki fəndlər технические приёмы, sambo fəndləri приёмы самбо, sərbəst güləş fəndləri приёмы вольной борьбы, ağrıdoğuran fənd болевой приём, gözəl fənd красивый приём; fənd bağlamaq применить хитрость; fənd işlətmək: 1. провести приём; 2. схитрить (пустить в ход хитрость)

    Azərbaycanca-rusca lüğət / fənd

fənd sözünün inglis dilinə tərcüməsi

  • 1 i. (üsul) trick, craft; (biclik) play; (kələk) dodge, trick, fraud; (fokus) trick; ~ini bilmək to know* / to have* got the trick (of), to know how (to+ inf.); Mən onun fəndini bilmirəm I don’t know / haven’t got the trick of it; I don’t know how to do it ◊ ~ işlətmək to play a trick

    Azərbaycanca-ingiliscə lüğət / fənd

fənd sözünün fransız dilinə tərcüməsi

fənd sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] сущ. фенд (1. гьилле, бижвал, бенд; // fənd bağlamaq гьилле атун, алцурарун, бенд кьун; fənd qurmaq бенд кьун, са кас туруна ттун патал чинеба гьилле туькӀуьрун, бижвал авун; 2. спорт. жуьреба-жуьре къугъунра къарши тереф алцурарун патал къайдаяр, рекьер).

    Azərbaycanca-ləzgicə lüğəti / fənd

"fənd" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#fənd nədir? #fənd sözünün mənası #fənd nə deməkdir? #fənd sözünün izahı #fənd sözünün yazılışı #fənd necə yazılır? #fənd sözünün düzgün yazılışı #fənd leksik mənası #fənd sözünün sinonimi #fənd sözünün yaxın mənalı sözlər #fənd sözünün əks mənası #fənd sözünün etimologiyası #fənd sözünün orfoqrafiyası #fənd rusca #fənd inglisça #fənd fransızca #fənd sözünün istifadəsi #sözlük