fətva sözü azərbaycan dilində

fətva

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • fətva • 90.7591%
  • Fətva • 9.2409%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Fətva
Fətva (ərəbcə:فتوى), İslam hüququ ilə əlaqədar olan bir problemin dini hüquq qaydalarına görə çıxış yolunu göstərən, Şeyxülislam və ya müfti tərəfindən veriləbilən dini sənəd. Fətva sadəcə İslam hüququ ilə əlaqədar olaraq deyil, İslamın qaydaları ilə idarə olunan dövlətlərdə də, hakimin verdiyi qərardır. == Fətva ilə hökm arasında fərq == Fətva ilə hökmün fərqləri müvafiq məzmunlu şəriət kitablarında izah edilmişdir. Qısaca bunu deyək ki, fətva şəriətdə nəzərdə tutulmuş mövcud dəlillər əsasında verilir (Quran ayələrinə, hədislərə, icmaya və ağıla əsaslanaraq). Hökm isə müctəhidin mövcud şəraiti dəyərləndirərək gəldiyi qənaəti əks etdirir. Əlbəttə, hökm verilərkən də şəriətdəki dəlillər nəzərə alınır, lakin bu dəlillər mücərrəd mənada deyil, mövcud şəraitə əsasən dəyərləndirilir. Buna görə də fətva zamana və şəraitə görə dəyişmir, hökm isə dəyişə bilər. Beləliklə, hökm fətvaya nisbətən daha geniş məfhumdur; deyə bilərik ki, məna etibarilə hökm fətvanı da özündə ehtiva edir. Fətva, onu verən müctəhid və onun müqəllidləri üçün keçərlidir, başqaları həmin müctəhidin fətvasına əməl etməyə vəzifəli deyillər. Amma lazımi şərtləri özündə birləşdirən şəriət hakimi bir məsələdə hökm versə, hamı ona tabe olmalıdır.
Kola fətvası
Kola fətvası — müfti Həsənəyn Məxluf tərəfindən "Coca-Cola" və "Pepsi"nin islam qanunlarına görə icazəli olması ilə əlaqədar verilmiş fətva. Fətva 11 sentyabr 1951-ci ildə Misirin "əl-Əhram" qəzetində dərc olunmuşdur. Keysin əsas səbəbi "Coca-Cola" loqosunun güzgüdə əks olunan formasının ərəbcə "Məhəmməd yoxdur, Məkkə yoxdur" ifadələrini əks etdirməsi ilə əlaqədar şayiələr və konspirasiya nəzəriyyələri idi. "Pepsi" və "Coca-Cola"nın islam qanunları ilə qadağan edilib-edilməməsi ilə bağlı dəqiq cavab almaq üçün Misir Fətva İdarəsi Xalq Səhiyyə Nazirliyindən iki qazlı içkinin tərkibini dəqiqləşdirməyi xahiş etmişdir. 25 avqust 1951-ci ildə Xalq Səhiyyə Nazirliyi nə "Pepsi-Cola", nə də "Coca-Cola"nın tərkibində narkotik, spirt və ya pepsin olmadığını müəyyən etmişdir. Narkotik və spirtli içkilərin istifadəsi islam qanunlarına görə haramdır. Pepsin donuz mədəsinin membranından yaradılır və müsəlman şəriət qanunlarına görə donuzdan gələn hər hansı bir məhsula icazə verilmir. Səhiyyə Nazirliyi içkilərin tərkibində zərərli mikrobların da olmadığını izah etmişdir. Səhiyyə Nazirliyinin verdiyi məlumata əsasən, Fətva İdarəsi içkiləri islam şəriətinə görə icazəli elan etmişdir.

fətva sözünün leksik mənası və izahı

  • 1 ə. müctəhid və ya müfti tərəfindən şəriətə müvafiq verilən hökm, qərar.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / fətva
  • 2 / fitva \ – hökm, fitva, qanun. Daha çox dini-fəlsəfi mətnlərdə qarşılaşılan termindir. Ərəbcədən hərfi mənada görüşünü, məsləhətini almaq yaxud kiməsə məsləhət vermək anlamındadır. İslam dinində xüsusilə İslam hüququnda dini məsələlərlə əlaqəli, bu məsələlərdən başı çıxan, yaxud məsul tutulan şəxsin verdiyi hökm və qanunlara deyilir. İslam dövlət modelinə xas olan bu cəhət şəhərlərdə və bölgələrdə dini məsələ-lərə, şəriətə nəzarət edən qazılar, mollalar tərəfindən verilirdi. Müasir dünyamızda fitvaların sayı demək olar ki yox dərəcə-sindədir. Müftü sözü də buradan əmələ gəlmişdir. Kəlmə olaraq mənası fətva verən deməkdir.

    Fəlsəfə terminlərinin izahlı lüğəti / fətva

"fətva" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#fətva nədir? #fətva sözünün mənası #fətva nə deməkdir? #fətva sözünün izahı #fətva sözünün yazılışı #fətva necə yazılır? #fətva sözünün düzgün yazılışı #fətva leksik mənası #fətva sözünün sinonimi #fətva sözünün yaxın mənalı sözlər #fətva sözünün əks mənası #fətva sözünün etimologiyası #fətva sözünün orfoqrafiyası #fətva rusca #fətva inglisça #fətva fransızca #fətva sözünün istifadəsi #sözlük